Nəhayət, artıq körpənizlə evinizdəsiniz. Həyatınızın bundan sonrakı qisminə daxil olacaq, hətta həyatınızın mərkəzi olacaq körpənizlə ilk 1 ayda sizi nələr gözləyir, buna qısaca toxunaq.
Körpəniz ilk bir ayında ilk etdiyi ana südü əmmə olduğu üçün barmağınızı tutduğu anda əmməyə çalışar, öz əlini yumruq halına gətirib əmməyə çalışar. Baxışlarını üzünüzə tutaraq səsinizi dinlər. Yatarkən dodaqlarının gülümsəyərmiş kimi bir şəklə girdiyini görəcəksiniz. Bu halları ilə hər nə qədər şirin görünsələr də əslində burada etdikləri gülümsəmə deyil, əzələlərinin inkişafı ilə əlaqədar kiçik reflekslərdir.
Acdığında, ya da yuxu çətinliyi çəkdiyində ağlayaraq ünsiyyətə keçməyə çalışar. Zəng səsi kimi səslərə reaksiya verməyə başlar. Günün əksəriyyətini yataraq keçirsə də, haradasa 2 saatdan bir bəslənmək üçün oyanar. Kürək üstü yatırtdığınızda öz-özünə yana dönməyə səy göstərər. Göz əzələləri inkişaf etdikcə yanına gələn kəslərə baxışları qaralamağa başlar. Yavaş yavaş səsinizə alışar və səsinizi tanımaya başlar.
Bəslənməsi üçün ana südünə ehtiyacı vardır. Ancaq hər hansı bir səbəbdən südünüz kəsilmişsə, həkiminizlə məsləhətləşin və sizə təklif edəcəyi hazır qidalardan istifadə edin və əsla məcbur qalmadığınız müddətcə inək südü verməyin. Bəsləndikdən sonra mütləq qaz çıxarmasını təmin edin. Körpənizi əmizdirmədən əvvəl mütləq altına nəzarət edin. Altı batıq ikən narahat olacağından ehtiyacı olan qədər ana südünü əmmədən məmədən ayrılıb ağlamaya başlayacaq. Körpəniz əmdikdən dərhal sonra və ya gün içində ara-sıra qusa bilər. Bu sizi təlaşlandırmasın. Siz körpənizin ilk 1 ayda lazım olan kilonu alıb-almadığına nəzarət edin, əgər lazım olan kiloda irəliləyirsə, problem yoxdur- ehtiyacı olan qidanı bədənində tutmuş, çox olanı qusaraq atmışdır.
Bəslənmə sonrası dərhal altını batırma vərdişi olacağı üçün ilk bir ayda, xüsusilə körpənizin altına tez-tez nəzarət edin. Çünki gündə ən az 5-6 dəfə altını batıracaq. Körpənizin nəcis rəngi ana südü ilə, ya da hazır qida ilə bəslənməsiylə dəyişər. Ana südü ilə bəslənərkən nəcisinin açıq sarı rəngində olduğunu, ancaq hazır qidaya keçsə nəcisinin qəhvəyi rəng olduğunu görəcəksiniz. Hələ özünü idarə edə bilmədiyi üçün dırnaqlarını körpənizə zərər vermədən kəsməniz yuxu əsnasında üzünü dırnaqları ilə cırmasının qarşısını alacaq. Qardaş, bacısı varsa, sizin yanınızda olduğunuz müddətdə körpəyə toxunmalarına maraq göstərmələrinə icazə verin. Beləcə, həm ola biləcək qısqanclıq böhranlarından ötəri körpəyə zərər vermə ehtimalını ortadan qaldırarsınız, həm də körpə bacı, qardaşıyla ünsiyyətə keçməyə başlamış olar.
Çox sıx ağlayan bir körpəniz ola bilər. Bu vəziyyətdə "onu qucağa alışdırmamaq lazımdır" kimi səhv bir düşüncəylə ağlamanı buraxmasını gözləmək yerinə, qucağınıza götürərək çiyninizə başını yaxınlaşdırıb özünü güvən içində hiss etməsiylə ağlamasını dayandıra bilərsiniz.
İlk 1 ayınızı doldurduğunuz körpənizlə aylıq nizamlı tibb müəssisəsinə gedəcəyiniz həkiminizi ziyarət edin.
XƏBƏR LENTİ
İki ulduz eyni rol üçün mübarizə apardı-FOTO
Gülüş-3
Berkayın saatının qiyməti dodaq uçuqladır_FOTO
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Düşmən Ağdam və Ağcabədini atəşə tutur - RƏSMİ
Öskürəyə qarşı ballı qəhvə
Mixail Qorbaçov 20 Yanvar qırğını haqda: "Bu mənə dərs oldu"
Ac olanda bədəninizdə nə baş verir?-AÇIQLAMA
Abşeronda kəndlilər şəhərliləri üstələyirlər
Bakıda ilk dəfə
Ramazanın altıncı gününün duası
Dünyaca məşhur aktrisa ərə gedir-FOTO
İsrail koronavirus peyvəndi hazırlayır
Günün qoroskopu: Uğurlu gündür!
Güclü külək əsəcək, temperatur enəcək
Başda və dəridə olan piy vəziləri (lipoma)
"Ananas" salatı (foto-resept)
TQDK-dan müraciət
"Xəstə bina" sindromu
Bakıda aprelin 25-dən bu yollar bağlanacaq - SİYAHI
Qırışların yaranmasının qarşısını alan maska
Mənsum İbrahimov və Təyyar Bayramov Ağdamda “Qarabağ” mahnısını oxudular - VİDEO
Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO
Braziliya 8 dəqiqəyə 3 qol vurdu, yaponlar hollandlara qulaqburması verdi
Azərbaycan ombudsmanı mükafat aldı
Avropada koronavirusun yeni dalğası gözlənilir
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
Sevgiyə həsrət
10 oğuldan sonra qız anası oldu-FOTO
Mursilər qəbiləsinin qadınları-FOTO
Pakistanın baş naziri ABŞ-ı pilotsuz təyyarələrin iştirakı ilə hücumu dayandırmağa çağırıb
Serenay Sarıkaya rol üçün dəyişir-FOTO
Qədim Misirdə istifadə olunan gözəllik üsulları
Gimnastikası üzrə qaliblər müəyyən edilib
Müəllimlərə daha bir şad xəbər
Kirayə mənzillərin qiyməti aşağı düşüb
Belinizin formasına görə necə geyinməlisiniz?
Məşhur restoranlar şəbəkəsi bağlandı-SƏBƏB
Yaz-yay ayaqqabı modelləri
Pendirli poğaça (video-resept)
Yenə sızıntı? Yeni iPhone 5S-in press-fotosu internetdə dərc edilib
Yeni trend: Saç sırğaları
Məşhur verilişə Kenan aparıcılıq edəcək-FOTO
Səfirlik: ""Versace"nin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb"
Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
Valideynlərə bayram xəbərdarlığı
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
62 yaşında ana olmağa hazırlaşan qadın
Azərbaycan üçün "Korona" qorxusu varmı?
Yel Çərşənbəniz Mübarək!
- ŞƏRHLƏR