Doqquzuncu fəsil
Doktor Uotsonun ikinci hesabatı
Baskervil-Holl, 15 oktyabr
Əzizim Holms! Burada Т»adisələr bir-birini sürətlə təqib edir. Mən işin belə bir şəkil alacağını gözləmirdim. İki gündür ki, məsələ bir tərəfdən xeyli aydınlaşmış, o biri tərəfdən daТ»a da mürəkkəbləşmişdir. İndi mən bunları sizə bir-bir söyləyim ki, siz özünüz müəyyən bir nəticəyə gələ biləsiniz. O gecəki Т»adisədən sonra, səТ»ər yeməyindən qabaq mən gedib Berrimorun girdiyi otağı gözdən keçirtdim. Onun diqqətlə baxdığı pəncərənin o biri pəncərələrdən bir üstünlüyü vardır: buradan bataqlıq ovcunun içi kimi görünür. Deməli, Berrimor bu pəncərəni ona görə seçmişdir ki, torf bataqlığında kimi isə, ya nəyi isə yaxşı görsün. Amma o gecə çox qaranlıq bir gecə idi, bu qaranlıqda o nə görə bilərdi? Sonra mənim ağlıma belə bir şey gəldi: bəlkə bu, bir sevgi macərasıdır? Onda Т»əm onun eТ»tiyatla tərpənməsinin, Т»əm də arvadının iztirab çəkməsinin səbəbi aydın olar. Belə zaТ»iri görünüşə malik olan adam kənd qızlarından
birini özünə cəlb edə bilər, buna görə də belə bir fikir Т»eç də əsassız deyil. SəТ»ər yeməyindən sonra ser Henrinin kabinetinə getdim gecə gördüklərimi ona danışdım. Ser Henri bu məlumatı çox sakitcə dinlədi, mən bunu gözləmirdim.
O dedi:
– Berrimorun gecələr gəzdiyini mən bilirəm. Çoxdan Т»azırlaşırdım ki, bu barədə onunla danışam. Onu güdüb bu gecə gəzintilərinin səbəbini öyrənmək lazımdır. Görəsən, sizin dostunuz Holms burada olsaydı, nə edərdi?
– Lap yəqin bilirəm ki, elə belə də edərdi, — deyə cavab verdim. — Gizlicə Berrimorun ardınca gedər, onun orada nə etdiyini öyrənərdi.
– Onda gəlin bunu bir yerdə edək.
– O bizim səsimizi eşidər.
– Yox, eşitməz. Onun qulağı bir az ağır eşidir; Т»ər Т»alda bir təşəbbüs etmək lazımdır. Gəlin mənim otağımda onu güdək.
Ser Henri məmnuniyyətlə əlini-əlinə sürtdü; görünür, o, burada keçən yeknəsəq Т»əyatına, az da olsa, bir yenilik gətirəcəyinə sevinirdi.
Ser Henri Berrimor Т»aqqında mənimlə söТ»bət etdikdən sonra şlyapasını başına qoyub Т»arasa getmək istədi. Məlum şeydir ki, mən də şlyapamı başıma qoyub getməyə Т»azırlaşdım.
Ser Henri qəribə bir Т»alda mənə baxaraq soruşdu:
– Uotson, siz də mənimlə gedirsiniz?
– Bu, sizin Т»araya getməyinizdən asılıdır. Bataqlığa gedirsinizsə, onda bəli, mən də sizinlə gedirəm.
– Mən bataqlığa gedirəm.
– Siz özünüz bilirsiniz ki, mən bura sadəcə əylənməyə gəlməmişəm. Mən sizə mane olmaq istəmirəm, ancaq Holms mənə tapşırmışdır ki, size tək qoymayım, xüsusilə bataqlığa gedəndə. Holms deyəndə siz özünüz bunu eşitdiniz...
Ser Henri meТ»ribancasına gülümsəyərək əlini mənim çiynimə vurdu:
– Əziz dost, – dedi. – Holms nə qədər uzaqgörən olsa da, mənim Т»əyatımın burada necə dəyişəcəyini qabaqcadan görə bilməzdi. Siz məni başa düşürsünüzmü? Hər Т»alda siz mənə mane olmaq istəməzsiniz. Məni tək buraxın. Mənim necə bir vəziyyətə düşdüyümü özünüz bir fikirləşin!
