Necə olur ki, bir-biri üçün bir zamanlar dəliyə dönən cütlər zamanla it-pişik kimi döyüşməyə başlayırlar? Əl-ələ, diz-dizə, göz-gözə başlayan eşqlər niyə evləndikdən sonra eyni sehrini qoruya bilmir? Eşq, yeni doğulmuş bir körpə kimi saf və təmizkən, niyə çirkinləşir, ölür və cənazəsi onu doğuranlar tərəfindən mərhəmətsizcə qaldırılır.İnsanlar aşiq olduqları kəslərlə evlənərlər.Ailə qurana qədər sevdiyimiz insan haqda xəstə kimi düşünərik.O dəqiqə olmaz ki,onu düşünməyək.Beynimizə fasilə belə vermədən düşünərik.Hətta "O,mənimçün yaradılmışdır,başqasını düşünməyə ehtiyac yoxdur"-deyə düşünərik.Dəlilər kimi aşiq olduğunuz zamanları xatırlayın.O insan bizim üçün dünyanın ən qiymətli adamı halına gəlir. Həyat onun ətrafında dönər. Onu xoşbəxt etmək üçün nə lazım olsa edərik. Birlikdə hadisələrin ən gözəlini yaşayarıq. Onunla keçən hər dəqiqə qiymətlidir. Zaman su kimi axıb keçər. Gözümüz ondan başqasını görməz. Ağılımızda həmişə sabahlar vardır. Yaşanacaq gözəl bir ömür və bitməyən eşqimiz olacaq. O zamanlar eşqimizin dəlili olaraq ailə qurmağı görərik. Ailə qurmaq ,eşqimizi rəsmiyətləşdirmək, bütün dünyaya birlikdə olmamızı eşitdirmənin yoludur.
Sevgi ilə başlanan evliliklərdə ilk başda yaşanan o ideal sevgi bir müddət sonra fərqli görünməyə başlar.(Onun diş fırçalama tərzi,evdə əşyaları,paltarlarını dağınıq saçması və ya digər hərəkətləri sizdə xəyal qırıqlığı yarada bilər)Bu da çox normal bir haldır.Psixoloqların fikrincə,bu sevginin növbəti mərhələsinə bir keçid dövrüdür.Amma hər kəs bacarırmı bu keçid dövrünü yaşamağı?Anlaşılmazlıqlar,bir-birilərini başa düşməməzlik,münasibətləri düzgün qiymətləndirməmək bəzən acı sonluqlarla bitir.Boşanmalarla.
Ancaq,boşanmadan öncə,qəbul etmək lazımdır ki,əvvəlki coşğun sevgi öz sehirli qüvvəsini müvəqqəti olaraq itirir.Və anlayacaqsınız ki,siz bir deyil,iki ayrı-ayrı insanlarsız.Hər birinizin özünə görə müsbətləri və mənfiləri vardır.Bunu düşünmək lazımdır:"Bütün bunlara baxmayaraq,O mənim canımdır,hər şeyimdir,biz bir-birimiz üçün xüsususiyik,o mənim bir həyat boyu seçdiyim sevgilimdir"Bu sadaladığım ünsürləri qorumaqla və onlara bir miqdar da romantik anlar qatmaqla ailə qurduqdan sonra sevgini qoruyub saxlamaq mümkündür,deyə düşünürəm.Gerçək sevgi isə bundan sonra başlayar.
Könül vermək istəyirsənsə
Hər an ümid bəsləyirsənsə
Sən könüldən sevirsənsə
Evlilik eşqi öldürməz.
Eşqdə qüsur etmirsənsə
Sıxılınca getmirsənsə
Hər sözə inanmırsansa
Evlilik eşqi öldürməz.
Eşqə dəyər verirsənsə
Xoşbəxtliyi görürsənsə
Sevən könül tapırsansa
Evlilik eşqi öldürməz.
Qüsura göz yumursansa
Gerçək bir eşq ümid edirsənsə
İnan hörmət edirsənsə
Evlilik eşqi öldürməz.
Ali Aksoy
Bəziləri də deyirlər ki,sevgi sevdiyin insanın həsrətində qaldığın zaman gözəl olur və heç zaman da ölmür.
Görəsən, hörmətli Qadin.Net istifadəçiləri,sizlər bu barədə necə düşünürsüz?
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR