Milli bayramlar və tarixi günlər
15 Sentyabr-Bilik Günü
Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə, elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Hz.Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri vardır. İslam tarixində öz şərəfli yeri olan , dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən “Mənə bir hərf öyrədənin köləsi olaram” demişdı.
Ölkəmizdə Bilik günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabırın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabırın 15-dən başlanması qərara alınmış, beləliklə həmin gün Bilik Günü elan edilmişdir.
18 Sentyabr-Milli Musiqi Günü
Sentyabırın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün təkcə musiqi sevərlərin deyil, həm də bütün xalqimizin bayramidir.Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur.
Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H.Z.Tağıyevin teatırında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü.Hacıbəyovun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq ədalət və ənənələri öz əksini tapmışdır.
20 Sentyabr-Neftçilər Günü
1994-cü il 20 sentyabr müstəqill Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış kontraktlar imzalandı.Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.
Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın 10 məhşur xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı .Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. ”Əsrin müqaviləsi” həm də Azərbaycanda yeni neft-qaz kontraktlarınin bağlanmasına güclü təkan verdi.
“Əsrin müqaviləsi”nə ilkin qoşulan şirkətlər bunlardır: “AMOKO”, “Yunokal”, “Pennzoyl”,(ABŞ), “Britiş Petroleum”, “Remko” (Böyük Britaniya), “Statoyl (Norveç), “LUKoyl” (Rusiya), “Türk Petrolları” (Türkiyə), “Delta” (Səudiyyə Ərəbistanı). Sonradan müqviləyə “İtoçu” (Yaponiya), “Ekson”, “Amerikada Hess” (ABŞ) şirkətləri də qoşuldu.Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neft-qaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı.
1998-ci ildə Amerikada Azərbaycan ,Türkiyə və Gürcüstan Prezidentləri “Bakı-Tibilisi-Ceyhan” Əsas ixrac Boru kəmərinin inşa edilməsi haqqında ilk saziş imzaladılar. ATƏT-in İstanbul sammitində (1999,18 oktyabr) ABŞ prezidenti Bill Klintonnun iştirakı ilə Azərbaycan, Gürcüstan, Qazaxstan və Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş İstanbul bəyamnaməsi imzalandı.
“Bakı-Tibilisi-Ceyhan” Əsas ixrac Boru kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443 kilometri Azərbaycan, 149 kilometri Gürcüstan, 1070 kilometri isəTürkiyə ərazisindən keçir. Kəmər ildə 50 milyon ton barel xam neft otürmək qabiliyyətindədir. Heydər Əliyevin bu layihənin gerçəkləşdirilməsində əvəzsiz xidmətləri qiymətləndirilərək “Bakı-Tibilisi-Ceyhan” Əsas ixrac Boru kəmərinə onun adı verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin fərmanı ilə hər il sentyabırın 20-si “Neftçilər günü” kimi qeyd olunur.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR