Söz verdiyim kimi bu gün qüsldan və onun alınması qaydasından danışacam.
QÜSULLAR
Namazdan qabaq boynunda vacibi qüsullardan biri və ya bir neçəsi olan şəxslərə qüsl etmək vacibdir və onlar namaz qılmaq üçün əlavə olaraq dəstəmaz da almalıdırlar. Cənabət qüsulu isə dəstəmazı əvəz edir və onunla namaz qılmaq olar.
Vacibi qüsllar yeddi qismdir:
1-- Cənabət qüslu;
2-- Heyz qüslu;
3-- Nifas qüslu;
4-- İstihazə qüslu;
5-- Meyit qüslu;
6-- Məss- meyit qüslu;
7-- Nəzir, and içmə və sair səbəbilə vacib olan qüsullar.
CƏNABƏT
İnsan iki yolla cünub olur: 1- Cima etməklə ( cinsi əlaqədə olmaqla ); 2- Məninin ( sperma ) çölə gəlməsi ilə ( istər yuxuda olsun, istərsə də ayıq olan vaxt; istər az olsun, istərsə də çox; istər şəhvətlə olsun, istərsə də şəhvətsiz; istər ixtiyari olsun, istərsə də qeyri-ixtiyari ).
İSTİHAZƏ
Qadınlardan xaric olan qanlardan biri də istihazə qanıdır. İstihazə qanı görən müddətdə qadına müstəhazə deyilir.
İstihazə üç qismdir: Qəlilə (az), mütəvəssitə (orta), kəsirə (çox).
Qəlilə istihazə budur ki, qan qadının övrətinin daxilinə qoyduğu pambığın bir tərəfindən keçib o biri tərəfində zahir olmasın.
Mütəvəssitə istihazə odur ki, qan qadının övrətinə qoyduğu pambığa hopub o biri tərəfindən zahir olsun. Amma qadınların, adətən, qanaxmanın qarşısını almaq üçün qoyduqları dəsmala çatmasın.
Kəsirə istihazə budur ki, qan ora qoyulan pambıqdan keçib dəsmala çatsın.
HEYZ
Heyz, əksərən, hər ayda bir neçə gün müddətində qadınların bətnindən xaric olan bir qandır. Qadın heyz gördükdə haiz adlanır.
Qızın doqquz yaşı tamam olmamışdan əvvəl və qadının yaisə olduqdan sonra gördüyü qan heyz deyildir.
Heyzin müddəti üç gündən az, on gündən çox olmur.
NİFAS
Uşağın ilk üzvü ananın bətnindən çıxdığı andan etibarən qadından gələn, on gündən qabaq, yaxud on gün tamam olan müddətdə kəsilən hər qan nifas qanıdır. Nifas halında olan qadına nəfsa deyilir.
MEYİT QÜSLU
Meyitə üç qüsl etmək vacibdir: birinci sidr qatılmış su ilə; ikinci kafur qatılmış su ilə; üçüncü xalis su ilə qüsl vermək vacibdir.
MƏSS-MEYİT QÜSLU
Əgər bir kəs bədəni soyumuş və qüsl verilməmiş bir meyitə məss etsə, yəni bədəninin bir hissəsini o meyitə vursa, məss-meyit qüslu eləməlidir - istər yuxu halında məss etsin, istərsə də ayıq; istər ixtiyari olaraq məss etsin, istərsə də ixtiyarsız.
Ölmüş uşağa, hətta dörd ayı tamam olan uşağa məss etdikdə məss-meyit qüslu vacibdir.
QÜSL ETMƏYİN QASDASI
İstər vacib, istərsə də müstəhəb qüslu iki cür almaq olar--tərtibi və irtiması.
TƏRTİBİ QÜSL
Tərtibi qüslda, qüsl niyyəti ilə əvvəlcə başı və boynu, sonra bədənin sağ tərəfini, daha sonra sol tərəfini yumaq lazımdır. Əgər bir kəs qəsdən, yaxud unutqanlıq və ya məsələni bilməməzlik üzündən bu tərtibə riayət etməsə, qüslu batildir.
İRTİMASİ QÜSL
İrtimasi qüslda gərək su bir anlığa bədənin hər yerini əhatə etsin. İrtimasi qüslda bədənin hamısını suyun altına aparıb, sonra qüsl niyyəti etsə və bədəni hərəkət etdirsə, qüslu səhihdir.
Vacib oruc tutan, yaxud Həcc və ya Ömrə üçün ehram bağlayan bir kəs irtimasi qüsl edə bilməz. Unutqanlıq üzündən etmiş olsa, qüslu səhihdir.
Əziz xanımlar, növbəti dəfə sizlərə təharətin üçüncü, sonuncu qismi olan təyəmmümdən danışacam. ALLAHA ƏMANƏT OLUN!!!
XƏBƏR LENTİ
Evlilik məsləhətləri
Barmaqlarımız haqqımızda nə deyir?
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
Bir az da əylənək
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Bel hissənizdəki yağları əridəcək içkilər
Günün ulduz falı
Bel və kürək piyləri ilə mübarizə
Günün ulduz falı
"Jara" festivalına o da gəlir-VİDEO
Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
52 yaşlı ulduz görənləri TƏƏCCÜBLƏNDİRİR
5 kiloqram arıqladan kök pəhrizi.
HAVA necə olacaq?
Sızanaq izləri üçün maska
Quran və elmi kəşflər
Ərdoğandan bütün qadınlara qeyri adi təbrik -Video
Hindlilərin xoşbəxtlik məsləhətləri
Hava haqqında - 20.01.2014
Kitab qadağası
Sevdiyiniz şəxsə söylənilən ləqəblər
Yay kimi gərilən insan...
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
YouTube artıq çatdırmır
Məşhur cütlük yenidən barışdı
Mavi ayaqqabılar
Bu, milyon ildə bir olur
Toyuq ətli, kartoflu piroq (foto resept)
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Boğazında qaşıq qalmış gənc-FOTO
Tərtərdə nə baş verir?
40 yaşından sonra evlənən məşhurlar
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR
Bayramda neçə gün iş olmayacaq?
O, mənə xəyanət edir!
Ana dilimizə sahib çıxaq
Dolu yağacaq
Günorta yaranan baş ağrılarının səbəbləri
Nokia Lumia 1520-ni göstərəcək
Nə üçün əsgər paltarları xaki rəngdədir?
Diş ağrısını azaldan üsullar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda artan əməliyyat - mədə kiçiltmə
Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?
Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?
Küləkli hava Şəkini işıqsız qoydu
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Dəbli kostyumlar (1)
Pilot sükan arxasında yatdı
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
- ŞƏRHLƏR