Nəcəf şəhəri.
Nəcəf - (ərəbcə ən-Nəcəf və ya Məşhədi-Əli) - İraqda Kufədən on kilometr qərb tərəfdə şəhərdir, şiələrin ziyarət yeridir. Nəcəf şəhəri dəniz səviyyəsindən 35 metr hündürlükdə yerləşir. Nəcəf ərəbcədir - təpə deməkdir.
Əli (ə)-ın ziyarətgahı
Əli (ə)-ın ziyarətgahının 6 qapısı var. Birinci qapı hicrətin 1219-cu ilində düzəldilmiş, qızıl eyvanın ortasında yerləşir. Sonradan onun yerini dəyişdirdilər və üzərinə qızıl çəkdilər. Qapının üzərinə belə yazılmışdır:
“Allahın Rəsulu buyurub: “Əli haqqladır, haqq da Əli ilə. Onlar hovuzun başında mənimlə görüşənə qədər bir-birindən ayrılmazlar.”
Ziyarətgahın şərq və qərb tərəfi 84 metr, şimal tərəfi 74 metr, cənub tərəfi isə 75 metrdir. Şimal və şərq tərəflərinin hər birində 15 eyvan vardır. Eyvanların hər birində bir kiçik otaq mövcuddur ki, orada məhşur insanlar dəfn edilib. Tələbələr də həmin otaqdan tədris zamanı istifadə edirlər.
Ümumi kompleksin qapıları:
1 - Şərq tərəfdə “Böyük qapı.”
2 - Tus adı ilə tanınan və şimalda yerləşən qapı. Bu qapı 460-cı ildə vəfat etmiş mərhum Şeyx Cəfər Əbu Muhəmməd Tusinin xatirəsinə tikilmiş, Şeyx Tusi xiyabanının qarşısında yerləşir. Orada Şeyx Tusinin adına bir məsciddə yerləşir.
3 - Cənub tərəfdən qibləyə açılan və “Qiblə” qapısı kimi tanınan qapı.
4 - Qərb tərəfdə yerləşən qapı. Bu qapı osmanlı Sultan Əzizin zamanında 1279-cu ildə tikilmiş və “Sultan qapısı” kimi tanınır.
Hənnanə məscidi
Hənnanə məscidi məhşur bir məkandır və Nəcəfin şimal tərəfində yerləşir. Məscidin yanında “Əs-səviyyə”adlanan bir yer var ki,Əli (ə)-ın ən yaxın dostları orada dəfn olunmuşdur.
Samirra şəhəri
İmam Zaman (ə)-ın atası olan İmam Həsən Əskəri (ə)-ın dəfn olunduğu şəhərdir.
İmam Hadi (ə) qəbri.
İmam Hadi (ə) kimi tanınan Həzrət Əbul-Həsən Əli ibn Muhəmməd (ə) Mədinə şəhərinin yaxınlığındakı Sirya adlı məntəqədə hicrətin 212-ci ili zil-həccə ayının ortasında dünyaya gəlmiş, 254-cü ildə 42 yaşında Samirra şəhərində şəhadətə yetirilmişdir. Həzrətin imamət müddəti 33 il olmuşdur. Samirrada 11 ilə yaxın müddət qalandan sonra 254-cü il rəcəb ayının 3-də öz evində şəhadətə yetişdi və elə orada da dəfn olundu.
Qum şəhəri
Bəzi fərziyələrə görə Qum şəhəri hicrətin 23-cü ilində müsəlmanların İrana hücumu zamanı Əbu Musa Əşəri tərəfindən fəth olunub. Ərəblər yavaş-yavaş bu şəhərə gəlib-getməyə başladılar. Əbdülməlik Mərvanın xilafəti zamanında Bəni əl-Əşəri ərəbləri Quma pənah gətirdilər və tədricən bu şəhər onların təsiri altına düşdü. Başqa nəzəriyyəyə əsasən Qum şəhəri hicri-qəməri təqvimi ilə 83-cü ildə müsəlmanlar tərəfindən şəhər kimi formalaşmış müqəddəs bir məkandır. Bu şəhər həmişə möminlər məskəni olmuş və bir çox imamiyyə alim, müctəhid və fazil şəxslər bu şəhərdən ərsəyə gəlmişlər. Hətta hər hansı bir adamın bu şəhərdən olması onun əqidəsinin düzlüyünə ən möhkəm sübutdur. Qum şəhəri islamın zühur etdiyi ilk dövrdən indiyə qədər elmi mərkəz və fəqihlər şəhərinə çevrilmişdir.
Şəhərin Qum adlanması da çox güman ki, ərəblər tərəfindən olmuşdur. Əlbəttə, bu adın dini mənşəyi də mövcuddur. Əllamə Məclisi yazır: "İmamiyyə hədislərində deyilir ki, həzrət Peyğəmbər (s.ə.s.) meraca aparılanda İblisin bu diyarda yerləşdiyini gördü və ona belə əmr etdi: Qalx, ey məlun! (Qum ərəbcə "qalx" deməkdir). Odur ki, bu məskən Qum adlandı."
Qum Allah-Təala tərəfindən digər şəhərlər üçün höccət meyarıdır. Allah-Təala Qum əhlinin təbiətini əhli-beytin vilayəti ilə zinətləndirmişdir. Qum əhli Ali-Muhəmməd (s.ə.s.) qiyamçısının köməkçiləridirlər. Belə hədislər onlarladır. Əlbəttə, qeyd etmək lazımdır ki, hər kəs Qumda yaşasa, Qum əhli sayılmaz. Hədislərdəki xüsusiyyətlər özünü Quma layiq aparan şəxslərə aiddir. Çünki belə bir müqəddəs və pak şəhərin sakini onun kimi pak olmalıdır. Qum elə bir şəhərdir ki, öz sinəsində dörd yüzdən çox imamzadə məzarına yer vermişdir. Bu şəhər saysız-hesabsız alimlər, müctəhidlər və övliyalar yetişdirmişdir. Elə bu müqəddəsliyə görə böyük və adlı-sanlı müctəhid, mərhum hacı Muhəmməd İbrahim Kərbasi Quma daxil olan kimi ayaqqabılarını çıxardar və həzrət Məsumənin (ə) hərəminə qədər ayaqyalın gedərdi və buyurardı: "Burada əhli-beyt səhabələri, mühəddislər və alimlər dəfn olunmuşlar və bu hərəmin ətrafı alicənabların məzarları ilə doludur.
Onlardan ən möhtərəm və əhəmiyyətlisi Həzrət Fatimeyi Məsumənin (ə) pak və müqəddəs hərəmidir.
Allah hər kəsə bu ziyarətləri qismət etsin. Amin İnşAllah.
XƏBƏR LENTİ
Sizlər üçün ən faydalı qidalar
Xaricdə iş elanları nə qədər etibarlıdır?
İdmançımız ermənini nokauta salıb Avropa çempionu oldu
Mükəmməl qaşlar
Turşu suyunun faydaları
Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirildi - RƏSMİ
Ramil ermənilərə od qoyub
Səmənilərim
Sadə və gözəl paltarlar.
Hadisə FOTOsu haqqında Açıqlama verdi
Bu çay cənnətə aparır
Azərbaycanlı alim koronavirusun dərmanını tapıb - VİDEO
Dəhşətli nəticə - Beyinə də sıçraya bilər
Asteroidə o qızın adını verdilər
Müğənni Yonca evini satışa qoydu
Qadın.Netlilərin mənfi və müsbət cəhətləri (IV hissə)
Azərbaycanda mülayim hava şəraiti nə vaxta qədər davam edəcək?
Məşhur aktyor boşandı
Nikahı möhkəmləndirən məqamlar
Onlar tənhadırlar...
Bakıda şimal küləyi əsəcək
Bank necə gəlir əldə edir? - AÇIQLAMA
Bu mahnılar işgəncə verir
Zövqlü ziyafət donları
Naxışlı cins pençəklər
"Krep" - axıtma (foto resept)
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
General-mayor Ramil Əsgərov vəzifəsindən azad edildi
Yanğında ölənlər sakinlər tərəfindən belə anıldı
Məşhur müğənni Azərbaycanda klip çəkdirir
İnsanları fərqli üsulla tapacaqlar
Dəbli toy donları
Küləkə (foto resept)
“Çukur”da yeni aktyor-FOTO
“Mall”ların fəaliyyəti bu tarixdən bərpa olunur
12-13 yaşlarında qızı olan valideynlərə
Bakı metrosu "rekord" vurdu!
HAVA necə olacaq?
OGLAN YA QIZ
Bir meyvədə min dərdin dəvası
Bakıda güclü partlayış
TQDK vaxtı artırdı
Kənd toyuğu bahalaşdı
Azərbaycanda pensiyalar artırılacaq
Sağlam saçlar
Övlad sahibi olmaq istəyənlər
Güzgü,güzgü göstər görüm makiyajımı...
Bakının gözəllik salonlarında gəzən ölüm
Könüllü döyüşə getmək istəyənlərin sayı 55 mini keçdi
Düyü şorbası (foto resept)
- ŞƏRHLƏR