Giriş
Bağla

Kendal Cenner məhkəmədə uduzdu-Ətraflı

Günün əsas xəbərləri


Dünyaca məşhur model Kendal Cenner üç il öncə sosial media hesabında reklam etdiyi ancaq fiyasko ilə nəticələnən “Fyre” festivalı ilə bağlı olan məhkəməni uduzub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Kendal həmkarları Bella Hadid, Heyli Bolduin, Emili Ratajkovski, Allessandro Ambrosio ilə birgə 2017-ci ildə bu festivalın tanıtım siması olmuşdu. “Fyre Media” şirkətinin təşkil etdiyi parti üçün 4-10 min dollar arası pul ödəyənlər 28 aprel günü Baham adalarına axın etsə də, heç bir festivalın keçirilmədiyinin şahidi olublar.
Üstəlik, təyyarə də olmadığı üçün onlar geri qayıda bilməyib. Minlərlə festival iştirakçısı adada köməksiz qalaraq əlacsız vəziyyətə düşmüşdülər.
Hadisədən sonra bilet alanlar həm “Fyre Media” şirkətini, həm də tanıtımı edən məşhurları məhkəməyə verərək 100 min dollarlıq təzminat tələb ediblər.
Məhkəmə sənədlərinə əsasən Cenner İnstaqram paylaşımı üçün 275 min dollar qazanıb. Çünki vədlərdən biri də Cennerlə birlikdə yaxt partisi imiş. Lakin o parti heç vaxt gerçəkləşməyib. Məhkəmənin qərarına əsasən K.Cenner cəzalandırılıb. Ondan 90 min dollar alınaraq şikayətçilərə verilib.




Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика