Orucu açan zaman müəyyən miqdarda maye qəbulu mütləq olmalıdır: "Çünki mədə şirəsi ifraz olunur, suyun özü mədə divarı boyu yayılır. Bu baxımdan ilk olaraq su qəbulu lazımdır. Xurmayla orucu açmaq isə o dövrdən qalma ənənədir. Məcburi deyil".
Orucu açandan sonra ilk olaraq, duru xörək yeyilməlidir. Bura müxtəlif növ şorbaları daxil etmək olar. Amma çalışmaq lazımdır ki, duzu, istiotu, ədviyyatı az olsun, tərkibində mexaniki qıcıqlandırıcılar olmasın: "Nəinki şorbalarda, digər yeməklərdə də mədə yüklənməsin deyə, bunlardan az istifadə olunmalıdır. Adətən orucu açandan sonra insanlar daha çox yeməyə başlayırlar. Bu, düzgün deyil. Gərək göz süfrədə qalsın. Tam da doymasınlar. Qida qəbulu isə “porsiya”larla olmalıdır, hissə-hissə yeyilməlidir. Birdən birə mədəni böyük miqdarda qidayla yükləmək lazım deyil. Sonradan bu, mədədə qastrit əmələ gətirir, başqa problemlər yaradır. Bədəni birdən birə ekstremal duruma salır. Ona görə də buna diqqət yetirmək lazımdır".
Havalar isti keçdiyindən orucu açandan sonra müxtəlif növ mayenin və maye daşıyıcı tərəvəzlərin, meyvələrin qəbuluna daha çox üstünlük verilməlidir: "Ümumiyyətlə, isti havalarda insanların iştahası aşağı düşür. Yeməyə o qədər də meylli olmurlar. Əsasən, su qəbulundan söhbət gedir. Onu da müəyyən qədər tənzimləmək olar. Səhər oruc başlayana qədər xeyli maye qəbul etmək lazımdır. Oruc başlayandan sonra isə çalışmaq lazımdır ki, gün çıxandan gün batana qədər sərin yerdə olsunlar. Bununla dəridən və tənəffüs yollarından suyun həddən çox buxarlanmasının qarşısını almaq olar. Orqanizmin su resursu tükənməz. Onu da qeyd edim ki, meyvə-tərəvəzin, mayenin qəbulu qəbizliyə meylli olmayan adamlarda qəbizlik yaratmır. Qəbizliyə meylli adamlar isə yaxşı olar ki, qara gavalıdan istifadə etsinlər".
Orucluq 33 ildən bir yay aylarına təsadüf edir. Bunun özü də Allahın bir imtahanıdır: "Bu o demək deyil ki, ən asan vaxtlarda orucumuzu tutacağıq, ən çətin vaxtlarda isə bəhanəylə bunu etməyəcəyik. Yenə də ən doğrusu Ramazan orucunu tutmaqdır. Çalışmaq lazımdır ki, gündəlik su tələbatını maksimum dərəcədə təmin edək. Yeməyə daha az üstünlük verək. Əgər hansısa susuzluq əlaməti yaransa, bunun da öhdəsindən gəlmək olar. Müsəlman gündə 5 dəfə namaz qılır. Hər dəfə namazdan öncə üzünü yuyur, ağıza su getməyəcək, boğazdan keçməyəcək qədər də olsa, ağzına su alıb yaxalayır, burnuna çəkir, əlini-qolunu yuyur. Bu zaman yarana biləcək mənfi enerji avtomatik olaraq aradan qalxır. Amma yenə də elə bir şey yaransa, əl-üzlərini, ayaqlarını yusunlar. Bu, müəyyən qədər sərinlədə bilər. Oruc tutmaq istəyənlər gərək belə hallara fikir verməsinlər. Allahın köməyi ilə oruclarını başa vursunlar. Tanrı hər kəsin orucunu qəbul etsin".
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR