Qadin.NET / Kainatın yaranması

Kainatın yaranması

Kainatın yaranması

Qurani-Kərimdə kainatın yaranması belə açıqlanır: "O göyləri və yeri yoxdan var edəndir ..." (Ənam surəsi , 101 )

Quranda verilən bu məlumat müasir elmin ixtiraları ilə tam bir uyğunlaşma içindədir. Bu gün astrofiziklər bütün kainatın maddə və zaman ölçüləriylə birlikdə bir sıfır anında, böyük bir partlayışla var olması qənaətinə gəliblər. "Böyük Partlayış" nəzəriyyəsi bütün kainatın təxminən 15 milyard il əvvəl tək bir nöqtənin partlaması ilə yoxluqdan meydana gəldiyini sübut etmişdir. Bu nəzəriyyə bu gün kainatın əmələ gəlməsi və başlanğıcı mövzusunda bütün elmi dairələr tərəfindən ortaq qəbul edilən yeganə elmi izahdır.

Ondan əvvəl maddə adlanan bir şey yoxdur. Maddənin, enerjinin, hətta zamanın belə olmadığı tamamilə metafizik olaraq təyin oluna biləcək bir yoxluq şəraitində maddə, enerji və zaman yaradılmışdır. Müasir fizikanın ortaya qoyduğu bu böyük həqiqət Quranda bizə 1400 il əvvəldən xəbər verilir.

NASA-nın 1992-ci ildə göndərdiyi COBE peykinin həssas skaynerləri partlayışdan sonra bütün kainata yayıldığı fərz edilən radiasiyanın qalıqlarını tapdı. Bu görüş kainatın yoxdan var edildiyi həqiqətinin elmi bir şərhi olan  "Böyük Partlayış" nəzəriyyəsinin isbatı oldu.

Kainatın yaranması

Kainatın genişlənməsi

Astronomiya elminin hələ inkişaf etməmiş olduğu bir dövrdə endirilən Qurani-Kərimdə kainatın genişlənməsindən bu cür bəhs edilir: "Biz göyü  'böyük bir qüdrətlə' bina etdik və şübhəsiz, Biz (onu) genişləndirməkdəyik" (Zariyat Surəsi , 47).

Ayədə keçən "göy" sözü Quranın bir çox yerində kosmos və kainat mənasında istifadə edilir. Burada da bu mənada istifadə edilmişdir. Elmin bu gün varmış olduğu nəticə də Quranda bildirilənlə eynidir.

Əsrimizin əvvəllərinə  qədər elm dünyasında hakim olan tək fikir "kainatın sabit quruluşa sahib olduğu və sonsuzluqdan bəri davam etdiyi" şəklində idi. Ancaq günümüzün texnologiyası sayəsində reallaşdırılan axtarış, müşahidə və hesablamalar kainatın bir başlanğıcı olduğunu və davamlı olaraq "genişləndiyini" ortaya çıxardı. Rus fiziki Aleksandr Friedmann və belçikalı alim Georges Lemaitre bu əsrin əvvəllərində kainatın davamlı hərəkət etdiyini və genişləndiyini nəzəri olaraq hesabladılar. Bu həqiqət 1929-cu ildəki müşahidələrlə də isbat edildi. Amerikalı astronom Edvin Habl istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən ulduzların və qalaktikaların davamlı olaraq bir-birlərindən uzaqlaşdıqlarını kəşf etdi. Hər şeyin davamlı olaraq bir-birindən uzaqlaşdığı kainat isə davamlı "genişlənən" bir kainat mənasını verir. Kainatın genişlənməkdə olduğu sonrakı illərdəki müşahidələrlə də qətiləşdi. Ancaq bu həqiqət hələ heç bir insan tərəfindən bilinmədiyi halda Quranda əsrlər öncə açıqlanmışdı. Çünki Quran bütün kainatın yaradıcısı və hakimi olan Allahın sözüdür.

Göylərlə yerin bir-birindən ayrılması

Göylərin yaradılışı mövzusundan bəhs edən bir başqa ayə isə belədir:

"O inkar edənlər görmürlərmi ki, (başlanğıcda) göylərlə yer bitişikikən Biz onları ayırdıq və hər bir canlını sudan yaratdıq. Yenə də iman gətirməzlər?" (Ənbiya Surəsi , 30)

