Əziz xanımlar, bu gün sizlərə bir çoxumuzu maraqlandıran və ana olmağa hazırlaşan qadınlarımız üçün əmizdirmə büsthalterləri haqqında məlumat verəcəyəm.
Əmizdirmə büsthalterləri alarkən ən əsas ölçülərinə fikir vermək lazımdır. Çünki səhv ölçülərdə alınan büsthalterlər döşləri sıxa və ya onlara zərər verə bilər. Hamiləlik dövründə döşlərdə hamiləliyin ilk aylarından başlayaraq dəyişikliklər baş verdiyinə görə lazımlı dəstəyi təmin edən büsthalterin istifadəsinə ilk aylardan diqqət göstərməkdə fayda var.
Hamiləlik dövründə döşlərin ölçüləri bir neçə dəfə dəyişə bilər. Bu səbəbdən ölçülərə müəyyən fasilələrlə nəzarət edərək doğru olduğundan əmin olmaq lazımdır. Mütəxəssislər meydana gələn bu ölçü dəyişikliyinə görə əmizdirmə büsthalterlərinin doğumdan ən azı 4 həftə əvvəl alınmasını tövsiyə edirlər. Hətta əmizdirmədən əvvəl və sonra döş ölçüləri fərqli olur, bu fərqi örtə bilmək üçün bu büsthalterlərin geyinilməsi çox vacibdi. Əmizdirmə büsthalteri gündəlik istifadə etdiyimiz günlük büsthalterlərdən daha böyükdür. Əmizdirmə zamanı büsthalterin çətinlik yaratmaması məqsədilə hazırlanan bu büsthalterlər üstdən və alt hissədən tək əllə açılması mümkün olacaq şəkildə nəzərdə tutulmuşdur. Bu büsthalterlərlə analar öz körpələrini rahatlıqla və heç bir çətinlik çəkmədən yedizdirə bilərlər.
Əgər büsthalterləri alarkən düzgün ölçünü necə seçəcəyiniz barədə düşünürsüzsə, o zaman diqqətlə oxuyun .
Doğru büsthalter almaq üçün bədən ölçünüzün əsasən 2 hissəsini yaxşı bilməniz lazımdır: döş altı və döş ətrafı.
Döş altını ölçmək üçün santimetri döş altında nə boş, nə də sıx olmayacaq şəkildə tutun və alınan ölçünü qeyd edin. Aldığınız ölçünü büsthalterin ölçüsü ilə təxmini olaraq eyni götürün. Məsələn, 76 sm üçün 75 sm ölçüdə və ya 88 sm üçün 90 sm ölçüdə götürürsüz. Döş ətrafını isə ən geniş olduğu yerdən ölçün.
İndi isə sizlərə bir neçə büsthalter modeli təqdim edirəm. Təqdim edəcəyim şəkillərdə büsthalterlərin istifadəsi aydın şəkildə göstərilir.
Bu büsthalterlər düymə vasitəsi ilə açılır.
Bu büsthalterlərin istifadəsi isə olduqca rahatdı və asandı, belə ki ancaq ipləri asanlıqla keçirmə hissəsində olan halqadan çıxarılır.


Yenə də büsthalterdəki düymə əziyyət çəkmədən rahatlıqla açıla bilir.
Sonda isə ana olamağa hazırlaşan xanımlarımıza sağlam körpələrini qucaqlarına almağı və ana olmağı istəyən hər bir xanıma bu duyğunu yaşamağı arzulayıram.
Bənzər xəbərlər...

Günün müəllifi

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR