1. "Haramı bədəndən təmizləyir". Halal bədənə qarışmış haramı orucdan başqa, heç bir vəchilə bədəndən çıxarmaq mümkün deyildir. Bədəndə nə qədər haram ət-qan varsa, o qədər də insanı harama sürükləyəcək. O haramı bədəndən çıxarmağın yeganə vasitəsi orucdur.
2. "İnsanı Allah rəhmətinə yaxınlaşdırır". Məlum olduğu kimi rəhmətdən uzaq yalnız haram bədəndir. Madam ki, bir insanın bədəninin haram hissəsi oruc tutmaqla azalır, deməli o şəxs Allahın rəhmətinə yaxınlaşır.
3. "Etdiyi xətaların kəffarəsidir." Oruc tutan şəxs elə bil ki, etdiyi xətaların cəriməsini ödəyir .Necə ki, Adəm (s.a.a.s.)behiştdə nəhy olunmuş meyvədən yediyi üçün, onun xətasının kəffarəsi (yəni cəriməsi) olaraq ona bir ay oruc tutmaq əmr olundu. Çünki, yeməyin insan bədənində əlamətləri bir aya kimi qalır.
4. "İnsan öləndə ona hörmət olunur". Ölən vəqti insan üçün qiyamət anının ilkin başlanğıcı, ən çətin məqamıardan biridir. Əlbəttə həmin ölüm anında ancaq halal bədənlə dünyadan köç eləyən şəxsə hörmət olunacaqdır.
5. "Qiyamət günündə aclıq və susuzluqdan əmniyyətdə olur". Bu imtiyaz qiyamət günündə insana ona görə verilir ki, o,bu dünyada Allahın əmrinə tabeçilik edərək ac və susuz qalmışdır. Onun dünyada ac və susuz qalması qiyamət gününün aclıq və susuzluğunun zəmanətidir.
6. "Cəhənnəm odundan bəraət alır." Cəhənnəm odu məhz haram bədən üçün yaradılmışdır. Cəhənnəm odu əslində halal bədəni yandırmaq qabiliyyətində deyildir. Əgər bədən tamamilə halal olarsa, cəhənnəm odu onu yandıra bilməyəcəkdir. Bu haramı da məhz oruc vasitəsilə bədəndən çıxarmaq mümkündür.
7. "Cənnət əbədi nemət olaraq ona əta olunur". Əlbəttə, hər hansı bir şəxs bədənindəki haramı təmizləyərsə, etdiyi günahların kəffarəsini ödəməklə Allah rəhmətinə yaxınlaşaraq cəhənnəm odundan bəraət alarsa, həmin şəxs mütləq behiştə daxil olub əbədi olaraq onun misilsiz nemətlərindən faydalanmalıdır.
Bu qeyd etdiklərimdən başqa, orucun insan üçün aşağıdakı faydaları da vardır.
a) Oruc insanı adət və şəhvət hökumətçiliyindən azad edir. İnsan üçün ən xətərli və qorxulu hökumətçilik pis adət və nəfsə bəndəçilik hökumətçiliyidir. Adicə siqaret çəkməyə adət etmiş şəxsi orucluq nəfsə bəndəçilikdən bir ay müddətində azad edir. Bununla da həmin bu oruc insanda iradə və inam yaratmaqla onu mətin bir insana çevirir.
b) Orucluq insani şəfəqqətləri və mehri dirildir. Dövlətlilər il ərzində həmişə zəngin süfrələrdə otururlar. Aclıq nə olduğunu bilmirlər. Oruc tutduqda aclığın nə olduğunu anlayaraq imkansız və fəqirlərə qarşı onlarda rəhmkarlıq və şəfəqqət hissi oyanır. Nəticədə onların ruhu ən ali insani bəxşişlərə cilvələnərək fəqir və imkansızlara öz kömək əllərini uzadırlar.
c) Orucun sağlamlıq cəhətindən də çox böyük cismani xeyirləri vardır. İnsan yaşadıqca onun bədənində xəstəlik törədən mikroblar əmələ gəlir. Hər şeyin bir təzadı olduğu kimi həmin xəstəlik törədən mikrobları yeyib qidalanan digər mikroblar da bədəndə xəlq olunmuşdur. Lakin həmin mikroblar insan bədənində fəaliyyətdən düşür. Ac qalanda isə fəallaşır və xəstəlik törədən mikrobları yeyirlər.
Deməli, oruc tutan adamın bədənində olan xəstəlik törədən mikrobları yeyən digər mikroblar oruc tutmaq vasitəsilə fəallaşıb xəstəlik mikroblarını yeyib məhv edirlər. Bununla da insanda sağlamlıq üçün şərait yaranır.
Elə bu səbəbdən də bir çox institutlarda və elmi-tədqiqat mərkəzlərində aclıq ilə müalicə üsulu elmi şəkildə təsdiq olunmuş və aclıq ilə müalicə etmə geniş surətdə həyata keçirilməkdədir.
Rəbbimiz bu mübarək Ramazan ayının bütün fəzilətlərindən, nemətlərindən və gözəlliklərindən hər birimizə nəsib etsin inşallah.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İsveçrənin əyaləti hicabı yasaqladı
Azərbaycanlı professordan MÖHTƏŞƏM YENİLİK -Tibbdə inqilab!
Sıla hamilədir!
Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirildi
Çin rəssamının nağıl portretləri
Qubadlının işğalından 21 il ötür
Paraqvay Xocalı soyqırımını tanıdı - FOTO
Smart saat sevgilisinin xəyanətini aşkarladı
Yerin yumru olduğunu sübut et, 25 min qazan
Ədəbiyyatdan sınaq - 1
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Daşınmaz əmlak bazarında SON QİYMƏTLƏR
Fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Arıqladan ərzaqlar
Antaliya otellərinə Mayamidən ağ qum gətirirlər-SƏBƏB
5 əsas qaydanı bil və hamını cəlb et!
"Şrek" geri dönür
Mehriban Əliyeva Azərbaycanın hərbi qulluqçularını və veteranları təbrik edib
Prezidentin köməkçisindən Fransaya SƏRT REAKSİYA: “Ermənidən daha çox erməni olmaq istəyir”
Yeni şəxsiyyət vəsiqəsi belədir
"Çukur" serialının əyləncəli görüntüləri - VİDEO
Suxarili salat (foto resept)
İki rayona QAR YAДћDI
Bakı-Xırdalan-Sumqayıt qatarında gediş pulsuz olacaq
Məşhur müğənni qəzaya düşdü-FOTO
Sevgidə bəxti gətirməyən filosoflar
Tatlısəs vəfat etdi - FOTO
Dünyaca məşhur aktyor VARİSİNİ açıqladı-FOTO
iPhone istifadəçilərinə şad xəbər
Dünyanın ən gözəl kitab dükanları - FOTO
Dadlı tost (foto-resept)
Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab atəşi açılıb - RƏSMİ
Azərbaycanda şəkərli diabetdən ölənlərin sayı açıqlandı
Onu 1 milyon insan izləyir - FOTO
Doğru bildiyiniz 7 səhv vərdiş
Günəş kremləri alarkən diqqətli olun!
Kiyevin adı dəyişdirildi
Məşhurların şəkillərini təqlid edən Tom
İnternetin səbəb olduğu xəstəliklər
Həyat yoldaşınızı keçmişinə qısqanırsınız?
Sosial şəbəkələrlə bağlı ən sərt cəza gəlir
Pandemiya yalnız bu iki ehtimalın gerçəkləşməsilə bitəcək - Mütəxəssis
Bilərzik hazırla
Temperatur yüksəlir
Enrike İglesias üçüncü dəfə ata olacaq-FOTO
Ard-arda terror Türkiyəni sarsıtdı: 3 ölü, 35 yaralı
Dilinin altına qənd qoy!
İngilis dili-İlk Sınaq İmtahanı
Afrikada qadın prezident seçildi
Dumada partlayış: yaralanan var
- ŞƏRHLƏR