Əziz Müsəlman bacı və qardaşlarımız,bildiyimiz kimi bu gün İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.Eləcə də Azərbaycanda.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var.Qurban bayramının digər adı İsmayıl Qurbanıdır.Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.Bayramlar insanlar arasındakı qarşılıqlı sevgi və hörmətin möhkəmləndiyi günlərdir.Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Elə buna misal olaraq Fatma xanımın bizə göndərdiyi ibrətamiz hekayəni sizə təqdim edirəm.
Qurbanlıq
Uşaqlıqdan xəyallarımda müəllimlik vardı.İllər keçdi müəllimliyə qəbul olundum.Arzuladığım peşəyə yiyələndiyim üçün özümü çox xoşbəxt hiss edirdim .
Günlərin bir günü bir qəzetdə ölkə xaricində müəllim elanını gördüm.Müraciət etdim və qəbul olundum.Xarici ölkədə dərs verməyə başladım.
Artıq 1-ci yarım ilin tətilinə az qalmış,Qurban bayramı yaxınlaşmışdı.Bəs Qurban bayramı necə olacaq? Artıq maaş alıram bir qurbanda mənə düşür –deyə düşündüm.Vaxt itirmədən bir qurbanlıq qoyun aldım,kəsib evə gətirdim .Yaşadığım binanın sakinlərindəh heç biri müsəlman deyildi.Dinimiz isə qonşuluğa böyük əhəmiyyət verir.Kəsdiyim qurbanın ətini qapı qonşuya apardım._
-Sabahın xeyr!
-Xoş gəldiniz.
Salamdan sonra qonşuya ət gətirdiyimi dedim.Əti aldı və mənə pul uzatdı.Çünki buralarda bizimki kimi bir- birinə pay aparmaq adəti yox idi.
Gətirdiyim ətə görə sizdən pul istəmirəm-dedim.
-Bəs onda niyə gətirdiniz
-Mən müsəlmanam.Maddi imkanı olan hər müsəlman ildə bir dəfə Allah üçün qurban kəsir.
-Mən müsəlman deyiləm
-Bilirəm lakin siz mənim qonşumsunuz.
-Sizin nə gözəl dininiz var!Sizin hamıya kömək etdiyinizi bilirdim .Deməli ,bütün bu gözəlliyin mənbəyi İslam dini imiş.Məndə müsəlman olmaq istəyirəm .Ona səmimi qəlbdən inanaraq “kəlmeyi-şəhadəti”gətirməyi öyrətdim.Qonşu qapıdaca şəhadət gətirib Allaha iman etdi-Ayrı nəsə var?-dedi.
İndilik bu qədər kifayətdi –dedim.
Dünyalar mənim olmuşdu.Elə xoşbəxt idim.Allah məni inancsız bir insanın müsəlman olmasına bir tikə ətlə vəsilə etdi.
Ağlıma Peybəmbərimizin (s.ə.s)”Bir insanın imanına səbəb olmaq səhra dolu qizil dəvələrdən ,günəşin gördüyü hər şeydən xeyirlidir”
Evə gəlib başqa qonşularada ət paylamaq üçün hazırlıq gördüm.
Hər kəsin Qurban bayramını Qadın.net adminstrasiyası,baş redaktoru Selcan xanım və redaktorlar Niyar,Shefeq və öz adımdan təbrik edirik.Allah Qurbanlarınızı qəbul etsin.Evinizdən nur,süfrənizdən ruzi əksik olmasın.
XƏBƏR LENTİ
Tramp II Dünya müharibəsindən sonra ölkədə ən böyük səfərbərlik elan edib
Ürək peçenye (foto resept)
10 dəqiqəyə yeni saç düzümü
FHN-in 15 illiyi yubiley medalı təsis edilib
Xanımların sevimli geyim aksessuarı
İstirahət gününün HAVAsı
Azərbaycanda tələbələrin təqaüdləri artırıldı
Bakı dayanacaqlarında “Wi-Fi”
Bakıda içməli suyun verilməsində fasilələr olacaq
Ezgi Mola evlilikdən danışdı-FOTO
Magistr olmaq istəyənlərin nəzərinə!
2013-2014-cü ilin payız ayaqqabıları
"Admiral" tortu (foto-resept)
Günün ulduz falı
Saç rəngini açmağın təbii üsulları
200 min şəxsə birdəfəlik ödəniş - Məbləğ açıqlandı
Ən balaca evlər
10 sentlik sikkə 1,32 milyon dollara satıldı
İlham Əliyev: Gəlirlərimiz azalır...
Fransa Azərbaycandan nümunə götürməlidir
İsti qayçı
Nişanlandıqdan sonra tamamlamalı olduğunuz siyahı
Qanlı 30 Aprel
Maddələr mübadiləsini sürətləndirən ədviyyatlar
Südlü şirniyyat (foto-resept)
Dilqəm və Şahbaz yolunda yeni dava
Böyürtkənli-qaymaqlı tart (foto resept)
Ərdoğan Prezident İlham Əliyevlə görüşüb
Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi
Azərbaycanda bir sıra işçilərin əməkhaqları artırıldı
Sakitləşdirən qoxular
Evlənmədən əvvəl bunları nəzərə alın
Qadınların güclü olduğunu göstərən 5 film
Yeni qatarlar keçdiyi yerlərdən "od salacaq"
Saçım yenə tökülür
Uşaqlara ingilis dilini necə öyrətməli?
ABŞ Marsa astronavt göndərəcək
Sağlam pəhriz
Arıqlama strategiyası
Toy tortları
Ayyaqabınız sizi tanıdır
Dünya şöhrətli yazıçı İmamoğluna dəstək verdi-FOTO
“Çarpışma”ya sərt reaksiya: “Həqiqətən axmaqsınız”
Qaymaqlı-meyvəli tort (foto resept)
İştirakçı valideynlərini məhkəməyə verdi-SƏBƏB/FOTO
"Zalim İstanbul"serialı cərimələndi-SƏBƏB
Bu həftəsonu 5 gün iş olmayacaq
Yarma
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma
- ŞƏRHLƏR