Sevgi istənilən insanın xasiyyətinə, cəmiyyətdə öz yerini tapmağına kömək olan bir vasitədir. Ana -ata sevgisi hər bir uşaq üçün sağlam gələcək zəmanətidir. Gəlin bu mövzu haqında Ülviyyə xanımın fikirlərinə nəzər salaq.
Yəqin ki, heç də hamımız “sevgi uşaqları” deyilik. “Sevgi uşaqları”anlayışına bir az aydınlıq gətirim – yəni, iki şüurlu sevgi ilə bir-birini sevən, hörmət edən gəncin evliliyindən doğulan uşaq. Normal, dava-dalaşsız, hörmət və sevgi qayda qanunları üzərində qurulmuş ailənin uşaqları...
Təəssüf ki, normal axışını itirən cəmiyyətdə bu cür ailələr və nəticədə bu cür uşaqlara rast gəlmək çox nadir bir hala dönüb. Məcburi və ya erkən nikahlar, iradəsizlik, prinsipsizlik və ya öz düşüncəsində “çarəsizlikdən” evlənənlər, qız qaçıranlar, yəni insan oğruları – səbəblər çoxdur. Nəticədə bu kimi insanlar təkcə özlərini deyil, gələcəkdə doğulan uşaqlarını da bədbəxt edir.
Sevgisiz böyümək nəyə gətirir? İnsan sevgi aclığı duyur, bunu ana qayğısı ilə doyurmağa başlayır, sonra tədricən ata sevgisinə, özünü atasının gözündə təsdiq etməyə meylli olur. Erix Fromun da qeyd etdiyi şərtsiz sevgi yalnız analara məxsusdur. Sən pis olsan da sevəcəklər. Təsəvvür edin ki, bu cür şərtsiz sevginin varlığından xəbərdar olmayan, doğulan kimi atılan körpələr var. Bu cür insanlar hər zaman bədbəxt olaraq qalırlar, çünki mənən aclıq çəkirlər, mənəviyyatları tox deyil. Bu travma heç bir başqa travma ilə müqayisə edilə bilməz. Atılmısansa, özü də səni qeyd-şərtsiz sevməli olan biri tərəfindən, daha bir ömür heç kimi nə həqiqətən sevəcəksən, nə də sevildiyinə inanacaqsan. Ana sevgisini duymayan insanlar yadların sevgisinə çətin ki, inanar... Bu travma dəhşətlidir. Bu cür valideynlər isə bağışlanılası deyillər.
Ata travması.. Yenə də Froma müraciət etsək, görərik ki, o ata sevgisini şərtli sevgi adlandırır. Atalar analar kimi şərtsiz sevmirlər, yəni əgər sən atanın sevgisini qazanmaq istəyirsənsə, mütləq onun adına layiq qız və ya oğul olmalısan. Atan səni ancaq ona layiq olduqdan sonra qəbul edəcək, onun ümidlərini doğrultduqdan sonra onun gözündə var olacaqsan, sənlə fəxr edəcək.. Amma burda bir məqam var – atanın istəkləri kölgəsində itmək məsələsi… Yəni seçiminiz var – ya ideal oğul, tənəsiz həyat ya da istədiyiniz məniniz, öz ağlınız, öz məntiqiniz, mübarizəniz. Əlbəttə, bəzi hallarda ata ilə oğulun ideal mənləri eyni ola da bilər. Buna deyirlər, atasının oğlu. Və mövzumuz olan, travmalar.. Ata travması olan uşaqlar, yəni atasız böyüyənlər. Ya şəhid, ya boşanmış, ya da vəfat etmiş olanlar – fərqi yoxdur. Bu cür uşaqlarda isə sevgiyə inam olur, lakin çox irrasional olurlar, hissiyatcıl, həssas. Çünki ana sevgisindən var olublar, analar isə şərtsiz seviblər. Bu cür uşaqlar kövrək, tez küsəyən, daima özünü təsdiq etməyə çalışmaq üçün bir obyekt axtarışında olurlar.. Məsələn, həmin uşaq hansısa bir insanın gözündə özünü təsdiq etmək üçün ondan vəzifə, iş, əmək istəyir, ona imkan verilməsini istəyir. Onun şərtli sevigiyə, onunla etdiklərinə görə fəxr edəcək insana ehtiyacı var. Atasız uşaqların bu ehtiyacını duyan və ümumiyyətlə başa düşən çox az insan olur.
İndi bu şərtli və şərtsiz sevgilər barədə xəbərimiz oldu. Yəni, ana və ata sevgisi.. Amma bir də var, həm anası, həm atası olub, bu iki sevginin də travmatik üzünü görən bədbəxt uşaqlar. Döyülən, daima bədbəxt olan ana və ya qazanc gətirmədiyi üçün daim üzü danlanan ata obrazı, dava-dalaş zamanı ona da bir sillə dəyməsin deyə çarpayı altında gizlənən və ya özünü anasına sipər edib, iki-üç silləni canına yeyən bədbəxt uşaqlar. Bu cür uşaqların uşaqlığı heç yoxdur, onların uşaqlığı öz sevgi özəkləri – ana və ataları tərəfindən məhv edilib, oğurlanıb. Onlar cəmiyyətdə normal ailənin olduğuna çətin inanırlar, düşünürlər ki, ailə dediyin elə budur – daimi, mənasız söz-söhbət, göz göyərtməsi, can ağrısı, ürək ağrısı.. Ailə bu deyil, ailə sevgidir, etməyin bu pisliyi uşaqlarınıza.
Sizə edilənləri, uşaqlarınıza etməyin, dava-dalaşdan uzaq, sevgi dolu həyat bəxş edin onlara. Küsdürməyin uşaqlarınızı, sağalması mümkün olmayan yaralar vurmayın. İnanın ki, uşaqlığın ağrıları unudulmur. Elə ailələr qurun ki, yer üzü sevgi uşaqları ilə dolub, daşsın...
Ülviyyə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur aktrisa efirlərə qayıdır-FOTO
Hello kitty-dən çantalar
Koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI
Dəri ləkələri üçün pomidor suyu maskası
Qıvırcıq saçları düzləşdirmək üçün maska
Uşaqlar üçün hazırlandığına inanmayacaqsınız
Azərbaycanda 800 qramlıq körpə doğuldu
Azərbaycanda bəzi meşə sahələrinin sürüşmə təhlükəsi var
Peşmərgə Suriyaya keçdi
Dünyadakı ən lüks və bahalı 10 marka
Azərbaycanda şagirdlərin məktəblərə qəbulu və yerdəyişməsi ilə bağlı yeni qaydalar
Mercedes-Benz-dən super Brabus
Qırılan dırnaqlardan xilas ol
Fərqli spaqettili maffinlər (foto resept)
2020-nin ən yaxşı çantaları
Havayı yaşamağın 10 yolu
Teylor Svift fanatına kömək etdi-FOTO
"WhatsApp"a kamera gəlir
"You-Tube" ilə bağlı inanılmaz qərar
Həccin vaxtı açıqlandı
Diş əti xəstəliyi və diş fırçalama
Nyutonun qiyamət tarixini hesabladığı qeydlər ortaya çıxdı - FOTO
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
Yataq dəstləri
Güləşçimiz erməniyə aman vermədi
Yaz fəsli üçün maskalar
"Formula-1" Avropa Qran-prisi üçün biletlərinin 65 faizini əcnəbilər aldı
Hər il 5.3 milyon insan “tənbəllik”dən ölür.
Sizi "tox" saxlayacaq 7 qida
Asma çarpayı modelləri
Türkiyədə partlayış baş verib
Ərdoğana xəyanət edənlər yaxalandı
Az sədəqə çox bəlanın qarşısını alar
Xalq artisti Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib
2012-ci il notbookları və netbookları
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
Bürclərin bilinməyən xüsusiyyətləri
Yoluxma sayı 400-dən aşağı düşdü, 517 nəfər sağaldı - RƏSMİ
Metroda şalvarsız gün
Hamiləlikdə idman təklifləri
Dostlar, gedək Kəlbəcərə, səyahət edək Şuşaya...
Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr
İnstagramdan YENİLİK!
Yeni güclü antibiotik ixtira edilib
Koronavirusla bağlı son STATİSTİKA
"Andromeda" satıldı - 3,6 milyon avro
Limonlu duş
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Uğrunda can verdiyimiz müqəddəs bayrağımız
Günün qoroskopu: maliyyə problemləri mümkündür
- ŞƏRHLƏR