Bu xəbərdə ən sevdiyim ingilis yazıçısı haqqında sizlərə məlumat vermək istərdim. Yəqin ki, çoxlarınız tanıyırsınız və hətta əsərlərini sevə-sevə oxuduğunuz yazıçılardan biridir...
Aqata Meri Klarissa Miller, məhşur ingiltərəli yazıçı, 15 sentyabr 1890-cı ildə İngiltərədə anadan olmuşdur. Aqatin fikri ilə uşaqlıqda pəltək olması ona yaradıcılığında kömək olur,çünki fikirlərini kağızda ifadə etmək sözlə ifadə etməkdən daha rahat olub onunçün.
Onun devizi:'' Bir dəfə də olsa,hərşeyin dadını çıxar...'' İntuziazm ilə avantüralara özünü həsr edirdi: yenicə ixtira olunmuş aeroplanda uçmaq,sürətlə qorxusuz maşın sürmək,at sürmək. Yazarlıq onun üçün çoxsaylı hobbilərdən yalnız biri idi. Lakin heç vaxt özünü professional yazar kimi görməyib.
Aqatanın birinci evliliyi uğursuz olub,anası bu evliliyə qarşı çıxsa da, Aqata öz fikrindən dönməyib və pilot kimi fəaliyyət göstərən Arçi ilə ailə həyatı qurub,lakin 1928-ci ildə Arçinin xəyanətkarlığı boşanmaya səbəb olub.İkinci evlilik isə Aqataya xoşbəxtlik gətirib.O, özündən 14 yaş kiçik olan Maksla evlənir.Onların toyunda qohumlardan yalnız Aqatanın qızı Rozalinda iştirak edirdi. Çünki çoxları ondan üz döndərmişdi. Aqata bu evliliyində öz xoşbəxtliyini tapır.O, arxeoloq Maks Melloun ilə 30 il xoşbəxt həyat sürüb. Yaş fərqinə gələndə isə Aqata zarafatca deyirdi: "Maks arxeoloqdu. Arxeoloqlarsa qədimliyi sevir. Ona görə yaşım artdıqca mən ona daha maraqlı görünürəm".
Müsahibələrinin birində etiraf edir: "Romanlarım üçün süjeti mən qab yuyarkən tapıram. Bu axmaq məşğuliyyət həmişə qətllər haqqında fikirlərə sövq edir.''
Aqata bir müddət əczaçı işləyib. Bu onun əsərlərindən də aydın hiss olunur. Detektivlərinin 83-də qəhrəmanlarını zəhər içdirərək "öldürüb". Bunun digər səbəbini Kristi qan içində uzanmış ölülərdən xoşu gəlmədiyini və odlu silahlardan başı çıxmadığı ilə əlaqələndirib.
Oxucuların hisslərinə hörmətlə yanaşdığından Aqata Kristi heç vaxt seksual cinayətləri romanının mövzusuna çevirməyib. O bildirirdi ki, seksual zorakılıq insanın hisslərinə mənfi təsir edir və oxucunu əsərin əsas xəttindən ayırır.
Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanından ortaya çıxıb. Bu qəhrəman onun son romanlarının birində vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılmışdı. Amma naşirlər sevimli personajın ölümü ilə bağlı olan kitabı çap eləməkdən boyun qaçırırdılar.60 yaşında yazıçı vaxtilə opera sənətçisi olmağı arzuladığını söyləyib. Amma səsinin olmaması onun bu arzusunu ürəyində qoyub.
Aqata Kristinin yazmaq vərdişi qəribə idi: ona isti vanna və alma lazım olurmuş.
Kristi 60 detektiv roman və 19 hekayə məcmuəsi çap eləyib. Başqa dillərə tərcüməyə görə, Şekspirdən sonra o, ikinci ingilis yazıçısıdır.
Aqata Kristinin nəvəsi evlərinin çardağından nənəsinin 27 kasetə yazdığı audiomüsahibəsini tapıb. Aqata Kristi burada bütün həyatını kiçik detallara qədər danışıb. Burada bəzi intim məqamlar olduğuna görə kasetlərin hamısı ictimaiyyətə açıqlanmayıb. Kasset kolleksiyası çardaqda 40 il gizli qalıbmış.
Yazıçı 1976-cı il yanvar ayının 12-si vəfat edib. O, öz avtobioqrafiyasını bu sözlərlə bitirir: "Yaşadığım həyat, mənə bəxş olunan sevgi üçün Allahıma təşəkkür edirəm..."
Həmin audiomüsahibədən 1 parça...
XƏBƏR LENTİ
"Öpüş" salatı (foto-resept)
iPhone-dan Galaxy S5-ə...
ABŞ müharibə elan edir
“Survivor 2020”nin iştirakçısı eşq dedi-qodularına aydınlıq gətirdi
Quzuqulağının (turşəngin) xeyri və zərəri
Xalçaların təmizlənməsi
Toyuqlu qovurma (foto-resept)
Sadə donlar
Artıq məni sevmirsən
Mayli Sayrus onunla da ayrıldı
Bakı rəsmən imtina etdi
Devid Bekhem aşpazlığa başladı
Koronavirusdan profilaktika üçün istifadəsi tövsiyə olunan preparatların adları açıqlanıb
Temperatur yüksəlir - Sabahın HAVAsı
SON DƏQİQƏ: Məşhur aktyor vəfat etdi - FOTO
Kolbasa istehsalında xəstə heyvan ətindən istifadə olunurmu?
Bu ilin trend saçları
Türkiyə 1915-ci ilin arxivlərini açdı
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Diktator 4 yaxın mənzilli raket buraxdı
Subay qadınlara "ər tapmaq məzuniyyəti" verilir
Mədən faciəsində hamını ağladan mənzərə
Hicablı xanımlar üçün qış geyimləri
Zəmzəm suyunun faydaları
Azərbaycanlı aktrisa Hollivud filmində
Gülməli heyvanlar (son)
Yaponiyaya gələn turistlərə pul veriləcək
Badamlı Brauni (foto resept)
Ərzaq məhsulları ucuzlaşıb
iPhone 6 belə olacaq?
"Göydələn"lərdə mənzillərin qiyməti ucuzlaşıb
Koronavirusdan qorxan 6 min cütlüyün eyni anda toyu oldu
Bağçalar yayda açılacaq? - RƏSMİ AÇIQLAMA
Günün qoroskopu: Bədxərclik etməyin!
Tiflisdə Azərbaycanın xalq artisti Səyavuş Aslanın xatirəsi anıldı
ADNA qurbanları
Gürcü alimi erməni xülyalarını dəfn etdi - FOTO
Paytaxtda böyük təhlükə kök salıb
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklər edildi
Dəbli köynək modelləri
Eqor Qrid Bakıda gəlir
Folqada dana dili (foto resept)
Quşları yaxından tanıyaq
Xanımlarımıza "8 MART" hədiyyəsi!
Kosmetik preparatlar
"1918-ci ilin mart hadisələri azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirilməlidir"
Megan Marklın təbii saçı hər kəsi təəccübləndirdi-FOTO
Bu şəhərə 1 ildə 300 milyon turist gəlib
Avtobusların gediş haqlarını süni şəkildə qaldıran kimlərdir?
Obamadan şok etiraf
- ŞƏRHLƏR