Bəlkə sizin də uşağınız heç acmır? Yoxsa siz də boşqabı götürüb uşağınızın arxasınca qaçırsınız? Bəlkə siz də “Axşama qədər ac qoysam, ağzını da açmaz” deyənlərdənsiniz? Hər şeydən əvvəl uşaqların həqiqətən də acıb-acmadıqlarını nəzərdən keçirək. Görəsən heç acmayan uşaq ola bilərmi? Əlbəttə ki, ola bilməz. Çünki böyüklərdə olduğu kimi uşaqların da özünəməxsus “mədə ölçüsü” var.
Təbii ki, hələ acmamış bir uşaqdan yemək tələb etmək onda yeməyə qarşı ikrah yarada bilər. Məsələni bir az da aydınlaşdırmaq üçün bir anlıq özümüzü uşaqlarımızın yerinə qoyaq.
Özünüzü tox hiss edirsiniz və bu vaxt sizdən bir boşqab yemək yeməyi tələb edirlər. Təbii ki, bu bir boşqab yemək sizin gözünüzə böyük qazan kimi görünəcək. Yedikcə mədəniz bulanacaq. Əslində uşaqların yaşadığı hisslər heç də bundan fərqli deyil. Elə isə uşaqların acmasına imkan verin. Ancaq o vaxt uşaqlar yeməyin “ləzzətini biləcəklər”. Yeməkdən həzz alan uşaqların zaman keçdikcə yeməyə qarşı ikrah hissi olmayacaq.
Xüsusilə də son illər yol verilən ən böyük xəta körpəlikdən uşağı tez-tez yeməyə məcbur etməkdir. Uşaq hələ acmamış başqa bir yemək gəlir. Onun “təsiri keçməmiş” başqa bir yemək təşrif buyurur. Nəticədə uşaq boşqab görən kimi ağlamağa başlayır. Buradan belə nəticə çıxarmaq olar ki, uşaqların yeməyə qarşı ikrah hissi duymasının ilk səbəbi valideynlərdir.
Bəs yemək yeməyən uşaqlarla necə rəftar etmək olar?
Yeganə yol uşağın acmasını təmin etməkdir. Uşağınızın yeməkdən zövq almasına imkan verin. Bunun üçün isə onun sevdiyi və ya sevə biləcəyi yeməklərdən başlaya bilərsiniz. Ancaq uşaq gün ərzində necə gəldi yeməməli, ayaqüstü yeməklərlə qarnını doyurmamalıdır. Bundan başqa, uşaq özü istəyənə qədər ona yemək təklif etməyin. Yemək yemək istəyəndə isə istədiyi qədər yeməsinə imkan verin. Başqa sözlə, fürsətdən istifadə edib boşqabı ağzına qədər doldurmayın. Bir müddət sonra uşağınızın da hamı kimi acdığını görəcəksiniz.
XƏBƏR LENTİ
“Çölçü” filmi yenidən mükafata layiq görülüb.
NASA kosmosda “robot otel” qurur
Bakını toz bürüyəcək
Ayaqqabınızın ömrünü uzadın
O bir ilə 620 milyon qazandı
Məşhur aşbaz Sıla haqqında
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Fahriyə Buraka qadağa qoydu
İnsan bədəni qüsursuzdur
Yeni serial başlayır-"Kızım"-VİDEO
Kəsmikli, peçenyeli piroq (foto resept)
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
Təmizlik xəstəliyi
Qozun faydaları
Dəbli şalvar modelləri
Cinsi həyatınızın qayğısına qalın
Bananlı keks (foto-resept)
Nazirlik bahalığı "ucuzlaşdırmağa" çalışır
İranda QİÇS-ə yoluxma halları artıb
İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO
Ziynet Salı ərə gedir-FOTO
Bakıda dünya çempionatı olacaq
Yeni toy "adətləri"
Bacılar da bir-birini qısqanır...
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Amerikalılar Milli Şirniyyatlarımızı yeyəndə...
Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb
MakSim ərə gedir-FOTO
21 Fevral-Ana dili günüdür!
Qızının ev tapşırığı atanın həyatını xilas etdi - FOTO
Hicablı makiyaj ustası
"Erkenci Kuş" un məşhur cütlüyü evlənir-FOTO
Hindistanda koronavirusa qarşı üç peyvənd sınaqdan keçirilir
Bakı ABŞ, Rusiya, Fransya səsləndi
Möcüzə enerji-2
Planşetə çevrilə bilən xrombuk
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
Əliyev, Putin və Sarkisyan sambo yarışında
Çində matəm elan edildi
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Həccin vaxtı açıqlandı
Azərbaycan atletlərindən möhtəşəm qələbə!
Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”
Təmizlik zamanı edilən səhvlər
Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib
Maşınlar (Pazl)
Murat Yıldırım çəkiliş vaxtı zədələndi
Ayaqqabı modelləri
Dəniz Çakır bir çox saytların bloklanmasını tələb edib
WhatsApp-da daha bir yenilik
- ŞƏRHLƏR