Melek Rzayeva
Atamla bağlı bunu deyə bilərəm ki, mənim 13 yaşım olanda xəstəliklə bağlı xəstəxanaya düşmüşdüm hətta ömrümün sonuna az qalmasını söyləmişdilər. Həkimlər atamın həkimin qarşısında diz çöküb ağlaması, nə istəsəniz edəcəm. Yetər ki, qızımı qaytarın deyib ağlaması bu günkü kimi yadımdadır.
LADY BEAUTY
Məndə əlbəttə atamı çox istyirəm, amma atam məni daha cox istəyir. Həddən artıq çox. Mənim də gözü zəif olanların taxdığı eynəklərdən xoşum gəlirdi. Uşaqlıqda yalandan atama dedim ki. gözüm ağrıyır, gedək həkimə eynək versin. Atam da həkimə apardı amma həkim heç nə yoxdu dedi. Sonra da atama demedim yalan dediyimi. Əlbəttə ki, atam da almadı.
Ruhängiz
Atamla uşaqlığım çox yaxşı keçib...Yadımdadi ki, bizi (bacılarımla, 1 qardaşımı) həmişə maşına mindirib rayonu gəzdirirdi.
Rayonumuz balaca olduğu üçün çox da maraqlı oyun yerləri, park yox idi, ona görə elə maşınla gəzdirirdi. Uşaqlığım o qədər yaxşı keçib ki. Atam hər yay məni istirahətə aparırdı. Şuşa, Kəlbəcər (Zivər kəndi). Eləcə başqa səfalı yerlərə. Çox heyif həmin yerlərin heç biri yoxdu.
İndi isə atamla kədərli anım. Bir gün yenə həmişəki kimi məni maşına qoyub gəzməyə aparırdı. Atam, anam və mən. Getdik gəzdik. Geri evə qayıdanda inad elədim ki, maşının ön oturacağında mən oturacam. Təbii ki, valideynlərim icazə vermədilər. Hətta atam bərk əsəbləşdi, mənə hirsləndi. Mən də ağlayıb, küsüb arxa oturacaqda oturdum. Bilmirəm nə qədər yol getmişdik. Bir onu gördüm ki, anam al qanın içindədi. Avtomobil qəzası olmuşdu. Nə atama, nə də mənə heç nə olmamışdı, təkcə anam oturan ön hissə, yəni mənim israrla oturmaq istədiyim yer tamamilə əzilib yox halına düşmüşdü. Əgər atam icazə versəydi, orda mən otursaydım sağ qalacağım sual altında olacaqdı çünki anamın aylar sonra yaşaması Allahın möcüzəsi oldu. İndi də anamın üzünün yarı hissəsində həmin qəzadan qalma çox böyük, dərin iz var... Əgər mən ön sırada oturub sağ qalsaydım belə qəzadan qalan dərin iz üzümdə olsaydı çətin bir də güzgüyə baxıb həyatıma davam edə bilərdim. Bu mənim atamla olan çox kədərli anımdı. Bu hadisədən sonra atam bir də məni maşınla gəzməyə aparmadı..
Ləman_ Щ†Щ‚Ш±
Deməli belə atamla yaşadığım hər gün mənim üçün ən xoş günlər olub. İnan onu o qədər çox istəyirdim ki, elə indi də o mənim həyatım idi. Həyatda ən qorxduğum şey onu itirmək idi. O da oldu. Həyatımda ən böyük itki ən sevdiyim insan oldu, yəni atam. ALLAH bütün ata və anaları qorusun. Onu heç vaxt unutmaram. Hər zaman qəlbimdədir. Mənim bütün şıltaqlıqlarıma dözən, yeganə insan o idi. Atamdan yazmaqla qurtarmaz .Xoş günlərim çox olub, onsuz isə çox çətindir......
SeRRas
Ata...Mən dil acanda ilk dediyim kəlmə dədə olub, elə ona görə də qardaşımda dədə deyib. Dədə bu kəlmə məni həyata bağlayıb, yaşama səbəbim olub. Elə ilk sinif müəllimim də dədəm olub. Qız uşağı əksərən ailədə anası ilə dərdləşir, hər sözünü ona deyər. Mən elə məktəbdə neçə saat dədəmi gördüyümə uşaqlıqdan ona meylimi saldım, hər sözümü o bildi, hər məsləhəti mənə o verdi. 1 yaşımdan kim soruşurdusa "ananı çox istəyirsən dədəni?"elə düşünmədən dədəmi demişəm. Yadda qalan hadisəm isə 1-ci sinifdə olanda ilk dəfə dədəmə "dədə müəllim" demişəm. 11-ci sinifi qurtaranda anam demişdi ki, qəbul olmasan evə gəlmə dədəmsə canın sağolsun, mən həmişə arxandayam demişdi. Kəsildiyimi bildiyim gün ağlayırdım. Çox ağladım, qəbul olmadığım üçün yox, dədəmi o vəziyyətə saldığım üçün. Gəldi yanıma və dedi ki, lazım olsa canımı da qurban verərəm və səni oxutduraram. Elə də etdi, məni oxutdurdu. Necə əziyyət çəkdiyini isə mən gördüm. İndi 3 ildi ondan ayrıyam və hər danışdıqca o da ağlayır, mən də. İndi kim deyəndə ki, atam yoxdu onları yaxşı başa düşürəm, çünki 3 ildi çəkdiyim əziyyətləri, ona nə qədər ehtiyacım olanda yanımda olmamağı məni öldürüb. Allahım atalarına can sağlığı versin, ölənlərə də rehmət etsin.
xeyale
Mən dünyada ən çox atami sevirəm. Atam mənim ürəyimdi, canımdı. Atam çox zəhmətkeş, çox yatmağı sevməyən, tələbkar insandır. Əvvəllər müəllim işləyib, hamı deyir ki, zəhmli müəllim olub. Kimsə deyəndə ki, o vaxtın kişiləri qızı olanda bikef olurlar ay nə bilim nə. İnanmıram! Çünki, mənim atam biz dünyaya gələndə çox sevinib. Biz 2 qardaş 2 bacıyıq. Atam həqiqətən də qızlarını oğlanlarından çox istiyir. İnanın artıq biz (qızları) böyümüşük, evlənmişik, amma nə vaxt ki, ata evinə gedirik bizim nazımızla oynuyur. Atamın bir xasiyyəti var bizi sağında-solunda otuzdurub qucaqlayır, gah bacımı öpür, gah da məni. Xoşbəxtlik...
Bir gün atam bərk xəstələndi, təzyiqi o qədər aşağı düşmüşdü ki, hətta danışmağa halı yox idi. (Onda biz heç birimiz evlənməmişdik) . Onu belə görməyə dözə bilmirdik. Hər gün məktəbdən gələndən sonra onu qucaqlayıb ağlıyırdıq. Hələ anam lap göz yaşlarını saxlaya bilmirdi. O günlər bizim ən pis günlərimiz idi. Uca Rəbbim hər kəsin valideyninin canını sağ, ömrünü uzun eləsin. Amin! Mən öz ata-anamla fəxr edirəm. Onlar bizi çox çətinliklə, kasıblıqla böyüdüblər. Anam qoçaq qadındır. Həmişə bostan əkib-becərib, həyəti, ev-eşiyi, uşaqları gül kimi olub. Qonşuları onun gözəlliyinə, qoçaqlığına, təmizkarlığına həsəd aparırmışlar.
Qidi
Uşaqlığım Əhmədlidə keçmişdir. Qış ayları idi. Çox gözəl qar yağmışdı. Bütün uşaqlar məhəllədə qar topu oynayırdı. Mənim də 6 yaşım olardı anamı gücnən razı saldıq atamla birlikdə biz də düşdük həyətə qar topu oynamağa. Hələ təzə oynayırdıq ki, birdən bir oğlan uşağı qar topunu atdı gözümün içinə. İndi necə ağlıyıramsa atam məni sakit eləyə bilmir. Özüm də bir az dəcələm, indi atama deyirəm ki, o uşaq gələcək qabağıma mən də onun gözünə vuracağam qar topunu. Atam deyir ayıbdı bilmədi elədi. Səhv idi elədi. Mən də sakit olmuram ki, vurmasam əl çəkən deyiləm. Axır atam çağırdı uşağı qabağıma mən də qar topunu o uşağın gözünə vurdum sakit oldum. Ancaq sonra atam qoymadı qar topu oynamağa davam edim apardı məni evə mən də pəncərədən uşaqlara baxa-baxa qaldım. Belə məzəli əhvalatım var atamla....
Taqiyeva Gunay
Mən doğulduğum andan bəri məni qoruyan mənim qayğıma qalan atama təşəkkür edirəm. Mən öz atamla fəxr edirəm. Və sizə hansı xatirəmi və ya kədərimdən başlayım bilmirəm. Mən ilk dərsə gedəndə yanımda olan adamlardan biri də atamdır. Uşaqlığımda atamla bağlı xatirələrim çoxdur. Bunu deyə bilərəm ki, mən dünyaya göz açanda atam əsgərlikdə olub və onu deyə bilərəm ki, o bizi hər dəqiqə düşünürdü. Məni dünyaya gətirən anama və atama təşəkkür edirəm. Mən tək övlad olduğumdan Akif Əhmədovun nə demək istədiyini başa düşürəm. Düzünü desəm bu son vaxtlarda atam bizim yanımızda ola bilmir. Atam evə gələndə onun gəlişini səbirsizliklə gözlərdim. Atam gələndə sevinərdim. Bəzi vaxtlar yatada bilməzdim. Mən atamı çox sevirəm və Allah məni atamdan və anamdan ayırmasın deyirəm. ALLAH heç kimi atasından və anasından ayırmasın. Amin
Aytən: mən butun bu yazıda istirak edən bütün doslarıma öz təşəkkürümü bildirirəm. Bu yazının ərsəyə gəlmasində ən böyük rol onlarındı. Hamınıza ayrı ayrılıqda təşəkkür edirəm. Və eləcə də redaktorlarımıza öz minətdarlığımı bildirirəm. Çox sağ olun....
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR