Sual: Ana ata haqqı, onlara xidmətin əhəmiyyəti haqqında məlumat verərsinizmi?
CAVAB
İmandan sonra birinci vəzifəmiz ana-atanın ürəyini qırmamaqdır. Onlar nə qədər pis olsalar da, yenə hər şeyin üstündə haqqları vardır. Onların ürəyini qıranın ibadəti qəbul olmaz. Müsəlman doğulmamıza və müsəlman yetişməmizə səbəb olan ana-atamızın ürəyini qırsaq Cənnətə girməmiz düşünülə bilərmi? Müsəlman ana-atamız, bizdən razı olmadıqca, Allahu təalanın sevdiyi qulu olmamız çox çətindir. Yaxşılıq edərək razılıqlarını almağa çalışılmalıdır!
Allahu təala ana-ataya yaxşılıq etməyi buyurur. (Nisa 36, Ən'am 151, Ənkəbut 8)
Hədisi şəriflərdə də buyuruldu ki:
(Ana-atasına xidmət edənin ömürü bərəkətli və uzun olar. Onlara qarşı gələnin, üsyankar olanın ömürü bərəkətsiz və qısa olar.) [Ey Oğul Elm.]
(Ana-atası, yanında qocaldığı halda, [onların razılıqlarını ala bilməyib] Cənnəti qazana bilməyənin burnu sürtülsün.) [Tirmizi]
Ana atanın yüzünə sərt baxmamalı, şəfqətlə və sevgi ilə baxmalı! Hədisi şəriflərdə buyuruldu ki:
(Ana-atanın yüzünə şəfqətlə nazirə, qəbul olmuş bir həcc savabı yazılar.) [
(Hüzurunda alıcı ilə satıcı arasındakı kölə kimi dayanmayan kimsə atasının haqqını ödəyə bilməz.)
Övladın, ana-atasına, sevgi ilə baxışı üçün, qəbul edilmiş bir həcc savabı veriləcəyi bildirilincə, oradakılar, (Gündə min dəfə baxsa da belə savaba qovuşarmı?) dediklərində, Peyğəmbər əfəndimiz, (Gündə yüz min dəfə baxsa da) buyurdu.
Övliyanın böyüklərindən biri, nafilə həccə getmək üzrə yola çıxdı. Bir ara Bağdada uğradı. Orada Əbu Həzmi Məkkə həzrətlərini ziyarətə getdi. O an yatdı. Bir az gözlədi. Oyandı və o şəxsə dedi ki:
- İndi Rəsulullah əfəndimizi yuxuda gördüm. Mənə, sənin haqqında, (Anasının haqqını güdsün, bu, həcc etməkdən daha yaxşıdır) xəbərini çatdırmamı əmr etdi. Bunun üzərinə o şəxs geri döndü və bütün həyatı boyunca anasına xidmət edib duasına qovuşdu.
Buxaridəki hədisi şərifdə xülasəylə deyilir ki:
Köhnə ümmətlərdən üç adam səfərə çıxarlar. Gecəni keçirmək üzrə bir mağaraya girincə dağdan bir qaya parçası diyirlənərək mağaranın ağızını bağlayar. "Bizi bu qayadan ancaq yaxşı əməllərimizi dilə gətirərək Allahu təalaya edəcəyimiz dua qurtara bilər" deyərlər.
İçlərindən biri belə dedi:
Anam-atam çox yaşlı idi. Onları doyurmadan uşaq-muşağımı və heyvanlarımı doyurmazdım. Bir gün, odun yığmaq üçün uzaqlara getmişdim. Gec vaxta qədər də dönə bilmədim. Axşam içkiləri südü, gətirdiyimdə anamla atam yatmışlar. Onlara südlərini içirmədən əvvəl uşaq-muşağımın və heyvanlarımın qarınlarını doyurmazdım. Uşaqlar da, yanımda ağlayırdılar. Çanaq əlimdə dan yeri ağarana qədər onların oyanmalarını gözlədim. Anamla atam oyanıb südlərini içdilər. (Ya Rəbbi bunu sənin razılığın üçün etmişsəm buradan bizi qurtar)
Qaya bir az açıldı. Lakin çıxmaq mümkün deyildi.
İkincisi, hər cür imkan varkən çox sevdiyi əmisinin qızı ilə zina etmədiyi və qıza verdiyi 120 dinar qızılı götürmədiyi hadisəni xatırlayıb, (Ya Rəbbi, bunları sənin razılığın üçün etmişsəm bizi buradan qurtar) dedi. Qaya bir az daha açıldı. Ancaq çıxmaq mümkün deyildi.
Üçüncüsü belə dedi:
İşlətdiyim işçilərdən biri ödənişini almadan getmişdi. Mən də onun ödənişini çıxardım. Bundan bir çox mal meydana gəldi. Bir müddət sonra mənə gəlib ödənişini istədi. (Bu gördüyün dəvələr, mallar, qoyunların hamısı sənin ödənişindən törəmişdir, al apar) dedim. O da (mənimlə lağ etmirsən ki?) dedi. Mən də (xeyr, lağ etmirəm, doğrusu bu) deyincə, malların hamısını alaraq apardı. Mənə heç bir şey buraxmadı. (Ya Rəbbi bunu sənin razılığın üçün etmişəm, içində olduğumuz bu bəladan bizi qurtar.)
Bunun üzərinə qaya tamamilə açıldı. Onlar da mağaradan çıxdı. (Buxari)
Ana ata çağırınca
Sual: Ana ata çağırınca, namazdayısa və ya başqa əhəmiyyətli bir iş ediriksə, dərhal getmək lazımdırmı? İkisi eyni anda çağırsa hansını seçməlidir?
