“Farenheytlə 451 dərəcə”, Rey Bredberi
Bredberi kitabların yandırılma metaforunu o qədər aktual təsvir edib ki, kitabın başlığını belə adlandırıb. 451 dərəcə–kağızı yandıran temperaturdur.
Cəmiyyətdə kitablar qadağan olunur və yanğınsöndürənlər aşkarladıqları hər mətni yandırır. Lakin oxumağı interaktiv TV əvəz edir. İnsanlar təbiətlə, mədəniyyətlə və bir-birilərilə əlaqəni itirir. Sadə yanğınsöndürən Qay Monteq cəmiyyətdən təcrid edilmiş bir qızla tanış olur. Onun təcridinin səbəbi isə təbiətlə maraqlanması və öz hissləri haqqında danışmaq istəyidir.
Qay öz evinə bir neçə yandırılmamış kitab gətirir. Həyat yoldaşı onu satır. O gizlənir və bilikləri qorumaq üçün gizli hərəkata qoşulur. Romanın sonunda 1960-cı illərin fantastikasına xas olan ümid yaranır, müəllif müqavimətin zəruriliyinə və nəticə verəcəyinə inanır. Yəqin ki, bundan öncə belə parlaq və optimist anti-utopiya nümunəsi yaradılmayıb.
“Qərb cəbhəsində yenilik yoxdur”, Erik Mariya Remark
O, cəbhə bölgəsində sakitçilik zamanı, 1918-ci ilin oktyabrında öldürülmüşdü. Hərbi hesabat yalnız bir cümlədən ibarət idi: “Qərb cəbhəsində yenilik yoxdur”. Rəsmi mənbələrdə dəyişiklik olmadığı halda hər gün minlərlə insan ölməyə davam edirdi. Ön cəbhədə sükunət davam edirdi, sonra kimyəvi hücum, daha sonra döyüş, qısa məzuniyyət və yenidən ön cəhhə. Sipərlərin hər iki tərəfində partlayış nəticəsində şikəst olmuş və səpələnmiş cəsədlər.
Remark müharibənin qəhrəmanlıq pafosunun görüntüsünü qırmış ilk yazıçıdır. Yazıçının dürüstlüyü və səmimiyyəti yalnız III Reixi qorxutmamışdı. Adı çəkilən kitab 1929-cu ildə ABŞ-da qadağan olunmuşdu.
“Gözəl yeni dünya”, Oldos Xaksli
Əsərdə Qərb cəmiyyətinin real xüsusiyyətlərinin istehlak məntiqi sərt satira ilə dilə gətirilib. Cəmiyyətin gələcəkdəki məqsədi mümkün qədər çox istehlak etməkdir. Bu dünyanın Allahı Ford istehlak sivilizasiyanın rəmzidir. İnsanlar sınaq borularında doğulurlar və onlar doğuşdan əvvəl sıralanırlar. Onların əqli inkişafını dayandırmaq və iyerarxiya siniflərinin dəstəyi üçün sınaq borularına müxtəlif miqdarda spirt əlavə olunur. Personajlar özlərini ifadə etmək üçün onlara təklif olunmuş ifadələrdən istifadə edir. Onlar düşünməyə öyrəşməyiblər. Kədər heç bir əks-təsiri olmayan narkotika sayəsində məhv edilir. Xoşbəxtlik cəmiyyətin stabilliyini qorumaq üçün lazımdır. Ona görə də bütün emosiyalar ciddi ölçülərdədir. Sevgi yoxdur, ailə münasibətləri məhv edilib. Məgər bu hürküdücü mənzərə XXI əsrdə daha da real görünmür?
“Bülbülü öldürmək”, Harper Li
“Eynəkli” ləqəbli qızın dünyası atasının ağ dərili qıza təcavüzdə təqsirləndirilən qara dərili işçinin vəkili olmasından sonra dağılır. Vəkilin mükəmməl müdafiəsinə baxmayaraq zənci həbsxanadan qaçışı zamanı həlak olur. “Bülbülü öldürmək” (1960) Amerika cəmiyyətində irqçiliklə bağlı problemləri qabardan ən birinci romandır. Kitabda müəllimə Hitler tərəfindən yəhudilərin təqib edilməsini pisləyir, lakin o da zənciləri “ikinci dərəcəli” insan hesab edir. Atası silah verilən “Eynəkli”-nin qardaşına deyir ki, bülbülü öldürmək böyük günahdır, çünki o zərərsizdir. Əsər real hadisələr əsasında yazılmış anti-irqçi romandır. Harper Li cənubda yerləşən şəhərcikdə böyüyüb, orada bütün vəhşilikləri öz gözləri ilə görüb.
“Nə etməli?”, Nikolay Çernışevskiy
Kitab “Vaxt keçdikcə insanlar ləyaqətli olacaq. Onda hər şey yaxşı olacaq” inancı ilə yazılıb. Baş rolda Vera Pavlovna durğun patriarxal həyatdan imtina edib. O, kimi sevəcəyinə, evi necə idarə edəcəyinə özü qərar verir və ürəyincə olan məşğuliyyəti seçir. Təbii ki, belə bir hekayə mənəviyyata birbaşa çağırış idi. Mətndə daha çox Veranın məhşur “yuxuları” gələcək cəmiyyətin ədalətli olmaq fantaziyası yer alır.
Ardı var...
XƏBƏR LENTİ
Dünyanın ilk sərnişin dronu
Süd sudan ucuzdur
Çinin nağıllar aləmi
Lobyalı soğanlı salat (foto resept)
Son zamanların ən populyar oyuncağı - Stress çarxı
"Elmin ekologiyası" Adlı Seminar Keçirildi!-FOTO
Alimlərdən şok xəbərdarlıq: Yeri böyük təhlükə gözləyir - FOTO
Leyla Əliyevadan növbəti xeyirxah addım - FOTO
ETİRAFLAR:"Kimdən əskiyəm?!"
Teymur Rəcəbov: "Dünya Kubokunda zəif rəqib yoxdur"
İnsanın öləcəyi tarixi qol saatları göstərəcək
Ermənilərin Bakıda döyüşəcəkləri tarix açıqlandı
Yayın "qış" xəstəlikləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
100 milyon illik yırtıcı tarakan tapıldı
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
Hollivud ulduzu həbs olundu-SƏBƏB
Həcc ziyarəti ilə bağlı xəbərdarlıq - 6 ayadək həbs cəzası gözlənilir
Kişilər niyə xəyanət edirlər?
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Azərbaycanda yanacağın qiyməti yenidən qalxacaq?
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Qurban Bayramınız Mübarək!
Beş ayda 11 mindən çox insan iş tapıb
Evdə toz hissəcikləri və allergiyadan qorunma üsulları
Qulaq ağrısı necə keçər?
Ajda Pekkan 46 illik FOTO paylaşdı
Günün ulduz falı
Bakıda idmançının qaydasız döyüşdə rinqdə ölməsi ilə bağlı açıqlama
"Ken" 600 min dollar müqabilində "Barbie" oldu- FOTO
Maqnit qasırğası dörd gün davam edəcək
- Akula... - Ay can?!..
Məşhurlar qarın əzələlərini hansı idmana borcludur?
Türk aktrisaları içində birinci oldu-FOTO
Biznesmen gecikən işçiləri yarıçılpaq vəziyyətdə qaçırtdı-FOTO
Nazirlər Kabinetindən icbari sığorta ilə bağlı QƏRAR
Universal mütəxəssislik
Bu günün hava praqnozu
Noyabr ayının qeyri-iş günləri məlum oldu
I siniflərə şagirdlərin qəbulu başlayır
Çiyələk görünüşlü sadə salat (foto resept)
Günün qoroskopu: yeni əlaqələrin bünövrəsini qoymaq olar
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Bakıda ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA
Parada hazırlıqla əlaqədar bu yollar bağlanacaq
Payız tətili başladı
Ayaqlara zərər verən yaz ayaqqabıları
Şəngülüm, Şüngülüm, Məngülüm
- ŞƏRHLƏR