Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu:
"İsrail oğullarından çirkin, keçəl və kor olan üç nəfər var idi. Allah-u Təala onları imtahan etmək istəyir və bir mələk göndərir.
Mələk çirkindən soruşur:
- Ən çox sevdiyin şey nədir?
Çirkin:
-Gözəl rəng və gözəl bədən. Çünki insanlar məni çirkin görür və məndən iyrənirlər- deyir.
Mələk çirkinin bədənini sığalladı. Ona gözəl rəng və gözəl bədən verildi.
Mələk yenidən ondan soruşur:
-Hansı mal sənə daha əzizdir? - soruşur.
O da cavabında:
-Dəvə - deyir. Ona on aylıq hamilə bir dəvə verilir.
Mələk ona:
-Allah sənə bu dəvə ilə bərəkət versin - deyir.
Sonra mələk keçəldən soruşur:
-Ən çox sevdiyin şey nədir?
Keçəl:
-Gözəl saç, çünki insanlar bu halımdan iyrənir - deyir. Mələk onun başını sığallayır və ona gözəl saç verilir.
Mələk ondan:
-Hansı mal sənə daha əzizdir- soruşur.
Keçəllikdən azad olmuş şəxs:
-Mal - deyir və ona hamilə bir mal verilir.
Mələk ona:
-Allah sənə bu malda bərəkət versin - deyir.
Daha sonra mələk kordan soruşur:
- Ən sevdiyin şey nədir?
Kor:
-Allah-u Təala mənə gözümü geri versin, onunla insanları görüm - deyir. Melek onu sığallayır və Allah-u Təala gözünü ona geri verir.
Mələk ondan:
-Hansı mal sənə daha sevimlidir? - soruşur.
Kor:
-Qoyun - dedi və ona da quzulu bir qoyun verildi.
Bir müddət sonra dəvə və mal sahiblərinin dəvəsi və malı balaladı. Qoyun sahibinin də qoyunu quzuladı. Bu minvalla dəvə istəyən adamın bir sürü dəvəsi oldu. Mal istəyən adamın da bir sürü malı oldu. Qoyun istəyənin də bir sürü qoyunu oldu.
Sonra mələk köhnə paltarda çirkinin yanına gəlir və ona:
-Mən kasıb bir adamam! Artıq çarəm yoxdur. Ancaq əvvəla Allahın, daha sonra sonra sənin köməyinlə işim düzələcək. İndi mən sənə gözəl rəng, gözəl bədən və mal verən Allah üçün səndən bir dəvə istəyirəm! Bu səfərimdə onunla muradıma çata bilim - deyir.
Çirkin cavab verir:
-Yaxşı, amma haqq sahibləri çoxdur (Yəni bazarda kasıb çoxdur, hər dilənçiyə bir dəvə vermək olmaz!)
Mələk ona:
-Mən səni tanıyıram. Sən insanların iyrəndiyi çirkin deyilsənmi? Sən kasıb idin, bu malı sənə Allah verdi - deyir.
Çirkin mələyə:
-Allaha and olsun ki mənə bu mal atamdan qalıb - deyir.
Mələk də ona:
-Əgər yalançısansa, Allah səni köhnə halına çevirsin - deyir.
Sonra mələk keçəlin yanına gəlir və çirkinə dediklərini ona da deyir. Keçəl də çirkin kimi onun istəyini rədd edir.
Mələk də ona:
-Əgər yalançısansa, Allah səni köhnə halına çevirsin - deyir.
Sonra mələk korun yanına gəlir eyni sözləri ona da deyir.
Kor ona belə cavab verir:
-Allaha and olsun ki, mən kor idim. Allah mənə gözümü geri verdi. Kasıb idim və Allaha and olsun ki, Allah məni varlı etdi. İndi dilədiyin qədər al - deyir.
Bunun cavabında mələk:
-Malını mühafizə et! Allah sizləri imtahan etdi. Allaha and olsun ki, Allah səndən razı oldu! İki dostun da - çirkin və keçəl qəzəbə düçar oldular - deyir.
Anladığınız kimi, bu hədis-i şərif bizə Allah üçün verməyin əhəmiyyətindən bəhs edir. Müsəlmanlar olaraq sədəqə və zəkat vermək vəzifəmiz heç bir zaman sona çatacaq bir vəzifə deyil. Bir dəfə verməklə mövzunu bağlaya bilməz. Az və ya çox, mütləq Allah üçün verməliyik.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Köməksiz qalmış pişiyi xilas etdilər-Salyanda-FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Reyhanlı yay salatı (foto resept)
Ən praktik icadlar
Arı yeyən quşlar
İndi də dünyanın sonunu 2014-ə təyin ediblər
Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi
19 ədədi möcüzəlidirmi?
HAVA necə olacaq?- 2 APREL
Samsung "ikinci nəsil" saatlar satacaq
Uşaqları oğurladığı iddia olunan qadınla bağlı Rəsmi Açıqlama
Kremli əncir şirniyyatı (foto-resept)
Bakıda erməni dili kursunun təşkilinə başlanılır
Dəbli çəkmələr
Qarabağda “Qarabağ şikəstəsi” ifa edən əsgərimiz - VİDEO
Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib
Bu günün hava proqnozu
Evdə dekorativ şam ağacının hazırlanması (2)
Günün ulduz falı
Velosiped təkərlərindən hazırlanan dekorasiya
Ürək pirojnası (foto resept)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Davamlı kitab alırsınızsa...
Xanımlarımıza yad güllər
Onlar bu evlərdə yaşayırlar
Koronavirusla bağlı SON STATİSTİKA
HAVA necə olacaq?-6 Noyabr
Atəşkəs yenidən pozuldu
Badımcan bükməsi (foto resept)
Ayıcıq və düyməli çiçək qurabiyə(foto-resept)
1587 zəvvar Məkkədən qovulacaq
Dırnaqları tez uzadan maska
Çiyələkli keks (foto resept)
Dünyanın ən vahiməli dəlikləri
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun yeni strukturu
Cazibədar görünməyin yolları
Ajda Pekkan 3 milyonluq reklamda
Daha bir idmançımız qələbə qazandı
Buğda salatı (foto resept)
Kral ailəsində bir ŞOK daha-FOTO
Nəsirəddin Tusinin məntiq əsəri ilk dəfə olaraq fars dilindən Azərbaycan dilinə tərcümə olunur
Hündürdaban ayaqqabılar
Hadise jurnalistə qəzəbləndi-SƏBƏB
Bu, son 500 ildə 3 dəfə olub
Ağardıcı maskalar
5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək
"International Crisis Group": "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir"
Zövqlü ayaqqabı modelləri
- ŞƏRHLƏR