Gənc bir qız haqqında
– Kişini fəth etmək…-qız mənə deyir,-Lakin qadın fəth üçün yaranmayıb. Qadın passiv varlıqdır. O, zərif etiraflar gözləyir… Ya da qəlbə toxunan sözlər. Təşəbbüs ondan gəlməli deyil ki.
– Siz gerçəkliyi deyil, görüntünü təsvir edirsiniz,-mən ona etiraz edirəm,-Bernard Şou artıq çoxdan yazıb ki, əgər qadın zərif etiraflar gözləyirsə də, bunu hörümçəyin milçəyi gözləməsi kimi gözləyir.
– Hörümçək tor toxuyur,-qız cavab verir,-bəs sizcə, zavallı qız neyləməlidir? Qız ya onun xoşuna gəlir, ya da gəlmir. Əgər qız onun xoşuna gəlmirsə, onun aciz iztirabları kişinin hisslərini dəyişmək iqtidarında deyil. Düşünürəm ki, qız bununla öz istəyinin əksinə nail olacaq: heç bir şey gənc oğlanı laqeyd yanaşdığı qızın iddiası qədər qıcıqlandırmır. Özünü zorla sırıyan və birinci addımı özü atan
qadın kişinin sevgisini yox, nifrətini əldə etmiş olar.
– Bu, onda düzgün ola bilərdi ki,-mən dedim,-qadın səriştəsiz hərəkət etsin və təşəbbüsün onun tərəfindən edildiyi heç bir şübhə doğurmasın, amma məharət elə ondan ibarətdir ki, ilk addımı nəzərə çarpmadan edəsən. "Qız salxım söyüdlərin kölgəsi altında qaçır, amma həm də istəyir ki, onu görsünlər…" Geri çəkilərək rəqibi şirnikdirmək-təcrübədən keçirilmiş qədim hərbi biclik. Bu hiylə qızların da, əsgərlərin də çox karına gəlib.
– Bu, həqiqətən də, hiylənin sınaqdan keçirilməsidir,-qız razılaşır,-amma əgər rəqibin məni təqib etməyə zərrəcə həvəsi yoxdursa, onda bu qaçışın heç bir nəticəsi olmayacaq. Mən salxım söyüdlərin kölgəsi altında eləcə tənha qalacağam.
– Bax, elə bu yerdəcə siz qadınlar kişidə sizi təqib etməsi üçün həvəs yaratmalısınız. Bundan ötrü bütöv bir taktika işlənib hazırlanmışdır və bu taktika sizə məndən daha yaxşı tanışdır. Kişinin bəzi hərəkətlərinə icazə vermək, özünü bicliyə qoymaq lazımdır ki, guya o, sizi bərk maraqlandırır; sonra gözlənilmədən "hər şeyi qırmaq" və ona dünənəcən tam özününkü bildiyi şeyləri qəti şəkildə qadağan etmək. Təzadlı qəlb çox kəskin silkələnmədir, amma bunun altında sevgi də, həvəs də acıxəmrə kimi aşıb-daşır.
– Sizə dildə demək asandır,-qız etiraz edir,-ancaq belə bir taktika bir neçə şeyi nəzərdə tutur: birincisi, niyyəti icraya gətirib çıxaran soyuqqanlılıq (amma səsi səni titrəməyə məcbur edən adamı imtahana necə çəkəsən?), ikincisi, çox zəruridir ki, sınaqdan keçirilən kişi artıq bizə diqqət göstərməyə başlasın. Əks halda nə qədər yumağı açıb-töksən də, pişik onlarla oynamaqdan imtina edəcək.
– Dünyasında inanmaram ki,-mən ona deyirəm,-gənc və qəşəng qız kişinin diqqətini özünə yönəltmək iqtidarında olmasın; başlanğıc üçün kişinin özü barəsində danışmaq kifayətdir. Güclü cinsin əksər nümayəndələri öz ixtisasları ilə qürrələnirlər. Onların həm öz barələrindəki, həm də peşələri haqqındakı naqqallıqlarını təmkinlə dinləyin-bu, tamamilə kifayətdir ki, onlar sizi ağıllı hesab eləsinlər və sizinlə yenidən görüşməyə həvəsli olsunlar.
– Deməli, darıxmağı da bacarmaq lazımdır?
– Bəs necə?-mən təsdiqləyirəm,-Bu, özlüyündə aydındır. Söhbət kişidən, ya qadından, sevgidən, ya siyasətdən getsin, fərqi yoxdur, bu dünyada həm də darıxmağı bacaran uğur qazanır.
– Elədə mən uğursuzluğa üstünlük verirəm,-mənim müsahibim cavab verir.
– Elə mən də,-onunla razılaşıram,- və Allah özü şahiddir ki, ən azı, bu məsələdə biz uğur qazanarıq.
Ey mənim qəlbimin yad qadını, bax, dünən cavan bir qızla bizim aramızda belə bir söhbət baş verdi. Çarə nədir?! Siz axı yanımda deyildiniz, amma hər necə olsa, yaşamaq lazımdır axı. Əlvida.
Kişi cinsi haqqında
Dünən mən amerikan qəzetlərinin birində sizi əyləndirə biləcək bir məqalə oxudum. Həmin məqalədə amerikalı bir qız öz bacılarına, qadınlara müraciət edir: "Siz özünüzə ər tapa bilmədiyinizə görə şikayət edirsiniz?-qız məqalədə yazır,-Siz bizim kişilərimizin tamah saldığı Hollivuddakı qarşısıalınmaz gözəlliyə malik olmadığınızdan təəssüflənirsiniz? Siz qapalı həyat tərzi sürür və cəmiyyət arasında
nadir hallarda görünürsünüz? Bir sözlə, sizin, demək olar ki, tanış kişiləriniz yoxdur, aralarında sizin aşiqinizin ola biləcəyi tanışlar isə sizə diqqət yetirmirlər?
Onda icazə verin, sizə mənim özüm üçün çox gərəkli olmuş bir neçə məsləhət verim. Düşünürəm ki, siz də bizim bir çoxumuz kimi balaca bir kottecdə yaşayırsınız; dörd tərəfiniz çəmənlikdir, yaxınlıqda sizinkinə bənzər başqa evlər. Sizinlə qonşuluqda, heç şübhəsiz, bir neçə subay adam da yaşayır.
– Əlbəttə, yaşayır!-siz mənə cavab verəcəksiniz,-Amma onların mənlik bir işləri yoxdur.
– Bax, elə bu yerdəcə mənim birinci məsləhətim kara gələ bilər. Öz evinizin divarına nərdivan söykəyin, nərdivanla evin damına çıxıb orada televiziya antenasını quraşdırmaqla məşğul olun. Bu kifayətdir. Elə həmin saat eynən bal bardağının cəlb elədiyi eşşəkarısı kimi ətrafda yaşayan bütün kişilər gözlərini sizə zilləyəcəklər. Niyə? Çünki kişilər texnikanın dəlisidirlər, həmişə nəsə düzəltmək istəyirlər, çünki hamısı özlərini çox məharətli və bacarıqlı sayır… ən başlıcası isə öz üstünlüklərini qadınlara nümayiş etdirməkdən onlar böyük ləzzət alırlar.
– Belə yox!-onlar sizə deyəcəklər,-Siz bunu necə düzəltməyi bacarmırsınız. İcazə verin, mən düzəldim…
Siz, təbii ki, razılaşırsınız və kişilərin necə işləməsinə heyranlıqla tamaşa edirsiniz. Bu da sizə təzə dostlar, üstəlik də öz məharətlərini göstərməyə imkan yaratdığınız üçün onlar sizə ürəkdən minnətdardırlar.
– Çəmənliyin biçilməsi üçün,-amerikalı qız öz yazısına davam edir,-məndə elektrik mühərriki var, mən onu rahatca işə salıb idarə edə bilirəm, çəmənlik boyunca aşağı-yuxarı hərəkət etdirməyi bacarıram. Nə qədər ki, hər şey öz qaydasıyla davam edir, bircə kişi də gözə görsənmir. Elə ki, qonşularımın mənimlə maraqlanmasını istədim, daha onda bundan asan bir iş ola bilməz: mən mühərriki sıradan çıxarır və özümü elə göstərirəm ki, guya onun niyə işləməməsinin səbəbini cidd-cəhdlə axtarıram. Elə həmin dəqiqə sağ tərəfimdə kəlbətinlə silahlanmış, sol tərəfimdə isə əlində alətlərlə dolu qutu tutmuş kişi peyda olur. Bax,bizim mexaniklər artıq tələyə düşüblər.
