QADIN.NET SAYTININ DƏYƏRLI XANIMLARI!
Çox saylı xahişləri nəzərə alaraq bu gündən sizlərə Namaz və Namaz qılmaq qaydaları haqqında dərslərə başlamaq istərdim. Sizə təqdim edəcəyim bu məqalələr azerislam.com saytından götürülüb.
(Saytda elaqe bölməsi olmadığı üçün İNSHALLAH ki, bu yazıları halal edərlər)
İlk dərsimiz giriş olaraq Namaz haqqında olacaq.
Şükr və tərif Allaha məxsusdur, biz Ona şükr edirik, Onu tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün» (ali İmran, 3:102).
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!» (ən-Nisa, 4:1).
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə (cənnətə) nail olar.» (əl-Əhzab surəsi, 33:70-71)
Namaz barəsində Uca Allah belə buyurur:
«Həqiqətən, namaz [insanı] çirkin və pis əməllərdən çəkindirər" (əl-Ənkəbut surəsi, 29:45).
Bu risaləni yazmaqda digər bir məqsədim də namaz və təharətlə bağlı mövcud olan fikir müxtəlifliyi və anlaşılmazlıqlara son qoymaqdır. Çünki hamımıza məlumdur ki, dinimizdən zorla ayrı salındığımız illərdə şəriətin digər məsələlərində olduğu kimi, islamın bu ərkanına da bəzi bidətlər (əlavələr, yeniliklər) edilmiş, bəzi hallarda isə ümumiyyətlə islam peyğəmbərinin, bəşəriyyətin ən xeyirlisinin - səllallahu aleyhi və səlləmin - sünnəsinə (dediklərinə) aid məsələlər əskildilmişdir. Lakin çoxları bu yenilik və əskiklərin fonunda namazın və ya dəstamazın batil olacağından xəbərsizdilər. Ümumiyyətlə hər bir müsəlman bilməlidir ki, dinlə bağlı hər hansı bir əməl yerinə yetirildikdə bu əməlin Allah tərəfindən qəbul olunması üçün iki hal mövcud olmalıdır:
Birincisi bu əməl heç bir kənar niyyətlə deyil, sırf ixlasla Allah rizasını qazanmaq üçün (yalnız Ondan qorxmaqla, Onu hər şeydən çox sevməklə və Onun rəhmətinə ümid bəsləməklə) olmalı.
İkincisi isə bu əməl məhz Peyğəmbərimizin, səllallahu aleyhi və səlləm, etdiyi kimi (sünnəsinə uyğyn olaraq) olmalıdır.
Bu iki şərtdən birinin olmaması həmin ibadəti (namazı, dəstamazı, orucu, zəkatı və s.) batil edir. Elə bu səbəbdən də biz bu məsələ ətrafında mövcud fikir ayrılığına son qoymaq üçün risaləmizi yalnız və yalnız Quran ayələri və səhih istinadlı hədislər əsasında yazmışıq. Bu yazıda qeyd olunanlar fiqhi məsələlər olduğu üçün çalışmışıq ki, islam alimlərinin rəylərini də nəzərə alaraq Quran və mötəbər hədislərin dəstəklədiyi hökmləri burada əks etdirək. Kamillik təkcə Allaha məxsusdur, məsum olan isə insanların ən şərəflisi Məhəmməd peyğəmbər, səllallahu aleyhi və səlləm, dir.
Hədis:Hər işin başı İslam, dirəyi Namaz, zirvəsi isə Cihaddır!
Ey insan! Qiyamət günü soruşulan ilk əməl namazdır!
Ey insan! Kafir ilə müsəlmanı ayıran əməl namazdır!
Ey insan! Namaz qılmayanın dini də yoxdur!
Ey insan! Namaz qılmayıb, qəlbim təmizdir deməklə özünü aldatma!
Ey insan! Nə qədərki ölüm sənə gəlməyib, tövbə et və namaz qıl!
Ey insan! Bu ola bilsinki sənə son xatırlatmadır!
XƏBƏR LENTİ
Koronavirusla bağlı yaponların yeni kəşfi – Əlac tapılır?..
Ispanaq piroqu(foto-resept)
Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA
Beren Saatın “Netflix”dəki serialı
Üz və bədən üçün maskalar
Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Rusiyada koronavirusa qarşı preparatlar apteklərə veriləcək
Ekspess avtobuslarda sıxlıq yaşanır - VİDEO
Bağlı əməliyyatın 6 faydası
Bir qab makaron və… ölüm
Bu ilin ilk günündə...-RƏSMİ AÇIQLAMA
Hande Yener izləyicilərini məyus etdi-SƏBƏB/FOTO
Ərdoğan Bakıya gəlir
Bu cür hallar milyonda bir baş verir
Sabahın HAVAsı
Mobil telefonla danışanlar cərimələnə bilərlər
"Eurovision" da bir ilk
Hər qadına lazım olan 15 məsləhət
Sabahın HAVAsı
BÜRCLƏR bizə nə vəd edir?-20 Sentyabr
Qaratərə salatı (foto-resept)
"Facebook" və "İnstagram"da problem yarandı
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
Nişan üzüyünü taxmaq lazımdırmı? - MÜZAKİRƏ
"Ərazi bütövlüyümüzü güzəştə getməyəcəyik" - Elmar Məmmədyarov
ABŞ-a "Florens" qasırğası yaxınlaşır
Pendirli-şokoladlı tort (foto resept)
Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?
Hava haqqında - 05.10.2013
Makiyajla yatmağın zərərləri
"Simpsonlar 2" gəlir - 12 illik fasilədən sonra
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Kirayə pulu verməkdən bezən qız çarəni bunda tapdı-FOTO
Məşhur astroloqdan 2019- PROQNOZU
Kate Middletonun tərzi
Günün ulduz falı
"Dördbucaq" piroqu(foto resept)
Yatın, amma fil qulağında yox...
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Hamilələrin nəzərinə: çox kökəlməyin, yoxsa...
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Düşbərə (foto-resept)
"Muska" börəyi (foto resept)
Yaponiyada qasırğa: ölənlər var
Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA/VİDEO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Paris Hilton itlərinə villa tikdirdi-FOTO
Payız pəhrizi necə edilər?
Bürcə görə kişilərin eşqdə tərzləri
QASIRДћA ABŞ-a yaxınlaşdı
- ŞƏRHLƏR