Ayların ən xeyirlisi olan, Allahın müqəddəs kitab Qurani-Kerimin nazil olunduğu və günahların bağışlanılacagı Ramazan ayını yaşayırıq. Bu elə bir aydır ki, nə qədər dua etsən Allah mütləq o duaları qəbul edəcək.Ramazan elə bir aydir ki,şeytan belə zəncirlənir ki,insanlar pis əməllərə sürükləməsin deyə.Əgər şeytan zəncirlənirsə və biz hələdə pis əməllər işləyiriksə onda Allah içimizdəki şeytandan bizi xilas etsin və bizi bəlaya düçar olanlardan deyil, xeyirli,düzgün və imanli bəndələrdən etsin. AMİN!
Allahın Cəbrail Əleyhissalam vasitəsi ilə Peyğəmbər s.a.v öyrətdiyi duanı sizlərlə paylaşmaq istəyirəm.
Pərvərdigara,əbədi həmd yalnız sənə məxsusdur.Sən özün də əbədisən.Sonsuz həmd Sənə məxsusdur və Səndən qeyrisinə layiq deyildir.Yenə də həmd Sənə məxsusdur ki,Sənin istək və iradən olmadan bu həmdin ardı gəlməz.Sənə elə həmd edirəm ki,onların mükafatı Sənin razılıgından başqa bir şey olmasın.
Pərvərdigara,bütün həmdlər,minnətlər,fəxrlər,nurlar,izzətlər,cəbərutlar,əzəmətlər yalnız Sənin zatına məxsusdur.Eləcə də dünya və axirətin, gecə- gündüzün hamısı Sənin zatına məxsusdur.Həmçinin bütün məxluqat Sənindir.Bütün xeyirlər Sənin əlindədir.Yaradılışın bütün əmrləri,işləri aşkar və gizlin surətdə Sənə doğru qayıdır.
Pərvərdigara,mən Sənə əbədi olaraq həmd edirəm.Sənin bəlaların gözəl,tərifin qədim,nemətlərin geniş,qəzavətlərin (mühakimələrin) ədalətli,əta etdiklərin çox böyük,nemətlərin gözəldir.Mən elə bir Allaha həmd edirəm ki,həm yer üzünün , həm də asimanların Allahıdır.
Pərvərdigara,yeddi qat möhkəm asimanlarda və varlıqlar üçün döşədiyin yer də həmd Sənə məxsusdur.Sənə bəndələrinin bacardığı qədər həmd olsun.Yer üzündəki abadlıqlar qədər həmd yalnız Sənə məxsusdur.Gecə qaranlıqlaşan zaman da ,gündüz işıqlanan zaman da həmd Sənə məxsusdur.Həmd həm bu dünyada ,həm də axirətdə Sənə məxsusdur.Məsanidə( Ftiha surəsində), əzəmətli Quranda həmd Sənə məxsusdur demisən.Sənə təsbih deyirəm.Bütün eyb və nöqsanlardan pak bilirəm ki,Qiyamət günündə bütün yer Sənin iqtidarın dairəsində olacaq.Asimanları bir yerə toplayaraq bir tərəfə qoyacaqsan.Allah müşrüklərin ona şərik qoşub aid etdikləri şeylərdən pak və münəzzəhdir.Böyük Allaha təsbih deyir və həmd edirəm. Onun əbədi zatından başqa bütün şeylər fənaya uğrayandır.
Pərvərdigara,Sən bizim Rəbbimizsən,hər bir eyb və nöqsandan pak müqəddəssən.Hər bir şeyi öz qüdrətinlə yaratmısan.Öz izzətin vasitəsi ilə hər bir şeyə hakim olmusan.Məqamının yüksəkliyi vasitəsi ilə hər şeydən yüksəkdəsən və öz qüvvətin ilə bütün varlıqlara qələbə çalmısan.Bütün varlıqları öz hikmət və elminlə ( əvvəlcədən heç bir nümunə olmadan) yoxluqdan vücuda gətirmisən.Peyğəmbərləri seçib öz kitablarınla göndərmisən.Öz iznin ilə saleh insanları hidayət etmisən.Mömünlərə öz səltənət və mülkün vasitəsi ilə qahir olmusan.Səndən başqa pərəstişə layiq olacaq heç bir məbud yoxdur,şəriksizsən.Səndən başqa heç bir varlığa ibadət olunmaz.Ehtiyaclar yalnız Səndən istənilir,yalnız Sənə doğru rəğbət göstərilir.Şikayətlərimizin qayıdacağı yeganə yer Sənsən.Sən rəğbətlərimizin sonu,bizim həqiqi Allahımızsan və sahibimizsən. Amin!
XƏBƏR LENTİ
Rus dili - Цц
Acı bibərli isti şokolad
Allahın qəzəbinə düçar olanlar kimlərdir?
“Ağıllı” zibil qabı təqdim edildi
Ömrünüzü uzadın
Bir sözlə 7 min dollar qazanan ulduzlar
Sokratın 3 süzgəc testi
Bananlı desert (foto-resept)
İspaniya "Kral"ın futbolçusunu əfv etdi
Fahriye Evcenin gəlinliyini tikən məşhur modelyer aktrisanın YALANININ üstünü açdı - FOTO
İmmunitet sistemini gücləndirən içkilər
Görən, dadbilən bitkilər(1)
Bu yay necə geyinək?
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Azərbaycanda nə qədər avtomobil var?
Maşınlar Bakının mərkəzində saxlanılarsa
Doğuşdan Ərdoğana hədiyyə
300 illik mumiya 1 saata çürüdü
Ağrıkəsici dərmanlar qan təzyiqini artırır
Məşhur cütlük ayrı-ayrı tətilə çıxdı-FOTO
Qadın Şamdanla Evləndi-FOTO
Arıqladan ananas detoksu
Məşhur müğənni koronavirusdan öldü - FOTO
Azərbaycanda yaşayan əcnəbilər koronavirusa yoluxdu - RƏSMİ
Toyuq salatı (foto resept)
İşgüzarlığı artıran qidalar
"Ramo"da yeni aktyor-VİDEO
Murad Dadaşov Oksananı filmə çəkir
Qəzəbli sürücüləri necə dayandırmalı? - MÜZAKİRƏ
Ramazanın 7-ci günün duası
Burak gəlirini maşına xərclədi-FOTO
Həyatımı Ona borcluyam...
Eser Yenenler 15 kq arıqladı
Kəlbəcərdəki termal sular Karlovı Varıdakılardan heç də geri qalmır - MÜSAHİBƏ
Rus Dili dərs-17
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
Özgü Namal 6 ildən sonra ekranlara qayıdır
Nə düşünürsünüz?
Şumaxerdən şad xəbər
Yeni silahlar Qarabağa yerləşdirilir
"Lirikada fizika və dünyəvilik"(3)
Sevgilisi Hadisənin evinə köçdü
"Bu, Qarabağ üçün intihardır"
Rəngarəng plov (foto resept)
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
Sodanın fantastik xüsusiyyətləri
Komitə sədri: “Azərbaycanla Türkiyə arasındakı viza rejimi tam aradan qalxa bilər”
5 dəqiqəyə daha arıq görünün
“Ermənistanın bu ağır duruma düşməsinin səbəbkarı Azərbaycandır”
“Taxt oyunları”nın aktrisasına TƏMİZ SAÇ QADAДћASI-FOTO
- ŞƏRHLƏR