Avtostradada da eyni oyundur. Maşını saxlayın, kapotu qaldırın və çaşqın halda mühərrikin üzərinə əyilin. Təriflənmək ölüsü olan o biri eşşəkarıları, öz növbəsində, maşını saxlayacaqlar və sizə öz qiymətli xidmətlərini təklif edəcəklər. Lakin nəzərə alın ki, təkərin dəyişdirilməsi, yaxud şinlərə hava vurulması onlar üçün cəlbedici məşğuliyyət deyil. Bu işlər bic iş olmasa da, zəhmət tələb edən işlərdir
və çox da hörmətə layiq deyil. Dünyanın ağası olan kişilər üçünsə ən başlıcası fağır qadınlar qarşısında öz nəhəngliyini nümayiş etdirməkdir. Yollarda təkbaşına şütüyüb gedən o qədər münasib adaxlılar var ki! Və onlar heç özləri də şübhə etmədən yalnız bir şey arzulayırlar-sizin kimi açıqqəlbli, sadəlövh, təcrübəsiz və onların işinə heyran qalmağa hazır dayanmış bir ömür yolçusu! Kişinin qəlbinə
gedən yol nişan ağacları kimi maşınlarla işarə edilmişdir".
Mən belə düşünürəm ki, söhbət amerikan qızlarından gedərkən bu məsləhətlərin birbaşa faydası var. Lakin həmin tövsiyələri fransızlara tətbiq etsən, bunun eyni dərəcədəmi təsiri olacaq? Əlbəttə ki, yox, amma bizim də öz həssas yerlərimiz var. Öz nitqimizlə və gurultulu ifadələrlə kimisə heyran etmək bizim xoşumuza gələn məşğuliyyətdir. Maliyyəçidən, siyasi xadimdən, alimdən peşəkar məsləhətlər xahiş etmək kişini fəth etməyin ən münasib üsullarından biridir və o da kişi cinsinin məhv edilməsi mümkün olmayan şöhrət düşkünlüyünə hesablanıb. Xizəksürmə dərsləri, üzgüçülük dərsləri idmançı kişilər üçün əla tələdir.
Gete öz vaxtında qeyd etmişdi ki, gənc adamın qızla məşğuliyyətindən cəlbedici bir şey yoxdur: qızın öyrənməkdən, oğlanın isə öyrətməkdən xoşu gəlir. Bu, indiyəcən də belədir. Gənc şagird qızın yumşaq saçlarının onun gənc müəlliminin yanaqlarına toxunduğu latın dilindən tərcümələr zamanı, yaxud fizika fənnindən məsələnin həlli ilə bağlı nə qədər sevgi macəraları baş verib! Sizinçün hansısa fəlsəfi problemi izah etmələrini xahiş etmək, bu izahı dərin düşüncələrə dalaraq dinləmək, başınızı sizə yaraşan xüsusi tərzdə yana əymək və səmimiyyətlə demək ki, bəs hamısını başa düşmüsünüz–bunun qarşısında kim duruş gətirə bilər! Fransada kişinin qəlbinə aparan yol onun ağlından keçir. Mən sizin qəlbinizə gedən yolu tapa biləcəyəmmi? Əlvida.
Fransada sevgi və nikah haqqında
Fransız kişi və qadınlarının sevgi və nikah məsələlərinə baxışlarının necəliyini daha yaxşı anlamaq üçün hər şeydən öncə bizim ölkəmizdə zərif hisslərin tarixini xatırlamaq lazımdır. Burada iki xətti asanlıqla görmək mümkündür.
Birinci güclü xətt yüksək məhəbbətdir. Məhz Fransada orta əsrlərdə ədəbli kurtuaz məhəbbəti yaranmışdır. Qadına təzim göstərmək, onun xoşuna gəlmək həvəsi, qadına nəğmə və şeirlər (trubadurlar) qoşmaq, yaxud qəhrəmanlıqlar, şücaətlər göstərmək (cəngavərlik) o dövrün elit fransız cəmiyyətinin ayrılmaz xüsusiyyətidir. Heç bir ədəbiyyat sevgi və ehtiraslara bu cür məna verməyib. Lakin bu xətlə yanaşı, son dərəcə geniş yayılmış ikinci bir xətt də mövcud idi. Onu Rable təsvir edir. Burada cismani, şəhvani məhəbbət önə çıxır, iri planda çıxış edir. Bu zaman nikah hissiyyat məsələsi deyil, ilk növbədə, yalnız münasib birgəyaşayış forması, uşaqları böyütmək və ikitərəfli maraqlara riayət etmək üsuludur. Molyerdə, misal üçün, ər arvadının bacara bilsə, aldatdığı və imkan düşən kimi özünün də kənarda sevgi macərası axtardığı məzəli bir personajdır.
Balzakın kitablarından göründüyü kimi XIX əsrdə pula böyük məna və əhəmiyyət verən və sərvəti vərəsəlik üzrə ötürən varlı burjuaziyanın hökmranlığı nəticəsində nikah sazişə çevrilmiş oldu. Belə nikahda sevginin sonradan birgəyaşayışın gedişatında yaranması mümkün idi; o, ərlə arvadın qarşılıqlı öhdəlikləri, temperamentlərin uyğunluğu əsasında meydana çıxa bilərdi, lakin bu, zəruri sayılmırdı. Ayıq haqq-hesab əsasında meydana gələn uğurlu nikahlara da rast gəlinirdi-valideynlər və notariuslar cehiz və nikah müqaviləsi barədə cavanlar hələ bir-biri ilə tanış olmazdan qabaq danışırdılar.
Bu gün biz bütün bunları dəyişdirmişik. Artıq özümüz üçün ömür yoldaşı seçərkən bizdə varidat müəyyənedici rol oynamır, belə ki, hazırda işləyən savadlı qadın, yaxud yaxşı ixtisasa malik olan kişi dəyərini qəfildən itirə biləcək hər hansı cehizdən xeyli yüksək qiymətləndirilir. Ali, yüksək məhəbbət də, romantik sevgiyə meyil də-köhnə əsrlərin mirası-artıq öz əvvəlki əzəmətini itirib. Niyə? Əvvəla, o səbəbdən ki, bərabər hüquqlar əldə etmiş qadın kişi üçün artıq əlçatmaz, sirli bir varlıq deyil, sadəcə, yoldaşdır; ikincisi, ona görə ki, indi gənc qızlar sevginin fiziki tərəfləri barədə heç də az şey bilmirlər və sevgi-nikah məsələlərinə ayıq gözlə baxırlar.
Demək olmaz ki, gənc oğlan və qızlar sevgiyə qətiyyən can atmırlar, ancaq onlar bu sevgini möhkəm nikah münasibətlərində axtarırlar. Müasir cavanlar ehtiraslı məhəbbət əsasında yaranan nikaha bir qədər ehtiyatla yanaşırlar, belə ki, ehtirasın uzunömürlü olmadığını bilirlər. Molyerin dövründə izdivac məhəbbətin sonu kimi əlamətdar idi. Bu günsə nikah sevginin başlanğıcıdır. İki nəfərin uğurlu ittifaqı
bu gün həmişə olduğundan daha səmimidir, çünki bu, eyni vaxtda bədənin, ruhun və zəkanın birgə ittifaqıdır. Balzakın dövründə öz arvadına dəlicəsinə aşiq olan ərə gülməli adam kimi baxırdılar. Bu gün pozğunluq və əxlaqsızlıq roman səhifələrində gerçək həyatda olduğundan daha çoxdur. Hazırkı dünya sadə dünya deyil; həyat həm kişidən, həm də qadından hər şeyi tam şəkildə tələb edir, buna görə də getdikcə dostluq telləriylə möhkəmləndirilən, qarşılıqlı meyil və ruhi bağlılığa əsaslanan nikah fransız qızlarına sevgi problemlərinin ən yaxşı həlli kimi görsənir. Əlvida.
Ardı var...
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR