-
- Salam, Könül Hüseynova.
Əleykə Salam, Aqat.
- Necəsiniz? Səhv etmirəmsə, saytımızda adınız əvvəl başqa idi.
Bəli, ərəb hərfləri ilə Könül-ürək yazılmışdı, amma əsl adım Könül Hüseynovadır.
- Bildiyim qədərilə saytımızda uzun müddətdir ki, varsınız. Bu illər ərzində saytımızın inkişafı sizi nə dərəcədə qane edib və ümumiyyətlə, dəyişim olubmu sizin nəzərinizdə?
2011-dən bu saytdayam. Bəli dəyişiklik çoxdur. Əlbəttə ki, inkişaf edib. İnkişaf etmişik, həm də çox. Əvvəllər çox az idi xəbərlər bölmələrimizdə, amma zaman keçdikcə bölmələrimizdə artıb, xəbərlərimizdə. Qane edir hələ ki.
- Saytımızdakı hansı bölmə sizə daha doğmadır və ya daha maraqlıdır?
Bölmələrdə ayrı seçkilik etmək istəmirəm, qadınlara aid bütün bölmələr, analıqdan tutmuş şəxsi inkişafa kimi hər biri. Ən əsas şəxsi inkişaf, mətbəx.
- İndi də bir az fərqli mövzulara keçək. Könül xanım üçün ən gözəl hədiyyə nə ola bilər?
Ooo ən gözəl hədiyyə? Azərbaycana köçsəm, bu mənim üçün ən gözəl hədiyyə olar.
- İnşəallah zamanında o da olar. Bu dünyada olmasa da olar, dediyiniz üç şeyin adını deyə bilərsinizmi?
İnşəAllah olar. Üç şeyin adı: var-dövlət, ad-san bu dünyada olmasada olar.
- Var-dövlət, ad-san. Bəs üçüncü?
Üçüncünü tapanda yazaram.

- Digər müsahiblərimə verdiyim bir sualı sizə də vermək istəyirəm. Kitablarla aranız necədir?
Kitablarla aram yaxşıdır, amma kitablarla. Elektron kitablar yox, məhz kitablarla. Yəni kitab oxumağı sevirəm. Sadəcə kitabı əlimə alıb oxuduqda o ürəyimə yatır, internetdən oxuyanda elə bilirəm ki, nəsə çatışmır.
- Hansı tip əsərləri daha çox oxuyursunuz?
Fərq etməz, baxır kitaba.
- Heç özünüzə şübhə ilə yanaşmısınızmı?
Olub, bəli.
- Bəs hansınız qalib gəlib: şübhə yoxsa siz?
Mən. Həm də necə. Yazardım, sadəcə uzun olar deyə yazmıram.
- Sizcə, bu günə qədər həyatınızın axınına nə dərəcədə təsir edə bilibsiniz?
Əslində həyat özü axıb gedir, bizlər sadəcə ona yol açırıq.
- Dost olaraq arzu etdiyiniz xarakterdə birisiniz?
Xeyr. Mən bəzən özümə qapılıram, bəzən isə çox açıq oluram. Belə rəfiqəmin olmasını istəməzdim.
- Bu günəcən sevmədiyiniz bir şeyi etmək məcburiyyətində qalıbsınızmı?
Bəli, olub. Bəzən də insan istəmədiyi şeyləri özü məcbur olub edir, onu məcbur edən olmur.
- Həyat qısadır. O zaman niyə o qədər sevmədiyimiz şeylər edir və etmədiyimiz o qədər şeyi sevirik?
Ona görə sevirik ki, etməmişik. Etsəydik, onun da dadı qaçardı.
- Niyə elə düşünürsünüz? İnsan əldə etdiklərinə qarşı maraqsızmı olur, sizcə? Yəni nə qədər ki, mənim deyil maraqlıdı, mənimdisə artıq maraqdan düşürmü?
Xeyr insan əldə etdiyinə şükür etməlidir, sadəcə nə qədər ki, etməmişik, bizə çox maraqlı qalıb axı o etmədiyimiz şey.
- Uşaq vaxtı sizi ən çox xoşbəxt edən şeylər nə idi?
Uşaqlığın özü xoşbəxtlikdir. Böyüdükcə uşaqlıqda olan cox şeyi itirirsən, xoşbəxtlikdən istər-istəməz uzaqlaşırsan. Uşaq vaxtı çox şeylər adamı xoşbəxt edirdi.
- Biriylə bir kəlimə belə danışmadan həyatınızdakı ən gözəl söhbəti etdiyinizi hiss etdiyiniz an olubmu?
Mənim fikrimcə, bu baxışlarla olan söhbət olar yəqin ki. Yəni dildən öncə baxışlar danışıb. Məndə olmuyufff.
- Belə bir sual: kompüterinizə axırıncı dəfə nə yükləyibsiniz?

Kompüterimə axırıncı dəfə proqram yükləmişəm, çünki xarab olub yazıq kampım. Üstünə çay dağılıb, heç klaviaturası da işləmir düz əməlli.
- Allah ona kömək olsun deyək da onda.
Texnologiyasız ən çox neçə gün rahat dayana bilərsiz?Amin.Köməklikdən kecib artıq.
Çox qala bilirəm
, uzağı 1 həftə
- Sizə görə bir insanın əsla etməməli olduğu şey nədir?
Xəyanət. Bunu heç kim etməməlidir.
- Neçə yaşında olduğunuzu bilməsəniz, özünüzə neçə yaş verərdiniz?
18-20 yaş verərdim.
- Öz yaşınızdan azdırmı 20?
Elə də az deyil.
- Demək, ruhunuz hələ gəncdir.

Bəli, gəncdir ruhum.

- Aidə xanım özünəxas tərzdə cavab vermişdi bu sualıma. Bəs siz nə düşünürsünüz. Freydin üzərində işləyib, amma cavabını tapa bilmədiyi suala siz necə cavab verərsiniz? Qadınlar nə istəyir?

Bu sualı həmişə qadınlara verirlər. Niyə görəsən? Qadınlar sadəcə "Qadın" olduğunu ətrafındakılara başa salmaq istəyir.
- Bəs o "Qadın" olmaq necə olur sizin gözünüzdə?
Qadın həyatda təmiz sevgiyə layiqdir. Amma kişilər belə düşünmür, 99%-i. Qadın həyatın davamçısıdır, qadın incəlik sevir. Həyatda olan gözəl nə varsa, qadın ona layiqdir.
- Könül xanım, deyin görək, heç bir şübhə hiss etmədən yaxşı və pisin hansı olduğunu təyin etmək mümkündürmü?
Bəlkə də, olar. Amma şübhə olacaq. Həyatımızın, fikirlərimizin çox hissəsi şübhələrlə doludur.
- Bunun, sizcə, səbəbi nədədir? Şübhəsiz həyat bəyəm gözəl deyilmi? Şübhələrdən qurtulmaq üçün nələr etmək olar?
Bəlkə də, özümüzdədir, bəlkə də, ətrafımızdadır, bəlkə də, cəmiyyətdədir. Beynimizi format etmək lazımdır şübhələrdən qurtulmaq üçün.
- Könül xanım, bəs sizə saytımızın idarəsi həvalə edilsəydi və hər şey sizin əlinizdə olsaydı, nə kimi dəyişikliklər edərdiniz?
Hamiya verilən sual.
- Bəli, bəli. Hamının fikri maraqlıdır mənim üçün.

Birincisi, saytımız yiyəsinə qismət.
İkincisi, saytda bir istifadəçinin 2-3 hesab açmasına qadağa qoyardım. Radiomuzu işə salardım. Bir də video bölməsi açardım, istifadəçilər maraqlı videolarını orada yerləşdirərdilər. Yəni internetdən götürülmüşləri yox, öz çəkdikləri maraqlı videoları orda yerləşdirmək üçün.- İstifadəçilərimizə demək istədiyiniz nəsə varmı? Əlinizə bax fürsət düşüb, hamıya müraciətlə nəsə demək istəyirsinizmi? smile emoticon
İstifadəçilərimizə demək istədiyim odur ki, saytımızda hər cür məlumat var. Tənbəllik etməyin, oxuyun yararlanın, aktiv olun.
- Sizi çox yormadım ki?

Xeyr, yormadınız.
- Vaxtınızın belə az olduğu bir müddətdə vaxt ayırıb müsahibə verdiyiniz üçün təşəkkür edirəm.

Mən təşəkkür edirəm.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Arda Turanın xanımı xəstəxanalıq olub
Yeni planet kəşf edildi
İranda Azərbaycan bayrağına hörmətsizlik
BVF son proqnozu açıqlayıb
Məsamələri necə təmizləməli?
İti ilə evlənən məşhur model
Bu günün hava proqnozu
Azərbaycanda xəstəliklərə diaqnozun qoyulmasında
Metroda ziyana düşməmək üçün oxuyun!
Çütlük xəstəxana palatasında evləndi-SƏBƏB/FOTO
Azərbaycanda 800 qramlıq körpə doğuldu
Qeyri-adi evlər
Bakıda ilk dəfə
Keçmişdən gələn romantik trend
ABU tələbələrinin bir problemi həll olundu
Muratda Aslıya 30 minlik tətil surprizi
Azərbaycanda Qurban bayramı qeyd olunur
"Oscar"-2019-təqdim olacaq-NAMİZƏDLƏR
Günün qoroskopu: bəzi məsələlərin çözümünü ertələmək olar
Yeməklərdən hazırlanmış sənət
Paşinyanın baş müşaviri Azərbaycanın dinc əhalisinin bilərəkdən vurulduğunu etiraf etdi - VİDEO
Bərdə “Toçka-U” kompleksindən atəşə tutulub - RƏSMİ
Ayaqları gözəlliyinə kölgə saldı - FOTO
Daha bir nəfərin ölümü təsdiqləndi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsi qəlblərdə əbədi yaşayır
Sevgi ruhu canlandırır
Trampa qarşı sui-qəsd təşkil olundu
Kayli Cenner şirkətinin 51%-ni REKORD Məbləğə Satır
2017-nin bahar dəbi
Axtarışda olan şəxs dövlət yaratdı
Münasibətdə ən çox yol verilən xətalar
Payızın trend saç rəngi
Həm güldürən, həm də ağladan filmlər
Daha iki filmdə "Agent-007"ni canlandıracaq
Qara duzun xeyri və zərəri
Yatarkən bunları geyinməyin!
Bu makiyaj səhvlərini etməyin!
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Yer kürəsi həqiqətən düzdür?
Tülkü ilə dovşanın nağılı
Dünyada ən böyük sualtı park inşa olunacaq
Yeniyetməlik yaşında artıq çəki dəhşətli xəstəlik yaradır
Aşiq kişi uşaq kimidir
Kökəlmək istəyən xanımların nəzərinə
Hava haqqında
Yumru üzlər üçün ən yaxşı qısa saç modelləri
2 gün əvvəl ölən aktyorun Covid19-a yoluxduğu ortaya çıxıb
Öyrəşmək tərzi və öyrəşmək problemi
Bu gecə də həyəcan olacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]