Səni tapsam
Qədərim olsan…
Təki bu aləmdə tapsam izini…
Hikmətin bütün pəncərələrini açacaq qapını tapsam…
Təki Sən, yeganə yolum olasan..
Davam olsan, kənar diyarlardan eşqin ilə gəlib ürəyimə…
Təki hüznümə dəyəcək rəhmət elçini tapsam...
Sən olsan qədərim, ey sevdiyim! Rədd edər, Sənə çatan yoldan qeyrisini ürəyim. Sən ki alın yazıma doğulmasını dilədiyim bircə sevgilimsən.
Qədərim olsan ey sevdiyim! Rüşd yolunun işıqlar saçan mənzilinə vara bilməkdir Səndən diləyim.
Qaranlığın o kiflənmiş pərdəsini çıxarıb ataraq tapmaq olsun səni, qədərim.
Sən ki, yalan dünyanın gerçək olan tək tərəfisən. Sən ki, hələ ən başından bəri var olansan sevdiyim. Dərunuma gizlətdiyin bu qoxu, eşqin qoxusudur, duyuram. Sən həmişə mənimlə, sən həmişə məndə özünü saxlayansan sevdiyim.
Sən ki, Eşqsən. Eşq idi, ürəyimə əzəl diyarında möhürlədiyin müqəddəs adın. Sən, ruhumun gözyaşlarına daşıdığı həsrət, Sən ömür çayının qovuşmaq istədiyi tək yar idin. Qədərim, dərman tapmaz bu həsrət… Qədərim, bədənimə hədiyyə etdiyin ürəyin möhtaclığıdır Sənə.
Sən ki, həyatsan! Sən qüdrəti mütləq olan… Sən, əzəl və əbədi, ərşi-əlaya hökm edən tək Sultansan. Könlümün əfəndisi bilmişdim Səni. Başıma tac, könlümə şəfa, canıma can idin.
İndi unutdurulmuş olaraq gəldim deyə bu kölgələr diyarına, sanma ki, Səni arzulamaz bu qəmli ürək. Sanma ki, bu nəhəng boşluğun yerini səndən qeyrisi ilə doldura bilərəm.
Budur bax! Könül dünyama düşən bir səs var, eşidirəm… Zamandan əvvəl can qalasına məhbus etdiyin ruhumun səsi dəyir qulaqlarıma. Ruhum, tindən şəkilləndirdiyin bədən qəfəsini aşıb getmək istəyir sevdiyim uzaqlara.
Ah... Əlçatmaz uzaqlardasan Sən sevdiyim və bir daxili yalvarış qədər yaxınımda. Sevdiyim ah! Unutdum deyə sevdiyim Sənə verilmiş sözlərimi, cənnət bağçalarında uçuşan quşların namələrini eşitməz oldum sanma. Sanma ki, bu diyarı qürbətin bəzənmiş küçələri cəzb edər məni. Bir yanğın ki ah, dərdimin içində dərman tapım deyə, yandırıb-yaxan sənsən mənliyi.
Keçmiş zaman olar ki, sənsizliyin qol gəzdiyi axşamlar dad vermədi mənə ey sevdiyim, qucağına həsrətini salmamış günün ləzzətini heç bir vaxt duymadı ürəyim. Nə yana çevirsəm baxışlarımı, orada səndən bir işarə gözlədim. Çünki Sən, məxluqatın sirri içrə gizlədən idin özünü. Lakin aşkar idin, Yunus kimi diləyənlərə Səndən Səni. Yavuzun sinəsinə, bir vəliyə bəndə olmanın aləmə padşah olmaqdan əvvəl olduğunu pıçıldayan idin, Sən sevdiyim.
Sən idin, məndə var olan əmanəti Sənə göndərməmi əmr edən. Sən idin, əmri haqq üzrə hər dövrə hidayətçiləri bəxş edən.
Budur bax, eşidirəm. Sənə çağırır əsrin müjdələnilən günəşi. Dəvəti Eşqə, dəvəti Sənə, dəvəti təslim yurduna, eşidirəm. Və qaçıram gecənin qaranlığına inad işıqlığa… Sənə qaçıram imdad diləyən könlümün yalvarışında.
Sən, urvətil vuskanın bir ucunda gözləyərkən məni, Rəsula əmanət etdiyin digər uca tutunmanın arzusuyla yanıram mən sevdiyim. Sənə çatan tariq üzrə rəhmətin doldurur könlümü… Sıbgatullah olanların qatına və məkansızlığa göz dikirəm sevdiyim.
Sən ki, yalan ömrümün doğru olan tək yanı… Sən ki, dünya və axirət cənnətimsən.
Anladım ki, Sənə çatan yolların açarını tapmaq üçünmüş bu yalan diyarlardakı alış-verişim. Anladım ki, istiqamət üzrə olan yol, Sənə aparar məni.
Bir zamanlar bir bilməcənin tam ortasında dönüb dayanarkən mən, Sən diləklərimdə yox idin.
Halbuki tək xülyam idi, sevginin sonsuzluğunda almaq hər nəfəsimi. O zamanlar ki, qurtuluşa çatdıran duanı bilmirdim. Bilmirdim Səni Səndən istəmək lazım olduğunu. Bilmirdim ki, Səni tapan, xəzinələrin ən sonsuz olanına qovuşmuş demək idi. Mənə tək, Sənin məxluqatından nəsiblənmək üçün dua etmək öyrədilmişdi.
Mədət diləyən gözlərlə baxaraq qaldım boşluğa… Boşluqda Sən, hər yerdə Sən, hər şeydə Sən. Səndən bir xəbər gözləyirdi sanki içimdə bir yer. Nə qədər zaman sonra anlamışdım ki, nəsibin sirrinə çatmaq, məxluqatın sahibinə çatmağı diləmək idi. Və çarəsizcə diləyirdim, qədərimə bir atəş kimi düşən həsrətin qoynunda səni. Çilə rüzgarının yerdən yerə vurduğu surətimi, yazıqlığımın qoynunda saxlayıb gətirəcəyəm deyə sənə, ovuclarım tərləyənə qədər hüzura açırdım əllərimi.
Sən ki, qədərimi, könlün can atəşiylə alovlandırılmış bir tək duasına bağlayan idin. Dostluğuna çatmağı, dostlarının arasına dost əliylə girməyi bağışlayan idin. Dildə deyil, özdə var olacaq bir diləyə qarşılıq, Sən yazğıma sevdanı yazacaq olan idin.
Həsrətim idin dünəndən əvvəl və mən bu gün, həsrətindəyəm. Qədərimdir, ucu sənə uzanan bütün həsrətlərim. Bütün çırpınışlarım, bütün tükənmələrim qədərimdir ki, içində axtarıb Səni tapa bilim. Sən ki, yaralı, yıxıq ürəyi hüzurunda geri çevirməyənsən ey sevdiyim.
Neyləyim mərifət sularında yuyunmayan bir ömrü, söylə sevdiyim? Sən söylə neyləyim, pasını silə bilmədiyim bir ürəyi daşıyırsa bədənim. Ah neyləyim ki, Sənin o kənar diyarlardan gələn xas qoxun üçün darıxdım. Darıxdım sığınacağım üçün, yarım üçün, yarənim üçün darıxdım mən sevdiyim.
Yoxluğun, bütün varlarımı götürüb apardı, dözə bilməz oldu ürəyim. Yoxluğun, canımı can alarcasına yandırdı, neyləyim mən sevdiyim. Səndən qeyri nəyə yapışdımsa əskik. Nəyə bağlandımsa Sənsiz, yarımçıq. Anladım ki, bir Sən varsan, uğrunda can tapacaq. Mədət et ey sevdiyim! Qanadlarım qırıq, ürək yaralı, xülyalarım baş-ayaq.
Anladım ki, Sənsiz açmaz səadətin çiçəkləri, günəşi olmayan bağ viran olandır. Elə isə gəl doğul könlümə günəşinlə, könül bağım Sənə ölümünə möhtacdır.
Kədərliyəm, can yanğınları yanır ürəyimdə, çox darıxdım sevdiyim… Ciyərimin ortasında ayrılığın ağrısı, sevdan üçün darıxdım Sənin.
Darıxdım ey Eşq! O dirildən baharın üçün darıxdım Sənin.
Ağlayıram… Eşqini Veysəl kimi yaşamaqdır diləyim.
Ağlayıram… Yunusu Yunus edən Eşqin üçün sevdiyim.
Dəyərli müəllimimin tələbələrindən birinin qəlbinin söylədiklərindən...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dörd rayonun xəstəxanasından Şirvana təcili yardım maşınları cəlb olunub
Bədəndəki yağları əridən ananasın inanılmaz faydaları
"Xoşbəxt insanın hekayəsi olmaz!"
Futbolda ağ kart
Günün ulduz falı
Baş nazirin yubileyində partlayış: 30 nəfərə yaxın adam yaralandı - VİDEO
"Qarabağ" uduzdu
Rəsm əsəri kimi yeməklər
Günün ulduz falı
Serdar Ortaç və Demet Akalın qalmaqalı böyüdü
Göz makiyajı
Maaşlar nə vaxtdan qalxır?
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
Zeze__cards - 5
Alimlərdən inqilabi ixtira
Bergüzar Korel ikinci dəfə ana olacaq
Soğanlı peçenye (foto resept)
“Keçmişdən gələn cəngavər” metroda maraqla qarşılandı - VİDEO
Instagram-da yeni funksiya - Regram - FOTO
Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJ
Sadə və yüngül keks (foto resept)
Təhsilsiz dahilər
Demet Akalın məşhur serialı tənqid etdi
İki əsrin sirli savaşları
Dünyada ilk dəfə - Şəffaf televizor istehsal edildi
İranda fövqəladə vəziyyət: məktəblər bağlandı
Azərbaycana qar yağacaq
Cenniferin sevgilisi haqda ŞOK İDDİA
Burak Özçivitin bu FOTOsu 1 saniyədə minlərlə bəyənmə topladı
Stuldan yıxıldığına görə 1 milyon dollar istəyir
"Whatsapp" istifadəçilərinə növbəti xəbərdarlıq
Dərdlərə dərman olan badımcan sapı
Bəyəndiyiniz insanın sevgili olmağa hazır olduğunu göstərən hallar
Koronavirus daha çox kişiləri qurban seçir
Əsnəyən balacalar
Bülent Ersoy 20 kq-lıq paltar geyindi-FOTO
Günün ulduz falı
Səhər yeməyi üçün fındıq əzməsi (foto-resept)
Xanımların "Gün toplantısı"
21 Fevral-Ana dili günüdür!
Fransadan qoşunların təmas xəttində zorakılıq halları ilə bağlı açıqlama
Gözəl fincanlar
Məşhur cütlük ayrıldı
Microsoft-da işçilər izlənəcək
Hər şey cəmi 9 gündə oldu... - FOTO
Hasarlarımızın hündürlüyü niyə günbəgün artır?
Çıxış yolu var, sadəcə görmürük...
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Toxuduqlarım
- ŞƏRHLƏR