“Söz yerini tapar” deyiblər. Bəzi kahinlər özünü gerçəkləşdirən öncəgörmələrdən bəhs ediblər. Bu kahinlərin bir qismi də yazıçılardır və onların ağlına gələnlər, illər sonra bizim başımıza gəlir. Gələcəyi görən romanların dünyasında qısa bir səyahətə nə deyirsiniz ?
Səyahətimizə 1726-cı ildən başlayaq, Conatan Sviftin “Qulliverin səyahəti” kitabından. Kitabdakı qəhrəmanımız nəhənglərin və cırtdanların ölkəsinə gedirdi. Elm adamlarıyla (alimlərlə) dolu Laputa adasına gələndə astronomlar Marsın orbitində fırlanan iki peykdən bəhs edirlər. Ancaq, o illərdə, 1700-cü illərdə Marsın peyki olduğunu bilmirdik. Kitabdan düz 150 il sonra, 1877-ci ildə doğurdan da iki peykin olduğunun fərqinə vardıq: Fobos və Deymos.
Meri Şelli 1818-ci ildə “Frankenşteyn”i yazanda dünyada hələ orqan köçürülmələri edilmirdi. Hərçənd 5 il sonra 1823cü ildə Almaniyada ilk toxuma köçürülməsi edildi, amma, gerçək bir köçürülmə üçün insanlıq hələ yüz il gözləməli idi. Hamımızın bildiyi kimi ölü bir bədənin həyata dönməsi hələ də mümkün deyil.
Gələcəyi görməyi ilə ən məşhur olan yazar Jül Verndir. “Aya səyahət” kitabını 1865-ci ildə yazdı və kitabda bəhs etdiyi ay modulunu ancaq yüz ildən daha uzun bir zaman sonra 1969-cu ildəki “Apollon 11”in missiyası zamanı görə edə bildik. Eyni kitabda adı çəkilən foton yelkənləri NASA tərəfindən 1970-ci illərdə Halley quyruqlu ulduzunu araşdırmaq üçün proqramlandı, fəqət həmin vaxt bunu düzəltmək üçün uyğun maddə tapılmadığından proqram həyata keçmədi. İlk uğurlu istifadəsi isə 2010-cu illərdə gerçəkləşə bildi.
“İyirmi min lye su altında “ nəşr edildikdən 90 il sonra ilk elektrikli dəniz altı gəmilər kəşf edildi.
1889-cu ildə nəşr edilən kitabında isə düz min il sonradan, yəni 2889-cu ildən danışır. Düzdü bu kitabı özünün deyil oğlunun yazdığını deyənlər də var, ancaq hər nə olursa olsun, bu qısa hekayədə nə qədər çox yeni konsepsiya və kəşf var – transformatorlar, akumlyatorlar, hündür reklam lövhələri, pul transferləri, sensorlu işıqlandırma sistemləri. Hekayədəki qəhrəmanımız “fon telepod” adlı bir cihazla xanımı ilə görüntülü danışır. Yəni Jül Vern yüz ildən də çox bir zaman öncə bildiyimiz Skaypı yazıb. Kitabda olan və hələ də edilməmiş bir kəşf daha var. O da insanları sürətlə geyindirən mexanik bir geydiricidi. Buna bənzər bir şeyi “Gələcəyə dönüş” filmində görmüşük.
Ödəmə kartları meydana çıxmamışdan 63 il əvvəl 1882-ci ildə Edvard Bellami “Gələcəyə baxış” adlı utopik romanını nəşr etdirdi. Bu romanın qəhrəmanı 1888-də yuxuya gedir və 113 il sonra 2000-ci ildə gözünü açır. Bəs nə görür bilirsiniz ? İnsanların alver edərkən pul yerinə bir kart istifadə etdiklərini görür. Çox maraqlıdır deyilmi ?
2260-cı ili, 1911-ci ildə yazdığı kitabında təsvir edən Huqo Görsbek səsli filmləri, televizorları və kosmosa səyahəti uğurla təxmin etmişdi. Eyni zamanda kitabda təsvir edilən radarları 1935-də, günəş enerjisini isə 1978-də istifadə etməyə başlamışıq.
Yaxınlaşanda öz-özünə açılan qapılara artıq çoxdan öyrəşmişik. Bax bu hərəkət sensorlu qapı fikri ilk dəfə 1899-cu ildə yazılıb. Bunu yazan H.G. Vells üçün bir cür “müharibə futuristi” də demək olar. “The Land İronclads” kitabında tanklardan, “The World Set Free” kitabında isə nüvə silahlarından bəhs edirdi. 1945-ci ildəki ilk istifadəsindən 31 il əvvəl atom bombasından yazdı.
İnsan bunları eşidəndə, görəndə istər istəməz düşünür ki, - olacaq şeyləri öncədən görüb yazırlar, yoxsa onların yazdıqlarından alınan ilhamla insanlar bu kəşfləri edirlər? Yəni – “toyuq yumurtadan çıxıb, ya yumurta toyuqdan” məsəli. Kaş ki, atom bombasını, nüvə silahlarını, tankları yazan Vels “xeyir danış xeyir olsun” sözünü eşitmiş olaydı.
“Cəsur yeni dünya” kitabını yazan Oldos Hakslinin təsvir etdiyi və içəndə insanların əhvalını dəyişən dərmanlar, o yazandan 18 il sonra həyatımıza girdi. Genetik mühəndisliklə əlaqəli yazdıqları 1972-ci ildə DNT-yə etdiyimiz ilk müdaxilədən sonra gerçəkləşdi.
Corc Oruelin “1984”də söz etdiyi senzura, propaqanda kimi şeyləri görə bilmək üçün gələcəyi gözləmək lazım deyil. Bunlar hər dövrdə rahatlıqla görə bildiyimiz şeylərdi. Ancaq hər şeyi görə bilən bir “böyük qardaşın” gerçəkdə var olduğunu 2013- cü ildə Edvard Snoudenin MTA sənədlərini sızdırması ilə anlamış olduq.
Qulaq içinə keçə bilən qulaqcıqları ilk dəfə “Apple” düşünməyib. 1953-cü ildə “Faranheyt 451” adlı romanında onlar haqqında Rey Bredberi yazıb. iPad-i də ilk dəfə “Apple” düşünməyib. Artur Klarkın 1968-ci ildə yazdığı elmi fantastik romanı “2001 kosmos macərası” kitabında insanların qəzet və jurnal oxuya bildikləri “nyuzped” adlı bir cihaz var idi. Romanla eyni addı daşıyan və Kubrik tərəfindən çəkilən filmdə də bu planşet cihazları görə bilərsiniz. Hətta filmdə gördüyümüz sirrli bir şeyin, yəni bir növ planşetlərin ölçüləri xeyli böyükdür. Ümid edirik ki, bu sonuncunu “Apple” görməyib, yoxsa yaxın illərdə “iPad Mega” adlı yeni bir məhsulla da tanış ola bilərik.
2013-cü ildə icad edilən ilk bionik ayaq haqqında 41 il əvvəl yazıçı Martin Keyden “Sayborq” adlı bir roman yazdı. Bu romandakı keçmiş kosmonavt olan qəhrəmanımız bir təyyarə qəzasından sonra qollarını, ayaqlarını və bir gözünü itirir. Elm adamları ona robot ayaqlar, qollar və taxıb çıxarıla bilən kamera şəklində bir gözlə onu yarı insan yarı maşına, yəni bir sayborga ( yarı insan yarı robot) çevirirlər. Yaxın gələcəkdə bu romandan yenə bir çox şeylər görə bilərik.
Həyat sənəti təqlid edir, yoxsa sənət həyatı bunu bilmirəm. Amma bildiyim bir şey var:
- İnsanın zehni, xəyal gücü bütün kainatı əhatə edib onu içinə ala biləcək qədər geniş və böyükdür. Bu mövzuda hələ çox şeylər deyiləcək, çox şeylər yazılacaq. Bəlkə də sən yazacaqsan. Yeni Jül Vern kim olacaq onu da bilmirəm. Gələcək haqqında uydurub danışarkən söylədiklərimizin bir gün gerçəyə çevrilə biləcəyini unutmamaq lazımdı. Unutmayın, söz həyata keçər.
Gələcəyi öncədən görən romanlar sadəcə sayılanlardan ibarət deyil.Sizin bildiyiniz başqa romanlar olduğundan da əminəm. Onda niyə bunları şərhlərdə yazmırsınız ?
Barış Özcan
Tərcümə etdi - Arzu Memmedova
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