Əziz Qadın.Netlilər. Bu xəbərimi hazırlayanadək nə hisslər keçirdiyimi bir Allah bildi. Siz də oxuyunca bunun şahidi olacaqsınız. Sizinlə ağrılı-acılı xatirələrimi bölüşmək istəyirəm.
Uşaqlıq illərim çox gözəl keçib. Buna görə də Allahımıza şükür edirəm. Heç nədən korluq çəkməmişəm. Ziyalı ailəsində dünyaya göz açmışam. Ailənin sonbeşiyi olduğum üçün çox əzizlənmişəm. Uşaqlıqdan elə tez küsüb-inciyən, utancaq, həssas, ciddi biri olmuşam. Zarafat gözümün düşməni olub. İndinin özündə də çox təəssüf ki, bu xüsusiyyətlərim qalmaqdadır. Beləcə, xoşbəxt günlərimi yaşadım. Amma xoşbəxtliyim çox sürmədi. 18 yaşımda ikən ata-anamın avtomobil qəzasında həlak olması mənim dünyamı dəyişdirdi. Beləcə, xoşbəxt günlərim üzüntü və zülmətlərlə əvəz olundu...
Bir bahar çağında tanış olduğum xanım mənim həyatımı çox dəyişdirdi. Allahıma şükür edirdim ki, belə gözəl qəlbli birini mənim qarşıma çıxartdı. Bu xanım qızım yaşında olduğu üçün ona "qızım" deyə müraciət edirdim. Mənə ağrılı-acılı həyatından bəhs etdi. Ailədə 4 nəfər olublar: ata, ana, qardaş və bacı. 5 yaşında ikən atasını itiribmiş, ana ailədə həm ata, həm ana olmuşdur. Bu qız anadan olanda anası adını Mələk qoymaq istəyib, lakin atası Yağmur olmasını arzulayıb. Beləliklə də bu balaca qızın adını Yağmur qoyublar.
Bir gün mənə bir söz demək istədiyini bildirdi.
"Buyur, qızım", - dedim.
"Sənə ana demək istəyirəm".
Bu sözü eşitcək gözlərim doldu.
"Söylə, qızım" - dedim.
Sevinclə əlavə edib dedi ki, artıq mənim iki mələyim var, iki mələk anam var. Allah hər ikinizi qorusun, Amin. Mən də ona doğma balam kimi yanaşdım. Ağrısını öz acım, sevincini öz sevincim kimi qəbul etdim. İş burasındadır ki, o hər dəfə mənə "anam, anacan" deyəndə bu sözləri ilə ruhumu oxşayırdı. Beləcə, mənim Yağmur qızım ruhumun Yağmuru oldu. Onu canımdan çox istəyirdim. Hər gün telefonla danışır, mesajlaşırdıq. Artıq Yağmursuz bir günümü də təsəvvür edə bilmirdim. Bu sevgi həqiqətən ana-bala sevgisinə çevrilmişdi. Bu sevgimizin üstündə çox əsirdik. Sanki bir zaman gələcək, bu sevgimiz yarı yolda qalacaq.
Yağmur çox həssas, mehriban, utancaq, kövrək, zarafatı sevməyən biri idi. Bunlarla yanaşı dilindən dua düşmürdü. Sözlərinin əvvəli və sonu dua olurdu. Ürəyi Allah sevgisi ilə döyünürdü. Gözəl, ürəkdən gələn sözlərlə ifadə olunmuş şeirləri, gitarada gözəl ifası Yağmurun istedadlı biri olmasını sübut edirdi. Çünki gitarada çalmağı da təkbaşına öyrənmişdi. Təəccüblüdür ki, xasiyyətlərimizdə də oxşarlıq çox idi. Buna görə də ona deyirdim ki, "Bax, qızım dünyaya baxışımız, fikirlərimiz eynidir".
Mənimlə görüşüb, üz-üzə söhbət etməyi çox arzulayırdı. Hər gün o gözəl dualarının içində uca Allahımızdan bunu diləyirdi. Əlbəttə ki, mən də bunu çox arzu edirdim. Lakin məsafələr bizi uzaqlaşdırmışdı. Nəhayət ki, Allah dualarımızı eşitdi. O gözəl günü yaşadıq. Sevincimizin həddi-hüdudu yox idi. Görüşüncə sanki uzun illər bir-birindən ayrı düşən ana-bala kimi bir-birimizə sarıldıq. Məni görüncə gözləri doldu. Əlimdən tutub öpdü, gözlərinin üstünə qoyub dedi ki, anaların əlləri Cənnət qoxulu olur. Əslində mən də həyəcan içində idim, lakin bunu biruzə verməməyə çalışdım. Əlimi buraxmırdı, Allahım, belə bir sevgi bu yaşımacan yaşamamışdım.
Yağmur uzun buruq saçlı, ortaboy, arıq, təsəvvür etdiyimdən də gözəl ürəkli, mədəni, tərbiyəli, xanım-xatın bir qız idi. 15 dəqiqəlik görüşdən heç doymadıq. Ayrılıq dəqiqəmiz gəldi. Yenidən kövrəldik, qucaqlaşdıq. Amma heç birimiz ayrılmaq istəmirdik. Özümüzü ağlamaqdan güclə saxlamışdıq, amma hər ikimizin gözləri dolmuşdu. Sonda Yağmura onun üçün aldığım mələk rəsmli kolyeni təqdim etdim. Məndən yadigar bir şey qalsın deyə. Mənə "Qoruyucu mələyim" də deyirdi. Bu kolyeni ona verəndə dedim ki, "Bax, qızım, ürək kolyenin içində mələk oturub. Ürək mənəm, mələk sən".
Ayrıldıq.... Ayrılanda arxamca çox baxdı, gözləri dolmuşdu. Məndə bir anlıq elə təsəvvür yarandı ki, sanki bu görüş son görüşümüzdür. Amma heç ağlımıza belə gətirməzdik ki, doğrudan da bu görüş ilk və son görüşümüz olacaqmış. Evə çatınca mənə zəng etdi. Sevinci yerə-göyə sığmırdı. "Anacan, kaş ki bir daha səni elə öpüb qucaqlaya bilərdim" - dedi. Mən də dedim ki, "Darıxma, qızım, bax mehriban Allahımız bir qapı açdı, biz görüşdük, inşAllah yenə görüşəcəyik".
Elə səhəri gün də Xaçmaza - öz evlərinə yola düşdülər. Artıq 2 həftə sonra nişanı olacaqdı.
Nişana 2 gün qalırdı. Evlərində nişan hazırlıqları gedirdi. Mənə zəng etdi. "Gözəl anam, qoruyucu mələyim, kaş ki belə bir günümdə sən də yanımda olardın" dedi. Düzü, ağlamaq tutdu məni. Əlbəttə ki, bunu çox istəyərdim... Sonra əlavə etdi ki, "Canım, kolye artıq boynumdadır, heç çıxarmayacam, çünki mənim üçün çox dəyərli, çox qiymətlidir, ən əsas da qoruyucu mələk anamın hədiyyəsidir".
Nişan oldu. Nişan gününün səhərisi mənə zəng edib, sevincini bölüşdü. Şəkillərdən də bir gün kompüterlə göndərəcəyini söylədi.
Bir səhər mənimlə danışdı və "Qismətim olarsa, axşam da danışarıq, hər an yanımda olmağını istəyirəm" deyib sağollaşdı. Amma axşam onun avtomobil qəzasına düşmə xəbəri gəldi. Düzü, inanmırdım. Qardaşı Həmid mənə mesajla bu xəbəri bildirdi. Əslində mənə söyləmək istəmirmiş ki, mən üzülməyim. Amma heç dura bilməzdim, nigarançılıq məni çox üzəcəkdi. Bu xəbəri duyunca mənim nələr keçirdiyimi bir özüm, bir Allahım bildi. Evdə də hamımız pis olmuşduq. Çünki yoldaşım, uşaqlarım Yağmurun xətrini çox istəyirdilər. Bizim isə öz növbəmizdə uca Yaradanımıza əl açıb dua etməkdən başqa çarəmiz qalmamışdı.
Xəstəxanada reanimasiya şöbəsində idi. Oktyabrın 5-i, səhər saat 9 idi. Telefonuma zəng gəldi. Yağmurumun adını görüncə sevincimdən uçmağa qanadım olmadı. Səsi güclə çıxırdı. Danışdıq, dedi ki, "Canım anam, qoruyucu mələyim, fikrim səndədir, bax, kolyeni də çıxarmalarına izn verməmişəm. Çünki o, sənin mənə hədiyyəndir, mənim üçün çox qiymətlidir".
İkimiz də kövrəlmişdik. Amma özümüzü heç nə olmamış kimi apardıq.
Növbəti zəng oktyabrın 8-də və 9-da oldu. Dedim: "Ay qızım, mənə zəng edən əllərinə qurban olum". O dəqiqə dedi: "Əstəğfürullah, ana, elə söyləmə. Mən sənə qurban olum, vaxtını mənə ayırıb mənimlə danışdığın üçün sənə sonsuz minnətdaram. Canımsan mənim".
Beləcə, danışığını gözəl duaları ilə bitirdi.
