Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalının 22-ci ildönümüdür.
Milli.Az-ın məlumatına görə, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Kəlbəcər sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb.
Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevrilib.
Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurası tərəfindən Ağdam rayonunun azad edilməsi ilə bağlı 854, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874 və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884 saylı qətnamələr qəbul edilib, lakin həmin qətnamələr kağız parçası olaraq qalır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı
Türkiyənin yeni baş nazirinin seçiləcəyi tarix bəlli oldu
2014-cü ilin şərf və şal modelləri
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
Bakı, Aşqabad, Ankaradan mühüm görüş
Valideynlərə təcili kömək -4
Saç kəpəyinin yaranma səbəbi (2)
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Kəs və yapışdır-9
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Toyuq langeti (foto-resept)
Yupiter böyüklüyündə qeyri-adi planet kəşf edildi
Qoyun onlar yatsınlar
Dünyanın ilk süni insanı yaradıldı
Kağız halva-11
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Dünyanın ən kiçikləri
Körpələrdə sarılığın müalicəsində yeni metod
Unun qiymətləri qalxdı?
Sanders Klintona qalib gəldi
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Dərinizə təbii gözəllik bəxş edin
Məşhur aktyor vəfat etdi
2018-2019 Qış şalvar trendləri
Ermənistanı beş yerə bölürlər
Bu günün tarixi (22.08.2014)
Makiyaj süngərlərini təmizləmək üçün...
Mehriban Əliyeva işsiz qalanlarla bağlı vacib göstəriş verdi
Tələbələrə ödənişlərdə güzəşt olunacaq? - Nazirdən AÇIQLAMA
Keçmiş baş nazir qeyri-adı işə düzəldi
Məntiqi suallar
İraq türkmənlərinin soyqırımları
Qurban Qurbanov millimiz haqda danışdı
Bəlkə, gedək sürüşək?
Dərini gəncləşdirən maska
Valideyn olmaq asan deyil
Elvis Preslinin "Codillac"ı ucuz qiyətə satıldı-FOTO
Tarkan hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Qış vaxtı" nəyimizə lazımdır?
Lukaşenkoya nə olub?
Bu gecə, sonuncu dəfə...
Perunun yeni prezidenti məlum olub
Cəlbedici gözlər
Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız
Cennifer Eniston bu hərəkəti ilə GÜNDƏM oldu-FOTO
Yeməkdən sonra ağızda acı dadın səbəbi
Hər kəs bu Evlilik Təklifindən danışır
Toyuq ətli salat (foto resept)
Rənglər haqqında maraqlı faktlar
- ŞƏRHLƏR