A-N-ar realist
Mən bir neçə ay bundan əvvəl ailə həyatı qurmuşam. Bir müddət əvvəl hamilə olduğumu müəyyən etdik. Eşidəndə ki, hamiləyəm, qulaqlarıma inana bilmədim. Yaşayanlar bilər ki, ilk hamiləlik tamamilə başqa bir duyğu, gözəl bir həyəcan, təlaşdır. Düşünəndə ki, daxilimdə bir canlı bəslənir, inkişaf edir, hər cəhətdən səndən asılıdır, insan qürur duyur. Hərdən qorxuram da. Birdən problem olar, keçirdiyim stresslər uşağa təsir edər və s. Çalışıram ki, soyuqqanlı olum. Hər şey ALLAHIN əlindədir. Onun hökmündən yayınmaq qeyri-mümkündür. İNŞALLAH hər şey gözəl olar. Balamı sağ-salamat qucağıma alaram. Yoldaşım da onun gəlişini səbirsizliklə gözləyir. İlk xəbəri verəndə sevincinin həddi-hüdudu yox idi. İNŞALLAH hər zaman da sevinər. ALLAH bu hissi hər bir ailəyə yaşatsın. Çox gözəl hissdir. Sizə də xoşbəxtlik arzu edirəm, Aliyə xanım.
Pervane
Mən də bir çox xanımlarımız kimi bu müqəddəs hissi sözlə ifadə etməkdə çətinlik çəkirəm,çünki bu, o qədər əziz və ilahi bir sevincdir ki,nə yazsam da yenə az olur.O vaxt mənim 20 yaşım vardı.Həyatı bir o qədər də anlamırdım.Amma səbirsizliklə və qorxa-qorxa həmin günü gözləyirdim.O vaxt biz rayonda qalırdıq. 2000-ci il iyulun 7-də yoldaşım Sumqayıta toya gəlirdi.Axşam ona dedim ki,qayıdanda görərsən ki, oğlun yatıb sənin yerində.O dedi: "Nə bilirsən oğlan olduğunu?" Dedim: "Nə bilim".Yoldaşım dedi: "Təki sağlıq olsun hələ tezdi". Beləcə, söhbət bağlandı.İyulun 7-də yoldaşım Sumqayıta gəldi, 8-də ağrılarım başladı və məni xəstəxanaya apardılar.İyulun 9-u səhər saat 11:15-də oğlum Əli çətinliklə dünyaya gəldi və bu böyük və məsuliyyətli adı mənə bəxş etdi.Ayın 10-da yoldaşım gəldi və dediyim kimi də onu qarşıladıq.Dedim: "Ata,xoş gəldin,demişdim axı sənə"...Bütün bunlar ALLAHDANDI.ALLAH bütün balaları qorusun. İkinci oğlum da anadan olanda eyni hissləri yaşadım. Bu gözəl günü yaşamağı və qayğıkeş ana olmağı bütün xanımlara arzulayıram. Başda saytımızda məktublaşdığım xanımlar olmaqla...İNŞAALLAH.
Mən 4 il bundan əvvəl ailə qurmuşam Həmd olsun Allaha. Biz evləndikdə tez bir zamanda körpəmizin olmasınız istəyirdik. Amma 1-ci ay yox, ikinci aydan hamilə qaldım Allahın izniylə. O qədər sevinmişdik ki, körpəmizin olmasına. Yoldaşımla hər gün ana bətnində körpəmizlə söhbət edirdik, dua edirdik, ona surələr oxuyurduq. Mən hər gün bətnimi oxşaya-oxşaya onunla söhbət edirdim, onu necə sevdiyimi söyləyirdim. Və o an gəldi, Allahın izniylə həyəcanla gözlədiyimiz bəbişim dünyaya gəldi. Düzdü, bir az çətinliklə gəldi, bir az hava çatışmazlığı problemi oldu, amma mən səbrsizliklə onu qucağıma almağı gözləyirdim. Onu mənim qucağıma bir az gec verdilər - 2 gün sonra, amma mən hər saat onun yanına gedirdim, əllərini oxşayrdım. Və nəhayət, şirin-şəkər Abdullahımı mənim qucağıma verdilər. İnanın, Allahın möcüzəsini o anda daha çox hiss etdim. O, süd əmərkən Allah anayla balanın arasına necə sevgi saldığını, sevgi bağının necə birləşdirdiyini gördüm. Rəbbime sonsuz şükürlər olsun. Abdullahımı qucağıma alanda Allaha o qədər şükür etdim ki, hələ də balamı görəndə şükür etmədən dura bilmirəm. Allaha sonsuz şükürlər olsun. Bu yaxınlarda isə 2-ci körpəmi - İsa balamı qucağıma almışam Allahın izniylə. Allah hər bir ailəyə bu gözəl həyəcanı yaşamağı nəsib etsin. Və hər bir ailədə xeyirli övladlar yetişsin İnşAllah.
Huseynova Ruhane
Mən hamiləliyimi öyrəndiyim gündən bəri elə bil başqa biri olmuşdum. Hamiləliyim çətin keçdi, 1,5 ay xəstəxanada yatdım. Həkimlər oğlumun sağ-salamat dünyaya gələcəyinə zəmanət vermirdilər, amma mən hər şeyin gözəl olacağına ümid edirdim. Bilirdim ki, sağ-salamat olacaq, bunu hiss edirdim. Onunla hər gün danışırdım. Nəhayət, sentyabrın 6-da saat 4:30 radələrində oğlum dünyaya göz açdı. O an bütün ağrılarım keçdi. Mən tez-tez ona baxırdım və bütün günü ona baxmaqdan bezmirdim... Şükür ki, o, sağlam doğuldu. Həyatımıza rəng qatdı,sevgimizi zəncirlə sarıdı. İndi 1,5 aylıqdır. Allah bütün həsrətində olanlara qismət etsin. Amin.
Kemale Memmedova
Bütün qadınların həmin günü yaşamaları üçün nə qədər lazımdır dua edirəm. Mən bu hissi 3 dəfə yaşamışam. Bir oğlan, iki qız övladım var. İlk dəfə onları qucağıma alanda o qədər sevinirdim ki, bunu sözlərlə ifadə etmək olmur. Övladlarım mənim ürəyimdir, məni xoşbəxt edən övladlarımdır. Allahımdan çox razıyam. Onlar indi də mənim körpələrimdir. Allah arzusunda olanlara qismət etsin. İnşAllah.
Nigar Aliyeva
Mən oktyabrın 1-də ana olmuşam, çox gözəl hissdir. Hamıya bu hissi arzulayıram, hamı bu hissi yaşasın. İlk övladın günbəgün necə böyüdüyü göz önündə canlanır, bu hiss heç nə ilə müqayisə oluna bilməz. İlk qığıltısı isə ən böyük xoşbəxtlikdir. Gülüşü insan ömrünü uzadır. Qızımın xoşbəxt bir həyat sürməsini diləyirəm.
Deniz84
Mən ailə qurduqdan 4 ay sonra bildim ki, ana olacam. Bizim üçün sevindirici xəbər idi. Hamiləliyim normal keçdi. 2005-ci il sentyabrın 9-da səhər saat 9-da ilk oğlum dünyaya gəldi. Çox çətinliklə oldu. Ancaq onu ilk dəfə qucagıma aldığım dəqiqə bütün agrılarım yaddan çıxdı. 2007-ci ildə isə 2-ci oğlum dünyaya gəldi. İndi də 3-cü uşagı gözləyirik.! Aydan az vaxt qalıb. Qız istəsək də deyəsən, Tanrı bizə yenə oğlan verib. Mənə də öz xəbərinizdə yer verdiyiniz üçün təşəkkür edirəm. Bütün Qadın.Netli xanımlarımıza ana olmaq sevinci arzu edirəm. Gələn hissələrdə onların da təassüratlarını görmək qismət olsun bizlərə. Amin.
Sevgisiz urek...
Mən 7 ildir ki, ailə qurmuşam. İlk övladım qızdır, onun indi 6 yası var. 2-ci övladım isə yayda dünyaya gələcək, onun yolunu da çox həyəcanla gözləyirəm. Qızım dünyaya payızda gəlib, noyabr ayında. Axşam saat 6 radələri olardı, yavaş-yavaş sancılarım tutmağa başladı. Düzü, çox da fikir vermədim, çünki həkimin dediyinə görə, vaxtına 10 gün var idi. Bu sancılar saat 12-dən sonra dözülməz oldu, həkimə zəng vurub ağrıdığımı söylədikdə dedi ki, heç nə olmaz, şamdan istifadə et, səhər xəstəxanaya gələrsən. Saat 3 olardı, qaynanamla anam dedi ki, artıq uşaq olur, bunu belə saxlamaq olmaz. Tez maşına minib tələsik xəstəxanaya gəldik, yolda həkimə də zəng elədik ki, gəlsin. Mən artıq ağrılara dözə bilmirdim, amma həkimim gəlməmişdi deyə məni qəbul etmirdilər. Nə isə, həkim gələnə kimi uşaq doğuldu - gecə saat 3:30 idi. Düzü, çox qorxurdum, çünki tanıdığım bir qadın doğum vaxtı vəfat etmişdi, bu da mənə psixi təsir etmişdi. 2 saat müddətində həkimlər məni sakitləşdirməyə çalışırdılar, o halda heç uşağın qız, ya da oğlan olduğunu demək heç kimin yadına düşmürdü. Heç doğulanda uşaq da ağlamamışdi. Özümə gələndə uşağı soruşdum, dedilər ki, az qalıbmış boğulsun. Ona görə də həmin gün axşama kimi uşağı mənə vermədilər, ürəyim partlayırdı. Axırda anama dedim, şəklini çəkib gətirdi. Qızımı ilk dəfə şəkildə gördüm. Özüm də çox qorxduğum üçün anamı 5 gün xəstəxanada saxladım. Gecəni də xəstəxanada yanımda qalırdı. Bax, beləcə qızım dünyaya gəldi. Özü də 1 həftə mənim ad günümdən sonra, 1 həftə atasının ad günündən əvvəl. Heç birimizin xətrinə dəyməyib - nə mənim ad günüm olmadı, nə də atasının. Indi isə 2-ci uşağımın doğumunu səbirsizliklə gözləyirəm. Allah hər kəsə uşağını sağ-salamat böyütmək nəsib etsin. Amin.
Allah bütün xanımlara bu gözəl və şirin həyəcanı yaşatsın. Mələk kimi təmiz körpələr analı, atalı və xoşbəxt böyüsünlər. Amin!
XƏBƏR LENTİ
Çay dəmləmənin qızıl qaydaları
Sosial şəbəkələrdə parollar dəyişdiriləcək
Dünyanın ilk sərnişin dronu
Bu il Azərbaycanda 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib
Tbilisi küçələrində yırtıcı leşləri yığırlar
"Amin" sözünün mənası və etimologiyası
Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib - VİDEO
Haker 24 dəfə cek-pot uddu
Tacikistanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə dəvət olunub
Banqladeşdə qasırğa: 38 ölü, 240 yaralı
Prezident İlham Əliyev Azərbaycan-Almaniya biznes forumunda iştirak edir
Gümüş qablar
Azərbaycanda güclü zəlzələlər olacaq? - RƏSMİ AÇIQLAMA
47 yaşlı məşhur evlənməyə qərar verdi – FOTO
Bilmədiyiniz məlumatlar
Bürclərin pul ilə əlaqələri (1)
Qarabağdakı sülhməramlılar müşahidə postlarını qoruyucu vasitələrlə təchiz etdilər
"Barselona"nın yeni kapitanı kim olacaq?
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xanəndə - VİDEO
Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı
Necə "Yox" deməli?
Ermənistanın daha bir polkovniki məhv edildi
Şir bürcünün 4 əsas xüsusiyyəti
Ronaldonun paxıllıq hissi onu əsəbiləşdirdi
Toyuq hininə oxşayan kitabxana
Vulkan püskürdü: xəsarət alanlar var
Hamilə Miranda Kerr -FOTO
Anomal hava daha bir ölkəni cənginə aldı
Sertap Erenerin bu davranışı xoş qarşılanmadı-FOTO
Soyuqdəymənin qəniminə rəqib çıxdı
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
HAVA necə olacaq?- 5 fevral
Dünyanın ən bahalı dodağı
Dünyanın ən maraqlı dilləri
İlham Əliyev Azərbaycanda koronavirus vaksinasiyasına başlanma vaxtından danışdı
İnkişaf etdirən tənbəllik
Kefir süddən daha faydalıdır
Nuh peyğəmbərin Qazqazdakı nəvələri
Kreativ qablar
Mövlanə sözləri-2
Vitaminlərin profisiti aritmiyaya səbəb olur
Anasının bir sözünə 100 kq arıqladı - FOTO
Bu domen 3,6 milyon dollara satıldı
Soyuq, ya isti?
Göbələk souslu küftə (foto-resept)
Körpələr üçün geyimlər
Bunları bilirsinizmi?
Kəlbəcərin yeni görüntüləri yayımlanıb - VİDEO
Avropa geri çəkildi
Britaniyanın bayrağı dəyişdirilə bilər
- ŞƏRHLƏR