Dostluq həyatın ən gözəl anlamıdır.O qədər dəyərli bir münasibətdir ki...Sözlərlə anladılması çətindir.Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır.Dostlarınla gözəl münasibət qur.
Dünyada eyibsiz adam ola bilməz,lakin sən mərd ol,mərd adamda çox da nöqsan olmaz.Namərdlə dostluq etmə,namərd dostdan xeyir gəlməz.Badə dostlarını dost hesab etmə,çünki onlar qədəhi üstün tuturlar,səni yox.Dostun yaxşısı da olar,pisi də,hər ikisi ilə dostluq et,yaxşıları ilə ürəkdən dostluq et,pisləri ilə dildə dost ol.Beləliklə,hər iki tərəfin dostluğu təmin edilmiş olar.Ehtiyac həmişə yaxşı dostlara düşməz,elə vaxt gələ bilər ki,pis dostlara da adamın işi düşə bilər.Hərçənd yaxşıların yanına getmək pislərin yanında hömətini azaltdığı kimi,pislərin yanına getmək yaxşıların yanında hörmətini azaldar,lakin sən yaxşıların yolu ilə get ki,hər iki dəstənin dostluğu sənə nəsib olsun.Amma heç vaxt axmaq adamlarla dostluq etmə,çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər ki,yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.
Adamlarla orta dost ol,dostlarının çoxluğuna bel bağlama…Əsl dost özünü hesab et,ətrafina diqqətlə bax..Dostlarının etibarlılığına ümid edib arxayınlaşma…Min dostun olsa belə,heç kəs sənə özündən artıq dost ola bilməz.Dostu xoş və bəd gündə də yoxla,xoş gündə hörmətinə,bəd gündə isə köməyinə görə.Düşmənini düşmən hesab etməyəni dost bilmə,elə adam tanış adlanar,dost sayılmaz.
Yalnız yaxşı və istedadlı adamlarla dostluq et ki,sən də dostlarının şöhrət tapdığı istedadlarla hörmət qazanıb təriflənəsən.Tək olmaq pislə oturmaqdan yaxşıdır.
Tamahkar dostdan qaç,onun dostluğu tamah üzündən olar,həqiqi dostluq olmaz.Kinli adamlarla dostluq etmə,kinli adam dostluğa layiq deyil,ürəyi həmişə kinlə dolu olar.
Hər zaman dostluqda möhkəm ol,onda sənin də işlərin möhkəm olar.Axmaq bir şey üstə dost səndən üz döndərirsə,onu geri qaytarmağa çalışma.Deməli ləyaqəti yoxdur.Dostlarınla pis vaxtlarında da yaxşı vaxtlarındakı kimi rəftar et.O adamı dost hesab et ki,onun da səni dost hesab etdiyinə əminsən...
Bir də,dostlarının dostları haqqında fikirləş,onlar da dostlar cərgəsində hesab edilərlər.Lakin düşməninlə dostluq edəndən ehtiyatlı ol,ola bilər onunla dostluğu səninkindən möhkəm olsun və düşmənindən əvvəl sənə zərər yetirsin.Dostunla düşmənlik edənlərdən də özünü qoru.Heç bir səbəb və əsas olmadan səndən şikayətlənən dostlardan dostluq gözləmə.Tez-tez dost dəyişdirməyi adət etmə,dostu çox olanın eyibləri örtülər,ləyaqətləri meydana çıxar.Lakin təzə dost tapdıqda köhnəsinə uz çevirmə.Yenisi ilə dost ol,köhnəsi də qoy yerində qalsın,beləliklə,dostların sayı çoxalsın.Deyiblər ki : “Yaxşı dost böyük xəzinədir”. Bİr də,səninlə dostlaşmaq istəyən,lakin hələlik yarımdost olan adamlar haqqında da fikirləş,onlara yaxşılıq et.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR