Əgər uşağınız cizgi filmlərinə həddən artıq aludədirsə, diqqətli olun. Çünki ekranda cərəyan edən hadisələrin dəyişmə sürəti real həyatdakından qat-qat çoxdur. Və cizgi filmlərindən fərqli olaraq, real həyatdakı hadisələr daha ləng inkişaf edir. Tezliklə bu ona gətirib çıxarır ki, uşaq adi vəziyyətdən sıxılmağa başlayır: onun nəzərində zaman kəsiyində çox az dəyişikliklər baş verir.
Nəticədə belə uşaq daha az sərbəst oyunlar oynayır, çünki beləliklə nağıllar və sehrlər dünyasından ayrılaraq darıxdırıcı reallığa qayıtmaq istəmir. Belə nağıllar isə uşağın öz təxəyyülünün məhsulu deyil, darıxdığı zaman düyməni basmaqla əldə etdiyi nağıllardır. Beləliklə, uşaqda belə hazır obrazlara aludəçilik yaranır. Gələcəkdə belə uşağı nələr gözləyir? Ən yaxşı halda kompüter oyunları və yaxud İnternetdən asılılıq.
Cizgi filmlərinə uzun müddətli baxış uşağı hazır obrazlara öyrəşdirir. Buna görə də beynin daxili obrazları sərbəst yaratmağa cavabdeh olan hissəsi lazımi dərəcədə inkişaf etmir. Gələcəkdə uşağın kitab oxumaqla bağlı problemləri yaranır. Çünki biz hansısa maraqlı bir kitab oxuyarkən çap hərflərini görmürük - bizim gözümüzün önündə oxuduğumuz hadisələr inkişaf edir, obrazlar canlanır, onların səsini eşidirik. Bu, bizim beynimizin daxili fəaliyyətidir.
Buna görə də əgər uşağınız darıxdığı üçün mızıldanırsa, onu sevdiyi cizgi filmlərinə tamaşa etməyə yollamayın. Ona oynamağı, nəsə düzəltməyi və ya təmir etməyi öyrədin. Ona fantaziya qurmağı öyrədin. Məsələn, uşağa nağıl oxuduqdan sonra soruşun: “Qəhrəman necə geyinib, onun evi necədir, nağıl qurtarandan sonra onların taleyi necə olacaq?” və s. Nağıla aid rəsm çəkməyini xahiş edin. Uşaqlara öyrənməyi öyrədin. O zaman dünya onların qarşısında yeni rənglərə bürünəcək!
XƏBƏR LENTİ
Bədii ədəbiyyata maraq niyə azalıb?
Bakıda qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq QHT forumu keçirilir
Alimlər koronavirusu öldürən qoruyucu maska hazırladılar
Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə elan ediəcək
Rusiyada quş qripi yayıldı
Başın ağrılı bəlası
Regionlara gedən marşrutların qiyməti qalxıbmı?
Ayaqqabı asılqanı özümüz hazırlayaq
''Balaca çoban''
Azərbaycanda hansı mobil telefon dəbdədir?
Nazirlə görüşmək istəyənlərin nəzərinə!
“Marvel” filmlərinin ən güclü superqəhrəmanı gəlir - VİDEO
Beren Saatın “Netflix”dəki serialı
Balıq şorbası (foto resept)
Yanan binanın aqibəti necə olacaq?
Boşanmaq qadınlar üçün xeyirlidir?
Uşaqları çox təmiz saxlamaq niyə təhlükəlidir?
Döş xərçənginin əlamətləri
Ermənilər Rusiya prezidentinə çox pis sataşdılar
Rahat ev geyimləri
Günün ulduz falı - 11.03.2014
Uşağım məktəbə hazırdırmı?
Səhər oyana bilməyənlər üçün günlük kombinlər
Saçın gözəlliyə təsirini göstərən şəkillər
Tarkan səhnədə olduğu hər dəqiqə üçün 16 min alacaq
Qol saatları
Yeni, daha mükəmməl sifət
İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM
Türk qırıcıları 400 hədəfi yerlə bir etdi
Əsgər yolu gözləyənlər
Nişan üzüyü şayiələrə səbəb oldu - FOTO
Yanvar ayının qalibləri!
Yararlı məsləhətlər (4)
Dadlı tort
Gəlin toya atını da apardı - FOTO
İş xanımlarının nəzərinə
Dondurmanı necə seçək?
Parisdə Nizami Gəncəvi ilə bağlı sərginin açılması Azərbaycan mədəniyyətinin təbliği istiqamətində önəmli hadisə kimi dəyərləndirilib
Polad Həşimovun yaşadığı bina təmir edilir - FOTO
Amerikalı həmsədr Xocalı soyqırımından danışdı
Özge küçəyə skuterlə çıxdı, lağa qoyuldu - FOTO
Atəşkəs 22 dəfə pozuldu
Seda Sayan ideal bəyən quruluşunun SİRRİNİ Açdı
Metronun fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA
Gülşen geyimi ilə diqqət çəkdi-FOTO
Mervenin FOTOsu hər kəsin diqqətini çəkdi
Kişilər üçün üz maskaları
İstirahət günü Azərbaycanda hava necə olacaq?
Şəkər xəstələrinə müjdə - YENİ DƏRMAN KƏŞF EDİLDİ
Cazibədar xanımlar üçün
- ŞƏRHLƏR