Giriş
Bağla

Ronda Bern – Sirr

Bizimdir! / Kitabsevərlər / Kitabsevərlər yazır

 

 

Ronda Bern – Sirr 

(Şəhla Rəşidova)

Kitabın məzmununu ən gözəl ifadə eləyən fikir bu oldu mənə görə: “Bu sirr olub – keçənlərin, hazırda baş verənlərin və gələcəkdə olacaqların cavabıdır“. R. Emerson

Mövzu məhdudiyyətimin olmamasına baxmayaraq bu belə şəxsi inkişf motivli kitablar məni heç vaxt çox da cəzb eləməyib. Ancaq “Sirr” mənə görə bir az fərqlidir, burda şəxsi inkişafdan daha çox insanın özünü dəyərləndirməsi, özünü olduğu kimi sevməsi və öz gücünə inanması kimi fikirlərə daha çox diqqət çəkilir. İnsanların bütün şəxsi problemlərinin, uğursuzluqlarının kökündə məhz inansın özünü az sevməsi, öz gücünə inanmaması ilə bütün uğursuzluqları özünə cəzb eləməsi durur… Bu fikir kitabın bütün məğzini açıqlayır… Kitab bütünlüklə Cazibə qanununa əsaslanır. Sirr də elə budur – Cazibə qanunu. Əslində kitabdakı fikirlər məni bir çox anlamda motivə elədi. Düşünürəm ki, bütün kitabların oxunma zamanı var. Bu və ya digər kitabı niyə məhz oxuduğumuz zaman oxuyuruq?! Bu sual məni düşündürdü bir az kitabı oxuyarkən… Bu sualın cavabını tapdım… Hər kitabın oxunma zamanı var və bunu insan hiss eləyir. Məsələn, bu kitabı ilin əvvəlində almağıma və alan kimi oxumağa başlayacağıma qəti şəkildə qərar verməyimə baxmayaraq, heç cür əlim getmirdi rəfdən götürüb oxumağa.. Bəlkə də o zaman oxusaydım bu qədər təsir eləməzdi mənə. Çünki indi həqiqətən də belə bir motivəeləyici, öz gücümə yenidən inanmağıma dəstək ola biəcək kitab (sadəcə kitab yox əslində, hər hansısa bir şey) oxumağa çox ehtiyacım varmış.. Kitab çox maraqlı faktlarla zəngindir, hətta bəziləri möcüzə deyiləcək qəbildəndir. Bütün bu faktlara elmi açıqlamalarda verilib… Kitabda Kvant fizikasına da əsaslanmış və onu müddəalarına əsaslanaraq sirri açıqlamağa çalışmışdır müəllif…

 

Ronda Bern – Sirr

 

Bu da mənə görə kitabın təsir gücünü artırır. Kitabın təsir gücü haqqında çox danışmaq istəmirəm, çünki mənim danışmağımla çox da nəsə öyrənə bilinəcəyinizi sanmıram,”Sirri” anlamaq üçün onu hər kəs özü oxumalıdır… Oxumaqla bərabər öz həyatına tətbiq etməlidir… Bu isə çox çətindir, yəni tətbiq etmək ilk vaxtlar böyük iradə tələb eləyir insandan. Çünki Sirri anladığın zaman daxilində, fikirlərində köklü dəyişiklik eləməlisən… Bu dəyişikliyə hazırıqmı?! Bu da bizdən asılıdır, bəli, çox çətindir, insanın özünü birdən – birə büsbütün dəyişməsi, amma mümkündür, böyük iradə və güc hesabına da olsa, mümkündür. Onu qeyd eləyim ki, mən artıq “Sirr”i öyrəndim, onu bacardığım qədər öz həyatıma tətbiq eləyəcəm…Sonda isə hər kəsə oxumağı məsləhət görürəm, ola bilər ki, nəsə qazandırmayacaq bu sizə, ancaq əmin olun heç bir şey də itirməyəcəksiniz. Və ən sonda kitabdan çoxxxx bəyəndiyim bir neçə fikri paylaşıram…

Xoş mütəliələr hər kəsə!!!

****Gücün sirri, gücün dərk edilməsidir… Çarlz Enel

****Bacara biləcəyini və ya bilməyəcəyinimi düşünürsən – hər iki halda sən haqlısan. Henri Ford

****Bizləri çox vaxt çaşdıran bədənimiz və ya fiziki görüntümüz olur. Lakin o yalnız ruhumuzun saxlanıldığı bir yerdir. (bu fikri xüsusilə sevdim) Con Assaraf



Şərhlər (5)

Xanim_Xatun Xanim_Xatun 17 December 2015 22:50 Cavab yaz

Adı çox maraqlıdı..
Fatma Fatma 22 November 2015 13:23 Cavab yaz

Bu xanımın izahları o qədər maraqlı olur ki kitabı oxumaq istəyirsən
Milana.M Milana.M 22 November 2015 12:19 Cavab yaz

Bu kitabı oxumuşam, həyata baxış bucağınıza, məqsəd və arzularınıza təsir edəcək kitabdır.
Deniz84 Deniz84 22 November 2015 07:48 Cavab yaz

Kitabın maraqlı olması adından bəllidir. Son illər kitablardan uzaq düşmüşəm.(
Ellada84 Ellada84 22 November 2015 00:34 Cavab yaz

Gücün sirri, gücün dərk edilməsidir… Çarlz Enel

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика