Mənim üçün maraqlı mövzulardan biri də göz dəymə anlayışıdır.Hələ uşaq olanda eşitmişdim ki insana göz dəyir . Onda adamın başından duz çevirir, üzərlik yandırıb iyini verirdilər bunun da şahidi olmuşdum . Dəfələrlə anamdan soruşardım ki niyə belə edirlər anam da göz dəyən insana belə edirlər ki gözü geri getsin deyərdi .Deyilənlərə görə göygöz adamların gözündə nəzər daha çox olur.Yadıma gəlir ki birinin təzə uşağı olanda 40-lı uşaq sayılırdı qaçırdıq ki uşağa baxaq anam həmişə qoymazdı ki göz dəyər körpədi getməyin amma yenə də gizlicə qaçardım ki anam bilməsin .Çox vaxt demək olar ki indi də bu adət davam edir körpə uşaqların qoluna göz muncuğu , yaxasına heyva ağacından kəsilən budaq evlərin üstünə yəni qapıya at nalı vururlar sankı bunları etməklə mənəvi rahatlıq tapır və bəd nəzərin uzaqlaşdığını güman edirlər.
Bəs siz necə düşünürsünüz sizcə göz dəymə varmı və heç sizə göz dəyibmi?
GÖZDƏYMƏYƏ İNANIRSINIZMI?
Suallara səmimi və düzgün cavab verin. Yalnız, cavab xallarınızı topladıqdan sonra “nəticəni” oxuyun.
1. Qonaq gedəndə orada sizdən başqa kimlərin olduğunu öyrənməlisiniz?
a) Bəli-2
b) Hərdən-3
c) Ümumiyyətlə, bu məni maraqlandırmır-1
2. Axşam vaxtı tək gəzməyi xoşlayırsınızmı?
a) Xoşlayıram-2
b) Xoşlamıram-1
c) Tək gəzməyə qorxuram-3
3. Qonşuluqda yaşayan bütün şəxslərlə maraqlanırsınız?
a) Bəli-3
b) Xeyr-1
c) Hərdən olur-2
4. Səhər evdən çıxan zaman əhvalınız həmişə yüksək olur?
a) Bəli-1
b) Xeyr-2
c) Şəraitdən asılı olur-3
5. Həmişə nağıllardakı qəhrəmanlara bənzəmək istəmisiniz?
a) Bəli-1
b) Xeyr-3
c) Ümumiyyətlə, nağılları xoşlamıram-2
6. Evinizdə tez-tez stol üstə təbii güllər olur?
a) Bəli-3
b) Xeyr-2
c) Yalnız xüsusi günlərdə və bayramlarda-1
7. Siz dinə qəlbən bağlı adamsınız?
a) Bəli-3
b) Xeyr-1
c) Deyə bilmirəm-2
NƏTİCƏ
16 XAL VƏ ONDAN YUXARI:
Siz gözdəyməyə inanırsınız. Özü də, bu inam sizin həyat və fəaliyyətinizdə özünü göstərir. Bu baxımdan, harada olursunuzsa olun, daim nəzərdən qorunmağa çalışırsınız. Ailədə bədnəzərlərdən qorunmaq üçün bütün dini və qeyri-dini müdafiə üsullarından istifadə edirsiniz.
11-15 XALLAR:
Siz də gözdəyməyə inanırsınız. Bu haqda lazım olan bütün məlumatlara maliksiniz. Lakin çox vaxt ona o qədər də əhəmiyyət vermirsiniz. Təbii ki, ondan qorunmaq bəzən heç sizin ağlınıza belə gəlmir. Amma kimsə, ailədə nəzərdən qorunmaq üçün müəyyən işlər görürsə, siz onu qəbul edirsiniz.
10 XAL VƏ ONDAN AŞAĞI:
Gözdəyməyə, nəzərə inanmırsınız, daha doğrusu, belə şeylər, ümumiyyətlə, sizi maraqlandırmır. Şəxsi həyatınız və xarakteriniz də buna şərait yaradır. Təbii, ailədə bunu görəndə, biganə münasibət bəsləyirsiniz. Lakin ailə üzvlərinizə və başqalarına bu sahədə mane olmaq istəyiniz həmişə olur.
XƏBƏR LENTİ
Düşmənin zabit heyətini aparan maşın məhv edildi - VİDEO
Bir ayda 20 sm saç uzatma üsulları
Obsidan daşı
Hava haqqında
Bayram gününün HAVAsı
Vaşinqtonda Azərbaycan XİN başçısı ilə ABŞ Dövlət katibi arasında görüş keçirilib - VİDEO
Beynimizi inkişaf etdirək
Kəbənin üstü örtüləcək, Səudiyyə "açıq İslama" gedəcək
Buyurun, söz sizindir - "Bizim Tarla" Yaşıl noxud məhsulu
"Mən türkəm"
Squat nədir, necə edilir?
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
“Con Snou” serialın bitməsindən depressiyaya düşdü, xəstəxanalıq oldu
Günün qoroskopu:İşgüzar olun!
Ramazan ayının 25-ci gününün duası
8 Martda hava necə olacaq?
İki beynimiz var imiş - Alimlərdən KƏŞF
İşıq sayğaclarına müdaxilə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Hər kəs 11 yaşlı hakerdən danışır-FOTO
8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək!
Rusiyanın peyki xarab oldu
Bədən dili bizi ələ verir (3)
Bu gün Kriştianu Ronaldunun doğum günüdür
Tərəvəzli çevirmə plov (foto-resept)
Meksika silkələndi
İşğaldan azad olunan torpaqlarımızda “həyat əlamətləri”: Yeni layihələrə start verildi
Ermənilər Dağlıq Qarabağı tərk edirlər - VİDEO
Facebook-un atası ən uğurlu milyarder oldu
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Bakıda çoxlu avtomobil dayanacaqları tikiləcək
Məşhur saç ustası türk serialında
Sassekslilər Meqan və Harridən imtina etdi-SƏBƏB-VİDEO
Mənzil bazarında qiymətlər artıb
Azərbaycan tarixindən yüz şəxsiyyət-33
İçimizdəki və çölümüzdəki Qadınlar!
Dovğa (foto-resept)
Sən demə... - 75 illik ARAŞDIRMA
Eşqin yaşı yoxdur
İstirahətə tələsin
Bakıda hansı xəstəliklər daha çox yayılıb?
İran Xəzəri kimin əlindən alır?
Bağdadda silsilə partlayışlar: 33 ölü, azı 100 yaralı
Qeyri-adi evlər
ABŞ-da güllə əvəzinə tibbi maska atan “silah” düzəltdilər - VİDEO
HAVA necə olacaq? 26-yanvar
Tibb tarixində bir ilk-FOTO
Ermənistanın “Vətən” muzdlu dəstəsi darmadağın edildi
Ziyafət üçün makiyaj və saç düzümləri
Aybəniz Haşımovanın yeni imici - FOTO
Şahzadə Beatrisin arzusu ürəyində qaldı-SƏBƏB
- ŞƏRHLƏR