Mənim işim elə bir işdir ki, gündə ən azı beş qadınla danışır, problemlərini dinləyir, azacıq da olsa çıxış yolu axtarmağa çalışırıq. Qadınlar...Qarşımda üz-gözü gömgöy olmuş, əzilmiş qadın da olub, hər gün yoldaşının təhqiri ilə oyanan qadın da. Hər kəsin içində insan kimi rəfdar edilməyən və bunu vərdiş halında görən qadın da, uşaqları ilə birgə özünə ev (sığınacaq) axtarıb bir yerdə yaşamaq üçün özünü oda közə vuran qadın da, içkidə özünə təsəlli tapıb araq şüşlərinə sarılan qadınlar da, təcavüzə uğrayıb həyatını gecə kafelərində keçirən qadın da, sevdiyinə qovuşmadan məcburən ailə quran və bu ailəni dağıtmaq üçün əlindən gələni edən qadın da, həyat yoldaşının xəyanətini göz görə-görə eşidən, bilən, şahidi olan qadın da... Bunlar mənim gördüklərimin hələ ən azı, ən xırdasıdır. Hər yolda gələndə ətrafımda olan qadınlara baxmaq, istər geyimlərinə, istər gözlərinə tamaşa etməyi adət etmişəm. Özümdən asılı deyil, sanki hiss edirəm hansı nə çəkir. Mən bu yaşıma kimi tam xoşbəxt bir qadın gözü görməmişəm. Gözlərinin kənarlarındakı qırışları iynə ilə götüzdürmək istəyən qadınlar belə, o qırışlardan keçmişin izinə görə qurtulmaq istəyənlərini belə gördükdə düşünmüşəm qadın doğrudan da böyük qüvvədir.
Kişi zahirən güclü ola bilər. Buna əminəm , amma qadın qədər dözümlü və ağıllı ola bilməz. Kişi sadəcə düşünə bilər, amma gələcəyini qadın qədər görə bilməz. Qadın Allahın yaratdığı möcüzədir. Özüm xanımam deye demirəm. Yaşadıqlarına şahid olduqlarımı gördükcə özümə sual verirəm- buna insan səbr edərmi? Cavabı isə məlumdur- Qadın edər....Təkcə bu gün qadın dəyərli olmamalıdır. Əziz kişilər, bir dəstə gül alıb ayda bir dəfə o qadına hədiyyə etsəniz, o qadının qəlbini alsanız pismi olar? Qadın mənəviyyatın acıdır. Elə bir ac ki heç bir maddiyyat o mənəviyyatı doldurmağa kifayət etmir.
Bəzən şablon sayılır: Qadın hər şeyi bağışlayar, amma xəyanəti yox! Bəli qadın hər şeyi bağışlayır, hətta üzdə belə xəyanəti bağışlayır. Amma heç vaxt unutmur. Hər ona toxunduğunuz anda o yenidən o əzabı çəkir. Qadınınız sizin istədiyiniz bədən qurluşunda, çəkidə, gözəllikdə olmaya bilər. Qadınınız sizin tələblərininizi qarşılamaya da bilər, amma heç bir qadın xəyanətə layiq deyil...Əgər o qadın ki, sizin çirkli corablarınızı iyrənmədən yuyub səhər sizi əyniniz-başınız səliqəli halda işə yola salırsa, övladlarına mərdliklə analıq edirsə, acam deyəndə sizi doyuracaq bir tikə çörəyi sevgi ilə hazırlayıb qarşınıza qoyursa- onları aldatmağa haqqınız yoxdur!
Unutmayın ki, qadın dünyanın ən əvəzedilməz varlığı, heç bir kişinin çəkməyəcəyi ağrını çəkən anadır!
XƏBƏR LENTİ
Kişilərin evini yıxan mobil bəla
Beren Saat və Kenan Doğulu aylar sonra ilk dəfə-FOTO
Subay qadınlara "ər tapmaq məzuniyyəti" verilir
Aspirin maskasıyla gözəlləşək
Mənim çətinliklə dünyaya gətirdiyim balam
Hərbi Komandanlıq işğal olunmuş ərazilərdəki dinc əhaliyə növbəti dəfə müraciət ünvanlayıb
Əl yazısı sıradan çıxır?
Azərbaycanda müəllim ordusu qadınlardan ibarətdir
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Baş nazirin müavini: Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var
Makron Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - VİDEO
Ən dəbdəbəli təyyarə interyerləri
Günün qoroskopu:Bədxərclik etməyin!
Talisman, yoxsa mif?
Şokoladlı sufle: gecə-gündüz (foto-resept)
Cəbhə xəttində gərginlik
Qurban bayramında neçə gün iş olmayacaq? - RƏSMİ
Astronomiyadan təsirlənən manikür
Azərbaycan daha bir şəhid verdi - RƏSMİ
Koreyski kələm (foto resept)
Ombudsman müraciət etdi
Gül ləçəklərindən ayaqqabılar
Qarpız pəhrizi - həm arıqladır, həm orqanizmi təmizləyir
Yağ yandıran 2 detoks
HAVA necə olacaq? 15 Mart
Kəlbəcəri tərk edən ermənilər ağacları da kəsib özləri ilə aparırlar
Dəfn edilən adam bir ay sonra evinə qayıtdı
Lauranın əl işləri
Texas pirojnası (foto resept)
Pivə içənlər diqqətli olun
Çantalar
Gözəl geyim və aksessuarlar
Love story
Hava haqqında
Ermənistan ordusu iki polkovnikdən sonra generalını da itirdi
Yataq otağı dizaynları
İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)
Tənhalıq ölümcüldür
İmtahanın ən yüksək nəticələri açıqlandı
Bakı metropolitenində fləşmob
Süd və süd məhsullarının faydaları
Yağlı dəridən necə xilas olmalı?
Çimərlikdə istirahət ÖLÜMÜ TEZLƏŞDİRİR - Alim RƏYİ
"Əsədin dişi aslanları"
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Həyatın mənasını itirmişəm (Suala cavab)
Yaddaş zəifliyi yaşla əlaqədar deyil
Tətildə izləyə biləcəyiniz filmlər
"Azərbaycanda 30 min erməni yaşayır"
SMS-lər populyarlığını itirir
- ŞƏRHLƏR