Azərbaycan klassik şeirinin ustalarından biri də Heyran xanımdır. Bu şairənin əsərləri uzun müddət tozlu taxçalarda, ədəbiyyata yad olan əllərdə qalmış, bəlkə də bir çox qiymətli əsərləri itib-batmışdır. Bütöv bir "Divan" sahibi olan Heyran xanımın adı Azərbaycan ədəbiyyatından bəhs edilən təzkirələrə düşməmiş, onun yaradıcılığı haqqında ədəbi mənbələrdə bəlli -başlı məlumat verilməmişdir. Yalnız ikinci dünya müharibəsi illərində Cənubi Azərbaycanın ədəbiyyatşünaslarından Məhəmmədəli Tərbiyətin nəşr etdiyi "Danişməndani-Azərbaycan" adlı əsərində şairə haqqında qısaca məlumata rast gəlinmişdir. Heyran xanımın şəxsiyyəti, həyatı və tərcümeyi-halı haqqında əldə heç bir yazılı sənəd yoxdur. Vəfat etdiyi şəhər, dəfn edildiyi məzar belə kimsəyə bəlli olmadığından, onun ölüm tarixi də bəlli deyildir. Onun haqqında az-çox məlumatı əsərlərindəki işarələrdən, özü haqqında yazdığı misralardan öyrənmək olur. Şairə XVIII əsrin II yarısında Naxçıvanda doğulmuşdur. Siyasi məsələlər ucbatından Heyran xanımın ailəsi Təbrizə köçürülmüşdür. Azərbaycanın iki hissəyə bölünməsindən sonra şairə ana vətənindən ayrı qalmışdır.
Heyran xanımın özünün dediyinə görə O, Naxçıvanda, kübar ailədə doğulmuşdur. Heyran xanım uzun müddət Təbrizdə yaşamış, hansı vasitə iləsə Abbas Mirzənin ailəsinə bağlı olmuşdur. Onun bir sıra mənzum məktublarında buna işarələr vardır. "danişməndani-Azərbaycan" müəllifinin qeydinə görə, O, Heyran xanımın qohumlarından biri ilə görüşmüş və bu adam şairə haqqında məlumat verərək demişdir ki, Heyran xanım 80 yaşına qədər yaşamışdır. Heyran xanımın əsərlərinin yeganə nüsxəsi 1945-ci ilədək Təbrizdə, Azərbaycan ədəbi irsini toplamaqla məşqul olan Hacı Məhəmməd Naxçıvanınin şəxsi kitabxanasında saxlanılırdı. Heyran xanımın dərin təhsil və tərbiyə almış bir şairə olduğu məlumdur.
Heyran xanım "Təbrizdə zəlzələ haqqında" şeirində baş vermiş təbii fəlakətin yaratdığı acı gerçəkləri belə əks etdirmişdir.
Oldu, ya rəbb, həlak insanlar,
Suvarıb torpağı qızıl qanlar.
Oldu çöllər cavanlara mədfən,
Çoxlarına nə qüls var, nə kəfən.
Sinəsinə dağlı, gözləri giryan,
Minlər ilə ana edər əfqan.
Bala dərdilə cümləsi ağlar,
Nə bir ehsan, nə bir xətmi-Quran var.
Baxasan, hər tərəf cəsədlə dolu,
Bağlanıb xalq üçün nicat yolu.
Qəzəllərindən ...
Bir namə yazım, badi-səba yarə yetirsin,
Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Hicran ələmi saldı ayaqdan məni-zari,
Daruyi-vüsali mənə bir çarə yetirsin.
Səbrim kəsilib, yar mənim canımı alsın,
Ya şad eləsin vəsl ilə, didarə yetirsin.
Dünyadə və üqbadə görüm mətləbə yetsin,
Hər kəs məni ol yari-vəfadarə yetirsin.
Bir yol verin, ey möhnəti-hicran ki, pəyamım
Ta badi-səba ol gülü gülzarə yetirsin.
Yüz həsrət ilə bu dili-hicranə giriftar,
Əzm etdi, özün ol güli-bixarə yetirsin.
Yüz niş ilə səddi-rəb olub xari-sitəmkar,
Qoymadı özün ol gülə biçarə yetirsin.
Gəl tanrı üçün bunca sitəm eyləmə izhar,
Qoy yarə özün bu dili-avarə yetirsin.
Bikəsliyimə rəhm eləsin xaliqi-biçün,
Heyrani o şəhbazə digər-barə yetirsin.
Əsiri-möhnəti-hicran mənəm, mən,
Qəribü zarü sərgərdan mənəm, mən.
O gülzari-vüsalindən uzaqda,
Çün bülbül ruzü şəb nalan mənəm, mən.
Nə mənzil, nə məkan, nə xaniman var,
Cahanda xəstəyi-dövran mənəm, mən.
Sənin hicrin ilə, su şəmsi-taban,
Bulud tək daima giryan mənəm, mən.
Bu məclisdə olub pərvanə misli,
O nari-eşqilə suzan mənəm, mən.
Əsiri-zülfün içrə yox mənim tək,
Sədaqəllə sənə qurban mənəm, mən.
Qanıma təşnəsən sən ey sitəmkar,
Üzünə valehü Heyran mənəm, mən.
XƏBƏR LENTİ
Dünyanın ilk sərnişin dronu
Süd sudan ucuzdur
Çinin nağıllar aləmi
Lobyalı soğanlı salat (foto resept)
Son zamanların ən populyar oyuncağı - Stress çarxı
"Elmin ekologiyası" Adlı Seminar Keçirildi!-FOTO
Alimlərdən şok xəbərdarlıq: Yeri böyük təhlükə gözləyir - FOTO
Leyla Əliyevadan növbəti xeyirxah addım - FOTO
ETİRAFLAR:"Kimdən əskiyəm?!"
Teymur Rəcəbov: "Dünya Kubokunda zəif rəqib yoxdur"
İnsanın öləcəyi tarixi qol saatları göstərəcək
Ermənilərin Bakıda döyüşəcəkləri tarix açıqlandı
Yayın "qış" xəstəlikləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
100 milyon illik yırtıcı tarakan tapıldı
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
Hollivud ulduzu həbs olundu-SƏBƏB
Həcc ziyarəti ilə bağlı xəbərdarlıq - 6 ayadək həbs cəzası gözlənilir
Kişilər niyə xəyanət edirlər?
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Azərbaycanda yanacağın qiyməti yenidən qalxacaq?
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Qurban Bayramınız Mübarək!
Beş ayda 11 mindən çox insan iş tapıb
Evdə toz hissəcikləri və allergiyadan qorunma üsulları
Qulaq ağrısı necə keçər?
Ajda Pekkan 46 illik FOTO paylaşdı
Günün ulduz falı
Bakıda idmançının qaydasız döyüşdə rinqdə ölməsi ilə bağlı açıqlama
"Ken" 600 min dollar müqabilində "Barbie" oldu- FOTO
Maqnit qasırğası dörd gün davam edəcək
- Akula... - Ay can?!..
Məşhurlar qarın əzələlərini hansı idmana borcludur?
Türk aktrisaları içində birinci oldu-FOTO
Biznesmen gecikən işçiləri yarıçılpaq vəziyyətdə qaçırtdı-FOTO
Nazirlər Kabinetindən icbari sığorta ilə bağlı QƏRAR
Universal mütəxəssislik
Bu günün hava praqnozu
Noyabr ayının qeyri-iş günləri məlum oldu
I siniflərə şagirdlərin qəbulu başlayır
Çiyələk görünüşlü sadə salat (foto resept)
Günün qoroskopu: yeni əlaqələrin bünövrəsini qoymaq olar
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Bakıda ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA
Parada hazırlıqla əlaqədar bu yollar bağlanacaq
Payız tətili başladı
Ayaqlara zərər verən yaz ayaqqabıları
Şəngülüm, Şüngülüm, Məngülüm
- ŞƏRHLƏR