Kiçik yaşlı uşaqlarda diqqət
Məktəbə yeni gələn uşaq bağça dövründən fərqli olaraq sistematik təlim fəaliyyətinə cəlb olunur. Bu zaman birinci gündən başlayaraq
şagirddən uzun müddət ayrı‐ayrı cisim və hadisələrə diqqət yetirmək, öz diqqətini zəruri cəhətlərə paylamaq, lazım gəldikdə diqqəti bir sahədən başqa bir sahəyə keçirmək tələb olunur. Bu keyfiyyətlər olmadan təlim fəaliyyətinin səmərəliliyindən də danışmaq olmaz. Məhz buna görə də bu cür tələblər qarşısında qalmalı olur və nəticədə onun diqqəti tədricən inkişaf etməyə başlayır. Göstərilən bu zəruri keyfiyyətlər uşaqlarda birdən‐birə yaranmır. Bu proses təlim‐tərbiyə işinin səmərəliliyi nəticəsində yaranmağa başlayır.
Məktəb prosesində uşaqlarda əsas etibarilə ixtiyari diqqət inkişaf edir. İxtiyari diqqət inkişaf etdikcə diqqətin həcmi genişlənir. Diqqətin həcminin genişlənməsi isə şagirdin təlim fəaliyyətində müvəffəqiyyət qazanmasına müsbət təsir göstərir.
Uşaqda diqqətin həcmi yaş artdıqca genişlənir. Belə ki, birinci sinif şagirdi əlifbanı oxuyarkən əvvəlcə ayrı‐ayrı hecaları qavrayır. Bu zaman onun diqqəti zəif olur. Lakin oxumağı öyrəndikdə sözləri birdən qavrayır, onun sürətli kitaboxuma qiraəti genişlənir. Bu, uşağın diqqət inkişafını nümayiş etdirir.
Məktəblilərdə diqqətin mərkəzləşməsi və davamlılığı getdikcə təkmilləşir. Kiçikyaşlı məktəblilərdə diqqətin davamlılığı məktəbəqədər
yaşlı uşaqlara nisbətən yüksək olsa da, yuxarı siniflərdə oxuyan uşaqlara nisbətən azdır. 7‐11 yaşlı uşaqlar, xüsusilə 1‐2‐ci sinif şagirdləri öz diqqətdiqqətlərini eyni obyekt üzərində ixtiyarı olaraq 10‐15 dəqiqədən artıq saxlaya bilmirlər. Bu vaxt keçdikdən sonra onların diqqətləri asanlıqla başqa obyektə yönələ bilir.
Kiçik məktəb yaşlı uşaqlarda qeyri‐ixtiyari diqqət ixtiyari diqqətə nisbətən üstünlük təşkil edir. Qeyri‐ixtiyari diqqətin davamlılığı ixtiyari
diqqətə nisbətən yüksək olur.
Məlum olduğu kimi, qeyri‐ixtiyari diqqət ən çox uşağın marağı ilə əlaqədardır. Məktəbə daxil olmaqla uşağın marağı, xüsusilə təlim fəaliyyətinə olan marağı genişlənir və inkişaf edir. Lakin ilk dövrlər hələ azyaşlı məktəblilərdə maraq mərkəzləşməmiş olur. İlk dövrlər uşağı təlim prosesində qazanacağı bilikdən çox, onun üçün yeni olan məşğələlər cəlb edir. Ona görə də uşağın diqqəti ilk dövrlər qeyri‐ixtiyari şəkildə həmin sahələrə yönəlir. Get‐gedə uşağın diqqəti bir sahəyə doğru davamlı, başqa sahəyə isə davamsız olur. Bir sahə qeyri‐ixtiyari olaraq uşağın diqqətini özünə cəlb edir, başqa sahə isə cəlb etmir.
Diqqət öz‐özlüyündə müstəqil proses olmasa da, hər bir idrak prosesinin mütəşəkkil surətdə cərəyan etməsi üçün ən zəruri amildir. Təsadüfi deyildir ki, K.D.Uşinski xarici aləmdən insanın şüuruna daxil olan nə varsa, onların hamısının diqqətin qapısından keçdiyini qeyd edir.
Diqqət mövcud anda subyektin fəaliyyətinin hər hansı bir ideal və real obyekt, hadisə, predmet üzərində cəmləşməsidir. Diqqət psixi proseslərin (görmə, qavrayış, hafizə, təfəkkür, təxəyyül) cərəyanetmə dinamikasını xarakterizə edir. Uşaq şəxsiyyətində qeyri‐ixtiyari və ixtiyari diqqət funksiyası fəaliyyət göstərir. Kiçik yaş dövrlərində uşaq şəxsiyyətində qeyri‐ixtiyari diqqət üstünlük təşkil edir. Hər bir yeni, parlaq, qeyri‐adi görünən əşya uşaqların diqqətini özünə cəlb edir. Cəlbedicilik onların əyani, obrazlı təfəkkür xüsusiyyətləri ilə əlaqədardır. Məsələn, Əli evdə maşınla oynayarkən, atası yaxınlaşıb təzəcə aldığı topu ona göstərir. Əli topu görcək əlindəki maşını atıb topla oynamağa başlayır.
Təlim fəaliyyəti prosesində uşaqlar mühüm fəaliyyəti qeyri‐mühüm fəaliyyətdən fərqləndirməyə başlamasalar da, əsasən, özlərini maraqlandıran, ruhlarına, zövqlərinə, tələbatlarına uyğun məsələlərə daha tez və daha çox diqqət yetirirlər.
Yuxarıda qeyd edilənlərlə yanaşı, uşaq şəxsiyyətində uşaqların gələcək təlim fəaliyyəti dövrünədək onlarda ixtiyari diqqətin tərbiyə edilməsinə cəhd göstərilməlidir. Bunun üçün uşaqlara məqsədəuyğun işləmə bacarığını aşılamaq lazımdır. Tədqiqatlardan məlum olmuşdur ki, uşaqlara nə qədər çox maraqlı oyunlar, eləcə də müxtəlif fiqurlarla olan qurmalar öyrədilərsə, bu, onlarda beynin diqqət mərkəzində olan retikulyar formasiyanın normal tənzimlənməsinə müsbət təsir göstərəcəkdir. Yəni diqqətin xassələrindən olan keçiriciliyin, davamlılığın, paylanmanın, həcmin, yayğınlığın inkişafına səbəb olacaqdır. Odur ki, yönəlişliyin və mərkəzləşmənin
xarakterindən asılı olaraq, diqqətin qeyri‐ixtiyari (niyyətsiz) və ixtiyari (niyyətli) növləri ayırd edilir. Məsələn, valideyn uşağına deyir: “Ülvi, gəl, birlikdə bu fiqurlardan ev quraq. Bunun üçün əvvəlcə fiqurları bir yerə yığmaq, sonra isə onları bir‐bir rənglərinə uyğun qurmaq lazımdır. Bax belə, gördün? İndi isə özün yığmağa başla”.
Kiçik məktəb yaşlı uşaqlarda idrak prosesləri
Qavrayış: Qavrayış mürəkkəb idrak prosesi olub bizə xarici aləm haqqında tam və geniş məlumat verir. Qavrayışda biz keçmiş biliklərimizdən və təcrübəmizdən də istifadə edirik. Keçmiş bilik və təcrübəmiz qavrayışın tam, dolğun, məzmunlu,
dəqiq olmasına təsir edir. Adətən, qavrayış zamanı bu və ya digər hiss üzvünün üstünlüyündən asılı olaraq bizdə görmə, eşitmə və s. qavrayış növləri özünü göstərə bilir. Bütün hallarda duyğulardan fərqli olaraq cisim və hadisələrin dərk olunması tam şəkildə baş verir.
Bunlarla yanaşı olaraq, qavrayış bizə cisimlərin məkan və zaman xüsusiyyətlərini, onların böyüklüyünü, formasını, məsafəsini, fəzadakı vəziyyətini, hadisələrin ardıcıllığını və müddətini və s. dərk etmək imkanı da verir.
Tədqiqatlar göstərmişdir ki, cismin uşaqlar tərəfindən qavranılması, birinci növbədə onun formasına əsaslanır. Forma uşağın qavrayışında əsas rol oynayır. Tədqiqatçıların əksəriyyəti 5 aylıq uşaqların formanı qavraya bildiklərini qeyd edirlər. Uşaqlar formanı ilk zamanlar əlləri ilə praktiki yoxlamaqla ayırır, hətta onun bəzi mühüm fərqlərini də göstərirlər. Uşaqlar üç yaşından əşyavi və həndəsi fiqurları fərqləndirə bilir, onları tanıyırlar. 3‐4 yaşadək olan uşaqlar, əsasən müxtəlif fiqurları, formanı (kvadratı, dairəni, üçbucağı və s.) praktiki yolla, 5 yaşdan isə gözün görməyi ilə ayırmağa müvəffəq olurlar.
Tədqiqatlar göstərir ki, 3‐4 yaşlı uşaqlar formanı əvvəllər lamisə, sonra isə görmə ilə daha yaxşı, 5‐6‐7 yaşlılar isə əvvəl görmə, sonra lamisə ilə yoxladıqda yaxşı ayırır və qavrayırlar. M.N.Volokitina qeyd edir ki, formanı qavramada 6‐7 yaşlı uşaqlara toxunma – hərəkət aktı lazım deyil, onlar formanı gözlə analiz edirlər.
Qeyd etdiklərimizə əsasən demək olar ki, bağça yaşlı uşaqlara formanı qavrayarkən əvvəllər toxunma – hərəkət, sonra isə görmə duyğularından istifadə etmək lazımdır. Ona görə də belə bir məsəl var: “Əl gözü öyrədir”. Bir çox hallarda əl gözü öyrədir.
A.R Luriya və V.P.Soxinanın tədqiqatları göstərir ki, müvafiq təlim almadan 3‐7 yaşlı uşaqlar görmə vasitəsi ilə mürəkkəb formaları ayıra bilmirlər. Daha doğrusu, mürəkkəb fiqurun hansı ünsürlərdən ibarət olduğunu göstərməkdə çətinlik çəkirlər. Lakin uşaqlar müəyyən təlim aldıqdan sonra sırf görmə vasitəsi ilə fiqurun təhlilini verə bilərlər.
3 və 4 yaşında olan uşaqlar əvvəlcə fiqurun ümumi formasını, xüsusi təlimdən sonra isə onun əsas, mühüm əlamətlərini ayıra bilirlər. Amma 5‐7 yaşlı uşaqlar formanı cismin mühüm əlaməti kimi mücərrədləşdirirlər, başa düşür və ümumiləşdirirlər.
Psixoloji tədqiqatlar göstərmişdir ki, məktəbə daxil olmaqla uşaqlarda qavrama sürəti tədricən dəyişməyə başlayır. Sinifdən‐sinfə keçdikdə bu sahədə yüksəliş aydın şəkildə nəzərə çarpır. Əgər 1‐ci sinif şagirdlərinin qavrama sürəti saniyələrlə ölçülürsə, 4‐cü sinif şagirdlərinin qavrama sürəti saniyənin onda bir, yüzdə bir hissələri ilə ölçülür. Qavrama sürətinin bu cür inkişafında mütəşəkkil şəkildə təşkil edilmiş təlim fəaliyyətinin rolu böyükdür.
Təlim prosesində şagirdlərin qavrayışının seçiciliyi inkişaf edir. Şagird kənar şeylərdən uzaqlaşaraq, lazımi məsələlərə yönlənməyi öyrənir. Öz diqqət və qavrayışını idarə edə bilir. Qavrayışın idarəediciliyini təmin etmək, müşahidəçilik qabiliyyətini inkişaf etdirmək üçün müntəzəm təlimtərbiyə işi aparılmalıdır. M.H.Skatkin təcrübə zamanı müəyyən etmişdir ki, uşaqlar göstərilən dələ şəklinə sadəcə baxmaqla heç də onun bütün cəhətlərini qavramırlar. Ona görə də təlimin ilk pillələrində şəkli göstərərkən, uşağın qavrayışını təşkil etmək lazım gəlir. Bu zaman iş elə təşkil olunmalıdır ki, şagirdlər şəklə sadəcə baxmayıb, həm də onun müxtəlif cəhətlərini qavrasınlar. Bu proses düzgün təşkil edildikdə uşaqda qavrayışın seçiciliyi də inkişaf edir. Lakin kiçik yaşlı məktəblilər çox vaxt şeylərin xarici cəhətini
sıra ilə qavrayırlar. Kiçik yaşlı məktəblilərdə qavrayışın seçiciliyinin aşağı səviyyədə olması onlarda maraq və meyillərin davamsızlığı, digər tərəfdən isə onları düzgün qavramaq üçün səmərəli yolları bilməmələri ilə izah olunur.
Hüseyn Xəlilov
Ardı var...
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
- ŞƏRHLƏR