NIYAR-Rusiya,Sankt-Peterburq
Adı Pərvanədir, ailəlidir,üç övladı var. Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Qadın.net saytını uşaqları üçün sirniyyat resepti axtararkən tapıb. “İlk vaxtlar buraya qonaq kimi gəlirdim, bir-iki dəfə sual yazdım, gördüm Selcan xanım 2-3 dəqiqə sonra cavab yazıb, xoşuma gəldi və burada qeydiyyata düşdüm. Adətlərinə gəldikdə isə, rusların nə adəti olasıdır ki, burada heç nə xoşuma gəlmir.İndi şükür, bazarda hər şey tapmaq olur dadsız olsa da, amma bir meyvə var-sevimli meyvəm tut.Onu çox istəyirəm, o da burda olmur. Buranın elə də bəyəndiyim yeməyi yoxdur, salatlardan başqa. Bildiyim salatları da saytda yerləşdirmişəm. Piterin iqlimi bilmək istəyirsinizsə, sərtdir. Qışda -25 dərəcə soyuq, yayda isə +10 dərəcə isti olur. Havasına hələ də öyrəşə bilməmişəm.” “Sizi oranın adamları biləndə ki,xaricisiniz,necə qarşılayırlar?” sualına belə cavab verir – “Bəziləri yaxşı, bəziləri də pis. Millətpərəstlər çoxdur, bizləri görmək istəmirlər. Burada quşların səsinə həsrət qalmışam. Evimizdə olanda hər gün quşların cəh-cəhlə oxumasını dinləyərdim yuxudan duranda, burda isə o yoxdur. Qurban olum öz Vətənimə.Onu heç nəyə dəyişmərəm.
YAFFA-İsrail,Kıryat-Yam
Ailəlidir, adi Bahardır. İki uşağı var. İsrailin Kıryat-Yam şəhərində yaşayır. Qadın.net saytını eltisinin köməyi ilə hamiləliklə bağlı mövzular axtararkən tapıb. “İsraildəki adətlərin çoxundan xəbərsizəm, amma onu deyə bilərəm ki, öz millətinə qarşı çox diqqətlidirlər, qanun sevəndirlər. Sevmədiyim çox şey var. Məsələn, böyüyə hörmətdən söz gedə bilməz burada. Bazarlarında isə çox meyvə var, amma zoğal, tut, feyxoa yoxdur. Bəyəndiyim yeməkləri yoxdur, ancaq öz yeməklərimizi bişirirəm. Burada havalar çox isti olur, yayda +40-45, qışda +22-30 dərəcə isti olur. Ümumiyyətlə, burada qışı ancaq yağış yağır. İsraildə Azərbaycanı çox da elə tanımırlar, bizlərə qafqazlılar deyirlər. Buradakı insanların geyimlərinə öyrəşə bilmirəm, qadınları o qədər açıq-saçıq geyinirlər ki, baxılası deyil. Mən çox şeyə həsrət qalmışam, valideynlərimə, bacıma, qardaşıma. Azərbaycanın heç nəyini dəyişmərəm bura. Darıxanda uzaqda yaşayan qohum-qardaşımın şəkillərinə, videolarına baxıram, Rəşid Behbudovun mahnılarına qulaq asıram.”
AMINA-Səudiyyə Ərəbistanı,Mədinə
Amina Səudiyyə Ərəbistanının Mədinə şəhərində yaşayır. Qadın.net saytını rəfiqəsi vasitəsi ilə tapıb. Ərəblərin elə bir xoşlamadığı adəti yoxdur. Orda hər şey xoşuna gəlir. Deyir, toyda bəyin bütün kişi qohumları qapının ağzına düzülürlər və gələn qonaqların hamısı ilə salamlaşırlar. Bu adətlərini Amina bəyənir. İndiyə kimi nə istəyibsə bazarlarında tapıb. Amma ərəblərin yeməklərindən elə də xəbərdar deyil. Mədinədə yayda hava maksimum +60, qışda isə minimum + 10 dərəcə olur. Amma səhralarda daha isti olur, yayın qızmar çağında qumun üstünə qoyulan yumurta 5 dəq. ərzində bişir. Ərəblərin xaricilərə münasibətləri normaldır, çünki, bu şəhərin əhalisinin yarısı demək olar ki, xaricidir. “Azərbaycanı burada elə də tanımırlar, deyəndə ki, azəriyəm, bilmirlər. Amma Türkiyənin yaxında olduğunu qeyd edəndə anlayırlar. “Azərbaycanın nəyini yaşadığınız ölkənin hansısa bir şeyinə dəyişməzsiniz?” sualına gəldikdə isə, söhbət Mədinədən gedirsə, bu suala cavab verə bilmərəm. Çünki, Mədinə mənim üçün nemətdir, buradakı təkcə peyğəmbər məscidini heç yerə dəyişmərəm. Buranın hər şeyinə öyrəşmişəm. Amma yenə də doğmalarıma həsrətəm. Darıxanda anama zəng edirəm.
SEVGI-ALEMI-İsrail,Tel-Əviv
Ailəlidir, iki oğlu var. Evdar xanımdır. İyirmi ildir ki, İsrailin Tel-Əviv şəhərində yaşayır. Qadın.net saytını bacısı vasitəsi ilə tapıb. İsrail haqqında çox elə yaxşı danışmır. “Buranın yeməklərini bəyənmirəm, yeməmişəm də.Satışda demək olar ki, hər şey var. Amma bazarlarında zoğal tapılmır. İsrail cavanların hörmətsizliyinə öyrəşə bilmirəm. Vətənimə, doğmalarıma, bayramlara həsrət qalmışam. Burada bayram olanda maraqsız keçir, heç bilinmir bayramdır. Heç kim evindən çölə çixmır, o qədər yorğun olurlar ki, bayramlardan istifadə edib istirahət edirlər. Çox vaxt gün çıxır, isti olur, qışda az-maz yağış yağır. Mən buralarda hələ qar deyilən şey görməmişəm. Heç vaxt qar yağmayıb, təbiət deyilən şey yoxdur burda. Süni otları gətirib yapışdırırlar yerə. Soruşanda haralısan, deyirəm Azərbaycanlı. Deyirlər hansı dildə danışırsınız, başa salıram ki, azəri dilində. Bəziləri deyir türk dilinə çox yaxındır, onlara maraqlı gəlir. Biz azəricə danışanda bəzilərinin xoşuna gəlir, bəziləri isə əsəbiləşirlər, deyirlər o dildə danışmayın. Biz isə danışmağa davam edirik. Azərbaycanın heç nəyini buranın hər hansı bir şeyinə dəyişmərəm .Vətənim üçün darıxanda azəri musiqilərinə qulaq asıram, azəri kanallarina baxıram. Özümü belə toxdadıram, amma elə vaxt olur ki, heç onlar da kömək etmir. Burada azərilər çoxdur, darıxanda onlarla gəzməyə çıxıram, belə başımızı qatırıq.”
LADY-ANGEL-Rusiya,Xanti-Mansiniski
Adı Gülaydır, ailəlidir, bir oğlu var. Rusiyanın Xanti-Mansiniski şəhərində yaşayır. Qadın.net saytını uşaq baxımı ilə əlaqədar axtarış edərkən tapıb. “Bura gözəl şəhərdir, insanları da çox mehribandır. Böyüyə-kiçiyə, ən əsası da hamilə qadınlara və uşaqlı analara daha çox hörmət bəsləyirlər. Xəstəxanalar və doğum evləri çox səliqəli və təmizdir. Böyük və uşaqlar üçün pulsuzdur. Amma bəzi xüsusiyyətləri çox da elə xoşuma gəlmir. Toy şənlikləri aşağı səviyyədə keçir. Bir də, nifrət edirəm bunların əlində pivə görəndə. Kiçiyindən böyüyünə qədər hamı pivə içir, elə bil Coca-Cola içirlər. Bazarlarında isə demək olar ki, hər şey tapılır. Əvvəllər badımcanları xaricdən gətirirdilər, bir dənəsi nə boyda. İndi balacalarinı da tapmaq olur. Rusların heç bir yeməyini sevmirəm, iyrənirəm. Onlar isə ölür bizim yarpaq dolmasından ötrü. Çoxusu məndən reseptini alıb, deyirlər nə dadlıdır. Şəkərburanı görüb peraşki deyirlər. Amma insanları isti qəlbli olsa da, havası isti deyil. Qışda -50 dərəcə şaxta olur. Yayda isə + 28 dərəcə isti olur. +10 dərəcə də isti olsa günəş adamı elə yandırır ki. Bura Sibir olduğundan ekvatordan uzaqdadır deyə, Günəş Yer kürəsinə çox yaxındır. Buradakı ruslar azərilərə hörmət göstərirlər, çoxusu yerlibazlıq etmir. Amma yenə də darixıram vətəndən ötrü. Ən gözəl yerə də düşsəm, yenə Azərbaycanı istəyirəm. Darıxanda telefonla, internetlə anamla danışıram.”
GULYAZ - Rusiya, Moskva
Ailəlidir, bir oğlu var. Moskvada yaşayır. Qadın.neti “yandex”də yemək saytları axtararkən tapıb. Deyir bunlarin heç bir adətindən xoşum gəlmir, heyf deyil öz adətimiz, öz ölkəmiz? Bazarlarda göyərti, nanə tapmaq çətindir, amma özbək, qırğız satıcılardan alırıq. Buradakı pomidorun, bibərin dadı öz vətənimizdəki kimi olmur. Orada bişən yeməklərimizlə buradakının dadı eyni olmur. Rusların yeməklərinin heç birisini bəyənmirəm, ancaq öz milli yeməklərimizdən bişirirəm. Burada havanın temperaturu qışda minimum -3, maksimum -15-20 dərəcə olur. Azərbaycanın heç nəyini buraya dəyişmərəm. Darıxanda isə xoşuma gələn azəri müğənnilərin mahnılarına qulaq asıram, adlarını çəksəm siyahı uzun olar. Bütün günü internetdə oluram, qadın.netə daxil oluram, türk filmlərinə baxıram. Rusiyaya heç cür öyrəşə bilmirəm, istəyirəm Azərbaycanda olaq, orda işləyək. Bilirəm ki, burada qalmağımız müvəqqətidir, ona görə də dözməyə çalışıram ki, vaxt gələcək biz də vətənimizə dönəcəyik. Adam öz ölkəsində istədiyi kimi rahat gəzə, yaşaya bilir. Başqa ölkədə rahat gəzə bilmirsən, çünki oranın vətəndaşı, orada yaşayan deyilsən, yad millətdənsən.
RUJLU - Türkiyə, Kocaeli İzmit
Qadın.net saytının xaricdə yaşayan bu xanımı türk vətəndaşıdır. Onun fikirləri bir az fərqli olacaq, çünki öz vətəni haqda danışacaq. Adı Nilaydır, ailəlidir, 10 yaşlarında 2 əkiz oğlu var. Kocaeli İzmitdə yaşayır. Bu saytı “google”də axtarış edərkən tapıb. Kiminin boynunda iplə gəzdirdiyi, kiminin qucağında daşıdığı, kiminin xüsusi otaq ayırıb orada saxladığı, kiminin hər gün sadəcə üzünə baxıb tozunu sildiyi, kiminin isə onu geyərsə ayağının kəsilməsi qorxusu ilə yaşadığı “Dünyanın ən bahalı ayaqqabısı” və “Hamiləliyin əlamətləri nələrdir?” adlı xəbərlərin müəllifidir. Öz vətəni haqda qoyun özü danışsın. “Türkiyənin ən çox təbii gözəlliyini, tarixi əsərlərini və türk insanlarının yardımsevənliyini sevirəm. Cəmiyyət olaraq çətin vəziyyətdə olan insanlara yardımçı olmağı sevirik. Sevmədiyim xüsusiyyətləri isə, bəzi şəhərlərdə daha çox əhali artımı var. Bazarlarımızda bir çox tərəvəz-meyvəni tapa bilirik, lakin əksəriyyətinə xarab olmasın deyə dərman vurulur, bundan da məmnun deyiləm. Yemək olaraq mantı və paxlavanı sevirəm. Təbii bunlar mənə kilo olaraq geri qayıdır. Yeməklərimizdən “bəyaz” ı xoşlayıram.Tərkibi un, şəkər, duzdan ibarətdir. Mən dörd mövsümü olan bir şəhərdə yaşayıram. Qışda ən soyuq temperatur -2, yayda isə ən yuxarı + 38 dərəcə olur. Azərbaycan xalqının adət-ənənələrinə olan bağlılığını bəyənirəm, türklərin bu mövzuda olan fikirlərinə dəyişmərəm. Türkiyə getdikcə qloballaşır. Türkiyədə kimdən soruşsanız “Azərbaycan bizim qardaşımızdır” cavabını alacaqsınız.
DZHONİ - Rusiya, Moskva
Ailəlidir, bir övladı var, 3 aylıqdır. Qadın.net saytını qadınlar haqqında "bəzi" şeylər axtararkən tapıb(görəsən nə axtarırmış? ) və bura onun çox xoşuna gəlib. Rusiyanın qayda-qanunları, adətləri haqqında bunları deyir:- “ Rus olmamağımıza baxmayaraq, həkimlər insanlarla yaxşı davranırlar. Bir də buranın uşaqlarına heyranam, çox gözəl tərbiyələri var, onlar üçün hər bir şərait var burda. Moskva təmiz, səliqəli şəhərdir. Bazarlarında nə desəniz var, hər şey tapılır. Amma dadları heç yoxdur. Ən bəyəndiyim yemək tərkibi kartof püresi, pendir, balıqdan ibarətdir, çox dadlıdır. İqlimə gəldikdə isə, bu il ən yuxarı temperatur +28 dərəcə, ən aşağısı isə -6-7 oldu. Biləndə ki, Azərbaycanlıyam, çox yaxşı qarşılayırlar. Əla qonşularım var. Biri yaşlı qadındır, bizim bütün bayramlarımızı bilir. Azərbaycanın heç nəyini dəyişmərəm bura, necə gəlmişəm, elecə də varam. Anama həsrətəm, darıxanda Natavana, Zeynəb Xanlarovaya qulaq asıram. Bir də yoldaşım Azərbaycan qəzetlərini alır, onları oxuyuram."
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR