Kilolu qadınlar hansı rəngləri və ya naxışları seçməlidir? Necə bir kəsim sınamalıdır? Stil təkliflərimizi açıqlayırıq. Buyun oxuyun.
Kilosu və ya boyu neçə olursa olsun, əgər istəsə, hər qadın gözəl və baxımlı görünə bilər.
Naxış və rəng
Ümumi qayda kilolu qadınların qara, göy, qəhvəyi kimi tünd rənglərə yönəlməsinin uyğun olduğudur. Çünki tünd rənglər kilonu gizlədir. Amma açıq rənglər istifadə etmək də mümkündür. Necə? Başdan aşağı eyni rəngin fərqli tonlarını istifadə edərək...Beləliklə bədəninizdə bölünməyən, eyni rəngin fərqli tonlarıyla davamlılığı təmin edilən bir xətt yaratmış olur, bədəninizin daha uzun və incə görünməsini təmin edirsiniz.
Naxış mövzusu olduqca əhəmiyyətlidir...Şaquli xətləri daim üfüqi olanlarla əvəz edin. Çünki üfüqi xəttlər sizi olduğunuzdan daha geniş göstərər. İri naxışları deyil, bir neçə rəngli kiçik naxışları olan geyimləri seçin.
Əgər artıq çəkiniz bədəninizin üst hissəsində toplanırsa, düz rəngdə və naxışsız koftaları seçin. Naxışları alt parçalarda saxlayın.
Əgər artıq çəkiniz alt hissələrdə toplanmışdırsa və ya omba hissəniz genişdirsə, tünd rəng şalvarları, ətəkləri seçin və canlı rəngli koftalarla kombinə edin.
Kəsim və model
Geniş balaqlı şalvarlar və cinslər sizə çox yaraşacaq.
Yüngül, enli olan paltarlar seçin. Ancaq gərəyindən böyük bədən paltarlar geyməyin. Bədəninizə yapışan parçalar da geyinməyin. Burada əhəmiyyətli olan tarazlığı qurmaq və ortanı tutdurmaqdır. Yəni nə çox dar, nə də çox bol…
Stil ipucları
Uzun və zərif bir görünüş yaratmaq üçün birə-bir olan dikdaban ayaqqabılar ən yaxşı yoldaşınız olsun! Əgər düz dabanlı bir ayaqqabı alacaqsınızsa, zərif balerinləri və babetləri seçin. Əgər ayaq biləkləriniz qalındırsa, bantlı dikdaban ayaqqabılardan uzaq durun.
Aksessuarların gücünə inanın! Qəşəng və özünü göstərən aksessurlar kiloları gizlətmək üçün sadə tutduğunuz paltarlarınızı canlandıracaq. Ancaq çox bəzəkli, şişirdilmiş aksessurlardan qaçın. Əgər sinəniz iridirsə, sinə arasında bitən uzun və iri medalyon boyunbağılar taxmayın.
İndi isə keçək qarın hissəsindən kompleksli olan xanımlara. Bədəndə qarın hissə çox qadının kompleks etdiyi hissədir. Nə qədər incə olsanız da, əgər qarnınız varsa, geyindikləriniz üzərinizdə xoş dayanmaya bilər.
Qarnınızı əridənə qədər bu geyim hiylələri imdadınıza yetişəcək.
Qalın kəmərlərlə qarnınızı gizləmək ən asan və ən qəşəng üsuldur. Korset kəmərlər çox kömək edir.
Çiyinlərdən aşağıya doğru genişlənən paltarlar (kofta, tunik, jilet, pencək, paltar) həm müasir, həm də zərif görünməyinizi təmin edər.
Çox dar olan üst geyimlərdən uzaq durun.
Yüksək bel paltarlar qarnınızı yığışdırdığı üçün probleminiz ortadan qalxar. Aşağı bel modellər səhv seçimdir.
Koftanızın üzərinə incə bir pencək, jilet kimi ikinci bir paltar geyə bilərsiniz.
Amma bədəninizin üst hissənə geyindiyiniz pencəyin və ya jiletin ön düymələrini açıq buraxın.
Pencək yaxalarının açıqlığı qarnınızı bağlayacaq ölçüdə olmalıdır.
Tünd rəngləri üst bədən paltarlarınızda, açıq rəngləri alt bədən paltarlarınızda seçin.
Böyük naxışlı üst geyimlərdən uzaq olun.
Diqqəti yaxanıza cəlb edəcək detallara yer verin. V yaxa kimi.
Qısa saplı (çantanın tutulan yeri) çantaları istifadə edə bilərsiniz. Kiçik çantalar yerinə böyük çantaları seçin.
Üzərində dik dayana biləcəyiniz ayaqqabılardan istifadə edin.
XƏBƏR LENTİ
Kişilərin evini yıxan mobil bəla
Beren Saat və Kenan Doğulu aylar sonra ilk dəfə-FOTO
Subay qadınlara "ər tapmaq məzuniyyəti" verilir
Aspirin maskasıyla gözəlləşək
Mənim çətinliklə dünyaya gətirdiyim balam
Hərbi Komandanlıq işğal olunmuş ərazilərdəki dinc əhaliyə növbəti dəfə müraciət ünvanlayıb
Əl yazısı sıradan çıxır?
Azərbaycanda müəllim ordusu qadınlardan ibarətdir
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Baş nazirin müavini: Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var
Makron Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - VİDEO
Ən dəbdəbəli təyyarə interyerləri
Günün qoroskopu:Bədxərclik etməyin!
Talisman, yoxsa mif?
Şokoladlı sufle: gecə-gündüz (foto-resept)
Cəbhə xəttində gərginlik
Qurban bayramında neçə gün iş olmayacaq? - RƏSMİ
Astronomiyadan təsirlənən manikür
Azərbaycan daha bir şəhid verdi - RƏSMİ
Koreyski kələm (foto resept)
Ombudsman müraciət etdi
Gül ləçəklərindən ayaqqabılar
Qarpız pəhrizi - həm arıqladır, həm orqanizmi təmizləyir
Yağ yandıran 2 detoks
HAVA necə olacaq? 15 Mart
Kəlbəcəri tərk edən ermənilər ağacları da kəsib özləri ilə aparırlar
Dəfn edilən adam bir ay sonra evinə qayıtdı
Lauranın əl işləri
Texas pirojnası (foto resept)
Pivə içənlər diqqətli olun
Çantalar
Gözəl geyim və aksessuarlar
Love story
Hava haqqında
Ermənistan ordusu iki polkovnikdən sonra generalını da itirdi
Yataq otağı dizaynları
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
Tənhalıq ölümcüldür
İmtahanın ən yüksək nəticələri açıqlandı
Bakı metropolitenində fləşmob
Süd və süd məhsullarının faydaları
Yağlı dəridən necə xilas olmalı?
Çimərlikdə istirahət ÖLÜMÜ TEZLƏŞDİRİR - Alim RƏYİ
"Əsədin dişi aslanları"
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Həyatın mənasını itirmişəm (Suala cavab)
Yaddaş zəifliyi yaşla əlaqədar deyil
Tətildə izləyə biləcəyiniz filmlər
"Azərbaycanda 30 min erməni yaşayır"
SMS-lər populyarlığını itirir
- ŞƏRHLƏR