CAVAB
Ana atanın saleh və ya fasiq olmasının da, əhəmiyyəti vardır. Övladını İslam tərbiyəsi üzərinə yetişdirməyən ana atanın, övladı üzərində ana atalıq haqqı yoxdur. Baxıb böyütdükləri üçün, başqa haqqları vardır. Ana atanın və ya başqalarının dinə zidd əmrlərinə itaət edilməz.
Ana ata çağırdığı zaman, əhəmiyyətli bir işlə məşğul olunsa da, dərhal onu tərk edib, dərhal ana atanın əmrinə qaçmaq lazımdır. Allahu təala buyurur ki:
(Ya Musa, mənim üçün çox ağır və böyük bir günah vardır ki, o da, ana ata övladını çağırınca, əmrinə uyğun gəlməməsidir.) [İslam Əxlaqı]
Ana ata, çağırınca, fərz namazı pozmaq caiz olarsa da, ehtiyac yoxsa pozmamalıdır. Nafilə və sünnə namazlar, pozular. Bunlar, imdad istəsə, fərzləri də pozmaq lazımdır. Namaz qıldığını bilərək çağırırlarsa, nafiləni də pozmaya bilər, bilməyərək çağırdılarsa pozmaq lazımdır.
İkisi eyni anda çağırsa, ananı seçmək lazımdır. Bir hədisi şərif tərcüməsi belədir:
(Ana və ata eyni anda çağırınca, əvvəl ananın çağırışına uyğun gəl!) [Deylemi]
Anaya xidmət
Sual: Anam atamdan ayrılınca, başqa biriylə evləndi. Atam anamla görüşməmi istəmir. Gizlicə görüşsəm, işlərinə kömək etsəm günah olarmı?
CAVAB
Atanız eşitmədən gizlicə görüşüncə günah olmaz. Anaya hörmət və xidmət, atadan əvvəl gəlir.
Ana və ya atadan birinə yaxşılıq edincə o biri incisə, ataya hörmət və itaət etməli, anaya xidmət, kömək və lütf etməlidir. (Hazanet-ür-rivayat)
XƏBƏR LENTİ
Səmada görünən parlaq cisimlər qorxuya səbəb oldu - FOTO
Limonlu keks (foto resept)
Fahriye Evcen DOДћUMDAN SONRA-FOTO/VİDEO
Koronavirusa təkrar yoluxmanın səbəbləri açıqlandı
Uşaq dünyası
Günün qoroskopu:Geri çəkilməyin!
Yeməyin müstəhəbbatı hansılardır?
Bu qadınlar kişiyə nikah məktubu yazırlar
Vaxtı olmayan analara bəsit gözəllik tövsiyələri
Bu gün Siyavuş Aslanın doğum günüdür
Ac qalmadan necə arıqlamalı?
Abituriyentlərin nəzərinə!
Sarı Qaban nə vəd edir?
“Evdə qal” çağırışına etiraz etdi koronavirusa yoluxdu-FOTO
"Bakı-2015"in açılış və bağlanış mərasimi ilə bağlı yeni vəd
"Sevgilisiz" olmağın 15 üstünlüyü
Bir neçə gün sonra Azərbaycanda hava soyuyacaq
Pasportlar dəyişdirilir
Ermənistan hərbi helikopterinin təxribatı AŞPA-nın növbəti sessiyasında qaldırılacaq
Azərbaycanda gənclər arasında nə baş verir?
Türkiyəni duyğulandıran məktubun sahibi bəlli oldu - FOTO
"Donuz" sözünə görə 44 kq arıqladı-FOTO
Rusiya MN Qarabağda sülhməramlıların mühasirəyə alınması xəbərini təkzib etdi
NASA Mars "hörümçəklər"inin FOTOsunu paylaşdı
Azərbaycanda peyvəndlərin yerinə yetirilmə vəziyyəti açıqlandı
105 yaşında 5 uşağı oldu
Ərizə qəbulu başlandı
"Hayyan" qasırğası
Hamiləliyinin son günlərini yaşayan Cici Hadid paylaşım etdi- FOTO
Dəcəl uşaqla necə davranmalı?
Yaxınları Dilqəm və Şahbazı görə bilərlər
TƏBİB: “Koronavirus testlərinin qiymətlərinə qarışmırıq”
Dekor əmziklər nə qədər təhlükəlidir?
Həbsxananın kanalizasiyasında 100-ə yaxın insan cəsədi tapıldı
Azərbaycan Qələbə Gününü qeyd edir
Şəkillərlə xəyal dünyasını canlandırdı
2019 Miss Türkiyə final iştirakçıları
AİB-in Rəhbərlər Şurası 2015-ci ildə Bakıda keçiriləcək
Ebru Gündeş bahalı geyimi və aksessuarları ilə diqqət çəkib-FOTO
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Məşhur aktyora 17 illik həbs cəzası
Arıqlayarkən üzümüz çökməsin!
“Bir sinifdə 30-40 şagird...” -Yeni siniflər formalaşır
“Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olundu
Bengü evlilik təklifi aldı-FOTO
Qeyri-sağlam münasibətdə olduğunuzu göstərən işarələr
Necə bir gənclik gəlir?
Çirkin qadın yoxdur, bədbəxt qadın var
Hadise 100 minlik geyim sifarişi verdi-FOTO
Zəncəfilin faydaları
- ŞƏRHLƏR