Hörmətli istifadəçilər!
Daha əvvəldən məlumat verildiyi kimi düşündüyümüz və üzərində çalışdığımız bir layihəni də nəhayət ki, tam olaraq yekunlaşdırdıq.
Bizlər üçün hər zaman ən mühüm məqamlardan biri, birincisi ziyarətçilərin maariflənməsidir. Bu da təbii ki, sizlərə təqdim edilən məlumatların, məqalələrin, xəbərlərin köməkliyi ilə edilir. Xəbər müəllifləri yayımlanan xəbərlərin qarşılığında öz hesablarına “QN” xalları yazdırırlar və bu xallardan layihə daxilində onlarla funksionaldan yararlanmaq üçün istifadə etmək olar.
Bir neçə, dünyada çox məşhur olan saytlarda bənzər təcrübəni araşdırdıq və sonda reytinqə uyğun olaraq ödənişlərin hesablanması sistemi yaradıldı. Bütün hesablamalar qeyd edilən sistem vasitəsi ilə həyata keçirilir və müəlliflər davamlı olaraq bütün gedişatı izləmək imkanlna sahib olurlar. Yəni, məsələn xəbəriniz bu gün efirə gedib, yayımlanıb. Xəbərinizə hər bir baxış, verilmiş hər bir səs, yazılmış hər bir şərh - xəbərin reytinqini müəyyənləşdirir. Reytinqin toplanılması sizin istəyinizdən asılı olaraq günlərlə davam edə bilər. Beləki, əvvəlki qaydalara əsasən siz yayımlanan hər hansı xəbərinizə görə xəbərin bölməsinə uyğun olaraq məsələn 5 QN qazanırdınız. İndi isə xəbəriniz efirə getdiyi anda 5 QN artıq hesabınızda var, əlavə olaraq hesabınıza reytinqə uyğun QN xalları yazılır. Və bu hesablamanı siz özünüz müəyyənləşdirirsiniz. Bütün işləmlər tam olaraq avtomatlaşdırılmışdır. Belə ki, siz xüsusi ödənişlər sistemində xəbərinizin topladığı reytinqi, buna görə hesabınıza köçürüləcək QN xallarının miqdarını görürsünüz. İstədiyiniz anda həmin QN xallarının köçürülməsi üçün sistemdən bir düymə, seçim ilə müraciət edirsiniz. Müraciətinizdən sonrakı 24-48 saat ərzində müvafiq QN xalları hesabınıza köçürülür.
Sistemin işləmə mexanizmi və mühüm əhəmiyyətli məqamlar haqqında daha ətraflı:
Ödəniş sisteminə daxil olmaq və bütün yayımlanmış xəbərlərinizin göstəricilərini görmək üçün saytın yuxarı hissəsindəki sətirdən düzəlişlər işarəsinə klik edib, mövcud siyahıdan Ödəmə seçimini edirsiniz:
Rəsimdən də gördüyünüz kimi sistemin 4 qısa şəkildə təqdim edilmiş, adlandırılmış məlumat-əməliyyat seçimi var:
OK - Hesabınıza köçürülməsi üçün reytinqə uyğun olaraq QN xallarının toplanması davam edir.
WAIT - Siz toplanmış QN xallarının hesabınıza köçürülməsi üçün müraciət etmisiniz. QN xallarının toplanması hələdə davam edir.
DONE - Reytinqə uyğun olaraq QN xallarının hesablanması dayandırılmışdır. Toplanmış QN xalları hesabınıza köçürülmüşdür.
DENY - QN xallarının ödənişindən imtina edilmişdir. Səbəb qayda pozuntuları yaxud başqa xüsusi nüanslardır.
Adi qaydada xəbərin qarşısında OK yazısı nümayiş olunur və bu o deməkdir ki, həmin xəbəriniz üçün reytinqinə uyğun olaraq QN xalları toplanır. Siz istədiyiniz zaman xəbərinizi (və ya eyni anda bir neçə xəbərinizi) seçərək toplanmış QN xallarının hesabınıza köçürülməsi üçün müraciət edə bilərsiniz.
Müraciətinizdən sonra xəbərin qarşısında WAIT yazılacaq. Bu isə o deməkdir ki, ödəniş müraciətiniz yoxlanma mərhələsindədir və qarşıdakı 24-48 saat ərzində QN xalları hesabınıza köçürüləcək. WAIT yazılmasına baxmayaraq, QN xalları hesabınıza köçürülən saniyəyədək xalların toplanması davam edir.
Toplanmış QN xalları hesabınıza köçürüldükdən sonra xəbərin qarşısındakı WAIT yazısı DONE ilə əvəzlənir. Bu isə öz növbəsində o deməkdir ki, həmin xəbər üçün QN xallarının toplanılması və köçürülməsi başa çatmışdır.
Əgər xəbərin qarşısında DENY yazısını görürsünüzsə həmin xəbər üçün ödənişdən imtina edilmişdir mənasını ifadə edir. Səbəb kimi bir çox məsələlər qeyd edilə bilər. Məsələn, 01.02.2014-cü il tarixinədək olan, yayımlanmış bütün xəbərlərin qarşısında bu yazı qeyd edilib. Səbəb, həmin yazılar üçün daha əvvəl ödənişlərin edilməsidir.
Siz istənilən zaman etdiyiniz sifarişi geri götürərək yenidən xəbər üçün QN xallarının toplanmasını davam etdirə bilərsiniz. Bunun üçün müvafiq xəbəri seçdikdən sonra, Müraciətdən imtina əmrini yerinə yetirmək lazımdır.
Hesablamaların nəyə əsasən və hansı qaydada aparılması haqqında demək istərdik ki, hər zaman olduğu kimi bu prosesdə də tam şəffaflıqla bütün qeyd edilən addımlar yerinə yetirilir. Siz özünüz də xəbərin göstəricilərinə (baxış sayı, səs sayı, şərh sayı) əsasən toplanacaq QN xalını hesablaya bilərsiniz. Bunun üçün aşağıdakı hesablama mexanizmindən istifadə etməyiniz lazımdır:
Xəbərin dəyəri (bölməsinə görə) + Xəbərin dəyəri (bölməsinə görə) * (şərh sayı + səs sayı + baxış sayı * 0.05) / 100%
Rəsimlərdən gördüyünüz kimi, daha əvvəldə müvafiq xəbərə görə sadəcə 5 QN xalı qazanılırdısa, indiki halda bir neçə gün ərzində qazanc 16 QN oldu. Daha çox qazanmağın sadəcə bir izahı var: Maraqlı xəbər = Daha çox reytinq = Daha çox qazanc! Xəbəriniz diqqətləri nə qədər çox cəlb edirsə, siz bir o qədər çox qazanırsınız... Zövqlərin nəbzini tutmağa nə deyirsiniz? ))
Növbəti aylarda, statistik göstəricilərdən asılı olaraq, müəllifləri hazırladıqları xəbərlərə görə QN xallarının hesablama nisbətində real pullarla ödənişi nəzərdə tutulmuşdur.
Zəhmət olmasa mövzu ilə bağlı sizi maraqlandıran bütün suallarınızı qeyd edin.
P.S. - 01 fevral 2014-cü il tarixindən bu günə kimi (14.02.2014) xəbərləri efirə getmiş bütün müəlliflərindən müqayisə üçün statistikaya nəzər yetirmələri xahiş olunur. Həmçinin QN xallarının hesabınıza yazılması üçün müraciət etməyi də unutmayın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gəlinləri məhv edən qaynanalar
Hökumətin namaz icazəsi
Yaxın Şərqdə yeni müharibə başlayır
Gündəlik salat (foto resept)
Ofisdə "çürüməmək" üçün bunları bilmək vacibdir
Yeni trend: Saç sırğaları
9 möcüzəli ağac şəkli
Müəllimlərin işə qəbulu üzrə müsahibənin - NƏTİCƏLƏRİ
Özcan Denizin bacısı Ərdoğana müraciət etdi-SƏBƏB
Asılmış kuklalar adası turistləri cəlb edir
Koreya mətbəxindən " Bibimbap" (foto resept)
Ruh sağlamlığını qoruyaq
Arıqladan ərzaqlar
Bu günün hava proqnozu
Hamilə xanımlar üçün ziyafət geyimləri
Azərbaycanda din xadimləri cəzalandırılacaq
Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb
Cennifer Lopezin yeni obrazı - FOTO
Arıqlamaq istəyənlərin yol verdiyi 4 xəta
Bahar allergiyası
Kakao işçi yaddaşı yaxşılaşdırır
Yuxular və yuxuyozmalar (son)
Ermənilərin itkisi getdikcə artır
Madonna konsertlərini təxirə saldı-SƏBƏB
Tanış olun: Toyota Aqua Cross
Qadın yaylıqlarının bağlanma üsulları
Hava XƏBƏRDARLIĞI
Bahalı əməliyyatları bahalı edən nədir?
Yoldaşınızla keyfiyyətli zaman keçirməyin yolları
Sürətli saç uzadan üsullar
Kerem Bürsinin onurğası zədələndi-FOTO
Avtomobilə dəyən ziyanın qiymətləndirilməsində YENİ TƏKLİF
Ölkədə hamı bu sayta girir
Növbəti buraxılış imtahanları keçirilir
Merve 110 min pulunu ala bilmir
Limonlu isti suyun möhtəşəm faydası!
Valideynsiniz? Övladınız üçün oxuyun
Əqrəbi çəkməyi unutmayın
Ramazan ayının 6-cı gününün duası
Paxlava (foto-resept)
Bu il Azərbaycanda 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib
"WhatsApp" 3 günlük bağlandı
Dünyanın ən qəribə toyu
190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Yun köynəyinizi yeniləyin
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Eşq sizə nə edər?
Alman dili 9-cu dərs
Dünyanın ən hündür uşağı 2 metrlik boyu ilə -FOTO
Xanımların "Gün toplantısı"
- ŞƏRHLƏR