Allahın kainatı yoxdan var etdiyini "Böyük Partlayış" elmi dəlillərlə isbat etdi. Ayənin "bitişik" kimi tərcümə edilən "ratq" kəlməsi ərəbcə lüğətlərdə "bir-biriylə iç-içə, ayrılmaz, qaynayıb-qarışmış" mənalarına gəlir. Yəni tam bir bütün əmələ gətirən iki maddəni tanımaq üçün bu kəlmədən istifadə olunur. Ayədə keçən "ayırdıq" ifadəsi isə ərəbcə "fatq" felidir ki, bu fel "ratq" halındakı bir obyekti yarıb, parçalayıb çölə çıxmaq mənasına gəlir. Məsələn, toxumun cücərərək torpaqdan çölə çıxması ərəbcədə bu fellə ifadə edilir. İndi ayəyə təkrar baxaq. Ayədə göylərlə yerin bir-birilə bitişik, yəni "ratq" vəziyyətində olduğu bir vəziyyətdən bəhs edilir. Ardından bu ikisi "fatq" feli ilə ayrılırlar. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətən də,  "Böyük Partlayış" ilk anını xatırladığımız zaman tək bir nöqtənin kainatın bütün maddəsini içində topladığını görürük. Yəni hər şey hətta hələ yaradılmamış olan "göylər və yer"  belə bu nöqtənin içində "ratq" halındadırlar. Ardından bu nöqtə şiddətlə partlayır və bu yolla maddələr "fatq" olurlar. Ayədə keçən ifadələri elmi ixtiralarla müqayisə etdikdə tam bir uyğunlaşma içində olduqlarını görürük. 14 əsr əvvəl xəbər verilmiş olan bu ixtiraların elmi olaraq ortaya qoyulması isə ancaq 20-ci əsrdə mümkün olmuşdur.

Kainatın yaranması

Orbitlər

Quranda Günəş və Aydan bəhs edilərkən hər birinin müəyyən orbiti olduğu belə vurğulanır:

" O, gecəni və gündüzü, Günəşi və Ayı da yaradan Odur, hər biri bir orbitdə üzüb gedir. " (Ənbiya Surəsi , 33)

Günəşin sabit olmadığı, müəyyən bir orbitdə yol almaqda olduğu bir başqa ayədə də belə bildirilməkdədir:

"Günəş də özü üçün (müəyyən edilmiş) olan bir qərar yerinə doğru axıb getməkdədir. Bu üstün və güclü olan, bilənin təqdiridir." ( Yasin surəsi, 38)

Quranda bildirilən bu həqiqətlər zamanımızdakı astronomik müşahidələrlə təsdiqini tapmışdır. Astronomiya mütəxəssislərinin hesablamalarına görə, Günəş Solar Apex adı verilən bir orbit boyunca Veqa ulduzu istiqamətində saatda 720 min km-lik böyük bir sürətlə hərəkət etməkdədir. Bu, kobud bir hesabla Günəşin gündə 17 milyon 280 min km yol qət etdiyini göstərər. Günəşlə birlikdə onun cazibə sistemi içindəki bütün planetlər və peykləri də eyni məsafəni qət edirlər. Bundan başqa, kainatdakı bütün ulduzlar da buna bənzər planlı hərəkətdədirlər.

"Göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzün üstünə bürüyüb örtür, gündüzü də gecənin üstünə bürüyüb örtür... " (Zumər Surəsi , 5)

Quranın kainatı tanıdan ayələrində istifadə olunan ifadələr olduqca diqqət çəkicidir. Yuxarıdakı ayədə "bürüyüb örtmək" kimi tərcümə edilən ərəb kəlməsi "təkvir"-dir. Bu sözün azəricə qarşılığı "dairəvi bir şeyin üzərinə bir cisim bürüməkdir". (Məsələn, ərəbcə lüğətlərdə "başa sarıq qucaqlama"  kimi yumru cisimlərin ehtiva hərəkətləri üçün bu kəlmə istifadə olunur.) Ayədə gecənin və gündüzün bir-birinin üzərlərini bürüyüb-örtmələri (təkvir etmələri) mövzusunda verilən bilik eyni zamanda dünyanın quruluşu mövzusunda qəti bir məlumat ehtiva etməkdədir. Ancaq və ancaq Dünyanın dairəvi olması halında bu ayədə ifadə edilən fel reallaşa bilər. Yəni 7-ci  əsrdə  Quranda Yerin dairəvi olduğuna işarə edilmişdir. Unutmamaq lazımdır ki , o dövrdəki astronomiya anlayışı Dünyanı daha fərqli təsəvvür edirdi. O dövrdə Yerin düz səthə malik olduğu düşünülürdü və bütün elmi hesablar, açıqlamalar da buna görə edilirdi. Quran ayələri isə bizə hələ bu əsrdə öyrəndiyimiz bilikləri verməkdədir. Quran Allahın sözü olduğu üçün kainatı xarakterizə edərkən ən doğru kəlmələrdən istifadə edilmişdir.

29 may 2014
GO BACK