Bu məktubu oxuyandan sonra bilirəm ki, həyata baxışın dəyişiləcək, çünki sənin gözlərini açacam. Mənim gördüklərimi sən görməmisən, amma görəcəksən, ona görə gecikməmişdən sənə xəbərdarlıq edim. Mən o dünyadan sənə yazacam. İnandırım səni ki, o dünyada heç də hər şey sənin bildiyin kimi deyil. Sizi bu dünyada yalanlarla aldadırlar, sizi cəhənnəm istisi, Allahın cəzası, o dünyada verilən imtahan suallarla aldadırlar, qorxudurlar. Qorxudurlar ki, istədiyin kimi yaşamayasan, ürəyinə xoş işlər görməyəsən, onlar sənin düşmənindir, aldanma əsla! Mən gördüm, nələr gördüm: bu dünyada zalımlıq edənlər elə o dünyada da varlıq içində yaşayırlar, bu dünyada susan “yazıq”lar elə o dünyada da acı vəziyyətdədirlər, başqalarının haqqını yeyib qarnı həmişə tox olanlar o dünyada boş gəzirlər, heç kim onların yaxasından tutub cəhənnəm adlanan yerə atmır. O dünyada boşluq var. Nə cənnət, nə də cəhənnəm var. Ona görə gəl sən belə et, bu dünyada bacardığın qədər keyf çək, onsuz da o dünyada heç nə olmayacaq. Hansı yolla olursa olsun əllərin pulla dolu olsun, haram deyilən şeylərə marağın varsa, onlarla məşğul ol, onsuz da bu dünyada haram heç nə yoxdur. İçki iç doyunca, içki insanın ürəyini xoş edir. Siqaret əsəblərini sakit edirsə, ona da əl at, o da sənin dərd yoldaşındır. Xəyanət etmək istəyirsən? Buyur, nə qədər ürəyin istəyir et! Boş-boşuna ehtiras verilməyib ki, sənə. Nə? Filankəsin paxıllığını çəkirsən? Əşşi, ayağının altını qaz, rahatlaşarsan, söz verirəm sənə. O dünya? Əşşi, o dünyada heç kim nə səndən heç nə istəməcək, nə də pislik etdiyin insanın hallalığına ehtiyacın olmayacaq. Bu dünya əslində sənə verilmiş hədiyyədir, bacardığın qədər gəz, keyf elə, ta ki, ölənə kimi ürəyin nə istəyir elə onu da et. Nə? Quran? Quran da İncil və başqa kitabdan seçilmir ki, sən kitab oxumağı kənara burax, ətrafa bax, gör nə qədər gözəllik var, bunlar hamısı sənin üçündür, insan özü özünə Allah ola bilər. Nə? Allaha özünü bənzətmək günahdır? Axı olmayan şeyə insan necə özünü bənzətsin? Sən heç öz gözlərinlə Allahı görmüsənmi? Həəə, mən də görməmişəm. Amma bax, sən məni görməsən də, mən səninlə danışa bilirəm, sənə yol göstərə bilirəm. Sənin də yeganə çıxış yolun mənə qulaq asmaq, mənim yolumla getməkdir. Mən sənin ən yaxın dostunam.
Nə isə, çox uzun yazaram, amma əsas şeyləri sənə çatdırdım. İndi tələsirəm işim var, gedim qaynayan qazanı qarışdırım, nəsə içi yaman dolur günü-gündən.
Görüşərik!
İmza: Şeytan
XƏBƏR LENTİ
Hər gün üzünüzə gül yağı çəksəniz...
Almanların “Bakı 2015” proqnozu
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
2200-cü ildən gəlmiş zaman elçisindən ŞOK AÇIQLAMA
Aslı Enver yeni filmə çəkilir-FOTO
Məşhur ulduz Antalyada konsert verəcək
Azərbaycanda bu yol ödənişli olacaq - CİHAZLAR QURAŞDIRILIR
Rusiya ilə savaş başlasın!
Bir dəqiqədə internetdə nələr baş verir? - İNFOQRAFİKA
Bu xəstəliklərdən əziyyət çəkənlərə ŞAD XƏBƏR: 4 milyon manat ayrıldı
Azərbaycan ağır atletika üzrə dünya rekordunu yenilədi
Bu xəstəliyə diqqət!
Günün qoroskopu: yoldan sapmayın
BÜRCLƏR bizə nə vəd edir? - 25 fevral
İrəvanın böyük müharibə mesajı
Ey insan!
130 nəfər koronavirusa qalib gəlib
Dünya ölkələrində qeyri-adi yeni il adətləri
Xurma və onun xeyri
Azərbaycanda uşaqlar daha çox hansı xəstəliyə tutulurlar?
Balıq piroqu (foto resept)
Dairəvi yataq modelləri
Telefonla xərçəngini aşkarladı
SMS icazələri ləğv oluna bilər - BAŞ İNFEKSİONİST
Azərbaycanda bölgələrin əfsanələri üzrə turizm marşrutları yaradılır
NASA-dan dünyanı həyəcanlandıran kəşf
Tut doşabının faydaları
Həftənin ilk iş gününün havası
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
Günün qoroskopu: Uğurlu gündür!
5 günə 3 kiloqram arıqladan qatıq pəhrizi
Beren Saatın “Netflix”dəki serialı
Dünyanın gözlədiyi körpə
Yara izlərini döymə ilə örtən vyetnamlı sənətkar
Maşınlar Bakının mərkəzində saxlanılarsa
Azərbaycan turistləri bu ölkəyə vizasız gedəcəklər
Bergüzarın bacısı AÇIQLAMA Verdi
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Bu gün Azərbaycanda ilaxır çərşənbə və Novruz bayramı qeyd edilir
Koronavirusdan uşaq ölümlərinin ən çox olduğu ölkə açıqlandı
Zəncəfilli şirniyyat (foto resept)
Şirniyyat buketi
Müəllimlər mənzillə təmin olunsun
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı prosesi sadələşdirilir
Murat Bozla Aslı Enver Yenə AYRILDI-SƏBƏB
Üz və dodaqların göyərməsi… - Koronavirusun yeni simptomları açıqlanıb
Bakı sakini yeni kombi düzəltdi – Sutkada 70 qəpiyə qızdırır-VİDEO
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
İrina Şeykdən gözlənilməz FOTO
Zövqlü xanımlar üçün
- ŞƏRHLƏR