Əziz xanımlar,xəbərimin ikinci hissəsini sizlərə təqdim edirəm. Bu hissə də digər hiss kimi, maraqlı və gülməlidir.
Buyurun oxuyun
Gülşən29
Bir dəfə kənddə nənəm inək sağırdı. Mən də dayanmışdım nənəmin yanında. Əlimdə də konfet kağızı var idi oynadırdım. Bilmirəm, birdən konfet kağızını inəyə vurdum. İnək necə ürkdüsə bir təpik nənəmə, bir təpik də süd vedrəsinə vurdu. Bütün tövlə süd oldu. Necə qaçdımsa düz 3 saat məni axtardılar. Axırda ağlaya-ağlaya özüm gəldim. Gördüm nənəmin üzü gömgöydü. Qucaqladım, öpdüm. Ay nənə, bağışla birdən oldu dedim. O da qucaqladı,öpdü. Dəli olmuşdular ki, bu uşaq hara gedib. Qonşuya qaçıb, kravatın altında gizlənmişdim.
Nazli Agayeva
Mən evdə tək uşaq olmasam da məni evdə ərköyün böyüdüblər.Qulaq asmazdım. Oğlan kimi dırmaşardım həmşə ağaclara.
Bir gün dəcəllik etdim, anama qulağ asmadım. Evdə lampa xarab oldu. Anam onu dəyişdi və atdı zibil qabına. Mən onu ordan götürdüm. Anam soruşdu "nə edirsən onu, gətir at zibil qabına" dedim yox. "Mən onu atacağam küçəyə maşınlar keçəndə qoy təkərləri partlasın" dedim. Anam dedi olmaz elə ."Başqasına quyu qazan özu düşər"-dedi. Belə də oldu. Sındırdım küçədə, sonra yadımızdan çıxıb qardaşımla oynayanda qardaşım yıxıldı şüşələrin üstünə. Düz gözünün ətrafina batdı. Anam xəbər tutdu. Qardaşımı görən kimi ürəyi getdi. Bu da mənim dəcəlliyim. Allaha şükur ki, yaxşı qurtardı dəcəlliyimin axrı. Bu olub hardasa 12,13 yaşımda.
Ayten
Mən uşaqlıqda bilə-bilə ayaqqabımı tərsinə geyinərdim ki, yıxılım atam məni qaldırsın. Of nə qədər yıxılmışam ki, atam gəlib məni qaldırsın. Xatırladığım yeganə dəcəlliyim və uşaqlıqdan mənə qalan ən xoş anımdı..
MAYA EL
Uşaqlıqda çox dəcəl olmuşam. Buna görə də həmişə zədə almışam. 4-5 yaşımda dəcəlliyimin ucbatından yıxılıb qolumu sındırmışam. Qaçıb evdə gizlənmişəm. Guya ki, heç kim bilməsin. 4-5 saatdan sonra evdə biliblər qolum sınıb. Bir dəfə də qonşumuz quyu qazdıranda, quyunu yumaq uçun dərin çuxur qazırlar. Bax həmin çuxurun içinə düşmüşəm. Dəcəlliyimin ucbatından.
Selvi
İlk öncə sizə təşəkkür edirəm Ayka, məni bu xəbərinizə dəvət etdiniz üçün. Davamlı olsun. Uşaqlığımı çox özləmişəm. Uşaqlığım haqqında çox xatirələrim var. Hamısını bura qeyd eliyə bilmərəm. Bunlardan bir neçəsini sizinlə bölüşəcəm. Uşaqlıqda olduqca dəcəl olmuşam. Ailənin ilk övladı olmuşam. Atam məni hədsiz çox sevirdi. Elə mən də atamı çox istəyirdim. Atam xətrimə dəyməsə belə anam müxtəlif yollarla məni qorxutmağa, sakit qız olmağıma çalışırdı. Buna görə məni qorxutmadığı nəsə, kimsə qalmamışdı. Həkimlərdən, dilənçilərdən, böcəklərdən, arıdan, ham-hamdan, xoxandan və s... Uşaqkən bacımla həyətdə bir ağ rəngdə pişiyimiz vardi. O yazıq pişiyin bığlarını bacımla kəsirdik. Bildiyimiz kimi pişiyin bığları onun iy bilmə qabiliyyətidir. Buna görə anam: "əlini pişiyə vurma dişləyəcək səni”-dediyi andan etibarən əlimi bir daha pişiyə vurmamışam. (Hal-hazırda yalnızca pişiklərələrə qarşı fobiyam var.) Sonra bacımla milçəkləri ayağımızın altına tabletka qoyub, kibrit qutusunun içinə yığıb yandırırdı. Anam necə əsəbləşirdi bizim əlimizdən. Sonra bacımla qış fəsilində həyətdən gizlincə qartopu götürərdik. Bir-birimizin kürəyinin içinə salardıq...Yemək yeməyi heç sevimirdim. Anamın neçə -neçə servisi sınıb mənim yeməyimə görə, əlimə verirdi ki, yeyim, mən də uşaq idim, əlimdən salırdım.Anam yatmayanda biz-bizə deyirdi "həmdullah gələcək, sizi özüylə aparacaq", bacımla tez gözümüzü yumurduq.. Ancaq ən önəmlisi Allahdan qorxutmuşdu, yalan danışmağın günah olduğunu demişdi. Ona görə uşaqkən tez-tez "Allah baba məni daha çox istəməyəcək? Nə olar istəsin? Ana, denən istəsin, bir də yalan danışmayacam" deyirmişəm (Yalanda nə danışırdım, bağçaya getmək istəmirdim, Anama deyirdim ki, müəllimə məni vurur, orda 1 uşaq var mənim saçlarımı dartır. Anam da müəlliməyə demişdi. Hansı uşaq saçımı dartır onu da demişdi. Sonra anam bildi ki, mən bağçaya getmək istəmədiyimdən belə demişəm. Buna görə anama minnətdaram. Allahıma hər an şükür edirəm. Allahıma ibadət edirəm və artıq 12 ildir Namaz qılıram....Allah hamımıza kömək olsun inşallah.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR