Çox zaman cəmiyyətdəki "kişilik" düşüncəsi öz hakimiyyətini legitimləşdirmək və möhkəmləndirmək üçün “qadınları qorumaq”, onları müdafiə etmək diskursundan (müəyyən dünyagörüşünü formalaşdıran sözlər, ideyalar, yanaşmalar, müzakirələr və s) istifadə edir. Buna kişilərin üstünlük təşkil etdiyi toplumlarda daha çox rast gəlinir və adətən qadınlar namus və qeyrət anlayışının “daşıyıcısı”, kişilər isə bunun “təminatçısı” kimi çıxış edir. Misal üçün, əgər yad kişi sizin yanınızda ədəbsiz söz desə, bu halda sizin həyat yoldaşınız o insanın cavabını verməlidir. Amma eyni insan bir qrup kişinin yanında bənzər sözlərdən istifadə edərsə, bu sözlər artıq “ədəbsiz” kateqoriyasına girmir və bunun üçün heç kimin namusunu qorumaq lazım gəlmir. Bu misal yanaşmada olan ayrı-seçkiliyi açıq şəkildə ortaya qoyur.
Beləliklə, qadınlar üçün nəyin daha uyğun və daha ədəbli olduğuna qərarı adətən kişilər verir və qadınlar bununla razılaşır. Bu razılaşma-qəbuletmə daha geniş miqyasda qadınların bir çox hallarda kişilər tərəfindən qoyulmuş qaydalarla oynamalarına səbəb olur.
Burada bir məsələyə də toxunmaq lazımdır. Bayaq qeyd etdiyimiz kimi, qadınlarımız eyni zamanda həm də iqtisadi asılılıqda yaşayırlar. Bir çox ailələrdə qadınlar evdən kənarda işləmir və evin büdcəsinin formalaşmasında iştirak etmir. Təbii ki, son zamanlar bu dəyişməkdədir və indi Azərbaycanda bir çox oxumuş qadın iqtisadi cəhətdən müstəqildir. Amma buna baxmayaraq, hakim düşüncə hələ də onları sıxmaqdadır. İqtisadi müstəqilliyə baxmayaraq onlar hələ də ideoloji və mənəvi savaş verirlər: ailələri, qohumları və cəmiyyətləri ilə. Yəni, iqtisadi sahədə özünü təsdiqləsələr və maliyyə təhlukəsizlilərini təmin etsələr də, ideoloji savaşda hakim diskurs üzərində qələbə çala bilmirlər.
Amma bunu da qeyd etmək lazımdır ki, ideoloji savaşın qazanılmasında iqtisadi müstəqillik çox önəmli mərhələdir. İqtisadi müstəqillik insanın “dilinin uzun olmasını” təmin edir. Yəni, iqtisadi cəhətdən asılı olmayan insan danışa bilir və özünü müdafiə mexanizmini danışmaqla və ya dominant məntiqin təsvir etdiyi kimi “cavab qaytarmaqla” qurur.
İdeoloji savaşı qazanmaq üçünsə ideyalara ehtiyac var. Qadının kişiylə bərabərhüquqlu olduğunu müdafiə edən nəzəriyyəyə feminizm nəzəriyyəsi deyilir. Feminizm qadın huquqlarını mudafiə eden nəzəriyyədir. Bu, bir dunyagorusudur. Feminizmi cox radikal bir yanasma kimi təqdim etmək yanlışdır.
Bunu dəstəkləyənlər tək qadınlar deyil, həm də kişilər olmalıdır. Çünki bu, cəmiyyətimizin ümumi inkişafı deməkdir. Təəssüf ki, Azərbaycanda çox zaman qadınların hüquqları tapdalanır. Qadın seksual obyekt, qulluqçu, uşaq istehsalçısı kimi görülür. Əksər cəmiyyətlərdə qadınlar kişilərdən daha çoxdur. Ona görə də qadınların fəal olmadığı cəmiyyət hesab edin ki, yarı qüvvəsi ilə işləyir. Hətta əgər buna kişi-qadın münaqişəsinin mənfi enerjisini əlavə etsək, demək olar ki, cəmiyyətin faydalı iş əmsalı xeyli dərəcədə aşağı düşür.
Yekunda, mən qadınlarımızı daha fəal, daha özünə güvənən və daha inadkar olmağa, kişiləri isə daha anlayışlı olmağa çağırıram.
Rəşad Elli
XƏBƏR LENTİ
Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı
Türkiyənin yeni baş nazirinin seçiləcəyi tarix bəlli oldu
2014-cü ilin şərf və şal modelləri
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
Bakı, Aşqabad, Ankaradan mühüm görüş
Valideynlərə təcili kömək -4
Saç kəpəyinin yaranma səbəbi (2)
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Kəs və yapışdır-9
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Toyuq langeti (foto-resept)
Yupiter böyüklüyündə qeyri-adi planet kəşf edildi
Qoyun onlar yatsınlar
Dünyanın ilk süni insanı yaradıldı
Kağız halva-11
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Dünyanın ən kiçikləri
Körpələrdə sarılığın müalicəsində yeni metod
Unun qiymətləri qalxdı?
Sanders Klintona qalib gəldi
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Dərinizə təbii gözəllik bəxş edin
Məşhur aktyor vəfat etdi
2018-2019 Qış şalvar trendləri
Ermənistanı beş yerə bölürlər
Bu günün tarixi (22.08.2014)
Makiyaj süngərlərini təmizləmək üçün...
Mehriban Əliyeva işsiz qalanlarla bağlı vacib göstəriş verdi
Tələbələrə ödənişlərdə güzəşt olunacaq? - Nazirdən AÇIQLAMA
Keçmiş baş nazir qeyri-adı işə düzəldi
Məntiqi suallar
İraq türkmənlərinin soyqırımları
Qurban Qurbanov millimiz haqda danışdı
Bəlkə, gedək sürüşək?
Dərini gəncləşdirən maska
Valideyn olmaq asan deyil
Elvis Preslinin "Codillac"ı ucuz qiyətə satıldı-FOTO
Tarkan hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Qış vaxtı" nəyimizə lazımdır?
Lukaşenkoya nə olub?
Bu gecə, sonuncu dəfə...
Perunun yeni prezidenti məlum olub
Cəlbedici gözlər
Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız
Cennifer Eniston bu hərəkəti ilə GÜNDƏM oldu-FOTO
Yeməkdən sonra ağızda acı dadın səbəbi
Hər kəs bu Evlilik Təklifindən danışır
Toyuq ətli salat (foto resept)
Rənglər haqqında maraqlı faktlar
- ŞƏRHLƏR