Məndən sonra qardaşı Həmidə kolyeni çıxartdırıb. Həmid bacısının bu hərəkətinə təəccüblənib. "Sən ki bu kolyeni çox istəyirdin, sənin üçün çox dəyərlidir deyirdin". Yağmur da deyib ki, "Bəli, o kolye mənim üçün çox dəyərlidir, elə ona görə onu sənə əmanət edirəm".
Mənim mələk qızım, Yağmur qızım. Sən hər şeyi hiss etmişdin. Hiss etmişdin ki, sənin bu həyatda son günündür. Sənin ölüm xəbərin məni çox sarsıtdı, çox ağlatdı. Məni anlayan olmadı ki, ruhumun Yağmuru məndən qopdu, ayrıldı, quş olub uçub getdi.
İndi bu qəmli gözlərim Yağmurumu axtarır. Ruhumun Yağmurunu. Təsəllim isə göz yaşım, Yağmurumun mənə yazdığı mesajlar və bir də birgə çəkdirdiyimiz şəklimizdir. Heç ağlıma gəlməzdi ki, 20 ildən sonra yenə avtomobil qəzasında canımdan çox istədiyim, övladlarımdan heç ayırmadığım bir insanı itirəcəyəm.
Sən indi göylərdəsən, mən isə burda. Əlimi uzatsam da sənə çatmayacaq. Gecdir artıq, nə sən enə bilməzsən, nə də mən qalxa bilmərəm. Sən bir ağ göyərçin olub uçub getdin, qızım. Canım yanır, göz yaşım bulaq suyu kimi axır. İndi artıq qəlbim param-parçadır. İndi səni nə qədər çağırsam da eşitməyəcəksən.
Yağmur kimi xanım-xatın biri ilə mən heç rastlaşmadım. Gördüyümüz, münasibətdə olduğumuz yaxşı insanlar bizim üçün gözəl nümunəyə çevrilir, tərbiyə məktəbi olurlar.
XƏBƏR LENTİ
"Quş südü" tortu (foto resept)
BMW M4 üçün bodi-kit
Qurban bayramınız mübarək!
“Oskar” tarixində ilk yaşandı - FOTO
Dolların Azərbaycanda yeni problemi
Kainatdakı ən böyük qara dəliklərdən biri tapıldı
Günün ulduz falı
Ən güclü şəbəkə yaradılacaq
Dərimiz niyə quruyur?
Məşhur aktrisa Həbs Olundu-SƏBƏB
Ana-oğul idilər, cinsiyyət dəyişdirib ata-qız oldular - FOTO
Hamar dəri üçün maska
Pensiyalarla bağlı yenilik
Ev təmizliyində 5 yanlış addım
Gənclik sirləri: 40 yaşdan aşağı olanlar oxumasın
Məşhur robot Sophia vəsait yığır
Dünyanın ən uzun körpüləri
Duruşunuz sağlamlığınıza necə təsir edir?
Gənc və sağlam qalmaq üçün nə yeməliyik?
İşsizlikdən sığorta qaydaları ilə bağlı mühüm dəyişiklik - Staj azaldılır
Prezidentin köməkçiləri tanınmış videoblogerlə görüşdü
Sabahın HAVAsı
Mustafa Sandaldan Defne Samyeli AÇIQLAMSI-FOTO
Bapbalaca boyu var...
Təbiətin rənglərini əks etdirən saçlar
Dima Bilan psixiatrik klinikaya yerləşdiriləcək
Makiyajla "Disney" qəhrəmanları oldu!
Namaz qılmaq üçün “ağıllı canamaz”
Sevginin üç növü (1)
Həcc ziyarətinə getmək üçün kvota aradan qaldırıldı
Məmməd Əmin soruşur: “Namazı öz dilimizdə qıla bilərikmi?”
Apple 302 milyon dollar cərimələbdi
Türkiyə Ermənistanı 1915-ci il hadisələrini yenidən araşdırmağa çağırır
Hamilələr üçün geyimlər
Körpənizə günəş kremi sürtməyin
Hande yenə Demetə söz atdı
Əncirli truffel (foto resept)
Qafqaz Universiteti bağlandı
90 yaşlı qadının həyatdan öyrəndikləri
Ağıllı uşaqların valideynlərinin nəzərinə!
Möcüzəvi daşın sirli əlamətləri
Nəhəng köpək: bu itin boyu 2,1 metrdir
Hava haqqında - 23.09.2013
Çanta modelləri
Dünyada ən az danışılan dillər
Şişkinliyi azaldan qidalar
"Çukur" mövsum finalına hazırlaşır
Qiymətli metallar bahalaşıb, qızıl ucuzlaşıb
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Qabartma tozunun kosmetik faydaları
- ŞƏRHLƏR