Qadin.NET / Ana olmağa hazırlaşan qadınlar üçün

Ana olmağa hazırlaşan qadınlar üçün

Əziz xanımlar, bu gün sizlərə bir çoxumuzu maraqlandıran və ana olmağa hazırlaşan qadınlarımız üçün əmizdirmə büsthalterləri haqqında məlumat verəcəyəm. 

Əmizdirmə büsthalterləri alarkən ən əsas ölçülərinə fikir vermək lazımdır. Çünki səhv ölçülərdə alınan büsthalterlər döşləri sıxa və ya onlara zərər verə bilər. Hamiləlik dövründə döşlərdə hamiləliyin ilk aylarından başlayaraq dəyişikliklər baş verdiyinə görə lazımlı dəstəyi təmin edən büsthalterin istifadəsinə ilk aylardan diqqət göstərməkdə fayda var.

Hamiləlik dövründə döşlərin ölçüləri bir neçə dəfə dəyişə bilər. Bu səbəbdən ölçülərə müəyyən fasilələrlə nəzarət edərək doğru olduğundan əmin olmaq lazımdır. Mütəxəssislər meydana gələn bu ölçü dəyişikliyinə görə əmizdirmə büsthalterlərinin doğumdan ən azı 4 həftə əvvəl alınmasını tövsiyə edirlər. Hətta əmizdirmədən əvvəl və sonra döş ölçüləri fərqli olur, bu fərqi örtə bilmək üçün bu büsthalterlərin geyinilməsi çox vacibdi. Əmizdirmə büsthalteri gündəlik istifadə etdiyimiz günlük büsthalterlərdən daha böyükdür.   Əmizdirmə zamanı büsthalterin çətinlik yaratmaması məqsədilə hazırlanan bu büsthalterlər üstdən və alt hissədən tək əllə açılması mümkün olacaq şəkildə nəzərdə tutulmuşdur. Bu büsthalterlərlə analar öz körpələrini rahatlıqla və heç bir çətinlik çəkmədən yedizdirə bilərlər. 

Əgər büsthalterləri alarkən düzgün ölçünü necə seçəcəyiniz barədə düşünürsüzsə, o zaman diqqətlə oxuyun . 

Doğru büsthalter almaq üçün bədən ölçünüzün əsasən 2 hissəsini yaxşı bilməniz lazımdır: döş altı və döş ətrafı. 

Döş altını ölçmək üçün santimetri döş altında nə boş, nə də sıx olmayacaq şəkildə tutun və alınan ölçünü qeyd edin. Aldığınız ölçünü büsthalterin ölçüsü ilə təxmini olaraq eyni götürün. Məsələn, 76 sm üçün 75 sm ölçüdə və ya 88 sm üçün 90 sm ölçüdə götürürsüz. Döş  ətrafını isə ən geniş olduğu yerdən ölçün. 

İndi isə sizlərə bir neçə büsthalter modeli təqdim edirəm. Təqdim edəcəyim şəkillərdə büsthalterlərin istifadəsi aydın şəkildə göstərilir. 

Ana olmağa hazırlaşan qadınlar üçün

      Bu büsthalterlər düymə vasitəsi ilə açılır.

Ana olmağa hazırlaşan qadınlar üçün
Həmçinin yuxarı hissəsində də açılacaq yeri var və beləliklə rahatlıq təmin olunur. 
Ana olmağa hazırlaşan qadınlar üçün
Ana olmağa hazırlaşan qadınlar üçün
Ana olmağa hazırlaşan qadınlar üçün

                        Bu büsthalterlərin istifadəsi isə olduqca rahatdı və asandı, belə ki ancaq ipləri asanlıqla keçirmə hissəsində olan halqadan çıxarılır. 

Ana olmağa hazırlaşan qadınlar üçün
Ana olmağa hazırlaşan qadınlar üçün
Ana olmağa hazırlaşan qadınlar üçün
Ana olmağa hazırlaşan qadınlar üçün
Ana olmağa hazırlaşan qadınlar üçün
Bu şəkildə büsthalterdə üst hissənin çıxarılandan sonrakı vəziyyəti  göstərilir.
Ana olmağa hazırlaşan qadınlar üçün
Sadə və ya bəzəkli formaları sevənlər üçün gözəl seçimdi. 
Ana olmağa hazırlaşan qadınlar üçün
Bu büsthalterdə üst hissə tamamilə çıxarılır.
Ana olmağa hazırlaşan qadınlar üçün
Bu şəkildə keçirilib çıxarılacaq hissə aydın şəkildə göstərilib. 

Yenə də büsthalterdəki düymə əziyyət çəkmədən rahatlıqla açıla bilir.

Ana olmağa hazırlaşan qadınlar üçün

Sonda isə ana olamağa hazırlaşan xanımlarımıza sağlam körpələrini qucaqlarına almağı və ana olmağı istəyən hər bir xanıma bu duyğunu yaşamağı arzulayıram.

19 aprel 2016
GO BACK