Qadin.NET / Sadəcə qadın...

Sadəcə qadın...

 

Sadəcə qadın...

Mənim işim elə bir işdir ki, gündə ən azı beş qadınla danışır, problemlərini dinləyir, azacıq da olsa çıxış yolu axtarmağa çalışırıq. Qadınlar...Qarşımda üz-gözü gömgöy olmuş, əzilmiş qadın da olub, hər gün yoldaşının təhqiri ilə oyanan qadın da. Hər kəsin içində insan kimi rəfdar edilməyən və bunu vərdiş halında görən qadın da, uşaqları ilə birgə özünə ev (sığınacaq) axtarıb bir yerdə yaşamaq üçün özünü oda közə vuran qadın da, içkidə özünə təsəlli tapıb araq şüşlərinə sarılan qadınlar da, təcavüzə uğrayıb həyatını gecə kafelərində keçirən qadın da, sevdiyinə qovuşmadan məcburən ailə quran və bu ailəni dağıtmaq üçün əlindən gələni edən qadın da, həyat yoldaşının xəyanətini göz görə-görə eşidən, bilən, şahidi olan qadın da... Bunlar mənim gördüklərimin hələ ən azı, ən xırdasıdır. Hər yolda gələndə ətrafımda olan qadınlara baxmaq, istər geyimlərinə, istər gözlərinə tamaşa  etməyi adət etmişəm. Özümdən asılı deyil, sanki hiss edirəm hansı nə çəkir. Mən bu yaşıma kimi tam xoşbəxt bir qadın gözü görməmişəm. Gözlərinin kənarlarındakı qırışları iynə ilə götüzdürmək istəyən qadınlar belə, o qırışlardan keçmişin izinə görə qurtulmaq istəyənlərini belə gördükdə düşünmüşəm qadın doğrudan da böyük qüvvədir.

Sadəcə qadın...

Kişi zahirən  güclü ola bilər. Buna əminəm , amma qadın qədər dözümlü və ağıllı ola bilməz. Kişi sadəcə düşünə bilər, amma gələcəyini qadın qədər görə bilməz. Qadın Allahın yaratdığı möcüzədir. Özüm xanımam deye demirəm. Yaşadıqlarına şahid olduqlarımı gördükcə özümə sual verirəm- buna insan səbr edərmi? Cavabı isə məlumdur- Qadın edər....Təkcə bu gün qadın dəyərli olmamalıdır. Əziz kişilər, bir dəstə gül alıb ayda bir dəfə o qadına hədiyyə etsəniz, o qadının qəlbini alsanız pismi olar? Qadın mənəviyyatın acıdır. Elə bir ac ki heç bir maddiyyat o mənəviyyatı doldurmağa kifayət etmir.

Sadəcə qadın...

Bəzən şablon sayılır: Qadın hər şeyi bağışlayar, amma xəyanəti yox!  Bəli qadın hər şeyi bağışlayır, hətta üzdə belə xəyanəti bağışlayır. Amma heç vaxt unutmur. Hər ona toxunduğunuz anda o yenidən o əzabı çəkir. Qadınınız sizin istədiyiniz bədən qurluşunda, çəkidə, gözəllikdə olmaya bilər. Qadınınız sizin tələblərininizi qarşılamaya da bilər, amma heç bir qadın xəyanətə layiq deyil...Əgər o qadın ki, sizin çirkli corablarınızı iyrənmədən yuyub səhər sizi əyniniz-başınız səliqəli halda işə yola salırsa, övladlarına mərdliklə analıq edirsə, acam deyəndə sizi doyuracaq bir tikə çörəyi sevgi ilə  hazırlayıb qarşınıza qoyursa- onları aldatmağa haqqınız yoxdur!

 Sadəcə qadın...

Unutmayın ki, qadın dünyanın ən əvəzedilməz varlığı, heç bir kişinin çəkməyəcəyi ağrını çəkən anadır!

11 avqust 2013
GO BACK