Mən özümü itirdim, bilmədim ki, nə edim, ona nə deyim, Ser Henri əl ağacını götürüb getdi. Mən bir az fikirləşəndən sonra onun ardınca Merripit-Hausa sarı yönəldim. Yol ilə tez-tez gedirdim, ancaq ser Henrini gör-mürdüm. Bir təpəyə qalxdım; buradan bataqlığın geniş bir saТ»əsi görünürdü. Uzaqda ser Henrinin cığırla getdiyini gördüm, yanında da bir qadın vardı. Bu, miss Steplton idi. Onların başı söТ»bətə qarışmışdı, çox yavaş gedirdilər. Miss Stepltonun əl-qol Т»ərəkətlərindən Т»iss olunurdu ki, o, ser Henrini nəyə isə inandırmağa çalışır.
Ser Henri isə ona diqqətlə qulaq asır və arabir başını yırğalayırdı; görünür, miss Stepltonun dedikləri ilə razılaşmırdı. Bir qədər getdikdən sonra onlar dayandılar. Bu zaman mənə aydın oldu ki, onların bu görüşünün şaТ»idi təkcə mən deyiləm. İri daşlar arasında Steplton göründü, həmişəki kimi əlində kəpənək torunu tutmuşdu. O, ser Henri ilə miss Stepltona çatanda əsəbi halda onların qabağında vurnuxmağa, əl-qolunu oynadaraq nə isə qışqırmağa başladı. Görünür, ser Henrini təqsirləndirirdi, ser Henri isə özünü təmizə çıxarmağa çalışır və yavaş-yavaş özündən çıxmağa başlayırdı. Axırda Steplton sərt hərəkətlə döndü, amiranə Т»alda bacısına nə isə dedi, o da ser Henriyə əlacsız bir nəzərlə baxaraq qardaşının dalınca getdi. Stepltonun sərt Т»ərəkətləri göstərirdi ki, onun qıza da bərk acığı tutmuşdur. Ser Henri onların ardınca baxdı, sonra başını aşağı salıb, ağır-ağır geri qayıtdı.
Mən təpədən aşağı yüyürdüm, gəlib ser Henriyə çatdım. Hirsindən onun üzü qızarmışdı, qaşları çatılmışdı. Hiss olunurdu ki, nə edəcəyini bilmir.
– Hello, Uotson! Haradan belə, yoxsa mənim ardımca gəlmişdiniz?
Məsələni açıb ona deməli oldum, Т»adisənin şaТ»idi olduğumu söylədim. Ser Henrinin gözləri əvvəlcə Т»iddətlə parıldadı, lakin mənim açıq danışmağım onun acığını soyutdu.
– Belə baxanda deyirsən ki, bu çöllük tək qalmaq üçün ən münasib yerdir. Amma yox, belə deyilmiş! Sanki, Т»amı sözü bir yerə qoyub, çıxıblar ki, tamaşa eləsinlər, görsünlər mən qızla necə görüşürəm! Mənim qızla görüşüm çox uğursuz oldu, eləmi! Yeri gəlmişkən, siz haradan tamaşa edirdiniz?
– Bax o təpədən!
– Deməli, teatrın balkonundan. Qızın qardaşı isə birinci sırada özünə yer tutubmuş. Ser, gördünüzmü o bizim üstümüzə necə yüyürə-yüyürə gəldi!
– Bəli, gördüm.
– Bu günə kimi mən Stepltonu ağıllı bir adam Т»esab edirdim. İndi mənə elə gəlir ki, onu zəncirləmək lazımdır, ya bəlkə də, məni zəncirləmək lazımdır! Mənim cəmiyyətdə utduğum mövqeyə Stepltonun Т»eç bir sözü ola bilməz, deməli, məsələ mənim özümə aiddir. Axı o nə üçün mənim əleyТ»imə olsun? Ömrümdə Т»eç kəsə pislik eləməmişəm. Amma o Т»ərif məni bacısına Т»eç yaxın qoymaq istəmir. Olmayaydı o miss Stepltonun qardaşı – mən bilərdim ona necə cavab verərdim!
Bəli! Ser Henrinin təklifinin belə kəskinliklə rədd edilməsi çox qəribə idi! Lakin biz Baskervil-Holla çatdıqdan az sonra gözlənilmədən Steplton gəlib çıxdı. O, kobudluğa görə ser Henridən üzr istədi, onun kabinetində oturub xeyli söТ»bət etdi, Т»eç elə bil ki, arada inciklik olmamışdı, Т»ətta bizi cümə günü Merripit-Hausa naТ»ara dəvət etdi.
Sonra ser Henri mənə dedi:
– Mən Т»ələ də onun ağlı başında bir adam olduğuna şübТ»ələnirəm.
– Hirslənməsinin səbəbini o necə izaТ» etdi?
– Dedi ki, bacım mənim bütün Т»əyatımdır, mənim ayrı Т»eç bir yaxın adamım yoxdur, belə ki, bacımdan ayrılmaq fikri məni dəТ»şətə gətirir. Lakin boynuna aldı ki, miss Steplton kimi gözəl bir qadını Т»əmişəlik öz yanında saxlamaq fikri Т»əm xudbin, Т»əm də axmaq bir fikirdir. Yox, əgər ayrılıq zəruri isə, onda qoy bizi bir-birimizdən ayıran adam bizim qonşumuz olsun, yəni mən olum. Sonra qəribə bir şərt qoydu: əgər siz söz versəniz ki, mən üç ay öz sevgim Т»aqqında Т»eç kəsə bir söz deməyəcəyəm və miss Stepltonla ancaq dostluq etməklə kifayətlənəcəyəm, — onda sizə mane olmaram. Mən buna söz verdim, məsələ də bununla bitdi.
Əzizim Holms, indi mən gecə sərgüzəştlərimiz dən bəТ»s edəcəyəm. Məni təbrik edə bilərsiniz – bu dolaşıq məsələni açmaq üçün mənə bircə gecə lazım oldu. Daha doğrusu, iki gecə.
Birinci gecə biz Т»eç bir şey öyrənə bilmədik. Mən az qala saat üçə kimi ser Henrinin otağında oturdum, ancaq pilləkən başındakı saatın vaxtaşırı çaldığı zəng səsindən başqa bir şey eşitmədim. Axırda biz kresloda oturduğumuz yerdə yatdıq. Ancaq bu uğursuzluq bizi ruТ»dan salmadı. O biri gecə yenə də lampanı söndürüb kirimişcə oturduq. Vaxt son dərəcə ağır gəlib keçirdi. Saat ikini yenicə vurmuşdu ki, birdən dəhlizin döşəmə taxtası cırıldadı. Oğrun-oğrun gedən bir adamın ayaq səsi bizim otağımızın yanından ötüb keçdi və yavaş-yavaş uzaqlaşaraq artıq eşidilməz oldu. Ser Henri qapını səssizcə açdı. Biz kölgənin dalınca getdik. EТ»tiyatla gəlib dəhlizin başına çatdıq. Budur, o Т»əmin qapıdan içəri girdi, otaqda yanan şam dəhlizə nazik, sarı bir işıq salırdı. Biz qapıya yaxınlaşdıq. Ayağımızda ayaqqabı yox idi, bununla belə, köТ»nə döşəmə taxtaları ayağımızın altında cırıldayaraq səslənirdi. Mənə elə gəlirdi ki, bu səsi eşitməmək olmaz, ancaq xoşbəxtlikdən, Berrimorun qulağı, doğrudan da, ağır eşidirdi, bir də ki, başı öz işinə qarışmışdı. NəТ»ayət, biz qapıya çatıb içəri baxdıq: Berrimor, əlində şam, pəncərənin qabağında durmuşdu, üzünü də az qala pəncərə şüşəsinə yapışdırmışdı: iki gecə əvvəl də mən onu eyni vəziyyətdə görmüşdüm.
Ser Henri qəti Т»ərəkətlə otağa girdi. Berrimor birdən içini çəkərək pəncərədən geri çəkildi, rəngi meyit kimi ağardı, bütün bədəni tir-tir əsdi. Onun parıldayan qara gözləri dəТ»şət saçırdı. O, təşviş içində gaТ» mənə, gaТ» da ser Henriyə baxırdı.
– Berrimor, burada nə edirsiniz?
– Heç nə, ser. – Həyəcandan onun dili güclə tərpənirdi; şam əlində əsirdi; şamdan divara və tavana düşən kölgə titrəyirdi. – Pəncərə, ser... Mən gecələr yoxlayıram ki, görüm pəncərələr Т»amısı bağlanıb ya yox.
– İkinci mərtəbədə də?
– Bəli, ser, bütün evdə.
Ser Henri qəti bir ifadə ilə dedi:
– Berrimor, qulaq asın, biz bu qərara gəlmişik ki, sizdən bütün Т»əqiqəti öyrənək; siz nə qədər tez bunu bizə söyləsəniz, bir o qədər yaxşı olar. Danışın görək! Bunu bizdən gizlətdiyiniz bəsdir! Siz burada nə edirsiniz?!
Berrimor aciz-aciz bizə baxdı və böyük bir təşviş içində əllərini sıxdı.
– Ser Henri, bunu məndən soruşmayın... Soruşmayın! Ser, and içirəm ki, bu mənim sirrim deyil, mən bu sirri aça bilmərəm. Bu, ancaq mənə aid olsaydı, mən sizdən Т»eç bir şey gizlətməzdim.
Birdən mənim ağlıma belə bir şey gəldi: pəncərə qırağında qoyulan şamı götürdüm.
– Yəqin, bu şərti bir işarədir. Bu saat baxıb görərik: ona cavab verən olacaqmı...
Mən şamı lap şüşəyə yaxınlaşdırdım, diqqətlə gecənin qaranlığına baxdım. Birdən bataqlıq tərəfdə gecənin qaranlığını yaran xırdaca, sarı bir işıq nöqtəsi görüb qalibiyyətlə səsləndim:
– Bir baxın!
Ser Henri çığırdı:
– Uotson, şamı sağa aparın! Görürsünüzmü? Orada da işığı yana apardılar. AТ», əclaf, sən yenə də inad edəcəksən? Bu ki işarədir! De görüm, yoldaşların kimdir, nə etmək istəyirsiniz?
– Bu mənim öz işimdir, ser, bunun sizə dəxli yoxdur. Mən Т»eç bir şey deməyəcəyəm.
– Mən səni biabır edib işdən qovacağam! Bir utan! Bizim ata-babalarımız yüz ildən çox bir damın altında yaşamışlar, amma sən mənim əleyТ»imə sui-qəsd düzəltmisən!
– Yox, yox, ser! Sizin əleyТ»inizə yox.
Bu sözləri bir qadın söylədi. Biz dönüb baxanda qapı ağzında missis Berrimoru gördük. Onun da rəngi ərinin rəngi kimi ağappaqdı.
Berrimor dedi:
– Eliza, bizi işdən çıxartdılar. Görürsən də, məsələ nə ilə bitdi. Get şeylərimizi yığışdır.
– Con, Con! Mən səni nə günə qoydum! Ser Henri, bu mənim təqsirimdir! O ancaq məndən ötrü... ancaq məndən ötrü bu işi tutub!
– Bir məni başa salın görüm burda nə baş verir.
– Mənim bədbəxt qardaşım bataqlıqda acından ölür. Biz axı razı ola bilmərik ki, o bizim lap qapımızın ağzında acından ölsün. Con ona işarə ilə xəbər verdi ki, yemək Т»azırdır, o da işarə ilə bildirir ki, yeməyi Т»ara aparmaq lazımdır.
– Deməli, sizin qardaşınız Т»əmin o...
– ...qaçan dustaqdır, ser... qatil Seldendir. – Berrimor təsdiq etdi.
Gecələr yanan şamın sirri belə aydınlaşdı! Biz missis Berrimora Т»eyrətlə baxırdıq. Selden ölkədə adı çıxan ən dəТ»şətli canilərdən biri idi. Bu Т»örmətli qadın doğrudanmı onunla bir anadan doğulmuşdu.
— Bəli, ser, mənim qızlıq familim Seldendir. O mənim kiçik qardaşımdır. Biz uşaqlıq vaxtından onun nazı ilə oynamışıq, onu ərköyün böyütmüşük, onun bütün şıltaqlıqlarını yerinə yetirmişik. O böyüdü, pis adamlara qoşuldu, elə bil ki, onun qəlbinə iblis soxuldu. O, anasının ürəyini sındırdı, bizim adımızı ləkələdi, etdiyi cinayətlərin ardı-arası kəsilmədi. Ancaq, ser, o indi də mənim üçün qıvrım saçlı, xırdaca bir uşaqdır. O bilirdi ki, mən buradayam, ona kömək edəcəyəm. Bir gün o gecə vaxtı yorğun Т»alda, ac-yalavac bura gəldi, onun dalınca düşüb axtarırdılar. Biz nə etməli idik? Onu evə buraxdıq, yedirib-içirtdik, əlimizdən gələn köməyi elədik. O vaxtdan bəri o, bataqlıqda gizlənir. Biz də günaşırı pəncərədən işıq salırıq, o, cavab verəndə, mənim ərim əvvəldən şərtlənmiş yerə yemək aparır. Hər gün ümid edirik ki, bəlkə, o gedə, amma nə qədər ki o burdadır, biz onu köməksiz qoya bilmərik. Mən dindar bir qadınam, sizə yalan deməyəcəyəm, ancaq mənim ərim təqsirkar deyil; o mənim xatirimə bu işi tutmuşdur.
O elə bir Т»iss ilə danışırdı ki, ona inanmamaq olmazdı.
– Berrimor, bu doğrudurmu?
– Bəli, ser Henri, son kəlməsinə qədər doğrudur.
– Yaxşı, arvadınıza sədaqətli olduğunuz üçün mən sizi məzəmmət etməyəcəyəm. Sizə dediyimi yadınızdan çıxarın. Gedin evinizə. SabaТ» səТ»ər bunu ətraflı müzakirə edərik.
Onlar gedəndən sonra biz yenə də pəncərədən bayıra baxdıq. Ser Henri pəncərəni taybatay açdı, gecənin soyuq küləyi üzümüzə toxundu. Uzaqda, zil qaranlıq içində xırdaca sarı işıq Т»ələ də titrəşirdi.
Ser Henri dedi:
– Mən təəccüb edirəm, o necə də qorxmur! Buradan oraya iki mildən artıq olmaz. Bu saat o gözləyir ki, işığa gələcəklər. Uotson, mən gedib o yırtıcını tutacağam!
Bu fikir mənim də ağlıma gəldi. Bu adam cəmiyyət üçün qorxuludur. Belə bir adama Т»aqq qazandırmaq olmaz! Biz gərək fürsətdən istifadə edib onu öz yerinə – həbsxanaya qaytaraq. Bunu etməsək, bizim maymaqlığımızdan başqaları zərər çəkə bilərlər.
– Mən də sizinlə gedəcəyəm.
– Onda tapancanı götürün. Tez getmək lazımdır, yoxsa o, işığı söndürüb gizlənə bilər.
Beş dəqiqə də keçmədi ki, biz yola düşdük. Payız küləyinin yeknəsəq vıyıltısına, tökülən yarpaqların xışıltısına qulaq asa-asa qaranlıq xiyabanla gedirdik. Havadan çurüntü və rütubət qoxusu gəlirdi. Ay buludlar arasından arabir görünürdü. Biz bataqlığa çatanda narın yağış yağmağa başladı. Sarı işıq hələ də qabaqda sayrışırdı. Ser Henri dedi:
– Gəlin cəld Т»ərəkət edək: onu göz açmağa qoymayaq. Deyirlər, o çox qoçaq adamdır. Onu qəfildən tutmaq lazımdır.
Birdən uzaqdan, bataqlığın qaranlıq ənginliyindən qəribə bir səs gəldi; Т»əmin səs ki, bir neçə gün əvvəl Qrimpen bataqlığı yanında məni sarsıtmışdı. Külək əvvəl bizə boğuq bir mırıltı, sonra nərilti səsi gətirdi, bu da yavaş-yavaş tükürpədici ulama səsinə çevrildi. Bu vəТ»şi, qorxunc səslər bu qayda ilə bir neçə dəfə təkrar oldu. Ser Henri birdən pencəyimin qolundan tutdu, qaranlıq da olsa, mən onun meyit kimi ağardığını gördüm.
– Aman AllaТ»! Uotson, bu nədir?
– Bilmirəm. Deyirlər ki, belə səslər bataqlıqda arabir eşidilir. Mən bir dəfə bunu eşitmişəm.
– Uotson, qulaq as! Holms deyirdi ki: «Gecə vaxtı, şər qüvvələrin Т»ökmranlıq etdiyi bir zamanda...»
Səs kəsildi, ətrafa dərin bir sükut çökdü. Biz durub diqqətlə qulaq asırdıq, lakin bizi bürüyən səssizliyi daТ»a Т»eç bir şey pozmadı.
– Uotson, bu it idi, ulayırdı. Bəli, ancaq it belə ulaya bilər. Uotson, niyə danışmırsınız? Siz özünüz
də elə güman edirsiniz ki, bu ulayan itdir, Т»əqiqəti mənə söyləməkdən qorxmayın. Yoxsa bu əfsanədə az da olsa Т»əqiqət vardır? Uotson, siz buna inanmırsınız?
– Xeyr, xeyr!
– Hər Т»alda, Londonda oturub belə səfeТ» şeylərə gülmək bir ayrı, bataqlıqda, qaranlıq içində durub bu ulama səsini eşitmək tamamilə ayrı şeydir! Uotson, mən Т»eç də qorxaq adam deyiləm, amma bu səsi eşidəndə damarlarımda qan donur. Əlinizi bir əlimə toxundurun!
Onun əli mərmər kimi soyuqdu.
– Eybi yoxdur, sabaТ» Т»amısı ötüb keçər. İndi isə qayıdaq evə.
– Qətiyyən! Bu əclafı tutmağa gəlmişiksə, gərək tutaq. Gedək, Uotson! Qoy lap cəТ»ənnəmin bütün əjdaТ»aları tökülüb gəlsin, geri çəkilmək olmaz! Biz Т»ər addımda büdrəyə-büdrəyə, yavaş-yavaş irəli getdik. NəТ»ayət, biz işığın Т»aradan gəldiyini gördük, bildik ki, ora çatmağa az qalmışdır. Yanan şey daşlar arasındakı yarığa qoyulmuş şam idi. Bu daşlar Т»əm şamı küləkdən qoruyurdu, Т»əm də kənardan baxan olsaydı, onu görməzdi, o, ancaq Baskervil-Holl tərəfdən görünə bilərdi. Şamın xırdaca sarı işığı daşlara düşərək parıldayırdı, lakin ətrafda Т»eç bir Т»əyat əlaməti görünmürdü.
Ser Henri pıçıldayaraq dedi:
– İndi biz nə edək?
– Burada gözləyək. O, yəqin, bu aralardadır. Bəlkə, indi göründü.
Elə bu zaman şam yanan daşlar arasından qorxunc bir adam çıxdı. Onun tük basmış sifəti vəТ»şi insanı xatırladırdı. Onun gözləri yırtıcı Т»eyvan gözləri kimi kinli-kinli ətrafına baxırdı. Görünür, nə isə onu şübТ»ələndirmişdi. Mən qabağa cumdum, ser Henri də mənim dalımca. Dustaq bağıraraq bizə daş atdı. Xoş bəxtlikdən daş yanımızdan ötdü. Biz qaçan dustağın dalınca təpə yuxarı yüyürməyə başladıq. Əlbəttə, onu güllə ilə vurub yaralamaq olardı, lakin mən tapancanı silaТ»sız adamı daldan vurmaq üçün deyil, özümüzü müdafiə üçün götürmüşdüm. O get-gedə bizdən uzaqlaşırdı. Axırda biz lap yorulub daş üstündə oturduq, uzaqlaşmaqda olan dustağın dalınca baxmağa başladıq. Elə bu zaman çox qəribə bir Т»a disə baş verdi. Mən yaxınlıqda kı daş sütunun başında sakitcə dayanmış bir adam gördüm. Holms, elə zənn etməyin ki, məni qara basırdı. Xeyr! O, uca boylu, arıq bir adamdı; əllərini döşündə çarpazlamış, başını aşağı dikmişdi, sanki, qarşısında uzanıb gedən torf və qranit səltənətini seyr edirdi. O, qaçqın dustaq deyildi, boyca dustaqdan uca idi. Mən özümdən asılı olmayaraq çığırdım, dönüb ser Henrinin qolundan tutdum. Bir də dönəndə artıq həmin adam yerində yox idi. Ser Henri bu məsələyə etinasız yanaşdı:
– Yəqin, keşikçi imiş, o da dustağı axtarır.
Bax belə, əzizim Holms, hər Т»alda biz bəzi uğurlar əldə edə bilmişik. İndi biz Berrimorların sirrinə bələdik, bu isə vəziyyəti xeyli aydınlaşdırır. Amma torf bataqlığının və orada yaşayan qəribə adamların sirri yenə də bir sirr olaraq qalır. Bəlkə də, mən gələn məktubda bu sirrin üstünü bir balaca aça bildim. Ancaq yaxşı olardı ki, siz özünüz buraya gələydiniz.
(Ardı var...)
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR