Yeni formatda ilk müsabiqəmizin FİNAL həftəsi!
1 sms yaz, 1000 dəqiqə danış!
Müsabiqəmiz adından da göründüyü kimi mobil telefonlar, daha dəqiq qısa mesajlarla, SMS ilə bağlıdır və müsabiqənin ilk həftəsi artıq bitmişdir.
Müsabiqənin keçirilmə vaxtı:
1-ci həftə: 04 - 09 noyabr ( artıq bitmişdir - http://qadin.net/index.php?newsid=34893 )
2-ci həftə: 11 - 16 noyabr ( artıq bitmişdir - http://qadin.net/index.php?newsid=35262 )
3-cü həftə: 18 - 23 noyabr ( artıq bitmişdir - http://qadin.net/index.php?newsid=35598 )
Final: 25 - 30 noyabr
Sonuncu, FİNAL həftəsinin mövzusu: "Fərdi ustalıq" mesajı
İzahat: Artıq bu həftə son, geridə qalan 3 həftənin qalibləri, final həftəsində müsabiqənin əsas hədiyyəsini əldə etmək üçün mübarizə aparırlar. Finalda bu həftə mübarizə aparacaq iştirakçılar, nrnr (lala), Milana.M (Xəyalə Murad) və aysun2013 (AYSUN MEMMEDOVA) adlı istifadəçilərimizdir. Əvvəlcədən qeyd edildiyi kimi Final həftəsində yalnız 1-ci yerin sahibi mükafatlandırılacaq. Hər üç iştirakçıya uğurlar arzulayırıq!
Tapşırıq: Böyük ehtimalla bu adı ilk dəfədir eşidirsiniz. Hətta düşündünüz ki, bəlkə yalnışlıq var )) Xeyr, yalnışlıq yoxdur! Həftənin mövzusu üçün bu ad şərti olaraq seçilmişdir. Çünki, bu dəfə sizə heç bir hazır sms köməklik etməyəcək! Yalnız özünüz düşünərək, bir ismarıcla hər kəsi inandırmalısınız ki, seçim edərkən səs mütləq sizə verilməlidir! Buyurun bizləri inandırın ki, qalib məhz siz olmalısınız!
Final həftəsi olduğu üçün, fikirlərinizi daha aydın şəkildə yazmaq, bizləri tam olaraq inandırmanız vəsiləsi ilə sms simvol sayını bu dəfə 3 dəfəyədək artırdıq ))
Bir sözlə, telefonunuzda 3 SMS-in göndərilməsi üçün balansa sahibsiniz. Yəni, bütün demək istədiklərinizi 480 simvoldan istifadə etməklə, bizlərə yazmalınız...
Son iştirak tarixi: Hazırladığınız sms, mesajları 28.11.2013-cü il, 23:59 tarixindən gec olmayaraq, hesabınıza daxil olarkən istifadə etdiyiniz e-mail ünvanını, adınızı qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz lazımdır.
29.11.2013-cü il tarixində səsvermə başlanacaq və 30.11.2013-cü il tarixində Final həftəsinin qalibi müəyyən ediləcək. Səsvermə şərtləri daha sonra qeyd ediləcəkdir.
Qalibə mükafat: 1-ci yer: 700 dəqiqə danışıq balansı (istənilən mobil operator)
Qeyd: 160 simvol məqamına diqqət yetirməyiniz mütləqdir! Bu qaydanı pozan istifadəçilər müsabiqəyə buraxılmayacaq. Bu şərti pozmamaq üçün ilk öncə sms-i telefonunuzda yazıb hazırlaya bilərsiniz.
Qalib istifadəçilərin mobil telefon nömrələrinə yalnız Azərbaycan Respublikası ərazisində xidmət göstərən mobil operatorların danışıq kartları yüklənir.
Bütün operatorlar üçün 1 dəqiqənin qiyməti simvolik olaraq 0.05 AZN dəyərində qiymətləndirilir.
Digər ölkələrdən müsabiqəyə qoşulmuş və qalib olmuş istifadəçilərin mükafatları yalnız öz şəxsi istifadəçi hesablarına müvafiq QN xalları ilə əvəz edilərək yüklənilir.
28.11.2013 - 21:00 - S Ə S V E R M Ə
1. Səsvermə 28.11.2013 - 21:00 etibarı ilə başlayır və 29.11.2013 - 23:59 tarixinədək davam edir. Ekranın(saytın) sağ tərəfində görmüş olduğunuz "Sorğu" bölməsinin köməkliyi ilə seçmiş olduğunuz "SMS nömrəsinə" səs verə bilərsiniz. (Finalçılar əvvəlcədən məlu olduğu üçün hər üç iştirakçı öz final tapşırığını təqdim etdiyindən səsverməyə başalanılmışdır!)
2. Səsvermədə yalnız qeydiyyatlı istifadəçilərin iştirak hüququ var.
3. "Özü özünə" səs vermiş istifadəçilərin səsləri etibarsız sayılır.
4. Səsvermə zamanı 01.10.2013-cü il tarixindən sonra qeydiyyatdan keçmiş şəxslərin səsləri etibarsızdır!
5. İştirakçı nömrəsinin ona məxsus olduğunu bəlli edən iştirakçının nəticələri ləğv edilir!
6. Kütləvi halda saxta səslərin toplanmasına cəhd göstərən iştirakçının səsləri ləğv edilir!
1 |
"Ey qəlbinə iman girmədiyi halda, dili ilə iman gətirdim deyənlər! Müsəlmanların qeybətini etməyin! Onların gizli işlərini açmayın! Kim onların gizli işlərinin dalınca düşərsə, Allah da onların gizli işlərinin dalınca düşər. Allah kimin gizli işinin dalınca düşərsə, harada olursa olsun, hətda evində olsa onun sirlərini açar". Əziz xanımlar, burda sizinlə bərabər olmaq çox xoşdur... |
2 |
Qadın-Anadır. Atdığı hər addımı sevgidir, məhəbbətdir. Qadın-həyat yoldaşı-hüzurdur, səadətdir. Qadın-övladdır. Gözümüzün nurudur, məhəbbət nübarıdır. Qadın-oxunmamış kitabdır. Hər səhifəsi möcüzə, hər başlığı həyəcan. Oxuduqca sehirli aləmin qonağısan, oxumazsan ömürlük qaranlıqda qalarsan. Qadın-bizik, güc-bizik, səbr, dözüm, iradə hamsı bizdə cəmləşib. Burda məğlub axtarma üçümüz də qalibik. Axı biz də-Qadınıq! |
3 |
Allahın xöşbəxt quluyam. Mənə səbr etməyi, insanları sevməyi, qəlb qırmamaqı, şükür etməyi öyrədib. İnşallah haqqı olan qazanar! |
Müsabiqənin son, final həftəsinin nəticələri
"SMS" mövzusunda keçirilən müsabiqə sona çatdı. Keçirilmiş səsvermədən sonra əldə edilmiş nəticələri sizlərə təqdim edirik:
1-ci SMS - 15 səs - 14 keçərli, 1 keçərsiz
2-ci SMS - 38 səs - 34 keçərli, 4 keçərsiz
3-cü SMS - 13 səs - 12 keçərli, 1 keçərsiz
Nəticələrə əsasən müsabiqənin qalibi:
Milana. M (Xəyalə Murad)
Qaydalara əsasən son həftədə yalnız bir qalib, mükafatçı olacaqdı. Digər 2-ci, 3-cü yerin sahibləri isə bu son, final həftəsində qalib olmaq üçün mübarizə aparırdılar. Müsabiqənin bütün həftələrində iştirak etmiş hər bir kəsə sonsuz təşəkkürlərimizi bildiririk.
Müsabiqənin qalibindən xahiş olunur, 03.12.2013-cü il tarixinədək [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlasınılar.
Növbəti müsabiqələrdə görüşənədək...
XƏBƏR LENTİ
Bir gündə 4,3 milyard dollar itirdi
Həftədə 5 kq arıqlamaq üçün pəhriz
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
Facebook hesabınızı bağlayın
Bu şəxslərə koronavirus peyvəndi vuruldu: “İynə yerində...” - VİDEO
Azərbaycanda daha bir rüsum
Temperatur 40 dərəcəyə çatacaq
"Dünyanın Ən Gözəl Üzü"adının sahibi-FOTO
İlham Əliyev Azərbaycan ictimaiyyətini mübarizəyə çağırır!
Avropaya çatdıq?
Kiyevdə Müstəqillik meydanına 4 min adam aksiya keçirir
Heç indiyə qədər çayın axınına diqqət etmisiniz?
Bütün ölkədə telefon və İnternet kəsildi
"Santa Run" başladı-Hər kəs küçələrdə-FOTO
Nəhəngliyi ilə seçilən 10 gəmi
Bu da Mitsubishi Lancer Evolution X
Bu gün “Son zəng”dir
Yol polisi xəbərdarlıq etdi
Gözəllik üçün maskalar
ÜST: “Koronavirusun müalicəsində parasetamoldan istifadə edin”
Azərbaycanın tanınmış dirijoru vəfat edib
Dünyanın ən güclü parataekvandoçusu at belində Novruzun rəmzi obrazında
Neslihandan Kadirə SURPRİZ
Ekspert rəyi: Pulu haraya yatırmaq sərfəlidir?
Qışda gözlər də üşüyür
Üzdəki məsamələri təmizləyən bal
Tatlısəs Hiltonu Bodruma dəvət etdi
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Kağız kabab ( foto resept)
Övladları Əliyar Əliyevin məzarını ziyarət etdilər
300 illik gəlinlik
Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı
Fotoçərçivələr
Çayla qəhvə içənlər, yetməz!
Ermənistandan antirekord
“Tvitter”dəki bu profillər silinəcək
Azərbaycanda bayram namazının vaxtı açıqlandı
Özünüzü günahlandırmayın!
Çiplərlə bağlı TƏBİB rəsmisindən - Açıqlama
Əlillərə avtomobillər paylandıgh
2018-in trend çantaları
Valideynlərə dəyərli məsləhətlər
İraq İŞİD-ə qarşı ilkə imza atdı
Yer kürəsi üçün TƏHLÜKƏ - Nəhəng asteroid yaxınlaşır
Niyə təkcə Rusiya səfiri döyüş bölgəsinə getdi?
Qorxulu meşədən
Göbələkli-hinduşkalı keks (foto resept)
Şokolad sevənlər bu xəbəri mütləq oxusun
Trend: Toxunma donlar
Canlı yayımda dünyanın ən zəhərli ilanı sancdı - VİDEO
- ŞƏRHLƏR