Ağrıya etibar edin. Və bu keçirdiyiniz ağrı ən qüdrətli meditasiya ola bilər (Oşo).
Çox vaxt gələcək analarla məşğələlər keçirərkən, onların bəzilərini ancaq ağrının narahat etdiyini müəyyən etmək olar: "Mən ağrıdan qorxuram. Qorxuram ki, ağrı kəskin olar və mən buna dözə bilmərəm. Mən bu ağrıya necə reaksiya verəcəyimi bilmirəm, mən öz üzərimdə nəzarəti itirə bilərəm". Bu suallar daim hamilə qadının fikirində dolanır.
Qadın seçim qarşısında qalır: ya körpə ilə harmonik ünsiyyətdə olmaq, ya da doğuş ağrılarına dözmək. Qadın ünsiyyəti seçir və həyəcan keçirməkdə davam edir: "Dözə bilməsəm, onda necə, çox ağrılı olsa nə edəcəm?"
Lakin ağrıdan danışmazdan əvvəl gəlin bir az da hamiləlikdən söhbət edək. Hamiləliyin sonuna doğru qadınlar emosional cəhətdən çox dözümsüz olurlar. Onlar küskün, tez inciyən, kövrək olurlar. Artıq onların qəbul etdiyi qərarlar çox vaxt impulsların təsiri altında baş verir. Buna görə də sərrast fikirləşmək qabiliyyəti azalır. Bütün bu dəyişikliklər təbiətin qadına verdiyi doğuşa hazırlıq kompleksinin tərkib hissələridir. Bunlar qadını doğuşu asan keçirmək üçün hazırlayır. Odur ki, bu dəyişiklikləri dayandırmağa, başqa yola yönləndirməyə çalışmayın, müdaxilə etməyin. Qoyun bu təbii proses öz axarı ilə getsin.
Ağrı doğuşun əsas komponentlərindən biridir. Ağrı tədricən başlayır, tutmaşəkilli olur, əvvəl çox qısa müddətli olur, sonralar artır. İlk ağrılar tutub-buraxdıqda onun heç izi də qalmır. Yaxşı olar ki, ağrı başlanan ana qədər qadın buna psixi cəhətdən hazır olsun. Əgər ilk dəqiqələrdən bunu ayrıca mövcud olan bir faktor kimi qəbul edərsinizsə, bunu keçirmək daha asan olacaq. Sanki bu sizin ağrınız deyil, ayrıca bir əlamətdir, öz-özünə yaranır və yox olur. Çalışın ki, ağrı ilə tərəf müqabili olasınız. Əgər bunu bacarsanız, ağrı ən yaxın dostunuza çevrilə bilər. O, bütün doğuş boyu sizi yalnız qoymayacaq, sizə nə etmək lazım gəldiyini, sevindirici ana addım-addım yaxınlaşdığınızı bildirəcək. Belə ki, tutma nə qədər ağrılı olsa, uşaqlıq boynunun daha geniş açıldığını bildirir. Gücvermə nə qədər ağrılı olarsa, uşağın doğuş yollarında bir o qədər böyük məsafə qət etdiyini göstərir. Ağrının artması sevincli anın yaxınlaşması deməkdir. Siz tezliklə körpənizə qovuşacaqsınız.
Tutmaların müddəti artdıqca və onların arasında vaxt qısaldıqca, ağrı güclənir. Bu müddətdə quvvənizi boş yerə xərcləməyin, tutmanı mümkün qədər sakit keçirməyə çalışın. Tutmalar zamanı sərbəst olmağa çalışın, özunuzə rahat yer və vəziyyət seçin, tənəffüsünüzü və səsinizi tənzimləməyə çalışın. Bəzi qadınlar tutma dayandıqdan sonra da ağrının davam etdiyini öz təsəvvürlərində yaradırlar və bundan əziyyət çəkirlər. Buna sonrakı ağrı deyilir. Bunu aradan qaldırmaq üçün tutmalar arasında ilıq vanna, duş, yüngül massaj almaq olar. Səsinizi və tənəffüsünüzü saxlamayın. Əksinə səs və tənəffüslə özünüzə kömək edin. Qadın özunu tənha hiss etməməlidir. Yaxın bir insanın onunla bərabər bu acıları çəkməsi onda özunə inamı artıra bilər.
Qadın bu prosesdə əgər özünü başlıca fiqur hesab etsə və özünə yazığı gəlməyə başlasa, bu, heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Buna imkan vermək olmaz. Onun bütün fikri körpəyə yönəlməlidir. O bilməlidir ki, onun çəkdiyi ağrı əslində işıqlı dünyaya gəlmək istəyən körpənin ağrısıdır. Ona kömək etmək lazımdır.
Ağrının kulminasiyası uşaqlıq boynunun tam açılmasına təsadüf edir. Bu zaman uşaq hələ doğuş kanalına daxil olmayıb. Qadına elə gəlir ki, bu, həyatın sonuncu dəqiqəsidir. Lakin təşvişə düşmədən, bütün qüvvənizilə, səsinizlə və var nəfəsinizlə "Haydı!" deyib ağrıya açılmaq lazımdır.
Ağrı nə qədər də güclü olsa, qadının dözə biləcəyi dərəcədən artıq ola bilməz. Elə bir an gəlir ki, ağrı zəifləməyə başlayır, onun keyfiyyəti də dəyişir. Tutmalar gücvermə ilə əvəz olunur.
Gücvermə zamanı qadın sanki özü ağrını yaradır. Bu zaman belə bir sual meydana çıxır: Quvvəni hansı istiqamətə yönəltmək lazımdır? Burada da ağrının özü sizin köməyinizə çatır. Əsas yönləndirici quvvə ağrı olmalıdır. Gücvermənin bütün quvvəsi ağrı nöqtəsinə düzgün yönəldilməlidir. Ancaq bu qaydada aparılan gücvermə körpənin doğuş kanalında hərəkət etməsinə kömək edir. Əgər bu qaydaya riayət etməsəniz, icra etdiyiniz gücvermələr nəticəsiz olacaq və doğuş bir neçə saat boyunca uzanacaq.
Gücvermə ağrısı - qadının doqquz ay daxilində kecirdiyi bütün arzuların apogeyidir (əgər dünyaya gələcək körpə arzu olunan deyilsə, həmin qadınlar çətin doğurlar). Gücvermə ağrısı qadının yeni həyatın yaranmasına yönəlmiş bütün həyati gücünün təcəssümüdür. Gücvermə ağrısı həyatı ən dərindən hiss etməkdir. Gücvermə ağrısı tamamilə ümdə məqsədə - yeni həyatın yaranmasına verilən qurbandır. Gücvermə ağrısı həyat partlayışıdır.
Bu belə də olur. Uşağın başının çıxdığı anda qadın artıq bir insan kimi öldüyünü və bununla yeni bir canlıya həyat verdiyini hiss edir. O, olumla ölüm arasındakı məkansız, zamansız, heç bir cismani ölçülərin olmadığı, ruhi, uca bir boşluğa düşdüyünü hiss edir. Bu anda o, həm doğumu, həm ölümü, həm də həyatı dərk edir.
Bu andan sonra doğuş başlayır. Həmin yeni an həm də yeni körpə dünyaya gəlir. Bundan sonra sanki bu dəqiqəyə qədər baş verən nə vardısa, yox olur. Bir tək xobəxtlik var - ana yeni doğulmuş balasına qovuşur. Qalan nə varsa, bu xoşbəxtlik hissinin ağuşunda qərq olur.
Heç bir qadın körpə dünyaya gəldikdən sonra bir an əvvəl keçirdiyi ağrılar haqqında heç bir söz söyləyə bilməz. Bütün keçənlər digər həyatda baş verib və orada da qalıb. Ağrı və acılardan əsər-əlamət qalmır.
Nə olursa-olsun, Sizə doğru yönəlmiş quvvəyə, hissiyyata etibar edin. Bu qüvvə əlinizdən tutaraq sizi doğuma aparacaq. Özünüzə, həyata və başlıcası, Allaha etibar edin. Əgər ağrı hissi Sizin içinizi doldurursa, qoy belə olsun. Bu ağrıya da etibar edin.
XƏBƏR LENTİ
Dünyanın ən böyük vulkanı tapıldı
Seda ana oldu-FOTO
Yaponlar Lexus-u dəyişdilər
Tony Bowls 2010 - kokteyl kolleksiyası(Ihissə)
Azərbaycanda “ Dərslik portalı” yaradıldı
Yay üçün hündürdaban ayaqqabılar
Bakıda 8 mart izdihamı
Komendant saatı nə vaxt ləğv olunacaq?
"Baku World Challenge" avtorallisinin qalibi bəllidir - YENİLƏNİB
Həkimlər xəbərdarlıq edir
Zövqlü xanımlar üçün
Tramp II Dünya müharibəsindən sonra ölkədə ən böyük səfərbərlik elan edib
Ezgi Mola ərə gedir?
Azərbaycanda Qurban bayramı qeyd olunur
Azərbaycanda dəmiryolu xəttinin keçdiyi körpü yenilənir
Bir klassik: İnci
Təəccübləndirən şəkillər
Fəxriyyə Xələfovaya “Azərbaycanın qüruru” ordeni verildi - FOTO
Prezidentin köməkçisi: “Düşmən Ermənistan ərazisindən Gədəbəy, Tovuz və Daşkəsəni atəşə tutub”
"Keçəl olmağımdan utanmıram" - Model problemindən çəkinmir - FOTO
"Qarabağ" azarkeşlərinə şad xəbər!
Xanımlar üçün güşə
Esra Erol əməliyyat olundu
Günün ulduz falı
Neymar imicini dəyişdi - FOTO
Suriyaya qarşı sanksiyaların müddəti uzandı
Prezident sərəncam verdi
İrəvanda böyük Qarabağ qorxusu
"Rüstəm İbrahimbəyovu ermənilər maliyyələşdirir"
Pendirli şam ağacları (foto resept)
Bakıda pulsuz avtobuslar
Hər kəs bu insanın bəxtəvərliyindən danışır-SƏBƏB/FOTO
Bacısı olanlar daha xoşbəxtdir
Novruz Bayramına aid
Bulvarda fləşmob – “Himnimizi bir yerdə oxuyaq” - FOTO
Bakıya girişi bağlayırlar
Məşhur yazıçı vəfat etdi
Məktəblər açılmadan bunları edin
Sellulitə əlvida deyin
Nurgül Yeşilçay ilə Oktay Kaynarca eyni layihədə
Messinin 30 yaşı oldu!
Arılar özlərində qırışlara qarşı universal vasitəni gizlədirlər
Günün ulduz falı
Linza taxıb kompüterdə işləmək korluğa gətirib çıxarır
Azərbaycan ordusu Şuşa şəhərini atəşə tutmayıb - RƏSMİ
Corc Floydun qızı “Disney”in səhmdarı oldu - FOTO
Parıltılı makiyaj üçün tövsiyələr
Reza Deqati Xocalıdan danışdı: “Qulaqlarımda hələ də bədbəxt ananın dözülməz fəryadı eşidilir”
Dünyanın ən gözəl 30 qadın siyasətçisi
2020-ci ildə bu bürclərin bütün sahələrdə bəxti gətirəcək
- ŞƏRHLƏR