Qadin.NET / Dilinizdən dua əskik olmasın

Dilinizdən dua əskik olmasın

Ayların ən xeyirlisi olan, Allahın müqəddəs kitab  Qurani-Kerimin nazil olunduğu  və günahların bağışlanılacagı Ramazan ayını yaşayırıq. Bu elə bir aydır ki, nə qədər dua etsən Allah mütləq o duaları qəbul edəcək.Ramazan elə bir aydir ki,şeytan belə zəncirlənir ki,insanlar  pis əməllərə sürükləməsin deyə.Əgər şeytan zəncirlənirsə və biz hələdə pis əməllər işləyiriksə onda Allah içimizdəki şeytandan bizi xilas etsin və bizi bəlaya düçar olanlardan deyil, xeyirli,düzgün və imanli bəndələrdən etsin. AMİN!
 Allahın Cəbrail Əleyhissalam vasitəsi ilə Peyğəmbər s.a.v öyrətdiyi duanı sizlərlə paylaşmaq istəyirəm. 

Dilinizdən dua əskik olmasın  
 Bismillahir Rəhmanir-Rəhim

Pərvərdigara,əbədi həmd yalnız sənə məxsusdur.Sən özün də əbədisən.Sonsuz həmd Sənə məxsusdur və Səndən qeyrisinə layiq deyildir.Yenə də həmd Sənə məxsusdur ki,Sənin istək və iradən olmadan bu həmdin ardı gəlməz.Sənə elə həmd edirəm ki,onların mükafatı Sənin razılıgından başqa  bir şey olmasın.

Pərvərdigara,bütün həmdlər,minnətlər,fəxrlər,nurlar,izzətlər,cəbərutlar,əzəmətlər yalnız Sənin zatına məxsusdur.Eləcə də dünya və axirətin, gecə- gündüzün hamısı Sənin zatına məxsusdur.Həmçinin bütün məxluqat Sənindir.Bütün xeyirlər Sənin əlindədir.Yaradılışın bütün əmrləri,işləri aşkar və gizlin surətdə Sənə doğru qayıdır.                           

Pərvərdigara,mən Sənə əbədi olaraq həmd edirəm.Sənin bəlaların gözəl,tərifin qədim,nemətlərin geniş,qəzavətlərin (mühakimələrin) ədalətli,əta etdiklərin çox böyük,nemətlərin gözəldir.Mən elə bir Allaha həmd edirəm ki,həm yer üzünün , həm də asimanların Allahıdır. 

Dilinizdən dua əskik olmasın

Pərvərdigara,yeddi qat möhkəm asimanlarda və varlıqlar üçün döşədiyin yer də həmd Sənə məxsusdur.Sənə bəndələrinin bacardığı qədər həmd olsun.Yer üzündəki abadlıqlar qədər həmd yalnız Sənə məxsusdur.Gecə qaranlıqlaşan zaman da ,gündüz işıqlanan zaman da həmd Sənə məxsusdur.Həmd həm bu dünyada ,həm də axirətdə Sənə məxsusdur.Məsanidə( Ftiha surəsində), əzəmətli  Quranda həmd Sənə məxsusdur demisən.Sənə təsbih deyirəm.Bütün eyb və nöqsanlardan pak bilirəm ki,Qiyamət günündə bütün yer Sənin iqtidarın dairəsində olacaq.Asimanları bir yerə toplayaraq bir tərəfə qoyacaqsan.Allah müşrüklərin ona şərik qoşub aid etdikləri şeylərdən pak və münəzzəhdir.Böyük Allaha təsbih deyir və həmd edirəm. Onun əbədi zatından başqa bütün şeylər fənaya uğrayandır. 

Pərvərdigara,Sən bizim Rəbbimizsən,hər bir eyb və nöqsandan pak müqəddəssən.Hər bir şeyi öz qüdrətinlə yaratmısan.Öz izzətin vasitəsi ilə hər bir şeyə hakim olmusan.Məqamının yüksəkliyi vasitəsi ilə hər şeydən yüksəkdəsən və öz qüvvətin ilə bütün varlıqlara qələbə çalmısan.Bütün varlıqları öz hikmət və elminlə ( əvvəlcədən heç bir nümunə olmadan) yoxluqdan vücuda gətirmisən.Peyğəmbərləri seçib öz kitablarınla göndərmisən.Öz iznin ilə saleh insanları hidayət etmisən.Mömünlərə öz səltənət və mülkün vasitəsi ilə qahir olmusan.Səndən başqa pərəstişə layiq olacaq heç bir məbud yoxdur,şəriksizsən.Səndən başqa heç bir varlığa ibadət olunmaz.Ehtiyaclar yalnız Səndən istənilir,yalnız Sənə doğru rəğbət göstərilir.Şikayətlərimizin qayıdacağı yeganə yer Sənsən.Sən rəğbətlərimizin sonu,bizim  həqiqi Allahımızsan və sahibimizsən. Amin! 

 

28 iyul 2012
GO BACK