Qurani-Kərimdə kainatın yaranması belə açıqlanır: "O göyləri və yeri yoxdan var edəndir ..." (Ənam surəsi , 101 )
Quranda verilən bu məlumat müasir elmin ixtiraları ilə tam bir uyğunlaşma içindədir. Bu gün astrofiziklər bütün kainatın maddə və zaman ölçüləriylə birlikdə bir sıfır anında, böyük bir partlayışla var olması qənaətinə gəliblər. "Böyük Partlayış" nəzəriyyəsi bütün kainatın təxminən 15 milyard il əvvəl tək bir nöqtənin partlaması ilə yoxluqdan meydana gəldiyini sübut etmişdir. Bu nəzəriyyə bu gün kainatın əmələ gəlməsi və başlanğıcı mövzusunda bütün elmi dairələr tərəfindən ortaq qəbul edilən yeganə elmi izahdır.
Ondan əvvəl maddə adlanan bir şey yoxdur. Maddənin, enerjinin, hətta zamanın belə olmadığı tamamilə metafizik olaraq təyin oluna biləcək bir yoxluq şəraitində maddə, enerji və zaman yaradılmışdır. Müasir fizikanın ortaya qoyduğu bu böyük həqiqət Quranda bizə 1400 il əvvəldən xəbər verilir.
NASA-nın 1992-ci ildə göndərdiyi COBE peykinin həssas skaynerləri partlayışdan sonra bütün kainata yayıldığı fərz edilən radiasiyanın qalıqlarını tapdı. Bu görüş kainatın yoxdan var edildiyi həqiqətinin elmi bir şərhi olan "Böyük Partlayış" nəzəriyyəsinin isbatı oldu.
Kainatın genişlənməsi
Astronomiya elminin hələ inkişaf etməmiş olduğu bir dövrdə endirilən Qurani-Kərimdə kainatın genişlənməsindən bu cür bəhs edilir: "Biz göyü 'böyük bir qüdrətlə' bina etdik və şübhəsiz, Biz (onu) genişləndirməkdəyik" (Zariyat Surəsi , 47).
Ayədə keçən "göy" sözü Quranın bir çox yerində kosmos və kainat mənasında istifadə edilir. Burada da bu mənada istifadə edilmişdir. Elmin bu gün varmış olduğu nəticə də Quranda bildirilənlə eynidir.
Əsrimizin əvvəllərinə qədər elm dünyasında hakim olan tək fikir "kainatın sabit quruluşa sahib olduğu və sonsuzluqdan bəri davam etdiyi" şəklində idi. Ancaq günümüzün texnologiyası sayəsində reallaşdırılan axtarış, müşahidə və hesablamalar kainatın bir başlanğıcı olduğunu və davamlı olaraq "genişləndiyini" ortaya çıxardı. Rus fiziki Aleksandr Friedmann və belçikalı alim Georges Lemaitre bu əsrin əvvəllərində kainatın davamlı hərəkət etdiyini və genişləndiyini nəzəri olaraq hesabladılar. Bu həqiqət 1929-cu ildəki müşahidələrlə də isbat edildi. Amerikalı astronom Edvin Habl istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən ulduzların və qalaktikaların davamlı olaraq bir-birlərindən uzaqlaşdıqlarını kəşf etdi. Hər şeyin davamlı olaraq bir-birindən uzaqlaşdığı kainat isə davamlı "genişlənən" bir kainat mənasını verir. Kainatın genişlənməkdə olduğu sonrakı illərdəki müşahidələrlə də qətiləşdi. Ancaq bu həqiqət hələ heç bir insan tərəfindən bilinmədiyi halda Quranda əsrlər öncə açıqlanmışdı. Çünki Quran bütün kainatın yaradıcısı və hakimi olan Allahın sözüdür.
Göylərlə yerin bir-birindən ayrılması
Göylərin yaradılışı mövzusundan bəhs edən bir başqa ayə isə belədir:
"O inkar edənlər görmürlərmi ki, (başlanğıcda) göylərlə yer bitişikikən Biz onları ayırdıq və hər bir canlını sudan yaratdıq. Yenə də iman gətirməzlər?" (Ənbiya Surəsi , 30)
Allahın kainatı yoxdan var etdiyini "Böyük Partlayış" elmi dəlillərlə isbat etdi. Ayənin "bitişik" kimi tərcümə edilən "ratq" kəlməsi ərəbcə lüğətlərdə "bir-biriylə iç-içə, ayrılmaz, qaynayıb-qarışmış" mənalarına gəlir. Yəni tam bir bütün əmələ gətirən iki maddəni tanımaq üçün bu kəlmədən istifadə olunur. Ayədə keçən "ayırdıq" ifadəsi isə ərəbcə "fatq" felidir ki, bu fel "ratq" halındakı bir obyekti yarıb, parçalayıb çölə çıxmaq mənasına gəlir. Məsələn, toxumun cücərərək torpaqdan çölə çıxması ərəbcədə bu fellə ifadə edilir. İndi ayəyə təkrar baxaq. Ayədə göylərlə yerin bir-birilə bitişik, yəni "ratq" vəziyyətində olduğu bir vəziyyətdən bəhs edilir. Ardından bu ikisi "fatq" feli ilə ayrılırlar. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətən də, "Böyük Partlayış" ilk anını xatırladığımız zaman tək bir nöqtənin kainatın bütün maddəsini içində topladığını görürük. Yəni hər şey hətta hələ yaradılmamış olan "göylər və yer" belə bu nöqtənin içində "ratq" halındadırlar. Ardından bu nöqtə şiddətlə partlayır və bu yolla maddələr "fatq" olurlar. Ayədə keçən ifadələri elmi ixtiralarla müqayisə etdikdə tam bir uyğunlaşma içində olduqlarını görürük. 14 əsr əvvəl xəbər verilmiş olan bu ixtiraların elmi olaraq ortaya qoyulması isə ancaq 20-ci əsrdə mümkün olmuşdur.
Orbitlər
Quranda Günəş və Aydan bəhs edilərkən hər birinin müəyyən orbiti olduğu belə vurğulanır:
" O, gecəni və gündüzü, Günəşi və Ayı da yaradan Odur, hər biri bir orbitdə üzüb gedir. " (Ənbiya Surəsi , 33)
Günəşin sabit olmadığı, müəyyən bir orbitdə yol almaqda olduğu bir başqa ayədə də belə bildirilməkdədir:
"Günəş də özü üçün (müəyyən edilmiş) olan bir qərar yerinə doğru axıb getməkdədir. Bu üstün və güclü olan, bilənin təqdiridir." ( Yasin surəsi, 38)
Quranda bildirilən bu həqiqətlər zamanımızdakı astronomik müşahidələrlə təsdiqini tapmışdır. Astronomiya mütəxəssislərinin hesablamalarına görə, Günəş Solar Apex adı verilən bir orbit boyunca Veqa ulduzu istiqamətində saatda 720 min km-lik böyük bir sürətlə hərəkət etməkdədir. Bu, kobud bir hesabla Günəşin gündə 17 milyon 280 min km yol qət etdiyini göstərər. Günəşlə birlikdə onun cazibə sistemi içindəki bütün planetlər və peykləri də eyni məsafəni qət edirlər. Bundan başqa, kainatdakı bütün ulduzlar da buna bənzər planlı hərəkətdədirlər.
"Göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzün üstünə bürüyüb örtür, gündüzü də gecənin üstünə bürüyüb örtür... " (Zumər Surəsi , 5)
Quranın kainatı tanıdan ayələrində istifadə olunan ifadələr olduqca diqqət çəkicidir. Yuxarıdakı ayədə "bürüyüb örtmək" kimi tərcümə edilən ərəb kəlməsi "təkvir"-dir. Bu sözün azəricə qarşılığı "dairəvi bir şeyin üzərinə bir cisim bürüməkdir". (Məsələn, ərəbcə lüğətlərdə "başa sarıq qucaqlama" kimi yumru cisimlərin ehtiva hərəkətləri üçün bu kəlmə istifadə olunur.) Ayədə gecənin və gündüzün bir-birinin üzərlərini bürüyüb-örtmələri (təkvir etmələri) mövzusunda verilən bilik eyni zamanda dünyanın quruluşu mövzusunda qəti bir məlumat ehtiva etməkdədir. Ancaq və ancaq Dünyanın dairəvi olması halında bu ayədə ifadə edilən fel reallaşa bilər. Yəni 7-ci əsrdə Quranda Yerin dairəvi olduğuna işarə edilmişdir. Unutmamaq lazımdır ki , o dövrdəki astronomiya anlayışı Dünyanı daha fərqli təsəvvür edirdi. O dövrdə Yerin düz səthə malik olduğu düşünülürdü və bütün elmi hesablar, açıqlamalar da buna görə edilirdi. Quran ayələri isə bizə hələ bu əsrdə öyrəndiyimiz bilikləri verməkdədir. Quran Allahın sözü olduğu üçün kainatı xarakterizə edərkən ən doğru kəlmələrdən istifadə edilmişdir.
XƏBƏR LENTİ
Qadın.Net-lilərin ilk məktəb həyəcanı (3-cü hissə)
Balıq bazarında canlanma var - QİYMƏTLƏR
HAVA necə olacaq?-11 İyul
Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi
Rahat ev geyimləri
Rusiya öz “iPhone”unu buraxacaq
Burak Özçivit Rumıniyada ŞOK YAŞADI – VİDEO
Milanda moda həftəsi
Böyük yalan üzə çıxdı
Bu uşağın ən yaxın dostu pitondur
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
Gəncədə bu gün muzeylərə ziyarət pulsuzdur
Bağçalarda valideynlər üçün fərdi videomüşahidə yaradıla bilər
Ailə bağlarını gücləndirmək üçün ...
ABŞ rəsmi olaraq ÜST-dən çıxdı
Şüuraltını təmizləməyin yolları
2019-un trend saç rəngləri
Los-Anceles polisi: “Ermənilər azərbaycanlılara qarşı nifrət zəminində cinayət törədiblər”
Builki qasırğaların adları: müharibə, savaş...
Putin ən məşhur agentliklərdən birini bağladı
Cəfər Cabbarlının qızı vəfat etdi
Sızanaqlardan sonra olan ləkələrə son
Hadise bu dəfə də diqqət çəkdi-FOTO
Rusiya tərəvəzi bu ölkədən alacaq
ABŞ-ın tanınmış aktyoru vəfat edib
Canlılardakı mükəmməl simmetriya
WhatsApp istifadəçiləri üçün xoş xəbər
Disney şəhzadələri standard çəkidə olmasaydı
Piyadanı isladan sürücülər cərimə olunacaq
NASA-nın peyki Günəşə ən yaxın planetə çırpıldı
Abituriyentlərə ikinci ŞANS
Bred Pittlə Cenifer Enistonun yaşadığı malikanə illər sonra satıldı-VİDEO
Azərbaycanda 31 şirkət BİRLƏŞDİ
Keyt Moss və qızı diqqət çəkdi-FOTO
Xalq təbabəti ilə soyuqdəymədən xilas olaq
Şahzadə quşları üçün 80 təyyarə bileti aldı
Dənizi xatırladan dekorasiya
Rus dili - ИРё, Йй
Prezident Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib
Koronavirus 18 ölkəyə yayıldı
Şokoladlı türk qəhvəsi (foto-resept)
Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi
Saçının rəngini dəyişdi Məşhur Oldu - FOTO
Fahriye Evcen Əvvəlki Çəkisinə Qayıtdı - FOTO
Hava necə olacaq? - XƏBƏRDARLIQ
Kaktuslar hər yerdə...
Həcc ziyarətinin başlanma tarixi açıqlandı
Kayli Cenner rəfiqələrindən kömək istədi-SƏBƏB
Bürclər hansı dodaq boyalarına üstünlük verirlər?
Heç yerdə görmədiyiniz 10 meyvə















- ŞƏRHLƏR