Paytaxtı: Bakı
Əhalisinin sayı: 9,356,000
Ərazisi: 86.6 kv.km
Muxtar resbubilka: Naxçıvan Muxtar Respublikası
Rayonlar: 65
Şəhərlər: 69
Şəhər rayonları: 13
Şəhər tipli qəsəbələr: 130
Kənd yaşayış məntəqələri: 4354
Dövlət dili: Azərbaycan dili
Pul vahidi: Manat
Bütün ölkənin iqtisadi, sosial, mədəni inkişafını təmin edən islahatlar paytaxt Bakının da simasını sürətlə dəyişmişdir. Biri digərindən gözəl hündür binalar, abad yollar, möhtəşəm körpülər, insana rahatlıq və zövq bəxş edən parklar, müasir universitet kampusları, yeni yaşayış kompleksləri, biznes mərkəzləri, dünyanın məşhur mehmanxana brendləri Azərbaycanın baş şəhəri Bakını meqapolisə çevirmişdir. Müasir Bakının yeni rəmzləri – “Alov qüllələri”, Dövlət Bayrağı Meydanı, “Crystal Hall”, Heydər Əliyev Mərkəzi və digər memarlıq inciləri cəmi bir neçə il ərzində yaradılmışdır. Bu heyrətamiz dəyişikliklər panoramında Bakının Şərq ilə Qərb sivilizasiyasını təcəssüm etdirən bənzərsiz memarlıq ənənələri qorunub saxlanılmışdır. Bu harmoniyanı hiss etmək üçün Qoşa Qala qapılarından keçib İçərişəhərə daxil olmaq kifayətdir. Köhnə şəhərdə gəzərkən sanki orta əsrlərə qayıdırsan.Lakin yolu keçib sahilyanı prospektə çıxan kimi müasir şəhərə düşürsən. Bakını sevdirən, onun cazibədarlığını artıran da elə bu amillərdir.
Şərq ilə Qərb sivilizasiyasının qovuşduğu nadir məkanda yerləşən Bakı son illərdə dünyanın diqqətini çəkən beynəlxalq tədbirlərin – siyasi, iqtisadi, humanitar, elmi, mədəni forumların, simpoziumların ,konfransların, festivalların, sərgilərin və müsabiqələrin keçirildiyi mərkəzə çevrilmişdir. Artıq ənənə halı almış Bakı Beynəlxalq Humanitar və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında müasir dünyanın bir sıra qlobal problemləri müzakirə olunur. Bakı, həmçinin Dünya İqtisadi Forumuna (Davos Forumu), Krans Montana Forumuna, Dünya Dinlərinin Liderlərinin Zirvə Görüşünə, “Davamlı inkişaf mədəniyyəti: qlobal və regional aspektlər” mövzusunda Beynəlxalq konfransa, Kulturoloqların Beynəlxalq Forumuna, “Eurovision-2012” mahnı müsabiqəsinə uğurla ev sahibliyi etmişdir. Ənənəvi “Muğam aləmi”, “Bakı-Caz”, Ü.Hacıbəyli adına musiqi, Şostakoviç, Rostropoviç festivalları, vokalçıların Bülbül adına müsabiqəsi, Teatr konfransı, Kitab Sərgi-Yarmarkası Azərbaycan paytaxtına bütün dünyada beynəlxalq mədəniyyət tədbirlərinin keçirildiyi mərkəz statusunu qazandırmışdır. Bakı 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir. Turizmin inkişafı ilə əlaqədar aparılan əhəmiyyətli islahatlar, qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası, yaradılan müasir infrastruktur Bakının turizm sənayesini yeni inkişaf mərhələsinə çıxarmışdır. İndi Bakıda dünyanın məşhur otel brendləri – beşulduzlu “CW Marriott Abşeron”, “Hilton Baku”, “Four Seasons Hotel Baku”, “Kempinski Badamdar”, “Jumeirah Bilgah Beach Hotel”, “Fairmont Baku”, “Excelsior”, “Sheraton” və s.fəaliyyət göstərir. Bütün bunlar Bakıya gələn turistlərin sayının ətən illərlə müqayisədə artmasına səbəb olmuşdur.
Paytaxt Bakı turistlərin ən çox üz tutduqları tarixi abidələr və muzeylərlə də zəngindir. Qız qalası, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və Muzeyi, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Dövlət Bayrağı Muzeyi, AMEA-nın Azərbaycan Tarixi Muzeyi son illərdə yaradılmış və ya əsaslı surətdə yenidən qurulmuşdur.
Bu gün Bakı haqqında işlədilən epitetlərdən biri də “ölkənin mədəniyyət paytaxtı”dır. Bakıda teatr və musiqi sənətinin bütün janrlarını təqdim edən çoxsaylı teatr səhnəsi, konsert salonları fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarından ÜNS Yaradıcılıq Səhnəsinin, Beynəlxalq Muğam Mərkəzinin, Dövlət Film Fondunun binaları son illərdə tikilmiş, Heydər Əliyev Sarayı, Dövlət Filarmoniyası, Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Musiqili Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Mahnı Teatrı, Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı, Nizami Kino Mərkəzi, “Yaşıl teatr” və digərləri əsaslı şəkildə yenidənqurmadan sonra qapılarını tamaşaçıların üzünə açmışdır. Son illərdə paytaxtın rayonlarında 6 mədəniyyət evi, 2 klub tikilib istifadəyə verilmiş, 18 mədəniyyət evi və 3 klub isə əsaslı təmir olunmuşdur.
Bakının gözəlliyini artıran həm də onun füsunkar park və bağlarıdır. Son illərdə Bakıda 45 yeni mədəniyyət və istirahət parkı salınmış, 84-ü isə əsaslı surətdə yenidən qurulmuşdur. Bakı bulvarı– Dənizkənarı Milli Park indi paytaxt sakinlərini və qonaqlarını yeni görkəmdə qarşılayır. Dənizkənarı Milli Parkın ərazisinin genişləndirilməsi, burada müasir “Park Bulvar” ticarət-əyləncə və Bakı Biznes mərkəzlərinin, “Kiçik Venesiya şəhərciyi”nin, müxtəlif xidmət obyektlərinin yaradılması bulvarın statusuna yeni çalar gətirmiş, onu iş, istirahət, mədəni tədbirlər və əyləncə mərkəzinə çevirmişdir. Heydər Əliyev Sarayının arxasında yeni salınan park-fəvvarə kompleksi,əsaslı surətdə yenidən qurulan Fəvvarələr meydanı, Filarmoniya bağı,Dağüstü park, Səməd Vurğun, “Muğam”,“Sahil” bağları və digər parklar qaynar iş həyatından sonra mənalı istirahət üçün çox gözəl məkanlardır.
İlin doqquz ayında paytaxt küçələrində piyadaların səhər axınında gənclər və uşaqlar üstünlük təşkil edir. Şagirdlər məktəblərə, tələbələr universitetlərə tələsirlər. Onların sayı ildən-ilə artır. Ona görə də Bakıda yeni məktəb binaları, ali məktəb kampusları tikilmiş, mövcud təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmiş, şagird və tələbə sıxlığı aradan qaldırılmışdır.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Diplomatik Akademiyasının kampusları,Dövlət Rəssamlıq Akademiyasının, Turizm İnstitutunun yeni binaları, Bakı Dövlət,Tibb, İqtisad universitetlərinin müasir tədris korpusları ali məktəblərin inkişaf dinamikasının göstəriciləridir.
Bakıda 32800 şagird yerlik 46 yeni məktəb binası, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 7300 şagird yerlik 12 məktəb binası, 128 məktəb üçün 58550 şagird yerlik əlavə tədris korpusları tikilib istifadəyə verilmiş, 189700 şagird yerlik 203 məktəb binası isə əsaslı təmir edilmişdir. Bakıda 2260 yerlik 22, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 580 yerlik 4 uşaq bağçası tikilmiş, 15920 yerlik 132 uşaq bağçası isə əsaslı təmir edilmişdir.
1Bakının səhiyyə sistemi də yeni inkişaf mərhələsini yaşayır. Hədəfində insanın sağlamlığınınqorunması duran bu islahatlar paytaxtda müasir səhiyyə müəssisələrinin yaranması, mövcud müalicə ocaqlarının yenidən qurulması, müasir tibb avadanlığının geniş miqyasda tətbiqi ilə nəticələnmişdir.Son illərdə Bakıda 2592 çarpayılıq 15 xəstəxana, 19 poliklinika binaları, 900 çarpayılıq
7 korpus tikilib istifadəyə verilmiş,8255 çarpayılıq 53 xəstəxana və 44 poliklinika binası əsaslı təmir edilmişdir.Milli Onkologiya Mərkəzinin yeni tikilmiş cərrahiyyə korpusunda və Talassemiya Mərkəzində, əsaslı surətdə yenidən qurulmuş Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Milli Oftalmologiya, Respublika Perinatal, Elmi Cərrahiyyə, Respublika Diaqnostika mərkəzlərində, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasında, Respublika kliniki uroloji, Respublika Neyrocərrahiyyə,
Respublika Uşaq Klinik, Uşaq Nevroloji xəstəxanalarında və digər müalicə ocaqlarında indi ən yüksək səviyyədə tibbi xidmət göstərilir.
Artıq dünyanın idman nəbzi Bakıda döyünür. Paytaxt Bakı beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının, Olimpiya oyunlarının lisenziya turnirlərinin keçirildiyi mərkəzdir. Son illərdə Bakı 300-dən çox beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi etmişdir. Yaradılmış müasir infrastruktur idmançılarımıza Olimpiya oyunlarında, dünya və qitə çempionatlarında möhtəşəm qələbələr qazandırmışdır. Paytaxtın baş idman arenası - Tofiq Bəhramov adına Respublika Stadionu idmançıları yeni görkəmdə qəbul edir. Tennis və Ağır Atletika akademiyalarının binaları, “8-ci Kilometr” stadionu, Hövsan, Şağan Olimpiya İdman kompleksləri və digər qurğular Bakının idman salnaməsinin yeni səhifələridir. Tezliklə bu salnaməyə daha möhtəşəm qurğuların adı yazılacaqdır. Bunlar tikintisi sürətlə davam etdirilən Olimpiya Stadionu, Gimnastika Kompleksi, Su İdmanı Sarayıdır. Abad məhəllələr, həyətlər, yeni çoxmərtəbəli yaşayış binaları, yaraşıqlı küçələr və prospektlər, müasir körpülər, tunellər,yol ötürücüləri, yeraltı və yerüstü piyada keçidləri, daim qələbəlik olan ticarət, xidmət mərkəzləri. Bu, yeni Bakının müasir həyatıdır. Bütün bunların hamısı paytaxt sakinlərinin rifahı, rahatlığı, firavanlığı üçün edilmişdir və edilir. İndi Bakı müasir körpülər, yeraltı, yerüstü yol qovşaqları və keçidlər şəhəridir. Son illərdə paytaxtın sürətli inkişaf dinamikasını təcəssüm etdirən 25 yolötürücü, 35 yeraltı,22 yerüstü piyada keçidi tikilib istifadəyə verilmiş, 10 yeraltı piyada keçidi isə əsaslı təmir edilmişdir. Həmin dövrdə şəhərdə və şəhərətrafı qəsəbələrdə 300 kilometrə yaxın yeni yollar inşa olunmuş, 1300 kilometrdən artıq yollar isə əsaslı təmir edilmişdir. İndi şəhərin bu böyük və mürəkkəb infrastrukturunda nəqliyyatın hərəkəti yeni yaradılmış intellektual mərkəzdən idarə olunur.
Bakı həm də yeraltı saraylar şəhəridir. Hər gün səhər tezdən gecə yarıyadək paytaxtın nəbzi, eyni zamanda, Bakı Metropoliteninin qaynar həyatı ilə döyünür. Paytaxt metrosunun stansiyalarını şəhər memarlığının şah əsərləri hesab edirlər. Bu gün onun tərkibində 23 stansiya vardır. Bu stansiyaların üçü – “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, həmçinin “28 May” stansiyasının ikinci çıxışı son illərdə istifadəyə verilmiş, “İçərişəhər” və “Koroğlu” stansiyaları isə tamamilə yenidən qurulmuşdur. Metronun “Avtovağzal”, “Memar Əcəmi-2”, “Həzi Aslanov-2”, “Köhnə Günəşli” və “Yeni Günəşli” stansiyalarında işlər davam etdirilir. Perspektiv planda metro stansiyalarının sayının 2030-cu ilədək 73-ə çatdırılması nəzərdə tutulur.
Hava limanı, dəmir yolu vağzalı, dəniz limanı və avtovağzal tarixi İpək yolunun üzərində yerləşən Bakının əsas giriş qapılarıdır. Bunların missiyası təkcə sərnişin və yük qəbul edib yola salmaq deyil, həm də ölkənin paytaxtı haqqında ilk andan xoş təəssürat yaratmaqdır. Bunun üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda geniş yenidənqurma işləri görülür. Aeroportda nəhəng yük terminalı istifadəyə verilmişdir, yeni möhtəşəm aerovağzal kompleksi tikilir. Bakıdan dünyanın 30-dan çox şəhərinə beynəlxalq uçuşlar həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının terminallarından Xəzər dənizinin limanlarına,dünya sularına yollar uzanır. Hazırda paytaxtın Ələt qəsəbəsində yeni liman kompleksi yaradılır. Paytaxt Bakı həm də polad magistralların qovuşduğu məkandır. Buradan Rusiyaya, Ukraynaya, Orta Asiya respublikalarına, İrana,Gürcüstana dəmir yolu ilə sərnişin və yük daşımaları həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi başa çatandan sonra Bakının tranzit statusu daha da artacaqdır. Bakının müasir Beynəlxalq Avtovağzal
Kompleksi orijinal arxitekturası və funksionallığının genişliyi ilə diqqəti cəlb edir. Bu kompleksdə sərnişinlərin rahatlığı üçün yüksək şərait yaradılmışdır.
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR