Həzrəti Ömər (r.a.) cənnətlə müjdələnmiş böyük bir səhabədir, ancaq heç cür aqibətindən arxayın ola bilmirdi. Allah Rəsulunun “Məndən sonra peyğəmbər gəlsəydi, Ömər olardı” sözü ilə şərəflənməsinə baxmayaraq Həzrəti Hüzeyfənin yaxasından yapışıb “Hüzeyfə, Allah xatirinə mənə de görüm, Ömər də münafiqlərdəndir?”- deyirdi. Həzrəti Aişə anamız kimi bir çox səhabə münafiq olmaqdan qorxar, tir-tir əsərdi.
Həzrəti Əbu Hüreyrənin (r.a.) rəvayətinə görə Peyğəmbərimizin (s.a.v. dilindən bu dua düşməzdi “Allahım! Mənə elə bir qorxu hissi ver ki, Səni hər an görürmüş kimi ömür sürüm!”
Üsyan bataqlığında boğulduğunu düşünən, amma Rəhmanın mərhəmətindən ümidini də üzməyən bir Haqq dostu necə gözəl demişdir: “Bu günahlarla çəkərsə məni Rəhman (Dəyyan)
Qırılar ərzeyi-məhşərdə ərşi-mizan!”
Bəziləri də əngin rica hissi ilə belə niyaz etmişlər: “Gər günahım kuhi-Qaf olsa, nə qəmdir, ya Cəlil
Rəhmətin bəhrinə nisbət ənnəhü şeyün qəlil”. (Ey gözəl isimlərdən biri də Cəlil olan ulu Sultanım! Hərçənd günahlarım Qaf dağından böyükdür. Dağlar qədər günah işləmiş olsam da, nə qəm! Yenə qaçqınlar kimi, Sənin qapına gəlmişəm! Dağlar kimi günahlarım Sənin mərhəmət və əfv dəryalarının yanında bir damladır”.
Haqq dostları, ömür boyu xof və qorxu hissindən tir-tir əssələr də, bir kəlmeyi-tövhidlə də olsa qurtulmaqdan ümidlərini kəsməzlər, onların xof və ricası tarazlı olar. Belə ki, “Bitaka” (üstündə qeyd olan kiçik kağız parçası) kimi məşhur olan bir hədisdə Cənabi-Allahın mərhəməti belə təsvir edilir: “Qiyamət günü bir nəfəri gətirirlər. Tərəzinin bir gözünə əməlləri yazılmış 99 dəftər qoyurlar, hərəsinin eni-uzunu bilinmir. O biri gözünə qoymaq üçün kəlmeyi-tövhid yazılı bir bitaka gətirirlər. İnsan soruşur: “Bu dəftərlərin yanındakı kağız parçası nədir, ey Rəbbim? Allah-təala buyurur: “Sənə haqsızlıq edilməyəcək!” Sonra bitakanı o biri kəfəyə qoyurlar. Allah Rəsulu (s.a.v.) buyurur ki: “Dəftərlər o kağız parçasından çox yüngül oldu”.
Müasir insanlarda ciddi laübalılıq var. Hər kəs öz kiçik əməlləri ilə cənnətə girəcəyinə arxayın yaşayır. İnsanlar aqibətlərindən heç nigaran deyillər. Çox rahatdırlar... o səthi, dayaz namazları ilə bütün mükəlləfiyyətləri yerinə yetirdiklərini sanırlar.
Həzrəti Əbu Bəkir, heç vaxt iddialı və özündən arxayın olmamışdır. Əksinə həmişə aqibətindən qorxmuş, özünü sorğu-suala çəkmiş və əlini nəfsin yaxasından buraxmamışdı. Məsələn, Peyğəmbərimizdən (s.a.v.) “Ətəyin yerlə sürünməsi kibirdir!” sözünü eşidincə ürpərmiş, dərhal “Ya Rəsulallah, yoxsa mən də kibirlilərdənəm?”- deyib Allah Rəsulundan təminat alanadək nigaran-nigaran gözləmişdi. Həzrəti Ruhi-Seyidil-Ənam, Peyğəmbərimizin (əleyhi əlfü əlfi səlatin və salam) onun haqda təqdirlərinə, iltifatlarına və verdiyi müjdəyə baxmayaraq özünü həmişə möminlərin ən axırıncı cərgəsində görmüş və aqibətindən qorxmuşdu.
Həzrəti Pir, özü haqda çox vaxt “bu heçin heçi olan qardaşınız...”- deyir. Diqqət edin! Ustadınız, müəlliminiz, mürşidiniz deyil, qardaşınız... Həmçinin deyir: “Mən də bu Quran dərsində sizin yoldaşınızam. Mən sizdən daha möhtac və fəqir olduğuma görə, bu qüdsi həqiqətlər birinci mənə ehsan edilmişdir. Mənim heç bir dərəcəm yoxdur. Mən özümü bəyənmirəm. Məni bəyənənləri də bəyənmirəm. Qardaşlarım sizi tamamən uzaqlaşdırmamaq üçün nəfsimin nə qədər gizli nöqsanlarını söyləmirəm”. Üstəlik Həzrət Pir insanın iman və Qurana xidmət etsə də, özünü “racilü-facir” kimi görməsinn vacibliyini söyləyir.
Hər gün “Ayətəl-kürsi”, “İxlas” və “Müavizəteyn” kimi surələri, əlavə bir sıra duaları da oxuyaraq yatağa girirəm, ancaq yenə də kafir kimi ölməkdən çox qorxuram. Elə qorxuram ki, cəhənnəmə atsalar, bu qədər ürpənərəm. Çünki bu məsələdə təminatımız yoxdur.
Bu məsələdə mənim məzhəbim Əsvəd ibn Yezid ən-Nəhayinin məzhəbidir. Ömrü ibadətlə keçən və Əbu Hənifəni yetişdirən o böyük insan ölüm yatağında çox qorxur, çox ağlayır. Qohumu Əlqamə yanına gəlib soruşur: "Nədir bu hönkürtü, hıçqırıq, günahlardanmı, ölümdənmi qorxursan?" Bu suala o böyük Haqq dostu "Xeyr, xeyr, vəziyyət yaman ciddidir, nə günahlarımdan, nə də ölümdən! Mən küfr içində ölməkdən qorxuram" ‒ deyə cavab verir. Ölümündən sonra onu yuxuda görüb: "Səni necə qarşıladılar, necə rəftar etdilər?" – soruşurlar. O?: "Vallah, peyğəmbərlərlə aramda dörd barmaqlıq məsafə qalmışdı, məni elə qarşıladılar" – cavabını verir. Bəli, qoxmayanın aqibətindən qorx, nigaran olmayanın aqibətindən nigaran ol. O böyük Haqq dostları aqibət qorxusu ilə qıvrana-qıvrana ömür sürmüşlər, ümidsizliyə meyil edəndə də rica sipərinə sığınmış və “Allah bizə yetər!” demişlər.
Sual: Mədəniyyətimizdən danışanda onu “ədəb və nəzakət mədəniyyəti” kimi də təsvir edirsiniz. Təəssüf ki, bu gün iş, ailə, və cəmiyyət həyatında qaba və kobud davranışlar daha çox gözə dəyir. Fərd və toplumun ədəb və nəzakət timsalı olması üçün hansı düsturları əsas götürməliyik?
Mədəni sözünün leksik mənası şəhərli, şəhərlilik, fəzilətli, tərbiyəli, kübar, mədəni insan olmaq, yaşayışda, ictimai münasibətlərdə, elm və sənət sahəsində inkişaf etmiş cəmiyyət deməkdir.
İnsan ilk növbədə yaradılış etibarilə mədəni varlıqdır. Yəni mahiyyətcə mədəniləşməyə uyğun yaradılmış, bir mənada həmişə mədəni olmuş, yaxud da mədənilik yollarını axtarmışdır. Mədəniləşməni sənayə sahəsində qazanılan ağlasığmaz nailiyyətlərlə, texniki və texnoloji yeniliklərlə, qatarlarla, transatlantiklərlə, təyyarə və kosmik gəmilərlə, böyük şəhər, geniş küçə və yüksək binalarla, elektrik və atom stansiyaları ilə eyniləşdirmək istəyənlər, hətta eynilşdirənlər olsa da, bütün bunlar həyatın “müasirləşmə”sinə xidmət edən bir vasitədir. Əslində mədəniyyət insanın istedad və qabiliyyətlərinin inkişafına zəmin hazırlayan əlverişli mühit, mədəni insan da bu mühitdə duyğu və düşüncəsini inkişaf etdirən və bu yüksək duyğularla toplumun xidmətində dayanan insandır. Dolayısilə mədəniliyi zənginlik, lüks saraylar, imarətlər kimi maddi rifahda, istehsal və istehlak kimi cismani hissiyat bataqlıqlarında axtarmaq doğru deyil, o, bir baxış tərzi, düşüncə sistemi və ruhi-mənəvi ənginlikdir.
Mədəniyyət ədəbdir. Ədəb haqda neçə incilər düzmüşlər:“Ədəbdir kişinin daim libası.Ədəbsiz insan üryana bənzər”. (Ədəb insanın libasıdır. Ədəbsiz insan isə çılpaqdır).
“Ədəb bir tac imiş Nuri-Hüdadan
Qoy ol tacı əmin ol hər bəladan.” (Ədəb tacdır. O tacı qoyan bütün bəlalardan qurtular. Sən də bəlalardan uzaq olmaq, onlardan qurtulmaq istəyirsənsə, həmişə ədəbli olmağa çalış.)
“Ədəb əhli-elmdən xali olmaz
Ədəbsiz elm oxuyan alim olmaz.” (Elmlə həqiqi məşğul olanlar ədəbli olur. Ədəbsiz insan cildlərlə kitab oxusa da, yenə də ondan alim çıxmaz)
“Girdim elm məclisinə, eylədim, qıldım tələb
Dedilər elm arxada, illah ədəb, illah ədəb.”
Mədəniyyət zənginlik, kübarlıq, cismani həzləri təmin eləmək və səfahət içində üzmək deyil, könlün zəngin, ruhun nəzakətli, anlayışın dərin olması və başqalarına da dəyər vermək deməkdir. Təəssüf ki, hər ölkədə bəzi yarımçıq “ziyalı”lar mədəniyyəti modernizminlə səhv salmış, müasir texnologiyaya yiyələnməyi mədəniləşmə kimi təqdim edərək nəsillərin ilk öncə ifadə və düşüncədə yanılmasında, sonra da əyri düşüncələrin zehinlərə kök atmasında, nəticədə də din, dil, milli fəlsəfə, əxlaq və kültür sahəsində dərin eroziyaların baş verməsində böyük rol oynamışlar. Əxlaq və fəzilətə əsaslanmayan, ağıl və vicdan çeşməsindən bəhrələnməyən mədəniyyət bəşəriyyətin səadətinə deyil, ancaq bir neçə zəngin və nəfspərəstin arzularına xidmət edən müvəqqəti şənlikdən ibarətdir. Müasirləşməyə xidmət edən təbiət elmləri, müəyyən elm sahələrinin tərəqqisi, gəmi, qatar, təyyarə kimi müasir nəqliyyat vasitələri, böyük şəhərlər, geniş küçələr və göydələnlər ancaq düşüncə, davranış, inanc və həyatda doğru yolu tapmış insanların əlində olmaqla mədəniyyətə bir vasitə təşkil edər. Fərdlərin mədəniliyini onların öz mahiyyətlərində var olan müsbət qabiliyyət və fəzilətləri inkişaf etdirərək xarakterə hopdurmasında axtarmaq lazımdır.
Fərd və cəmiyyətin ədəb və nəzakət timsalı olması doğma dəyərlərə qayıdışdan asılıdır. Biz gözümüzü quyunun dibində açdığımıza və yaxşını, gözəli, mükəmməli görmədiyimizə görə, nə vəziyyətdə olduğumuzu tam dərk edə bimir və ədəb nədir, ədəbsizlik nədir bilmirik. Bu quyudan doğma qaynaqlarımızdan faydalana-faydalana özümüzə qayıtmaqla xilas ola bilərik.
Sual: Ənəs ibn Malik (r.a.): “Allah Rəsuluna (s.a.s.) on il xidmət etdim. Tapşırdığı bir işi yerinə yetirmədiyimə görə “Niyə eləmədin?”-elədiyim bir işə görə də “Niyə elədin?”- dediyini xatırlamıram. Mənə heç məzəmmət eləmədi” deyir. Bu hədisin həm insanlığın iftixarı Peyğəmbərimiz, həm də Həzrəti Ənəs nöqteyi-nəzərindən izah edə bilərsinizmi, bu hədisdən biz nə başa düşməliyik?
Bütün peyğəmbərlər kimi Rəsuli-Əkrəm Peyğəmbərimiz (s.a.s.) də məhasini-əxlaqı (gözəl əxlaq) iqamə etmək və insanları məsavi-əxlaqdan (əxlaqsızlıq, çirkin əməllərdən) çəkindirmək, Həzrəti İmam Qəzali demişkən, münciyatı (qurtuluşa vəsilə olan əməllər) yaymaq və mühlikatın (həlakətə, fəlakətə sürükləyən əməllər) kökünü kəsmək uğrunda mübarizə aparmış, əlindən gələni əsirgəməmişdir. Belə ki, İslamiyyətin zirehi sayılan və dini saxlayan birinci əsas “əmri bil-məruf, nəhyi-anil-münkər”, yəni Quran və sünnə ilə təzad təşkil etməyən söz, əməl və davranışları təbliğ etmək, haram və günahlardan, Allahın razı olmadığı ifadə, hərəkət və davranışlardan da uzaq olmaqdır.
“Əmri-bil-məruf, nəhyi-anil-münkər” məsələsində “üsul” qədər “üslub”a da diqqət etmək lazımdır. Qarşı tərəfin hislərini nəzərə almaq və məsələləri necə, nə cür təqdim etmək lazımdır, bunun planını cızmaq çox mühümdür. Əgər üsluba diqqət etməsəniz, bundan üsul da zərər çəkər. Məsələn, “Quran Allahın kəlamıdır” həqiqəti üslubuna müvafiq təbliğ edilməsə, əks-reaksiya ilə üzləşə bilərik. Əgər qarşı tərəfdəki kafirdirsə, üslubsuz hərəkətimiz, əksinə, onu inadkar kafirə çevirə bilər.
İnsanlar mədəni olmayandan sonra şəhər nə qədər abad olur-olsun, oranı mədəni saymaq olmaz. Mədinənin köhnə adı Yəsribdir. Allah Rəsulu (s.a.s.) və əshabi-kiram sayəsində bu şəhər həqiqətən mədinə olmuş, mədəniyyətin ruhu oradan bütün dünyaya yayılmışdır.
Peyğəmbərimiz Mədinəyə təşrif gətirəndə Həzrəti Ənəsin anası Ümmü Süleym (r.a.)əsulullaha bir hədiyyə vermək istəyir. Oğlunu Allah Rəsuluna xidmət etməsi üçün yanına gətirir. Oğlunun Rəsulullahın tərbiyəsində böyüməsini arzulayırdı. Həzrəti Ənəs o vaxtlar 10 yaşındaydı. Əlindən tutub Peyğəmbərimizin hüzuruna gəlir: “Ya Rəsulallah! Ənsardan din yolunda həddiyyə verməyən qalmadı. Mən də sizə oğlumu hədiyyə edirəm! Qoy sizə xidmət etsin” - dedi. Ənəs (r.a.) o gündən Peyğəmbərimizin (s.ə.v.) vəfatına qədər Ona xidmət etdi, Ondan elm və feyz alaraq boya-başa çatdı.
İnsanlığın İftixarı Peyğəmbərimiz insanların inanmadıqlarını görüb “müqəddəs xəfəqan” keçirir. Dalbadal üz verən Bədir, Uhud, Xəndək müharibələrində müsəlmanların çəkdiyi sıxıntılarına sinə gərirdi. Buna baxmayaraq Peyğəmbərimiz bu hislərini layiqincə cilovladığı kimi, əshabi-kiramı dərman kimi sözləri ilə sakitləşdirir və rahatladırdı. Bu qədər hadisələrlə üzləşsə də, O, yenə də mülayim, gülərüz və mütəbəssimdi.
Allah Rəsulunun müxatəbləri qol-budaq atan bir ağacın toxumları, vəhylə qidalanaraq yetişib kamala çatan insanlardı. Bu baxımdan bəzən onların da İnsanlığın İftixarının xoşuna gəlməyən şeylər etməsi qaçılmazdı. Ancaq “Məni Rəbbim tərbiyə etdi, necə də gözəl tərbiyə etdi!” buyuran Rəsuli-Əkrəm (s.a.v.) o uca əxlaqı ilə qarşı tərəfin xətalarına göz yumur, böyük dözümü ilə onu öz içində həzm edir, üzünü belə turşutmurdu. Kimsəni qaçırmamaq üçün hər şeyə sinə gərirdi.
Rəsuli-Əkrəm Peyğəmbərimiz (s.a.v.) kimsəni uzaqlaşdırmamaq və dindən soyutmamaq üçün hər cür şeyə səbir edir və mülayim münasibət göstərirdi. Möminin möminə qarşı münasibətini də bizə öyrədən bu hədis bir meyardır. Bədirdə iştirak edən bir səhabə içki qadağan edilsə də, bəzi meyvə suları içirdi. Bir neçə dəfə sərxoş vəziyyətdə məscidə gəlmiş və cəzalandırılmışdı. Bir dəfə də Peyğəmbərimizin hüzuruna gətirilmiş, tənbeh eşitmişdi. Orada olan bir nəfər “Allah bəlanı versin. Sən nə pis adamsan. Neçənci dəfədir ki, bu vəziyyətdə hüzuruna çıxırsan!”- deyəndə Allah Rəsulu “Qardaşınızın əleyhinə şeytana kömək etməyin. And olsun ki, o, Allahı və Rəsulunu sevir” buyurmuşdu.
Nabi böyük bir şəxsiyyəti və ətrafındakıları vəsf edir:
“Deyildir halə çıxmış came içrə kürsiyi-vəzə
Guruhu-əncümə nur ayəni təfsir edər mehtab!” (Gördüyünüz məscid kürsüsündə nəsihət edən bir vaiz deyil, ətrafına topladığı ulduzların ortasında bir mehtab kimi parlayan, nur ayəsini o nurlu insanlara təfsir edən Nurlu İnsandır!) Əslində bu misralar daha çox Peyğəmbərimizə və ətrafındakı əshabi-kirama yaraşır. Bəli, o Nur İnsan (s.a.s.) nur həlqəsindən bir damcı işığın qopub getməməsi üçün ən amansız hadisələrə sinə gərmiş, aram tapmamışdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün qoroskopu: Ağlınızı işlədin!
İşdə sizə kömək olacaq oyuncaqlar
Metin Hara Adrianaya xoş surpriz etdi-FOTO
Bu qəbiristanlıqda ölülərin yarısı üzü qibləyə, yarısı isə digər istiqəmətə dəfn edilib
Azərbaycanda yas mərasimləri ilə bağlı qadağa
Nazirlik işçi axtarır
Şəfalı otlar
İtaliyada son durum: “Artıq ölüləri saya bilmirik”
Azərbaycanda mobil telefon bazarının liderləri
Sergen Yalçın koronavirusa yoluxdu
Hava proqnozu
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər
Spirtli içkilərin yaratdığı fəsadlar
Məşhur yazıçıdan İslam dini bağlı fikirlər
"Sevən ürəklər" peçenyesi (foto resept)
Xanım idmançımız Azərbaycanda ilkə imza atdı
Yuxumuzda niyə asqırmırıq?
Quranı təhqir edən deputata şillə kimi cavab
Müğənni Yonca evini satışa qoydu
Fəqərəarası disk yırtıqları
ABŞ-da evlənən aktrisa haqqında ŞOK FAKTLAR
Mehriban Əliyevanın geyim tərzi
Hava kəskin pisləşəcək
Düymələr
Valeriya siyasi karyeraya başladı
Şaftalı pirojnası (foto-resept)
İrəvana sillə kimi cavab
Demi Lovato hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Türkiyədə fantastik büdcəli hind toyu -FOTO
WhatsApp-ın aqibəti necə olacaq?
Ordumuz 3 şəhid verdi
Mətbəx pərdələri
Heyvan kəsimi ilə bağlı XƏBƏRDARLIQ
Bəyəndim (Like)
Koronavirusla bağlı son STATİSTİKA
Azərbaycanda pulsuz vaksinin kimlərə vurulacağı bəlli oldu
BÜRCLƏR bizə nə vəd edir? -20 MAY
Vaşinqtonda Azərbaycan XİN başçısı ilə ABŞ Dövlət katibi arasında görüş keçirilib - VİDEO
Dünyanın ən eksklüziv uçuşu: Barak Obamanın nadir fotoları
Möcüzəvi meyvələr (2)
“Çernobıl” serialına böyük maraq - Turistlər axın etdi-FOTO
Görkəmli Azərbaycan yazıçısı vəfat etdi
1 milyonluq büstqalteri o geyinəcək - FOTO
Daha bir ulduz "Barsa"lı karyerasına son qoydu
Milli Parkda BƏBİR aşkarlandı - FOTO
Uşaq otağındakı səhvlər
Erməni tərəfi cəbhədə növbəti itki verib
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi - RƏSMİ
Ən qoca ikibaşlı pişik öldü
Qız uşaqları, yoxsa "övladlığa verilmə"?
- ŞƏRHLƏR