Qadin.NET / 1 aylıq körpənin qidası, baxımı və inkişafı

1 aylıq körpənin qidası, baxımı və inkişafı

Nəhayət, artıq körpənizlə evinizdəsiniz. Həyatınızın bundan sonrakı qisminə daxil olacaq, hətta həyatınızın mərkəzi olacaq körpənizlə ilk 1 ayda sizi nələr gözləyir, buna qısaca toxunaq.

Körpəniz ilk bir ayında ilk etdiyi ana südü əmmə olduğu üçün barmağınızı tutduğu anda əmməyə çalışar, öz əlini yumruq halına gətirib əmməyə çalışar. Baxışlarını üzünüzə tutaraq səsinizi dinlər. Yatarkən dodaqlarının gülümsəyərmiş kimi bir şəklə girdiyini görəcəksiniz. Bu halları ilə hər nə qədər şirin görünsələr də əslində burada etdikləri gülümsə deyil, əzələlərinin inkişafı ilə əlaqədar kiçik reflekslərdir. 


1 aylıq körpənin qidası, baxımı və inkişafı 

Acdığında, ya da yuxu çətinliyi çəkdiyində ağlayaraq ünsiyyətə keçməyə çalışar.  Zəng səsi kimi səslərə reaksiya verməyə başlar. Günün əksəriyyətini yataraq keçirsə də, haradasa 2 saatdan bir bəslənmək üçün oyanar. Kürək üstü yatırtdığınızda öz-özünə yana dönməyə səy göstərər. Göz əzələləri inkişaf etdikcə yanına gələn kəslərə baxışları qaralamağa başlar. Yavaş yavaş səsinizə alışar və səsinizi tanımaya başlar.

Bəslənməsi üçün ana südünə ehtiyacı vardır. Ancaq hər hansı bir səbəbdən südünüz kəsilmişsə, həkiminizlə məsləhətləşin və sizə təklif edəcəyi hazır qidalardan istifadə edin və əsla məcbur qalmadığınız müddətcə inək südü verməyin. Bəsləndikdən sonra mütləq qaz çıxarmasını təmin edin. Körpənizi əmizdirmədən əvvəl mütləq altına nəzarət edin. Altı batıq ikən narahat olacağından ehtiyacı olan qədər ana südünü əmmədən məmədən ayrılıb ağlamaya başlayacaq. Körpəniz əmdikdən dərhal sonra və ya gün içində ara-sıra qusa bilər. Bu sizi təlaşlandırmasın. Siz körpənizin ilk 1 ayda  lazım olan kilonu alıb-almadığına nəzarət edin, əgər  lazım olan kiloda irəliləyirsə, problem  yoxdur- ehtiyacı olan qidanı bədənində tutmuş, çox olanı qusaraq atmışdır. 


1 aylıq körpənin qidası, baxımı və inkişafı 


Bəslənmə sonrası dərhal altını batırma vərdişi olacağı üçün ilk bir ayda, xüsusilə körpənizin altına tez-tez nəzarət edin. Çünki gündə ən az 5-6 dəfə altını batıracaq. Körpənizin nəcis rəngi ana südü ilə, ya da hazır qida ilə bəslənməsiylə dəyişər. Ana südü ilə bəslənərkən nəcisinin açıq sarı rəngində olduğunu, ancaq hazır qidaya keçsə nəcisinin qəhvəyi rəng olduğunu görəcəksiniz. Hələ özünü idarə edə bilmədiyi üçün dırnaqlarını körpənizə zərər vermədən kəsməniz yuxu əsnasında üzünü dırnaqları ilə cırmasının qarşısını alacaq. Qardaş, bacısı varsa, sizin yanınızda olduğunuz müddətdə körpəyə toxunmalarına maraq göstərmələrinə icazə verin. Beləcə, həm ola biləcək qısqanclıq böhranlarından ötəri körpəyə zərər vermə ehtimalını ortadan qaldırarsınız, həm də körpə bacı, qardaşıyla ünsiyyətə keçməyə başlamış olar. 


1 aylıq körpənin qidası, baxımı və inkişafı

Çox sıx ağlayan bir körpəniz ola bilər.  Bu vəziyyətdə "onu qucağa alışdırmamaq lazımdır" kimi səhv bir düşüncəylə ağlamanı buraxmasını gözləmək yerinə, qucağınıza götürərək çiyninizə başını yaxınlaşdırıb özünü güvən içində hiss etməsiylə ağlamasını dayandıra bilərsiniz. 

İlk 1 ayınızı doldurduğunuz körpənizlə aylıq nizamlı tibb müəssisəsinə gedəcəyiniz həkiminizi ziyarət edin.

11 fevral 2012
GO BACK